Month: January 2021

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 100 837 607 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 167 096 xəstə ölüb, 72 842 827 nəfər sağalıb.

    Şimali Amerikada 29 739 796, Avropada 29 392 489, Asiyada 22 715 706, Cənubi Amerikada 15 448 184, Afrikada isə 3 490 691 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (26 011 222 nəfər), Hindistan (10 690 279 nəfər), Braziliya (8 936 590 nəfər), Rusiya (3 756 931 nəfər) və Böyük Britaniyadır (3 689 746 nəfər).

    Türkiyədə 2 442 350, İranda 1 385 706, Gürcüstanda 254 822, Ermənistanda isə 166 232 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm Rusiyadadır (70 482 nəfər).

    Azərbaycanda koronavirusa yoluxan 229 358 nəfərin 3 100-ü ölüb, 221 116-sı sağalıb.

  • “Tik-Tok” Hindistanda qadağan olundu

    Hindistan hökuməti Çin mobil applikasiyalarına qarşı sanksiyaları sərtləşdirib və onlardan 59-nu həmişəlik qadağan edib.

    Bu barədə “Times of India” qəzeti ölkənin Elektronika və İnformasiya Nazirliyinə istinadən məlumat yayıb. Qadağan olunmuş mobil əlavələr arasında “Tik-Tok”, “Baidu”, “WeChat” kimi məşhur proqramlar da var.

    Nazirlik qərarın səbəblərini “Çin mobil proqramlarının Hindistanın suverenliyi və bütövlüyünə, həmçinin təhlükəsizliyinə zərər verməsi” ilə izah edib.

    Qeyd edək ki, hindistanlı istifadəçilər Çin applikasiyalarını şəxsi məlumatlardan düzgün istifadə etməməkdə günahlandırıb və müvafiq qurumlara şikayət ediblər.

  • Эксперт рассказал, как найти смартфон с выключенной геолокацией

    Смартфон можно найти даже при выключенной геолокации. Об этом сообщил доцент кафедры “Интеллектуальные системы информационной безопасности” РТУ МИРЭА (РФ) Евгений Кашкин.

    По словам специалиста, есть несколько способов поиска. Например, в гаджетах на базе IOS и Android есть функция “Найти телефон”. С ее помощью можно установить геолокацию утерянного аппарата.

    Но если же определение реального географического местоположения электронного устройства отключено, то смартфон можно найти с помощью сим-карты. Дело в том, что она автоматически подключается к близлежащей вышке.

    “Таким образом, используя данные об уровне сотового сигнала между смартфоном и вышкой сотового оператора, определение ориентировочного местоположения абонента не составит труда”, – сказал Кашкин агентству “Прайм”.

    При этом, добавил эксперт, точность такого определения невысока. Кроме того, данными о подключении к вышке обладает только провайдер, и предоставить эту информацию он может лишь по запросу полиции. Кашкин посоветовал при потере смартфона обратиться в правоохранительные органы с заявлением, в котором следует указать IMEI-код аппарата.

    “В случае кражи, даже если будет произведена замена сим-карты, телефон смогут найти и при выключенной геолокации”, – уточнил специалист.

    Еще один способ найти смартфон – проследить по геотегам, которые люди используют в социальных сетях.

  • Söndürülmüş geolokasiya ilə smartfonu tapmağın yolları açıqlandı

    Geolokasiya söndürüldükdə belə smartfonu tapmaq mümkündür.

    “Praym”ın məlumatına görə, bu barədə Rusiyanın Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universitetinin İnformasiya Təhlükəsizliyi İntellektual Sistemləri kafedrasının dosenti Evgeny Kaşkin açıqlama verib.

    Mütəxəssisin sözlərinə görə, bir neçə axtarış üsulu var.

    “IOS və “Android” bazasında cihazlarda “Telefonu tap” funksiyası var. Onun köməyi ilə itmiş apparatın geolokasiyasını tapmaq olar”, – deyə o bildirib.

    Kaşkin əlavə edib ki, elektron cihazın həqiqi coğrafi yerinin təyin edilməsi söndürüldükdə isə smartfonu SİM kartın köməyi ilə tapmaq olar. Məsələ burasındadır ki, o, avtomatik olaraq yaxınlıqdakı qülləyə qoşulur.

    “Beləliklə, smartfon və mobil operatorun qülləsi arasındakı siqnalın səviyyəsinə dair məlumatlardan istifadə edərək abunəçinin yerini dəqiq müəyyənləşdirmək çətin olmayacaq”, – deyə ekspert əlavə edib.

    Ancaq Kaşkin belə müəyyənləşdirmənin dəqiqliyinin az olduğunu bildirib. Bundan əlavə, yalnız provayder qülləyə qoşulma barədə məlumatlı olur və informasiyanı polisin sorğusu ilə təmin edə bilər.

    Mütəxəssis smartfon itdiyi təqdirdə cihazın IMEI kodunu göstərməklə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

    “Oğurluq halında SIM kart dəyişdirilsə və telefonun geolokasiyası söndürülsə belə tapmaq mümkündür”, – deyə mütəxəssis vurğulayıb.

