Month: January 2021

  • Средний возраст оказался самым тяжелым для психики

    К такому выводу пришли исследователи из Университетского колледжа Лондона (Великобритания), статья которых опубликована в журнале Psychological Medicine.

    Ученые проанализировали данные о психическом здоровье свыше 28 тысяч британцев, которые принадлежали к разным поколениям: часть из них родилась в 1946 году, часть — в 1958 году, а остальные — в 1970 году. Все эти люди, начиная с 23-летнего возраста и вплоть до 69 лет, регулярно отчитывались о своем психологическом состоянии.

    Анализ собранной информации показал, что у представителей всех трех поколений максимум психологического стресса и риска психических болезней наблюдается в возрасте от 46 до 53 лет.
    Примерно каждый пятый взрослый человек в этом возрасте испытывает хроническое нервное напряжение, сталкивается с депрессией и повышенной тревожностью.

    «К среднему возрасту люди обычно достигают пика в своей карьере. В то же время на людей этого возраста обычно возлагается много ответственности, они мало отдыхают и испытывают большой стресс на работе. Кроме того, к этому возрасту обычно происходят изменения в структуре семьи, которые также могут негативно сказываться на психическом здоровье — подросшие дети покидают дом, растет процент разводов.

    В возрасте около 50 люди часто одновременно играют две роли — у них еще не выросли дети, а родители уже состарились и тоже требуют заботы», — такими факторами объясняют исследователи полученные результаты.

  • Сенат США утвердил нового госсекретаря

    Сенат США проголосовал за утверждение Энтони Блинкена в должности госсекретаря, пишет РИА Новости.

    На слушаниях по своей кандидатуре он заявил, что администрация нового американского президента Джо Байдена намерена продлить единственный оставшийся стратегический договор с Россией – ДСНВ-3.

    Также он сказал о необходимости пересмотреть внешнеполитический курс администрации Дональда Трампа, включая выход из ядерной сделки с Ираном.

    Блинкен давно работает с Байденом. Во время президентства Барака Обамы, когда нынешний глава государства занимал пост вице-президента, он был первым заместителем советника президента США по национальной безопасности и первым заместителем госсекретаря.

  • ABŞ-ın yeni dövlət katibi bəlli oldu

    ABŞ Senatı Entoni Blinkenin Dövlət Departamentinin rəhbəri postuna namizədliyini təsdiqləyib.

    “RİA Novosti” agentliyi bu barədə senatdakı səsvermənin nəticələrinə istinadən xəbər yayıb.

    Qeyd olunur ki, Entoni Blinken ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin yaxın tərəfdaşlarından biri hesab olunur.

    O, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin birinci müavini və dövlət katibinin birinci müavini vəzifələrində çalışıb.

  • AŞ NK sədri: “Qarabağdakı əməliyyatlarda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur”

    “Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda İŞİD terrorçularının iştirakını sübut edən dəlillərimiz yoxdur”.

    “Report”un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurasının Nazirlər Komitəsinin sədri, Almaniyanın xarici işlər naziri Heyko Maas Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Ermənistandan olan deputatın sualına cavab olaraq bildirib.

    “Deyirsiniz ki, Azərbaycan Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda əcnəbi muzdlulardan istifadə edib? Amma bu günə kimi bunu sübut edən dəlil tapılmayıb”, – o deyib.

  • AŞPA tarixində ilk dəfə qadın Baş katib seçildi – FOTO

    Avropa Şurası Parlament Assambleyasına yeni Baş katib seçilib.

    Bu barədə məlumat AŞPA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib.

    Məlumatda qeyd olunur ki, AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermədə Despina Çatsivaliu-Tsovilis qurumun yeni Baş katibi seçilib.

    O, öz vəzifəsinin icrasına martın birindən başlayacaq

    Qeyd edək ki, Despina Çatsivaliu-Tsovilis AŞPA-nın 72 illik tarixində bu postu tutan ilk qadın olacaq.

  • Продлен срок замены удостоверений личности проживающих в Баку жителей Нахчывана

    Продлен срок замены просроченных, а также утерянных или пришедших в негодное состояние удостоверений личности жителей Нахчыванской Автономной Республики, проживающих в Баку и других регионах страны, стартовавшей 8 января этого года.

    Как сообщает Report, об этом говорится в совместном заявлении Постоянного представительства Нахчыванской АР в Баку и МВД Автономной Республики.

