Month: January 2021

  • Azərbaycanda tələbə qız faciəli şəkildə öldü – FOTO

    Azərbaycan Texnologiya Universitetinin Mühasibat uçotu ixtisasının I kurs tələbəsi vəfat edib.

    Median.Az xəbər verir ki, Qazax rayonunun Daşsalahlı kəndindən Səbirə Əhmədova dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişib.

    Allah rəhmət eləsin!//report.az

  • Misir Hava Yollarının rəhbəri müsahibə zamanı vəfat etdi – FOTO

    Misirin “EgyptAir” milli hava yolları şirkətinin rəhbəri Abu Taləb Tofiq öz kabinetində televiziya aparıcısı Ayya Əbdül Rəhman ilə müsahibə zamanı qəfil vəfat edib.

    Bu barədə “Middle East Monitor” nəşri məlumat yayıb.

    Teleaparıcının sözlərinə görə, şirkət rəhbərinin ölümünə səbəb ürək tutması olub.

    “Baş direktor öz kabinetində ondan müsahibə almağımızı xahiş etdi. Onunla Qahirə hava limanındakı iş otağında xeyli söhbət etdikdən sonra qəfil yerə yıxıldı. Bu mənim həyatımda ən çətin müsahibə idi. Həyatın dəyərini bilin, hər an onu itirə bilərsiniz”, – deyə xanım aparıcı bildirib.

    Qeyd edək ki, 55 yaşlı Abu Taləb Tofiq bir gün öncə “EgyptAir” şirkətinin direktorlar şurasının sədri təyin olunmuşdu.

  • Böyüdükcə tənhalaşan günahsızlar – VİDEO

    Bir çox insan həyatın mənasını uşaqlarda görür. Bəzi insanlar üçün isə bu məna heç bir əhəmiyyət kəsb etmir. Onlar dünyaya gətirdikləri uşaqları başqalarının insafına buraxır.

    Baku TV uşaq sığınacağında olub.

    Sığınacağın rəhbəri Kəmalə Ağazadə bildirib ki, sığınacağa gələn uşaqların böyük əksəriyyəti zorakılığa məruz qalmış uşaqlardır.

    Kəmalə Ağazadə həm də bildirib ki, Azərbaycanda daha çox üç yaşa qədər uşaqlar övladlığa götürülür.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Gürcü ekspert erməni dezinformasiyasını ifşa etdi – VİDEO

    Bir neçə gün əvvəl Ermənistan mətbuatında Gürcüstandan Ermənistana gedən yük maşınlarına hücum olunduğu haqqında məlumatlar yayılıb.

    Artıq Ermənistan mətbuatının yaydığı növbəti xəbərin də dezinformasiya olduğu təsdiqləndi.
    Bu barədə Gürcüstandə fəaliyyət göstərən Demokratik Araşdırmalar İnstitutunun əməkdaşı Ketevan Murqulia açıqlama verib.

    O bildirib ki, Demokratik Araşdırmalar İnstitutu 25 yanvar tarixində Aşağı Poniçalada baş verən insidentlə bağlı araşdırma aparıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Xətai rayonunda 21 yaşlı gənc oğlanı avtomobil vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

    Neapol dairəsində yolu keçən 2000-ci il təvəllüdlü Mehdizadə Ceyhun Elşən oğlunu avtomobil vurub. Xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Bill Qeyts: “Növbəti pandemiya on dəfə daha ağır ola bilər”

    “Microsoft” şirkətinin təsisçisi, xeyriyyəçi, dünyanın ən varlı insanlarından biri olan Bill Qeyts COVID-19 pandemiyasının hələ başlanğıc olduğunu bildirib.

    O, bu fikirləri Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə müsahibəsi zamanı səsləndirib. Milyonçu hesab edir ki, dünya hələ növbəti pandemiyaya hazır deyil.

    “Ümid edirəm ki, iki ildən sonra vəziyyət başqa cür olacaq. Vaksinlər, dərmanlar, testlər, xəstəxanalar – hamısı hazır olacaq. Pandemiya artıq həyatımızın bir hissəsinə çevrilib. Dövlətlərin vəzifəsi öz vətəndaşlarını qorumaqdır. Əgər hazırlıq daha yaxşı aparılsaydı, vəziyyət başqa cür olardı. Biz bundan düzgün nəticələr çıxarmalıyıq. Çünki növbəti pandemiya on dəfə daha ağır ola bilər”, – deyə Qeyts bildirib.

  • Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını dağıdıb – FOTO

    Ermənistan ordusu Qubadlı rayonunun Saray kənd qəbiristanlığını dağıdıb.

    Trend həmin qəbiristanlıqdan fotoları təqdim edir:





  • Ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib – VİDEO

    Məlum olduğu kimi, yanvarın 25-dən etibarən artıq müəyyən istisnalar olmaqla bəzi ticarət obyektlərinin və digər xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, buna baxmayaraq “COVID-19” virusu ilə mübarizədə dövlətimizin əldə edilən uğurların və xəstəliyə yoluxma sayında müşahidə edilən müsbət dinamikanın qorunub saxlanılması məqsədi ilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən mütəmadi olaraq nəzarət proflaktik tədbirlər davam etdirilir.

    Reydlər zamanı mövcud sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə marketlərdə, apteklərdə və qapalı ticarət obyektlərində nəzarət gücləndirilib. Polis əməkdaşları paytaxtın hər bir nöqtəsində yerləşən fəaliyyətinə icazə verilən ticarət obyektlərinin sahibkarları və işçiləri ilə maarifləndirilici söhbətlər apararaq onlara sanitar epidemoloji normalara riayət olunması üçün tövsiyyələr edirlər. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, eləcə də edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə polis əməkdaşları tərəfindən inzibati tədbirlər həyata keçirilir.

    Onu da qeyd edək ki, polislər tərəfindən bu cür profilaktik tədbirlər paytaxtın digər ərazilərində də mütəmadi olaraq davam etdiriləcək.

  • Ağstafa Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub

    Ağstafa Rayon İcra Hakimiyyəti başçısının aparatında növbəti kadr təyinatları olub.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Seymur Orucov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Müşfiq Məmmədqulu oğlu Hüseynov başçının birinci müavini, Mirfərid Mirəsgər oğlu Mahmudov Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi və Elvin Namiq oğlu Pirquliyev Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifələrinə təyin olunublar.

    Qeyd edək ki, M.Hüseynov bu təyinatadək Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri işləyib.

  • Gürcüstan və Rusiya arasında sərhədlərin açılması müzakirə olunacaq

    Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze rusiyalı senator Qriqori Karasin ilə növbəti görüşündə iki ölkə arasındakı quru sərhədinin açılması məsələsini müzakirə edəcək.

    Bu barədə TASS məlumat yayıb.

    “Rusiya ilə sərhədin açılması epidemioloji vəziyyətdən asılıdır. Problem məhz elə bundadır. Ümid edirəm ki, tezliklə həm bizdə, həm də bütün dünyada koronavirusla bağlı vəziyyət sabitləşəcək və biz sərhədlərin açılması məsələsini müzakirə edə biləcəyik”, – deyə Abaşidze bildirib.

    Gürcüstanlı diplomatın sözlərinə görə, o, yaxın zamanlarda Q.Karasin ilə onlayn görüş keçirməyi planlaşdırır.

    Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında yeganə quru yolu olan Kazbek – Yuxarı Lars sərhəd keçid məntəqəsi 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən bağlanıb. İki ölkə arasında hava əlaqəsi də Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyadan sonra dayandırılıb.