Month: January 2021

  • Gürcüstanın xarici işlər naziri koronavirusa yoluxub

    Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub. Bu barədə o özünün “Facebook” səhifəsində yazıb.

    “Yanvarın 23-də yoluxmuş xəstələrlə təmasdan sonra mən özümü təcrid etmişəm. Müəyyən olunmuş müddət bitdikdən sonra test etdirdim. Cavabım müsbət çıxdı. Məndə Covid-19 infeksiyası tapıldı. İndi özümü yaxşı hiss edirəm. Bütün qaydalara riayət edir, evdə müalicə alıram. Ümid edirəm ki, tezliklə adi həyat tərzimə qayıda biləcəyəm”, – deyə D.Zalkaliani yazıb.

    Qeyd edək ki, nazirin xəstələnməsi İran XİN-in rəhbəri Cavad Zərifin bölgəyə səfəri ilə üst-üstə düşüb. İranlı nazirin Gürcüstan prezidenti, Baş naziri və xarici işlər naziri ilə görüşü planlaşdırılsa da, sonuncusu ləğv edilib.

  • Rüşvətə görə həbs edilən FHN vəzifəlilərinin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq müdiri Abdulla Abdullayev və şöbənin inspektoru olmuş Rəhman Babayevin cinayət işi hazırlıq iclası keçirilib.

    “Report” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış iclası fevralın 4-ə təyin edilib.

    Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun həyata keçirdiyi əməliyyatla saxlanılıblar.

    İttihama görə, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırıb.

    Onlara Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) madələri ilə ittiham verilib.

  • İlham Əliyev Portuqaliya prezidentini təbrik etdi

    Prezident İlham Əliyev Portuqaliya Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Hörmətli cənab Prezident,

    Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

  • Güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.

  • Кадры из села Халафша Физулинского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Халафша Физулинского района.

  • Füzulinin Xələfşə kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndindən görüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Prezidentdən QHT-lərlə bağlı FƏRMAN

    Prezident İlham Əliyevin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanına dəyişiklik edilib.

    Bununla bağlı Prezident yanvarın 27-də Fərman imzalayıb.

    Fərmana əsasən, QHT-lər qrant müqavilələri, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi barədə Ədliyyə Nazirliyinə məlumat verəcəklər.

    Həmçinin işlərin görülməsi haqqında müqavilələri qeydə alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir.

    Fərmanla sənədə 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilib. Əlavələrə əsasən, ianəni verən şəxslər barədə məlumatlar da QHT-lər tərəfindən təqdim olunan məlumatlara daxil olacaq. Bu məlumatlar Ədliyyə Nazirliyi tərəfindən qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil ediləcək.

  • AzTV mina təmizləyənlərin həyatı ilə bağlı sənədli film çəkdi – VİDEO

    AzTV işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkib.

    AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin əməkdaşları həmin torpaqlarda olub, minaların təmizlənməsi prosesini lentə alıb.

    “Əlvida, silah” adlı sənədli film ANAMA əməkdaşlarının təhlükəli və məsuliyyətli iş prosesindən, həmçinin həyatından bəhs edir.

    Horadiz və Füzulidə aparılmış çəkilişlərdə bu prosesin neçə mərhələdən ibarət olduğu vurğulanır və hər bir mərhələ ayrı-ayrılıqda göstərilir.

    Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatorları isə Adil Abbasov və Elşən Bədəlovdur.

    Afaq Vasifqızı filmin çəkiliş prosesi ilə bağlı danışarkən bildirib ki, “Əlvida, silah”da hər bir kadrı “Azərbaycantelefilm”in əməkdaşları çəkib. Heç bir arxiv görüntüdən istifadə olunmayıb.

    Sənədli film yaxın günlərdə yayımlanacaq.

  • Кто он – спецпредставитель Президента в Шуше?

    Согласно распоряжению Президента Ильхама Алиева, Айдын Зохраб оглу Керимов назначен спецпредставителем главы государства в Шушинском районе.

    Как передает Qafqazinfo.az, ранее А.Керимов занимал должность советника председателя Госкомитета по градостроительству и архитектуре. Он также принимал участие в реализации проекта “Белый город”, выступал на международных конференциях по цифровым технологиям BİM (Building Information Modeling) в строительной сфере.

    В связи с назначением на новую должность сегодня Президент Ильхам Алиев принял Айдына Керимова в видеоформате. Спецпредставитель заявил, что задачи по планомерной реконструкции Шуши – жемчужины Карабаха, столицы азербайджанской культуры, восстановление ее богатой истории, культурного наследия, а также создание всех благоприятных условий для дальнейшего проживания наших соотечественников будут выполнены в кратчайшие сроки на высоком уровне.

  • Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir?

    Prezident İlham Əliyevin Şuşa şəhərinə xüsusi nümayəndə təyin etdiyi Aydın Kərimovun bioqrafiyası ictimaiyyət üçün maraq doğurub.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Kərimov bundan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub.

    Şuşanın hazırkı xüsusi nümayəndəsi daha öncə “Ağ şəhər” layihəsinin həyata keçirilməsində böyük rol oynayıb. Beynəlxalq konfranslarda inşaat sahəsində rəqəmsal texnologiyalar və BİM texnologiyaları haqda çıxışlar edib.

    A.Kərimov bu gün Prezident İlham Əliyevin qəbulunda etdiyi çıxışında bildirib ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, zəngin tarixi, mədəni irsinin bərpa edilməsi üçün çalışacaq. Sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşısında qoyulan vəzifələrin, bütün tapşırıqlarının vaxtında və tələb edilən səviyyədə yerinə yetirilməsi üçün əlindən gələni edəcək.