Month: January 2021

  • Həkim immunoloq: Çin vaksinlərinin keyfiyyəti ilə bağlı şübhələr əsassızdır

    Yanvarın 18-də Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesi başlayıb. İlkin mərhələdə tibb işçiləri, təhlükəsizlik orqanları əməkdaşları və 65 yaşından yuxarı şəxslər peyvənd olunacaq.

    Koronavirus əleyhinə vaksinasiya kampaniyasının aktual məsələlərini müzakirə etmək üçün Media.Az əməkdaşları həkim immunoloq-allerqoloq, ilkin immun çatışmazlıqları üzrə Rusiya milli ekspertlər assosiasiyasının üzvü Marqarita Kantaroviçlə söhbət ediblər.

    Həkim ölkəmizdə tətbiq olunan CoronaVac (Sinovac) peyvəndi barəsindəki şübhələri bölüşmədiyini qeyd edib:

    “Mən Çin əczaçılıq sənayesinə olan inamsızlığı anlamıram. Bir baxın, görün çinlilər necə yüksək inkişaf etmiş texnoloji cəmiyyət qura biliblər. Görük ilkin epidemiya ocaqları necə tez bir zamanda lokallarşdırıldı və bunun sayəsində ölkədə virusun kütləvi yayılmasının qarşısı alındı. Çin peyvəndləri ilə bağlı bütün sənədlər qaydasındadır və onlar beynəlxalq tibb ictimaiyyəti tərəfindən tanınıb”.

    İmmunoloq bir çoxlarını narahat edən peyvənd olunmuş şəxslərin yoluxması ehtimalından da danışıb:

    “Heç bir vaksin virusdan 100% müdafiə etmir. Lakin yoluxma ehtimalını 100-lərcə dəfə aşağı salır. Nə vaxt eşitmişiniz ki, uşaqlardan kimsə difteriya və ya poliomelitdən dünyasını dəyişib, yaxud da iflic olub. Halbuki bu xəstəliklərə qarşı kütləvi peyvəndlənmədən öncə hər il 50 mindən çox uşaq ölürdü. İndi isə adıçəkilən xəstəliklərin qarşısı demək olar ki tamamilə alınıb. Biz koronavirus peyvəndindən də eyni nəticəni gözləyirik. Vaksin xəstəliyə yoluxma ehtimalını azaltmaqla yanaşı, həm də onun ağır formada keçirilməsini də önləyir”.

    M.Kantaroviç onu da əlavə edib ki, SARS-CoV-2 peyvəndi qısa bir zaman ərzində hazırlanıb. Çünki, koronavirus bütün bəşəriyyəti qorxuya salıb. Bu peyvəndlərin hazırlanmasında dünyanın ən yaxşı beyinləri iştirak edib. Odur ki, vaksinlərin keyfiyyəti ilə bağlı şübhələr əsassızdır.

  • Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

    Rusiya lideri Vladimir Putin universitet tələbələri ilə onlayn-söhbət zamanı fəaliyyət sahəsi kimi şərabçılıqla maraqlandığını, prezident karyerası başa çatdıqdan sonra sözügedən sahədə hüquq məsələləri üzrə müşavir kimi çalışa biləcəyini söyləyib.

    Bu barədə RT məlumat yayıb.

    O, Rusiyada son illərdə şərabçılıq sahəsinin inkişaf etdiyini vurğulayıb.

    “Mən bununla nə vaxtsa biznes kimi yox, fəaliyyət növü kimi məşğul olardım. Mənim müşavirim var, Boris Titov, o, “Abrau-Dyurso”nun sahibidir. İşimi bitirdikdən sonra ola bilər, biznesmen kimi deyil, heç olmasa hüquq sahəsində müşavir kimi onun yanına gedim”, – deyə V.Putin qeyd edib.

  • SUMQAYITDAN ACI XƏBƏR GƏLDİ: Ölən var

    Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza olub.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Babək küçəsində baş verib.

    Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə məhkəmə-tibb ekspertizasına təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Xarici diplomlar ölkəmizdə niyə tanınmır? – VİDEO

    Xarici ölkələrdə universitetlər hər il distant təhsil hesabına minlərlə tələbə cəlb edir.

