Month: January 2021

  • Maliyyə nazirindən büdcə təşkilatlarına ÇAĞIRIŞ

    “Büdcə xərclərinin daha səmərəli, qənaətli və məqsədyönlü istifadəsinin təmin edilməsi izafi xərclərin qarşısının alınmasında ən vacib amillər sırasındadır”.

    Bunu Nazirlər Kabinetinin 2021-ci il prioritetlərinə həsr olunan iclasında Maliyyə naziri Samir Şərifov deyib.

    “Prezident İlham Əliyevin tapşırığı rəhbər tutularaq, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin alışları, həmçinin bir sıra cari xərclər üzrə (ezamiyyət, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələri xidmətləri xərcləri) könüllü olaraq qənaət rejimi tətbiq edilməklə həm proqnozlaşdırılma, həm də icra zamanı lüzumsuz xərclərdən imtina etməlidirlər”, – deyə nazir çıxışında bildirib.

  • Məişət texnikası və mobil telefon alarkən diqqətli olun! – XƏBƏRDARLIQ

    İstehlak bazarında soyuducu, kondisioner, tozsoran, mikrodalğalı soba, fen, ütü, televizor, həmçinin mobil telefon və s. kimi malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri barədə istehlakçıların müraciətləri də çoxalıb.

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu növ malları alarkən hüquqlarının pozulmaması üçün istehlakçılara diqqətli olmağı tövsiyə edib.

    Bildirilib ki, məişət texnikası alarkən onun komplektliyinə, keyfiyyətinə, istehsalçı haqqında məlumatın mövcudluğuna, mal haqqında qısa annotasiyasının olmasına, mala aid sənədlərin təqdim edilməsinə diqqət yetirilməlidir. Eyni zamanda, satıcı ilə müqavilə bağlanmalı, qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd və zəmanətli satış tələb edilməlidir.

    Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında, mala əlavə olunan sənəddə göstərilməlidir. Mal zəmanətli satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və satış tarixini təsdiq edən ştamp vurmalıdır. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, istehlakçı qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqlarını tələb edə bilər.

    Alıcı zəmanət müddəti müəyyən olunan malda aşkarlanan qüsur barədə satıcı qarşısında tələblərini malın zəmanət müddəti ərzində irəli sürə bilər. Zəmanət müddəti müəyyən edilməyən mallarda aşkarlanan qüsurlar barədə tələb isə həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürülə bilər. Qüsurların aradan qaldırılması ilə bağlı istehlakçının tələbinə mal qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.

    Müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda istehsalçının və ya satıcının təqsirindən yaranan qüsur və ya saxtalaşdırma aşkar edilərsə, satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələblərindən birini yerinə yetirməyə borcludur.

    Eyni zamanda satıcı istehlakçının tələbi və iştirakı ilə məişət təyinatlı mürəkkəb texniki malların quruluşunu, iş prinsipini, standartlara uyğunluğunu əyani nümayiş etdirməyə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat verməyə, mala aid sənədləri təqdim etməyə borcludur.

    İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna yol verən fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə olunur.

  • Хикмет Гаджиев объяснил причину прекращения войны – ВИДЕО

    Помощник Президента Азербайджана – заведующий отделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев объяснил причину подписания Азербайджаном 10 ноября трехстороннего заявления.

    В интервью Евразийскому центру Атлантического совета он сказал, что Азербайджан требовал от Армении предоставить график вывода войск с оккупированных территорий.

    “Официальный Баку был готов прекратить военные действия при условии предоставления Ереваном указанного графика. Но Армения отказывалась, хотя это требование закреплено и в резолюциях СБ ООН “, – сказал Х.Гаджиев.

    Помощник Президента отметил, что один из стратегических элементов военной операции – знать, когда она закончится.

    “Мы прекратили войну потому, что достигли стратегических целей”, – добавил Х.Гаджиев.

  • Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO

    Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın 10 noyabr üçtərəfli bəyanata imza atmasının səbəbini açıqlayıb.

    H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistandan qoşunların işğal altındakı ərazilərdən çıxarılması üçün qrafik verilməsini tələb edirdi.

    “Azərbaycan hərbi əməliyyatları o şərtlə dayandırmağa hazır idi ki, Ermənistan öz qoşunlarının bütün işğal edilmiş ərazilərdən çıxarılması üçün cədvəl versin. Lakin Ermənistan bundan imtina edirdi, halbuki bu tələb BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapmışdı”, – deyə H.Hacıyev əlavə edib.

    Prezidentin köməkçisi qeyd edib ki, hərbi əməliyyatların strateji elementlərindən biri də onun nə zaman bitməsini bilməkdir.

    “Müharibəni biz dayandırdıq, çünki strateji hədəflərimizə nail olduq”, – deyə H.Hacıyev əlavə edib.

  • Кадры из села Кархулу Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Кархулу Джебраильского района.

  • Cəbrayılın Karxulu kəndinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • В финансовом отчете “Барселоны” зафиксирована задолженность в размере 1,2 млрд евро

    Издание Goal проанализировало годовой финансовый отчет каталонской “Барселоны”, в котором зафиксировано резкое ухудшение экономической составляющей клуба, передает “Чемпионат”.

