Month: January 2021

  • Karantin rejimi tətbiq edilməzsə, Fransa martın ortalarında çətin vəziyyətə düşə bilər

    Belə davam etsək, martın ortalarında çətin vəziyyətdə qalacağıq.

    Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Fransa Elmi Şurasının prezidenti Jan-Fransua Delfresi söyləyərək, ölkədə koronavirusla bağlı çətin vəziyyət gözlənilməsi ilə bağlı fransızları xəbərdar edib.

    Bildirib ki, indiki durum ürəkaçan deyil. Qonşu ölkələrdəki, xüsusilə də İrlandiya və Böyük Britaniyadakı vəziyyətə diqqət çəkərək, onlardan nümunə götürməyə dəvət edib.

    Qeyd edib ki, yeni təcridolma rejimi ehtimal olunur. Bu qərarın siyasi qərar olduğunu nəzərə alaraq, yeni təcridolma rejimi haqqında müfəssəl məlumat verməyib. J.-F. Delfresi mövcud vəziyyətin uzun zaman davam edə bilməyəcəyini bildirib. Virusun yeni ştammlarının vəziyyəti gərginləşdirəcəyini vurğulayıb. Yeni ştammların ikinci pandemiyanın ekvivalenti olduğunu deyib. Virusun yeni ingilis ştammının yayılmasının qarşısını almaq mümkün deyil.

    Koronavirusun yeni ştammlarına qarşı mübarizədə təcridolma rejiminin vacibliyini dilə gətirən Elmi Şuranın prezidenti peyvənd kampaniyasına da toxunaraq, səhiyyə nazirinin optimist fikri ilə razılaşmadığını və yaya qədər əhalinin yalnız 40 faizinin peyvənd oluna biləcəyini deyib.

  • Xırdalanda dağıntılar altından çıxarılanların sayı 6-ya çatıb – YENİLƏNİB-4 – VİDEO

    Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

    FHN-dən “Report”a verilən məlumata görə, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

    Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

    21:00
    Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı aparılır.

    FHN-dən “Report”a verilən məlumata görə, hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

    Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından 5 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

    Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

    20:20
    Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

    FHN-dən “Report”a verilən məlumata görə, görülən operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.

    Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

    19:15
    Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

    FHN-dən “Report”a bildirilib ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:

    “Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

    Əlavə məlumat veriləcək”.

    19:02
    Abşeron rayonunda evdə partlayış baş verib.

    “Report”un Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.

    Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.

    Partlayışdan sonra yanğın başlayıb.

    1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.

    Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.

  • Ermənilərin bayrağı Qərbə tərəf əyilib – VİDEO

    Erməni lobbistlər və siyasətçilər Nikol Paşinyanın “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuntsu ABŞ səfirinə namizəd göstərməsini böyük səhv adlandırıblar. Bu xəbərə kəskin reaksiya verən ermənilər hesab edirlər ki, bu baş verərsə, Vaşinqtonla münasibətlərin inkişafı dayanacaq.

    Müxalif qüvvələr hesab edir ki, Nikol Paşinyanın ingilis dili müəllimi olmuş Lilitin yeganə üstünlüyü baş nazirin ona şərtsiz inanmasıdır.

    Bu barədə Baku TV-nin hazırladığı süjeti təqdim edirik:

  • Воспоминания сокурсников и учеников об Ильхаме Алиеве

    В Татьянин день, 25 января, в России отмечается День российского студенчества. Одним из самых известных азербайджанцев, учившихся в Москве, является глава Азербайджанского государства Ильхам Алиев. Его студенческий билет украшает музей Московского государственного института международных отношений (МГИМО), в который будущий президент Азербайджана поступил в 1977 году. На тот момент ему было всего пятнадцать лет и, чтобы подать документы, пришлось даже представлять справку, что через полгода ему исполнится 16.


    Ильхам Алиев вместе с родителями – Гейдаром Алиевым и Зарифой Алиевой

    В МГИМО Ильхам Алиев задержался на 15 лет – окончил вуз, поступил в аспирантуру, защитился и остался преподавать на курсе мировой истории. Его сокурсники и ученики рассказали Sputnik о том периоде жизни Президента Азербайджана.

    Историй было много, но они личные

    “Мы с Ильхамом познакомились, можно сказать, банально – на общем собрании первого курса факультета международных отношений в сентябре 1977 года. Он не выделялся из общего потока, был как все, наверное, поэтому позже мы очень сдружились. Хотя, стоит отметить, что у нас было много детей высокопоставленных родителей, но этим никто не кичился”, – рассказывает еще один друг Ильхама Алиева Владимир Штоль – доктор политических наук, главный редактор научно-аналитического журнала “Обозреватель Observer”.


