Month: January 2021

  • Həbib Nurməhəmmədovun olduğu komanda “Spartak”a qalib gəlib – VİDEO

    Peşəkar karyerasını bitirdiyini elan etmiş məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərində Moskvanın “Spartak” klubunun təlim-məşq toplanışına qatılıb.

    H.Nurməhəmmədov öz “Instagram” səhifəsində “Spartak” klubunun oyunçuları ilə olan videosunu paylaşıb.

    Görüntülərə əsasən demək olar ki, H.Nurməhəmmədovun heyətində oynadığı komanda “Spartak” klubunun oyunçularının təmsil olunduğu komandaya yoldaşlıq görüşündə qalib gəlib.

  • Braziliyada avtobus qəzası, 21 nəfər ölüb

    Braziliyada ağır yol qəzası baş verib.

    “Report” “G1” portalına istinadən xəbər verir ki, hadisə Paran ştatında qeydə alınıb.

    Belə ki, yüksək sürətlə hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı manelərə dəyib və xəndəyə aşıb.

    Qəza nəticəsində avtobusda olan 59 sərnişinin 21-i dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.

    Yaralı olan yeddi nəfərin vəziyyəti ağırdır. Qəzanın baş vermə səbəbi araşdırılır.

  • Açıq havada maskadan istifadə məcburiyyəti də LƏĞV EDİLƏ BİLƏR-Açıqlama

    Azərbaycanda yoluxanların gündəlik sayındakı azalma dinamikası davam edir. Belə ki, artıq yoluxma sayı 4000-dən 100-200-ə düşüb. Dünyada və Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya başlanılıb. Əgər yoluxanların sayında müsbət dinamika davam etsə, yaz-yay aylarında açıq havada maskadan istifadə ilə bağlı məcburiyyət aradan götürülə bilərmi?

    Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, vaksinasiya sadəcə xəstəliyi yüngül keçirməyə imkanı yaradır:

    “Peyvəndlənmə xəstəlikdən tam qorumur. Belə ki, vaksin vurduran insan bu xəstəliyi ölümcül deyil, yüngül formada keçirir. Bilirsiniz ki, bu gün əksər ölkələrdə qapalı və açıq məkanlarda maskadan istifadə məcburidir. Çünki maskadan istifadə xəstəliyə yoluxma ehtimalını aşağı salır. Azərbaycan və eləcə də digər ölkələr artıq bir yayı pandemiya ilə başa vurub. Düzdür, yayda maskadan istifadə müəyyən çətinlik yaradır. Vaksinasiyanın dünyada eləcə də Azərbaycanda müsbət təsirləri olsa və Ümumdünya Səhiyyə Təşkilatı maskadan yalnız qapalı məkanlarda istifadəni tövsiyə etsə, açıq havada bununla bağlı məcburiyyət ləğv edilə bilər. Əlbəttə, bu, yaxın aylarda vaksinasiyanın hansı nəticəni verməsindən asılı olacaq. Burada söhbət insanları qorumaqdan gedir. Bu səbəbdən də hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə bundan sonra da əməl etməliyik. Artıq təcrübəmiz də var. Azərbaycanın bu xəstəliklə mübarizə təcrübəsi dünyada qəbul edilir. Düşünürəm ki, maska ilə bağlı dünyada yumşalmalar olsa və açıq havada könüllülük tövsiyə edilsə, o zaman Azərbaycan da bundan bəhrələnəcək”.

  • Şuşaya getmək istəyənlərin nəzərinə – Avtobuslar bu rayonlardan çıxacaq

    İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq.

    Median.Az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova belə deyib.

    Onun sözlərinə görə, artıq daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqəyə də start verilib: “İlkin mərhələdə avtobus reysləri açılacaq yerlər Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl və Zəngilan rayonudur. Şuşa şəhərini biz ikinci mərhələyə salmaq istəyirdik, ancaq oraya getmək istəyənlərin çoxluğunu nəzərə alaraq onu da birinci mərhələyə saldıq. Nəzərdə tutulur ki, Şuşaya Gəncədən, Beyləqandan və Yevlaxdan avtobus xətləri işləsin”.