    Отмечается, что указанный срок продлен до 15 февраля текущего года.

    Замена документов будет осуществляться соответствующими сотрудниками МВД Нахчыванской АР в Главном управлении паспортов, регистрации и миграции Министерства внутренних дел Азербайджана.

  • Olimpiya Oyunlarına Tokio əvəzinə Florida ev sahibliyi etmək istəyir

    ABŞ-ın Florida ştatının Maliyyə İdarəsinin rəhbəri Cimmi Patronis Beynəlxalq Olimpiya Komitəsinə Olimpiya Oyunlarının Yaponiyada deyil, ABŞ-da keçirilməsi imkanını nəzərdən keçirməyi təklif edib.

    Bu barədə ABŞ mətbuatı yazıb.

    “Mən sizə 2021-ci il Olimpiya Oyunlarının Yaponiyanın Tokio şəhərindən ABŞ-a, daha dəqiq Floridaya köçürülməsinə çağırış etmək üçün yazıram”, – deyə C.Patronisin BOK rəhbəri Tomas Baxa məktubunda bildirilib.

    C.Patronis qeyd edib ki, Florida bu cür böyük tədbiri keçirmək üçün imkanlara – inkişaf etmiş nəqliyyat sistemi və idman mərkəzlərinə sahibdir.

    O, həmçinin hətta pandemiya dövründə belə ştat ərazisində idman tədbirlərinin keçirilməsinə icazə verildiyini vurğulayıb.

  • Türkiyəli müğənni son görünüşü ilə sevənlərini şoka saldı – FOTO

    Türkiyəli müğənni Yıldız Tilbe son görünüşü ilə sevənlərini məyus edib.

    Sondakika.com xəbər verir ki, ticarət mərkəzində kameralara tuş gələn müğənni makiyajsız görünüşü, qısa kəsilmiş saçları və geyim formasına görə çaşqınlıq yaradıb.


    Pərəstişkarları ona “Səni belə görməyək. Bir az özünə bax”, – deyə səsləniblər.


    Müğənninin bir neçə gün əvvəl “Peşindeyim koşa koşa” adlı mahnının klip çəkilişlərindəki görünüşü isə göz qamaşdırıb.

  • Azərbaycanda ət və toyuq BAHALAŞACAQ

    2019-cu ilin ikinci yarısından başlayaraq Azərbaycanda ət və ət məhsullarının qiymətindəki artım sürətinin bir qədər də güclənməsi müşahidə edilir. Rəsmi məlumatlar göstərir ki, bahalaşma sürətinin artması həm mal ətinin, həm də quş ətinin qiymətində qeydə alınıb.

    2019-cu ilin yanvar-iyul dövründə ət və ət məhsulları 1 faiz artdığı halda, ilin sonunda bahalaşma 1,8 faizə yüksəlib. 2020-ci ildə bahalaşma sürəti bir qədər də güclənərək 3 faizi ötüb. Ötən ilin yekunlarına görə, ət və ət məhsullarının qiyməti orta hesabla 3,3 faiz artıb.

    Konkret mal qrupları üzrə götürdükdə 2019-cu ilin iyulunda orta qiyməti 10,1 manat olan sümüklü mal ətinin dəyəri 2020-ci ilin dekabrında 10,7 manata çatıb. Müqayisə edilən dövrdə sümüklü qoyun ətinin orta qiyməti 11,20 manatdan 11,9 manata yüksəlib. Toyuq ətinin qiyməti sabit qalıb. Dekabrda toyuq ətinin orta qiyməti 4,6 manat olub. Toyuq budunun qiyməti 2,9 manatdan 3,7 manata, suda bişmiş kolbasanın dəyəti 9,6 manatdan 10,2 manata, sosiskanın qiyməti 9,3 manatdan 10,2 manata yüksəlib.

    Median.Az bildirir ki, son ilyarımda ət və ət məhsullarının bahalaşmasının səbəbi dünyada taxıl və soya məhsullarının qiymətinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi ilə əlaqədardır. Adıçəkilən bitki məhsullarının bahalaşması heyvan yemlərinin qiymətinin artması ilə nəticələnir ki, bu da öz növbəsində ətin bahalaşmasına əsas yaradır.

