Month: January 2021

  • 37 yaşlı kişi yaşadığı evdə özünü asdı

    Ucar rayonunda intihar hadisəsi baş verib.

    “Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Əfəndiyev Natiq Yaqub oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

    Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə yerləşdirilib.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Гяндже во время Отечественной войны был нанесен ущерб девяти школам – ВИДЕО

    В результате баллистических ракетных атак армянских вооруженных сил на город Гянджу во время Отечественной войны девяти школам был нанесен значительный ущерб.

    Здания двух из них практически полностью разрушены.

    Подробнее – в видеосюжете Baku TV.

  • Vətən müharibəsində Gəncədə doqquz məktəbə ziyan dəyib – VİDEO

    Vətən müharibəsi zamanı erməni işğalçıları tərəfindən Gəncə şəhərinin ballistik raketlə hədəfə alınması nəticəsində doqquz məktəbə ziyan dəyib.

    Onlardan ikisi isə demək olar ki, yararsız vəziyyətə düşüb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Эксперт по недвижимости о рынке аренды жилья в Баку

    Возобновление работы ряда сфер повысит экономическую активность в Азербайджане.

    Эксперт по недвижимости Нусрет Ибрагимов прокомментировал Trend вопрос влияния поэтапного ослабления карантина на рынок аренды жилья.

    “Пока изменений не ощущается. Ситуацию на этом рынке формируют студенты, те, кто приезжает на работу в Баку, и туристы. Но поскольку пока перемен в этих направлениях не происходит, говорить об их влиянии на рынок аренды жилья рано”, – сказал он.

  • Karantin rejiminin yumşaldılması ilə Bakıda kirayə mənzillərin qiyməti qalxacaq?

    Azərbaycanda karantin rejiminin mərhələli şəkildə yumşaldılması, bir sıra sahələrin fəaliyyətinə icazə verilməsi ölkə üzrə iqtisadi fəallığı artıracaq. İqtisadi fəallığın artmasının müxtəlif sahələrdə məhsul və xidmətlərin qiymətinə necə təsir edəcəyi müzakirə mövzusudur.

    Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə açıqlamasında karantin rejiminin yumşaldılmasının kirayə mənzil bazarında qiymətlərə təsirindən danışıb.

    Onun sözlərinə görə, hazırkı yumşalmalar nəticəsində Bakıda kirayə mənzil bazarında aktivliyin artacağını söyləmək doğru olmaz.

    Nüsrət İbrahimov bildirir ki, hələlik yumşalmaların kirayə mənzil bazarına təsiri hiss olunmur.

    Ekspert vurğulayıb ki, kirayə mənzil bazarında əsas tələb portfelini formalaşdıran tələbələr, iş üçün Bakıya gələnlər və turistlərdir:

    “Hələ ki, bu istiqamətlərdə yumşalmalar olmadığına görə, kirayə mənzil bazarında qiymətlərə təsirdən danışmaq tezdir”.

  • В Баку в одноэтажном доме произошел пожар

    В одноэтажном жилом доме в Сабунчинском районе Баку произошел пожар, сообщает МЧС.

    Сгорели воспламеняющиеся конструкции на небольшом участке кровельного покрытия.

    Остальная часть дома и примыкающий навес были защищены от огня.

    Пожар потушен.

  • Sabunçuda birmərtəbəli evdə yanğın

    Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • На Абшероне неизвестные пытались убить пожилую женщину

    В городе Хырдалане 67-летнюю Машханым Алиеву зверски избили в собственном доме, передает Report.

    Пострадавшую доставили в больницу. В ходе обследования врачи выявили у нее переломы челюсти, носа и скул.

    По словам М.Алиевой, ее в собственном доме избили незнакомые ей молодой человек и девушка, после чего они пытались задушить пожилую женщину.

    По данному факту проводится расследование.

  • Abşeronda naməlum şəxslər ahıl qadını evində öldürmək istədi

    Abşeronda naməlum şəxslər 67 yaşlı ahıl qadına ağır xəsarət yetiriblər.

    “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Abşeron Gənclər Şəhərciyində 1954-cü il təvəllüdlü Əliyeva Maşxanım İsmayıl qızı yaşadığı evdə amansızlıqla döyülüb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı M.Əliyevaya çənə, burun və almacıq sümüklərinin sınıqları diaqnozu qoyulub.

    M.Əliyevanın dediyinə görə, onu yaşadığı evdə tanımadığı qızla oğlan döyüb. Həmin şəxslər daha sonra qadını boğmağa çalışıblar.

    Hadisənin səbəbləri araşdırılır.

  • Çex hökuməti koronavirusla bağlı qadağaları sərtləşdirir

    Çex hökuməti respublikada koronavirus səbəbi ilə qüvvədə olan sosial məhdudiyyətlərin sərtləşdirilməsinə qərar verib.

    TASS xəbər yayır ki, bu, ölkədə koronavirusa bağlı vəziyyətin pisləşməsi ilə əlaqələndirilir.

    “Son günlərdə daha da pisləşən epidemiyaya reaksiya verməyə cavabdehik. Bizdə koronavirusun “Britaniya ştammı” yayılır. Daha yaxşı olardı ki, ölkə əhalisi evdə qalsın və sosial məsafəyə əməl eləsin”, – deyə ölkənin Daxili işlər naziri Yan Hamaçek bildirib.

    Getdikcə pisləşən epidemiya şəraitində hotellərə və pansionatlara yalnız işgüzar səfərə gələn qonaqların yerləşməsi barədə göstəriş verilib. Həmin şəxslər iş gəzintilərinə ehtiyacları barədə rəhbərləri və ya digər məsul şəxslər tərəfindən təsdiqlənmiş sertifikatlar təqdim etməlidirlər. Bu sənədlər uzun müddət saxlanılmalıdır və səlahiyyətli orqanlar tərəfindən tələb oluna bilər.

    Karantin tədbirlərinin daha da sərtləşdiriləcəyi istisna edilməyib.

    Koronavirusun respublikanın müəyyən bölgələri arasında yayılmasının qarşısını almaq üçün vətəndaşların yaşayış yerlərindən müəyyən məsafədə uzaqlaşmalarının qadağan olunmasının mümkünlüyü nəzərdən keçirilir.

    Qeyd edək ki, 10 milyondan çox əhalisi olan Çex Respublikasında 972 642 nəfərdə koronavirus qeydə alınıb, 16 072 xəstə virusdan ölüb.