    Sfera.az xatırladır ki, Şuşaya Füzuli rayonu istiqamətindən 4 (bəzi yerlərdə 6) zolaqlı avtomagistralın (“Zəfər yolu”) çəkilişi işləri sürətlə davam edir. Cəmi iki aya yaxın vaxt ərzində yolun yatağı hazır vəziyyətə gətirilib və qrunt döşənib. Bu günlərdə yol xidməti istifadə üçün tam hazır vəziyyətə gətirilib və nəticədə Şuşaya gediş-gəliş xeyli asanlaşıb. Böyük Tağlar, Çanaxçı, Sığnax və Daşaltı kəndlərindən keçən həmin yolla Prezident İlham Əliyev də Şuşaya səfər edib.

  • Baş nazir xəbərdarlıq etdi: Şişirdilmiş qiymətlər…

    Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir.

    Median.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən bildirib.

    O qeyd edib ki, fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir.

    Ə.Əsədov bildirib ki, Prezidentin tapşırığına əsasən, dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir:

    “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir”.//sfera.az

  • ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır – Hikmət Hacıyev

    “ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da yerləşən aparıcı beyin mərkəzi “Atlantic Council”in virtual formatda keçirilən müzakirəsində çıxışı zamanı deyib.

    ATƏT-in Minsk Qrupunun Azərbaycandakı reputasiyasına toxunan Hikmət Hacıyev onun aşağı olduğunu, bunun əsas səbəbinin isə təşkilatın 25 ildən artıq bir müddətdə münaqişənin həllinə real töhfə verə bilməməsi ilə bağlı olduğunu vurğulayıb.

    O bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib.

    Hikmət Hacıyev ATƏT-in Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabartdığını, bunun isə Ermənistanda yanlış və gərəksiz gözləntilər yaratdığını bildirib.

    O, Minsk Qrupunun gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə biləcəyinin mümkünlüyünü qeyd edib.

  • Məşhur meyxanaçı gecə saatlarında döyülüb.

    Məşhur meyxanaçı Pərviz Bülbülə verilişlərin birində maraqlı etirafı ilə diqqət çəkib.

    Median.Az xəbər verir ki, meyxanaçı bildirib ki, sənət yoldaşları ilə birlikdə Türkiyəyə toy məclisinə gedib. Məclisdən çıxıb otelə yollananda artıq gecə saat 3-4 radələri olub. Pərviz dostlarından bir qədər aralıda olduğu üçün üzbəüz gələn və içkili halda olan qadın tərəfindən döyüldüyünü etiraf edib. Amma səbəbini hələ də bilmədiyi deyib. //big.az

  • Рассказы очевидцев о взрыве в Хырдалане – ВИДЕО

    Очевидцы рассказали Baku TV о взрыве в частном жилом доме, который произошел в 27-м квартале города Хырдалан.

    Они предполагают, что причиной этого стала утечка газа.

  • Bayden transgenderlərin ABŞ ordusunda xidmətinə icazə verdi

    ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.

    “Report”un məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

    “Prezidentin bu gün imzaladığı sərəncama əsasən ABŞ Silahlı Qüvvələrində xidmət üçün uyğun olan hər bir amerikalı bunu edə biləcək. Co Bayden inanır ki, cinsiyyət hərbi xidmətə mane olmamalıdır”-deyə, məlumatda qeyd olunub.

    Qeyd edək ki, Ağ Evə gəldikdən qısa müddət sonra keçmiş prezident Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifəyə sahib olmasına qarşı olduğunu bəyan etmişdi. 2019-cu ildə ABŞ Müdafiə Nazirliyi transgenderlərin əksəriyyətinin ABŞ ordusunda xidmət etməsini qadağan edən direktiv imzaladı.

  • Türkiyədə üç günlük “Evdə qal!” rejimini pozan 27 mindən çox şəxsə cərimə yazılıb

    Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq yanvarın 22-də Ankara vaxtı ilə saat 21.00-da qüvvəyə minib 56 saat davam edən “Evdə qal!” rejimini pozduqlarına görə 27 min 839 nəfərə cərimə kəsilib.

    Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan rejim ertəsi gün 05.00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat, bazar ertəsi saat 05.00-a qədər qüvvədə olur.

    Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyası ilə mübarizədə əsas ümidlər kütləvi peyvəndləməyədir. Çindən sifariş edilən 50 milyon doza “Sinovac” vaksininin 6.5 milyondan ibarət ikinci hissəsi yanvarın 25-də ölkəyə gətirilib. Ölkə üzrə peyvəndləmə sürətlə aparılır.