Month: January 2021

  • Birdəfəlik sığorta ödənilən şəhid vərəsələrinin sayı açıqlandı

    “2020-ci ildə Vətən müharibəsi nəticəsində şəhid olmuş 2 015 nəfərin vərəsələrinə 11 min manat birdəfəlik sığorta ödənişi verilib”.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.

    “Ağır xəsarət alan hərbçilərdən 2 858 nəfərin, yüngül xəsarət alan 3 726 nəfərin ya özlərinə, ya da ailə üzvlərinə ümumilikdə 32 milyon manat məbləğində sığorta ödənişinin verilməsi davam edir”, – deyə şöbə müdiri qeyd edib.

    O bildirib ki, ümumilikdə şəhidlərin üçdə ikisinin ailəsinə ödəniş həyata keçirilib:

    “Eyni zamanda 2 790 şəhidin 7 190 ailə üzvünə sosial ödənişlər təyin edilib. 11 hərbi qulluqçuna əlillik dərəcəsi müəyyən edilib”.

  • Xəzərdə zəlzələ oldu

    Xəzər dənizində zəlzələ olub.

    Bununla bağlı Respublika Seysmologiya İdarəsi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:09-da Xəzər dənizində qeydə alınıb.

    Maqnitudası 3,1 bal olan zəlzələnin ocağı 62 kilometr dərinlikdə olub.

  • В Баку провалилась дорога, повреждены коммуникации

    На улице Умида Акперова в Ясамальском районе Баку провалилась проезжая часть дороги.

    В результате повреждены газопровод и высоковольтная подземная линия электропередачи.

    Oxu.Az связалось с районной Исполнительной властью (ИВ), чтобы выяснить причину происшествия.

    “Проведен осмотр данной территории. Происшествие расследуется, об окончательных результатах общественность будет проинформирована”, – заявили в ИВ.

  • Bakıda yol çökdü: Araşdırma aparılır – YENİLƏNİB

    Paytaxtın Yasamal rayonu Ümid Əkbərov 38 ünvanında yolun bir hissəsində baş verən sürüşmə zamanı qaz xəttində sızma qeydə alınmayıb.

    Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

    O bildirib ki, hadisə yerinə qurumun əməkdaşları tərəfindən baxış keçirilib:

    “Sürüşmə qeydə alınan ərazidə qaz xəttinin dayağı zədələnib. Zədələnmiş dayağın bərkidilməsi istiqamətində zəruri tədbirlər görülür. Qaz xəttində isə hər hansı zədələnmə və sızma qeydə alınmayıb”.

    * * * * *

    Paytaxtın Yasamal rayonu ərazisində yolun bir hissəsi çöküb.

    Söhbət rayonun Ümid Əkbərov 38 ünvanından gedir.

    Qeyd olunan ünvanda yolda baş verən sürüşmə nəticəsində ərazidən keçən qaz xəttinə və yüksək gərginlikli yeraltı elektrik xəttinə də ziyan dəyib.

    Baş verən hadisənin səbəbini öyrənmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

    İcra Hakimiyyətindən Oxu.Az-a bildiriblər ki, sözügedən əraziyə baxış keçirilib:

    “Məlumatımız var. Məsələ araşdırılır və yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

  • Президент Ильхам Алиев подписал распоряжение о назначении Рашада Набиева министром

    26 января Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об освобождении Рашада Наби оглу Набиева от должности председателя ОАО “Азеркосмос”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Другим распоряжением главы государства Р.Набиев назначен министром транспорта, связи и высоких технологий Азербайджана.

  • İlham Əliyev Rəşad Nəbiyevi nazir təyin etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Rəşad Nəbi oğlu Nəbiyevin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, R.Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

  • Vətən müharibəsində əlil olanlara avtomobil veriləcək – RƏSMİ

    “Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün heç bir növbə yoxdur”.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.

    Onun sözlərinə görə, Vətən müharibəsində əlil olan şəxslər də növbəlilik əsasında avtomobillə təmin olunacaq:

    “2020-ci ildə əlilliyi olan 400 nəfərə avtomobil verilib”.

  • Şəhid ailələrinə veriləcək mənzillərlə bağlı AÇIQLAMA

    “2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-nə qədər qeydiyyata alınan şəhid ailələri və qazilər barədə siyahılar yerli icra hakimiyyəti orqanlarında var. Bu siyahılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək”.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni TV”nin canlı yayımında bildirib.

    Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsi zamanı şəhidlər və qazilərimiz oldu ki, onları da uzun müddət gözlətməmək üçün hər iki kontingentin mənzil təminatı proqramı paralel olaraq həyata keçiriləcək:

    “Sərəncamın icrasını beş il ərzində yekunlaşdırmaq tapşırığı verilib”.

    B.Hüseynov qeyd edib ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər barədə ilkin qiymətləndirilmələr var:

    “Bir neçə ay ərzində 2020-ci ildə baş verən müharibədə şəhid olanların ailələrinin və əlillik qazanmış şəxslərin növbəyə durması davam edəcək. Həmin şəxslərin sayı onlar tam növbəyə durandan sonra bilinəcək”.

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

    //oxu.az

  • Azərbaycanda son bir ildə neçə uşaq öz ailəsinə qaytarılıb?

    Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində görülən işlər nəticəsində son bir ildə 38 uşaq müəssisələrdən öz ailəsinə qaytarılıb.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu ildən bu günə qədər isə 27 uşaq (14 oğlan və 13 qız) övladlığa verilib.

    Onlardan beşi ögey ana – ögey ata, 17-si yaxın qohum tərəfindən, ikisi valideynlər arasında razılıq əsasında, üç uşaq isə dövlət uşaq müəssisəsindən övladlığa götürülüb. Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3 yaş, 16-sı 4-11 yaş, 1-i isə 12-18 yaş aralığında olanlardır.

    Bildirilib ki, uşaqların övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması xüsusi diqqətdə saxlanır. Bu istiqamətdə ciddi nəzarət, övladlığa götürülən hər uşağın ailədəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər həyata keçirilir.

  • Qubada oğurluq edən şəxs tutuldu

    Quba rayonunda oğurluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanvar ayının 25-də Quba Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən 297 manat pulun oğurlanması barədə müraciət daxil olub.

    Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ə.Əmrahov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək, oğurluq yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.

    Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.