    Beynəlxalq birja məlumatlarına əsasən, buğdanın qiyməti son bir ildə 13 faiz, son 3 ildə 46 faiz yüksəlib. Qarğıdalının qiyməti bir ildə 34 faiz, son 3 ildə 43 faiz, soyanın dəyəri son bir ildə 49 faiz, 3 ildə 36 faiz artıb. Bu məhsullar mal və quş yemlərinin hazırlanmasında əsas xammal kimi istifadə edilir. Buna görə də onların bahalaşması son bir-iki ildə ət və ət məhsullarının dəyərini yüksəldib.

    Bəs, bundan sonra bahalaşma davam edə bilərmi? Yaranmış vəziyyət göstərir ki, adıçəkilən bitkiçilik məhsullarının dəyərinin yaxın aylarda ciddi enməsi real deyil. Çünki 2019-cu və 2020-ci ildə taxıl və soya məhsulları yetişdirilən ölkələrdə ciddi quraqlıq müşahidə edilib. Quraqlıq məhsuldarlığı xeyli dərəcədə azaldıb və bunun sayəsində yığılan ümumi məhsulun miqdarı azalıb. 2020-ci ildə quraqlıqla yanaşı sərt karantin qaydaları da məhsul istehsalına mənfi təsir edib. Ötən il tətbiq edilən məhdudiyyətlər iqtisadi fəaliyyətə çətinliklər yaratdığından kənd təsərrüfatı məhsullarının istehsalı azalıb. Hər iki amil satışa təklif edilən məhsulların miqdarının xeyli azalmasına səbəb olub ki, bu da qiymət artımlarını dəstəkləyib.

    2020-ci ildə istehsal edilən məhsul 2021-ci ilin birinci yarısına qədər olan tələbatı ödəyir. Bu ilin yeni məhsulu ikinci yarımildə bazarlara çıxarılacaq. Buna görə də ən yaxşı halda ilin ikinci yarısına qədər yem qiymətlərinin və ətin bahalaşması davam edəcək.

    Azərbaycan quş yemlərinin böyük hissəsini idxal edir. Mal yemlərinin isə az hissəsini xaricdən gətirir. Lakin dünyada baş verən qiymətlər birbaşa və dolayı şəkildə daxili bazarlardakı qiymətlərə təsir etdiyindən bahalaşmadan qaçmaq mümkün olmur. İndiki vəziyyətdə bahalaşmanı bir qədər azaltmaq üçün yeganə yol idxal edilən bütün yemlərin gömrük rüsumu və vergidən azad edilməsidir.

  • Pivənin sağlamlığa hansı müsbət təsirləri var?

    Hamımız bilirik ki, pivə böyük miqdarda kalori mənbəyidir. Lakin bununla birgə bu içkidə çoxlu bəsləyici maddələr var. İnsanı rahatlatmaqla birgə pivə bədənə də müsbət təsir göstərə bilir.

    Pivə dərmandır?

    Ənənəvi Çin təbabətini araşdıran manual terapvet Vinsent Karuzo belə nəticəyə gəlib ki, mayaotu yuxusuzluğun dərmanı kimi, həmçinin psixoloji yorğunluğu və depresiyanı zəiflətmək üçün istifadə edilib. Arpa isə dalağın və öd kisənin köməkçisi sayılırdı.

    Pivə sümükləri bərkidir?

    Beynəlxalq endokrinologiya dərgisinə inansaq müasir pivə sümüklərin böyüməsinə müsbət təsir göstərə bilər.

    Ənənəvi Çin təbabətini araşdıran manual terapvet Vinsent Karuzo belə nəticəyə gəlib ki, mayaotu yuxusuzluğun dərmanı kimi, həmçinin psixoloji yorğunluğu və depresiyanı zəiflətmək üçün istifadə edilib. Arpa isə dalağın və öd kisənin köməkçisi sayılırdı.

    Pivə yuxu dərmandır?

    Pivənin insana yuxu gətirməsi üçün onun içində mütləq spirt olmamalıdır. 2012-ci ildə aparılan tədqiqatlar zamanı məlum olub ki, həmin funksiyanı spirtsiz mayaotulu pivə də daşıyır. Nahar vaxtı pivə içən qadınlar daha bərk yuxuya gedirlər.

    Lakin ifrat dərəcədə spirtli içki qəbulu yuxuya olduqca pis təsir edir.

    Pivə dəriyə necə kömək edir?

    Pivə, daha dəqiq desək mayaotu, iltihaba qarşı xüsusiyyətlərə malikdir. Pivə mayasında olan B qrupuna aid vitaminlər dərini gözəl şəkildə nəmləşdirir.