    Студенческий билет Ильхама Алиева

    Общих интересов было много – они вместе участвовали в общественных и спортивных мероприятиях, готовили вечера, ходили на дискотеки, слушали советскую и зарубежную эстраду. Даже азербайджанский язык Владимир Штоль стал учить и до сих пор помнит некоторые фразы. Оба поступили в аспирантуру и позже преподавали – И.Алиев на кафедре истории стран Европы и Америки, Штоль – на кафедре истории международных отношений и внешней политики СССР.


    Слево направо: Севиль Алиева, Гейдар Алиев, Зарифа Алиева и Ильхам Алиев

    “Ярких историй у нас было очень много, но они в основном личные и я не могу про них рассказывать. Был период, когда Ильхаму было непросто – после того, как его отца сняли со всех постов, но он никогда не жаловался. И став Президентом Азербайджана, совсем не изменился – он все такой же открытый, отзывчивый и добрый человек”.


    Ильхам Алиев вместе с родными

    Рядом с Ильхамом Алиевым снова чувствую себя студентом

    Начальник международного управления МГИМО Егор Андреев учился у Ильхама Алиева и с теплотой вспоминает это время. “Ильхам Гейдарович был совсем молодым преподавателем и сразу заразил нашу группу необычным подходом к учебному процессу, у нас возникла атмосфера доверия, появился контакт с ним. Обычно с преподавателями присутствует какой-то психологический барьер, может, даже боязнь, а тут ничего подобного не было. Нам разрешалось много спрашивать, размышлять – это был отличный старт, важный толчок в профессию”, – вспоминает он.

    Возможно, если бы не Ильхам Алиев, Егор Андреев не задержался бы в МГИМО и не стал дипломатом. Он родился в семье народных артистов Владимира Андреева (возглавлял Театр Ермоловой) и Наталии Селезневой (образ актрисы Зины из картины “Иван Васильевич меняет профессию”). И родители были бы рады видеть его на сцене, но встреча с преподавателем Алиевым окончательно убедила Андреева в правильности выбора профессии.


    Ильхам Алиев, Мехрибан Алиева и Гейдар Алиев

    “Запомнился мне и драматический период семьи Алиевых, когда Гейдар Алиевич неожиданно стал персональным пенсионером союзного значения. Это был 1988 или 89-й год. Мы с мамой зашли в Сберкассу на углу Большой Садовой и Малой Бронной, а в очереди стоял Ильхам Гейдарович с отцом. И вот Гейдар Алиевич узнал мою мать, вежливо поинтересовался, как поживает Театр сатиры, какие новые постановки, каких драматургов приглашают и режиссеров. Насколько профессионально это спрашивал, как будто и не было у него других проблем и забот”, – вспоминает Егор Андреев.

    Дипломат, знакомый с протоколами, принятым порядком общения на различных официальных мероприятиях, откровенно поражается тому, насколько Ильхам Алиев открыт до сих пор.


    Ильхам Алиев

    “Как-то он увидел меня за столом во время торжественного ужина, и я понял, что могу неформально к нему подойти, минуя охрану и протокольную часть. И вот Ильхам Гейдарович крепко пожал руку, спросил, как мама, как отец, какие новости, поинтересовался, где я сейчас. В тот момент я почувствовал себя не членом делегации, который стоит рядом с главой государства, а все тем же студентом МГИМО, учеником, разговаривающим со своим преподавателем”, – заключает Егор Андреев.

  • İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – FOTO

    25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur.

    Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri də dövlət başçısı İlham Əliyevdir.

    Hazırda İlham Əliyevin tələbə bileti onun 1977-ci ildə daxil olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) muzeyini bəzəyir.

    Hələ o zaman onun 15 yaşı var idi və ali təhsil ocağına müraciət etmək üçün altı aydan sonra 16 yaşına çatacağı barədə arayış təqdim etməli idi.


    İlham Əliyev valideynləri Heydər Əliyev və Zərifə Əliyeva ilə

    İ.Əliyev MDBMİ-də 15 il qalmalı oldu; universiteti bitirdi, aspiranturaya daxil oldu, dissertasiya müdafiə etdi və dünya tarixi fənnini tədris etdi.

    Onun tələbə yoldaşları və tələbələri “Sputnik”ə Azərbaycan Prezidentinin həyatındakı həmin dövr barədə danışıblar.

    Hekayələr çox olub, ancaq onlar şəxsidir

    “Biz İlhamla, əgər belə demək mümkündürsə çox adi şəraitdə – 1977-ci ilin sentyabrında Beynəlxalq münasibətlər fakültəsinin birinci ilinə həsr edilmiş iclasında tanış olmuşuq. O, ümumi mühitdə fərqlənmirdi, hamı kimi idi, yəqin ki, məhz bu səbəbdən sonradan onunla dostlaşdıq. Hərçənd ki, qeyd etmək yerinə düşər ki, bizdə valideynləri yüksək vəzifə sahibi olan bir çox tələbələr oxuyurdu, lakin heç kim bununla öyünməyib”, deyə İlham Əliyevin dostlarından biri, siyasi elmlər doktoru, “Obozrevatel Observer” elmi-analitik jurnalının baş redaktoru Vladimir Ştol bildirib.


