Month: January 2021

  • Məktəblərdə qış tətili başladı

    Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2020-2021-ci tədris ili üzrə qış tətili başlayır.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

    Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi – VİDEO

    Şuşada məktəb inşası ilə bağlı layihə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı qarşılıqlı anlaşma ilə uyğun görülüb.

    Median.Az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

    “Bir müddət əvvəl məsələ ilə bağlı təklif irəli sürmüşdüm. Bildirmişdim ki, Türkiyə və Azərbaycan prezidentləri uyğun görərsə, Şuşada məktəb tikmək hədəfimizdir. Məktəbin təməlini də yanvarın 30-da ata biləcəyimizi söyləmişdim. Hər iki ölkə prezidentinin qarşılıqlı razılaşması ilə təklifimiz təsdiqlənib. Şuşadakı məktəbin tikintisi başa çatan kimi Azərbaycana təslim ediləcək”, – partiya sədri bildirib.

    D.Baxçalı eyni zamanda məktəbin layihəsini də təqdim edib. (Axar.az)

  • ПАСЕ отклонила предложения армянской делегации по развитию мониторинговой процедуры

    В рамках зимней сессии ПАСЕ был обсужден и принят проект резолюции о развитии мониторинговой процедуры.

    Как сообщает Trend, попытки армянской делегации внести поправки в документ провалились. Предложенные ею изменения были отклонены большинством голосов.

    Армянская делегация в ПАСЕ, представив задержанных на территории Азербайджана диверсантов и террористов как военнопленных, пыталась опротестовать возбужденное в отношении их уголовное дело, и предложила внести их в список подлежащих обмену военнопленных, заложников и других удерживаемых лиц, а также внести несколько поправок в связи с армянскими религиозными памятниками.

    Ни одно из предложений не набрало необходимое число голосов.

  • XİN: “Ermənistanın AŞPA-nın qətnaməsinə düzəlişləri təşkilat tərəfindən rədd edilib” – YENİLƏNİB

    Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin (AŞPA) “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib.

    Xarici İşlər Nazirliyindən bildirilib ki, hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

    Qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, sənədin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:

    “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

    “Qeyd edək ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnmişdir. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilmişdir.

    Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

    Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-ın səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib”, – deyə XİN-dən bildirilib.

    ***

    AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib

    “Trend” xəbər verir ki, Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişikliklər edilməsi ilə bağlı cəhdləri iflasa uğrayıb. Ermənilərin təklif etdiyi dəyişikliklər səs çoxluğu ilə rədd edilib.

    Erməni nümayəndə heyəti AŞPA qətnaməsinə üçtərəfli bəyanat qüvvəyə mindikdən sonra Azərbaycan ərazilərində saxlanılmış diversant və terrorçuları hərbi əsir kimi təqdim edərək, onlara qarşı cinayət işi açılmasına etirazları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin mübadiləsi, eləcə də erməni dini abidələri ilə bağlı bir neçə dəyişiklik təklif edib.

    Təkliflərin heç biri səsvermədən keçməyib.

  • SON DƏQİQƏ! Siqaret çəkənlərin nəzərinə: qərar verildi, QİYMƏT BAHALAŞACAQ

    Azərbaycanda elektron siqaretlər üçün maye və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinə tətbiq edilən aksiz dərəcələri artırılır.

    Median.Az MediaBaku.az-ın məlumatına görə bildirir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsi 20 manatdan 220 manata qaldırılıb.

    Tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1000 ədədinə tətbiq edilən 31 manat aksiz dərəcəsi 35 manata qaldırılacaq.

  • BNA: Avtobus zolaqları boyunca kütləvi qanunsuz parklanma halları müşahidə olunur – VİDEO

    Q.Qarayev prospekti – M.Hadi küçəsi-Gəncə prospektində hər iki istiqamətdə avtobus zolaqları təşkil edilməsinə baxmayaraq, əksər sürücülər tərəfindən qaydalara əməl olunmur.

    BNA-dan verilən məlumata görə, nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti, kütləvi qanunsuz parklanma halları müşahidə olunur.

    Bu səbəbdən gün ərzində bu ictimai nəqliyyat dəhlizindən keçən 43 marşrut xətti üzrə 700-dən çox avtobusun hərəkət qrafiki pozulur, intervallar gecikir.

    Nəticədə hər gün yüz minlərlə ictimai nəqliyyat istifadəçisi ciddi çətinliklərlə və vaxt itkisilə üzləşir. Sərnişinlərin səyahət müddəti lüzumsuz səbəbdən artır, dayanacaqlarda və avtobuslarda sıxlıqlar yaranır ki, bu da mövcud pandemiya şəraitində xüsusilə arzuolunmazdır.

    Zolaqların tələblərinin pozulması eyni zamanda ümumi nəqliyyat axınına da mənfi təsir edir, sıxlıq və tıxac hallarını artırır.

  • В Кыргызстане задержали экс-премьера Абылгазиева

    Бывший премьер-министр Кыргызстана Мухаммедкалый Абылгазиев задержан по подозрению в незаконном обогащении.

    Как передает Report, со ссылкой на агентство 24.kg, по данным агентства, ранее он был вызван на допрос, после чего ему вручили уведомление о подозрении в незаконном обогащении. Кроме того, как уточняется в сообщении, Абылгазиев проходит по делу, связанному с золоторудным месторождением Кумтор.

    Абылгазиев возглавлял киргизское правительство с 2018 года до июня 2020 года. 15 июня прошлого года он добровольно подал в отставку.

  • Qırğızıstanın sabiq baş naziri saxlanıldı

    Qırğızıstanın keçmiş baş naziri Məhəmmədkalıy Abılqazıyev qanunsuz varlanmada şübhəli bilinərək saxlanılıb.

    “Report” xəbər verir ki, bu barədə “24.kg” agentliyi məlumat yayıb.

    Məlumata görə, o, daha əvvəl sorğu-sual edilib. Bundan sonra ona qanunsuz varlanmada şübhəli bilinməsi haqqında xəbərdarlıq olunub.

    Bundan başqa, Abılqazıyevin adı Kumtorun qızıl-filiz yatağı ilə bağlı işdə də hallandırılır.

    Abılqazıyev hökumətə 2018-ci ildən 2020-ci ilin iyununa qədər başçılıq edib. O, ötən ilin 15 iyununda könüllü istefa verib. Baş nazir bu qərarını radiotezlik resurslarının yenidən tərtib etdirilməsi ilə bağlı cinayət işi üzrə hökumətin ünvanına səslənmiş ittihamlarla əlaqədar qəbul etdiyini bildirib.

  • Vladimir Putinlə Cozef Bayden arasında telefon danışığı olub

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

    Median.Az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

  • Dağıstanda torpaq sürüşməsi baş verib – VİDEO

    Rusiyanın Dağıstan Respublikasının Qarabudaqkənd rayonunun ərazisində torpaq sürüşməsi baş verib.

    TASS agentliyi bölgədəki Fövqəladə Hallar Nazirliyi xidmətinə əsasən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində ərazidə yerləşən fermer təsərrüfatı binalarına ziyan dəyib, iki yaşayış evi qəza təhlükəsi ilə üzləşib.