Month: January 2021

  • Abşeronda 17 yaşlı oğlan atasını vəhşicəsinə qətlə yetirdi

    Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə atasını öldürməkdə şübhəli bilinən oğul saxlanılıb.

    Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, oğlu tərəfindən bıçaqlanan 1981-ci il təvəllüdlü atanın müalicə aldığı xəstəxanada ölməsi barədə məlumat rayon prokurorluğuna 29 yanvar 2021-ci il tarixdə, saat 22:00 radələrində daxil olub.

    Cinayət prosessual normalara uyğun olaraq rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Aparılmış ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Quliyevin (ad şərti olaraq qeyd olunmuşdur) həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atasına bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlayıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

    Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Quliyev tutularaq istintaqa cəlb edilib.

    Müdafiəçi və qanuni nümayəndəsinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən İ.Quliyev törətdiyi əməli tam etiraf edib.

    Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, öldürülən şəxs əvvəllər dəfələrlə narkotik vasitələrin aludəçisi və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşayıb.

  • Прогноз погоды в Азербайджане на 31 января

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 31 января.

    В Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, пасмурная погода без осадков, ночью – местами дождь, порывистый юго-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 2-4, днем – 8-11, в Баку ночью – 2-4, днем – 8-10 градусов тепла.

    Атмосферное давление повысится с 756 до 761 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В некоторых районах Азербайджана завтра ожидается погода без осадков, ночью и утром местами туман и моросящий дождь, порывистый западный ветер.

    Температура воздуха составит ночью 0-4, днем – 7-12 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 0-3 градуса тепла.

  • Sabah Bakıda 10 dərəcə isti olacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4 dərəcə isti, gündüz 8-11, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

    Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

    Yanvarın 31-də Abşeron yarımadasında cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Caliber: Важная операция азербайджанских разведчиков в тылу врага – ВИДЕО

    В апреле 1997 года две разведывательные группы бойцов подразделения специального назначения Вооруженных сил Азербайджана получили задание проникнуть в глубокий тыл противника на наших оккупированных территориях.

    Несмотря на прошедшее время и глобальные региональные изменения, операции, которые успешно провели наши разведчики, до сих пор находятся под грифом секретности.

    Почти для всех членов одного из спецподразделений задание в апреле 1997-го стало самым серьезным и последним испытанием в жизни.

    Подробнее – в очередном сюжете YouTube-канала Caliber.

  • “Caliber”: Kəşfiyyatçılarımızın düşmənin arxa cəbhəsində mühüm əməliyyatı – VİDEO

    1997-ci ilin aprelində Azərbaycan silahlı qüvvələri xüsusi təyinatlı dəstəsinin döyüşçülərindən ibarət iki kəşfiyyat qrupuna işğal altındakı ərazilərimizdə düşmənin arxa cəbhəsinin dərinliklərinə nüfuz etmək əmri verildi.

    Zaman keçməsinə və qlobal regional dəyişikliklərə baxmayaraq, kəşfiyyatçılarımızın uğurla yerinə yetirdiyi bir sıra döyüş tapşırıqlarının xarakteri hələ də sirr olaraq qalır.

    Bölmələrdən birinin demək olar ki, bütün üzvləri üçün bu, həyatdakı ən ciddi və son sınaq idi…

    “Caliber” “YouTube” kanalı bu mühüm əməliyyatla bağlı videonu təqdim edir:

  • Кямран Алиев произвел новое назначение

    В Военной прокуратуре Азербайджана произведено кадровое изменение.

    Согласно приказу генпрокурора Кямрана Алиева, полковник юстиции Айдын Алескеров назначен начальником отдела по расследованию сообщений о нарушениях в военных учреждениях.

    До этого он работал старшим помощником военного прокурора республики.

  • Kamran Əliyevdən polkovniklə bağlı ƏMR

    Respublika Hərbi Prokurorluğunda kadr islahatı olub.

    Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Əmrə əsasən, ədliyyə polkovniki Aydın Ələsgərov Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi təyin olunub.

    O, bundan əvvəl Respublika Hərbi prokurorunun böyük köməkçisi işləyib.

  • В Баку арестован обвиняемый в расчленении невестки

    В Насиминском районном суде рассмотрено ходатайство следственного органа об избрании меры пресечения в отношении Идриса Магеррамова, обвиняемого в особо жестоком убийстве невестки, передает Trend.

    Суд вынес решение об аресте И.Магеррамова сроком на три месяца.

    В ночь на 27 января в Сall-центр МВД поступила информация об обнаружении в мусорных контейнерах на улице А.Искендерова Насиминского района Баку пакетов с частями женского тела.

    По данному факту в прокуратуре района было возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК.

    В результате оперативно-следственных мероприятий была установлена личность расчлененной женщины. Жертвой жестокого убийства оказалась 32-летняя Бану Магеррамова.

    В ходе расследования возникли обоснованные подозрения в том, что преступление совершено ее 75-летним свекром, уроженцем Бабекского района Нахчывана Идрисом Магеррамовым на почве ревности.

  • Bakıda gəlinini doğrayıb zibil qutusuna atan şəxs həbs olundu

    Bakıda evində gəlinini xüsusi amansızlıqla qətlə yetirərək zibil qutusuna atmaqda təqsirləndirilən İdris Məhərrəmovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

    Trend-in məlumatına görə, Nəsimi rayon məhkəməsində keçirilən prosesdə İ. Məhərrəmov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə məlumat daxil olub.

    Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə cəsədin Babək rayon sakini Banu Məhərrəmovaya aid olması müəyyən edilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

  • 37-летний мужчина повесился в собственном доме

    В Уджарском районе произошло самоубийство, передает Report.

    Местный житель Натиг Эфендиев (1984 г.р.) повесился в собственном доме.

    Причина суицида неизвестна.

    По данному факту проводится расследование.