    Smartfonu tapmağın başqa bir yolu da insanların sosial şəbəkələrdə istifadə etdikləri coğrafi etiketləri izləməkdir.

  • Harri Potterin macəraları barədə serial hazırlanacaq

    ABŞ-ın HBO teleşirkəti sehrbaz Harri Poterin macəraları barədə serial hazırlayacaq.

    Bu barədə “Hollywood Reporter” xəbər yayıb.

    Bildirilir ki, hazırda şirkət franşizanın sahibi “Warner Bros.” film studiyası ilə birlikdə ssenaristlər axtarır və onlarla yeni seriallar üçün ideyaları müzakirə edir.

    Ancaq tərəflər yalnız danışıqlar aparılır, heç bir razılaşma əldə olunmayıb.

    O da vurğulanır ki, bir neçə vəziyyət layihənin həyata keçirilməsinə mane ola bilər. Birincisi Harri Potter kitablarının müəllifi Coan Roulinq serialın yaradılması fikrini təsdiqləməlidir.

    Bundan sonra şirkətlər Harri Potter ilə əlaqəli filmlərin və müxtəlif məzmunun yayımlanmasına dair müqaviləyə sahib olan “NBCUniversal” media korporasiyası ilə danışıqlar aparmalıdır.

    Harri Potter barədə kitablar seriyası (1997-2007) 400 milyon nüsxə tirajla nəşr olunub və 65 dilə tərcümə edilib.

  • Türkiyəyə turlar bahalaşdı

    2021-ci ilin yayında erkən rezervasiya mərhələsində Türkiyəyə tətil qiyməti 15% artıb.

    Bu barədə Rusiya Turoperatorlar Assosiasiyası məlumat yayıb.

    Turoperatorlar yay ayları üçünTürkiyəyə satışların aprelə yaxın pik həddə yüksələcəyini gözləyirlər.

    “İndi qiymətlər “planlandığı kimi” keçən ilə nisbətən 15 %-ə qədər artıb. Hələlik iyun ayında Türkiyənin “hər şey daxil” “beşliyi”nə iki nəfərlik bir həftəlik turu 60 min rubla (1 356 AZN) almaq olar. Mövsüm başladıqdan sonra Türkiyəyə qiymətlərin daha da artması ehtimalı var”, – deyə bildirilir.

    Qeyd olunur ki, Türkiyəyə tətillər üçün erkən edilən sifariş kampaniyaları 31 mart 2021-ci il tarixinədək etibarlıdır. Hal-hazırda Türkiyə kurortlarına turlar gedişlə oktyabr ayının sonuna qədər sifariş edilə bilər.

  • На освобожденных от оккупации территориях продолжаются работы по разминированию – ВИДЕО

    По завершению 44-дневной Отечественной войны на освобожденных от оккупации территориях Азербайджана продолжаются работы по разминированию.

    В них задействованы специалисты из России и Турции.

    Подробнее – в сюжете Baku TV:

  • İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları davam edir – VİDEO

    44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə əməliyyatları davam edir.

    Əraziyə Rusiya və Türkiyədən olan mütəxəssislər də cəlb olunub.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • В Гобустане шесть человек отравилась угарным газом

    В Гобустане вечером 26 января зафиксирован случай массового отравления угарным газом.

    Пострадала почти целая семья, проживающая в доме на улице Тофига Исмаилова.

    Зивер Акперова (1944 г.р.), ее сестра Ганифа Рагимова (1954 г.р.) с дочерью Реной (1982 г.р.), а также их внуки Зарифа (2003 г.р.), Эльчин (2007 г.р.) и Эльнур (2015 г.р.) Рагимли обратились в связи с плохим самочувствием в Центральную районную больницу Гобустана.

    Как сообщили в медучреждении, семейный врач Кямаля Гусейнова после обследования выписала их всех домой.

    Отмечается, что утечка угарного газа произошла вследствие неисправности отопительного устройства.

    В настоящее время все члены семьи чувствуют себя хорошо.

    По данному факту проводится расследование.

  • Qobustanda dəm qazından bir ailənin altı üzvü zəhərlənib – YENİLƏNİB

    Ötən gün dəm qazından zəhərlənənlərin həyati təhlükəsi yoxdur.

    Bu barədə Oxu.Az-a Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn məlumat verib.

    Bildirib ki, zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər:

    “Ambulator xidmət göstərilib. Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb”.

    * * * * *

    Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, dünən axşam saatlarında Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə bir ailənin altı üzvü dəm qazından zəhərlənib.

    Qobustan rayon sakinləri Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Xəstəxanadan verilən məlumata görə, ailə həkim Kəmalə Hüseynova tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb:

    “Dünən dəm qazından zəhərlənmə ilə 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu xəstəxanaya müraciət edib. Kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərlənən ailə üzvləri ilkin müayinədən sonra evə buraxılıblar.

    Bu gün ailə ilə əlaqə saxlanılıb. Heç bir problem yoxdur, vəziyyətləri yaxşıdır”

    Faktla bağlı araşdırma aparılır.