    Lakin ölkəmizdə hələ də bu təhsil sistemindən yararlananların diplomu tanınmır.

    Təhsil ekspertləri bununla bağlı problem yaşandığını deyir. Onlar hesab edirlər ki, gələcəkdə bu məsələ həllini tapacaq. Bunun da səbəbi artıq ölkəmizdə də onlayn təhsilin həyata keçirilməsidir.

    Baku TV-nin mövzu ilə əlaqədar hazırladığı süjeti təqdim edirik:

  • Конте планирует подать в отставку с поста премьера Италии

    Председатель правительства Италии Джузеппе Конте заявил о намерении подать в отставку со своего поста.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила в пятницу пресс-служба правительственного дворца Киджи.

    “Во вторник в 09:00 (12:00 бакинское время) созывается заседание Совмина, в ходе которого председатель правительства Джузеппе Конте объявит о том, что подает в отставку. После этого он передаст заявление президенту республики Серджо Маттарелле”, – говорится в распространенном заявлении.

    Как предполагается, отставка может носить формальный характер, поскольку не исключается, что Конте получит новый мандат и возможность сформировать кабинет, который будет пользоваться более широкой поддержкой в парламенте.

  • İtaliyanın baş naziri istefa verəcək

    İtaliya Respublikasının baş naziri Cüzeppe Kontenin vəzifəsindən istefa verəcəyi məlum olub.

    “Report”un məlumatına görə, bu barədə baş nazirin rəsmi iqamətgahı məlumat yayıb.

    Qeyd olunub ki, sabah (26 yanvar – Red) Nazirlər Kabinetinin iclası keçiriləcək:

    “İclasda baş nazir istefa verəcəyini bəyan edəcək. Daha sonra istefa ərizəsini İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təqdim edəcək”.

    İstefanın formal xarakter daşıyacağı ehtimal olunur, çünki Kontenin yeni mandat alması və parlamentdə daha geniş dəstək alacaq kabinet qurma imkanı qazanması mümkündür.

  • Стали известны личности раненых в результате взрыва в Хырдалане

    Стали известны личности раненых в результате взрыва в двухэтажном частном жилом доме, расположенном в 27-м квартале города Хырдалан.

    Как передает Report, шесть человек получили ранение:

    Алязова Симая Мёвлуд гызы, 1968 года рождения

    Шюкюрзаде Хадиджа Бахтияр гызы, 2006 года рождения

    Мусаев Вюсал Фирудин оглы, 1983 года рождения

    Мусаев Фирудин Вюсал оглы, 2009 года рождения

    Алиев Эмиль Ариф оглы, 1989 года рождения

    Гусейнов Ариф Абульфаз оглы, 1988 года рождения

    Отметим, что Вюсал Мусаев находится в тяжелом состоянии.

  • Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu – SİYAHI

    Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

    “Report”un məlumatına görə, partlayış nəticəsində altı nəfər yaralanıb.

    Ələzova Simayə Mövlud qızı – 1968-ci il təvəllüdlü

    Şükürzadə Xədicə Bəxtiyar qızı – 2006-cı il təvəllüdlü

    Musayev Vüsal Firudin oğlu – 1983-cü il təvəllüdlü

    Musayev Firudin Vüsal oğlu – 2009-cu il təvəllüdlü

    Əliyev Emil Arif oğlu – 1989-cu il təvəllüdlü

    Hüseynov Arif Əbülfəz oğlu – 1988-ci il təvəllüdlü

    Qeyd edək ki, Musayev Vüsalın vəziyyəti ağırdır.

  • Готовятся топографические карты освобожденных от оккупации территорий

    «В настоящее время ведутся работы по подготовке топографических карт для обеспечения проектных потребностей экономики на освобожденных от оккупации территориях».

    Как сообщает Report, об этом заявил министр экологии и природных ресурсов Азербайджанской Республики Мухтар Бабаев.

    По его словам, топографические карты, изначально подготовленные в Шуше, были переданы в Государственный комитет градостроительства и архитектуры.

  • İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır

    “Hazırda işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın layihələndirmə ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işlərinə başlanılıb”.

    “Report”un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

    Onun sözlərinə görə, ilkin olaraq Şuşa şəhərində hazırlanmış topoqrafik xəritələr istifadə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.