    Так, стало известно, что “Барселона” задекларировала долг в размере 1,2 млрд, а также краткосрочную задолженность еще на 730 млн евро. Самая большая часть расходов клуба – фонд заработной платы, составляющий 74% бюджета клуба. Ситуация с контрактами игроков вызывает в клубе серьезное беспокойство, что и привело к переговорам об отсрочке и сокращении зарплаты с момента начала пандемии.

    “Барса” также должна другим клубам в общей сложности 126 млн евро в результате нескольких трансфертных сделок, заключенных клубом в последние годы. Клуб по-прежнему должен 29 млн евро “Ливерпулю” за подписание Филиппе Коутиньо, 16 млн – “Аяксу” за Френки де Йонга и 10 млн евро – “Бордо” за Малкома. Каждый долг требует оплаты до 30 июня.

    Каталонцы завершили сезон-2019/2020 с чистой задолженностью в 488 млн евро, и клуб ведет переговоры об отсрочке этих платежей со своими кредиторами, указывая на влияние, которое пандемия коронавируса оказала на бюджет.

  • “Barselona”nın iki milyard avro borcu var

    İspaniyanın “Barcelona” klubunun maliyyə vəziyyəti xeyli pisləşib.

    Bu barədə klubun illik maliyyə hesabatını araşdıran “Goal” nəşri xəbər yayıb.

    Məlumata əsasən, katalonların iki milyard avroya yaxını borcu var. Bunlardan 730 milyonu qısamüddətli borcdur.

    Klubun xərcləri arasında ən böyük yeri əməkhaqları tutur və borcların bir hissəsi də elə bununla bağlıdır. “Barsa” büdcəsinin 74%-i məhz əməkhaqları istiqamətində xərclənir.

    “Barselona”nın digər klublara da 126 milyon avro borcu var. Bu borclar oyunçu transferləri nəticəsində əmələ gəlib. İspan klubu Kautinyoya görə “Liverpul”a 29 milyon, de-Yonqa görə “Ayaks”a 16 milyon, Malkolma görə “Bordo”ya 10 milyon avro borcludurlar və bu borclar cari ilin iyun aynın 30-dək ödənilməlidir.

    Xatırladaq ki, 2019/2020-ci il mövsümünün sonunda “Barselona”nın 488 milyon avro borcu var idi. Göründüyü kimi, klubun maliyyə vəziyyəti sürətlə pisləşir.

  • Азербайджан, Россия и Армения обсудят восстановление транспортных связей

    27 января вице-премьеры Азербайджана, России и Армении планируют встретиться в Москве, чтобы обсудить строительство транспортных коммуникаций на Южном Кавказе, рассказали РБК два источника – в правительствах России и Армении.

    С российской стороны в переговорах примет участие Алексей Оверчук, с азербайджанской – Шахин Мустафаев, армянской – Мгер Григорян, сказал российский дипломатический источник.

    Стороны договорились создать такой переговорный формат 11 января – на первой после окончания войны в Нагорном Карабахе личной встрече глав трех государств – президентов России и Азербайджана Владимира Путина и Ильхама Алиева и премьера Армении Никола Пашиняна.

    Главная задача участников формата – определить, что нужно построить или восстановить для полной разморозки транспортного сообщения в регионе.

    Вице-премьерам предстоит обсудить сразу несколько возможных проектов, в частности строительство железной дороги через территорию Армении, которая свяжет Азербайджан и Нахчыванскую Автономную Республику, а также Армению и Россию.

    Кроме того, вице-премьеры обсудят предложение связать Армению и Иран железной дорогой через Нахчыван, рассказал собеседник РБК.

    Азербайджан уже начал строительство участка железной дороги на своей территории. В конце декабря Президент Ильхам Алиев говорил, что стране потребуется максимум два года, чтобы построить нитку от Горадиза до Зангилана, границы с Арменией.

    Напомним, на встрече 11 января главы России, Азербайджана и Армении договорились, что рабочая группа должна представить список и график выполнения проектов до 1 марта.

  • Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri sabah Moskvada görüşəcək

    Yanvarın 27-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri arasında Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası mövzusunda danışıqlar keçiriləcək.

    RBK məlumat verir ki, danışıqlarda tərəfləri hökumət başçılarının birinci müavinləri təmsil edəcək.

    Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryanın, ilk növbədə bölgədə yeni dəmiryolları xətlərinin inşası məsələsini müzakirə edəcəkləri gözlənilir.

    Qeyd edək ki, danışıqların hazırkı formatı yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, eləcə də Ermənistan baş nazirinin iştirakı ilə keçirilmiş üçtərəfli görüş zamanı təsdiqlənib.

    Danışıqlarda həmçinin Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası məsələsi müzakirə olunacaq. Dəmiryolu ilə paralel avtomobil yolunun inşası da gündəmdədir.

    Bunun əvəzində Azərbaycandan keçməklə Rusiya ilə Ermənistanı birləşdirəcək dəmiryolu xətti açılacaq.

    Qeyd edək ki, hazırda iki ölkə arasında dəmiryolu əlaqəsi mövcud deyil. RBK-nın məlumatına görə, danışıqlarda Naxçıvandan keçməklə Ermənistanı İranla birləşdirəcək dəmiryolu xəttinin tikintisi də müzakirə ediləcək.