    İlham Əliyevin tələbə vəsiqəsi

    Bir çox ortaq maraqlar olub – birlikdə sosial və idman tədbirlərində iştirak edir, şənliklərin proqramlarını hazırlayır, sovet və xarici pop musiqilərini dinləyirdilər.

    V.Ştol hətta Azərbaycan dilini öyrənməyə başlayır və bəzi ifadələri hələ də xatırlayır. Hər ikisi aspiranturaya daxil olub və daha sonra İ. Əliyev Avropa və Amerika ölkələri tarixi, V.Stol isə Beynəlxalq münasibətlər və SSRİ-nin xarici siyasətinin tarixi bölməsində dərs deyiblər.


    Soldan sağa: Sevil Əliyeva, Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev

    “Parlaq hekayələrimiz çox olub, amma onlar əsasən şəxsidir və mən bu barədə danışa bilmərəm. Elə bir dövr olub ki, İlhama asan olmayıb, atasını bütün vəzifələrdən kənarlaşdırmışdılar, lakin o, heç vaxt şikayət etməyib. Azərbaycan Prezidenti olandan sonra da, o, heç dəyişməyib, ürəyi açıq, həssas və xeyirxah insan olaraq qalıb.


    Soldan sağa: Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev

    İlham Əliyevin yanında özümü yenə də tələbə kimi hiss edirəm

    MDBMİ-nin Beynəlxalq İdarəetmə şöbəsinin müdiri Yeqor Andreyev İlham Əliyevdən dərs alıb və o vaxtları heyranlıqla xatırlayır.

    “İlham Heydəroviç çox gənc bir müəllim idi və qrupumuzdakı tədris prosesinə qeyri-adi bir yanaşma aşıladı, bizdə ona etimad yarandı, onunla münasibətlərimiz formalaşdı. Adətən müəllimlərlə münasibərdə bir növ psixoloji baryer, hətta qorxu olur, lakin bizim münasibətlərimizdə oxşar hallar mövcud deyildi. Bizim çox şeylər barədə soruşmağımıza, düşünməyimizə icazə verilirdi. Bu, böyük bir başlanğıc, peşəmizə yiyələnmək üçün vacib bir təkan oldu”, deyə İ.Əliyevdən dərs almış tələbəsi xatırlayır.

    Bəlkə də İlham Əliyev olmasaydı, Yeqor Andreyev MDBMİ-də qalıb diplomat olmazdı. O, xalq artistləri Vladimir Andreyev (M.Yermolova adına teatrın rəhbəri) və Nataliya Seleznevanın (“İvan Vasilyeviç peşəsini dəyişir” filmindəki Zina obrazını canlandıran aktrisa) ailəsində dünyaya göz açıb. Valideynlər onu səhnədə görməkdən məmnun olardılar, amma onun müəllim İ.Əliyevlə görüşü Y.Andreyevi peşə seçiminin düzgünlüyünə inandırdı.


    İlham Əliyev, Mehriban Əliyeva və Heydər Əliyev

    “Heydər Əliyevin gözlənilmədən birlik səviyyəsində fərdi təqaüdçü olduğu dramatik dövr də xatirimdədir. Bu, 1988-1989-cu illər idi. Mən anamla “Bolşoy Sadovoy” və “Malaya Bronnaya” küçələrinin kəsişməsində yerləşən Əmanət kassasına getmişdim və orada İlham Heydəroviçin öz atası ilə növbədə gözlədiyni gördüm. Heydər Əliyev anamı tanıdı, nəzakətlə Satira Teatrının necə işlədiyini, hansı yeni əsərlərin tamaşaya qoyulduğunu, teatra dəvət olunan dramaturq və rejissorlar barədə soruşdu. Bunu o qədər peşəkarcasına soruşurdu ki, sanki başqa qayğı və problemləri yox idi”, deyə Y. Andreyev xatırlayır.

    Protokollara, müxtəlif rəsmi tədbirlərdə ünsiyyət üçün qəbul edilmiş prosedura bələd olan diplomat İlham Əliyevin sərbəstliyinə heyranlığını vurğuladı.


    İlham Əliyev

    “Bir dəfə təntənəli şam yeməyi zamanı məni masa arxasında gördü və mən mühafizəçiləri və protokol hissəsini adlayaraq qeyri-rəsmi olaraq ona yaxınlaşa biləcəyimi anladım. İlham Heydəroviç mənim əlimi möhkəm bir şəkildə sıxdı, valideynlərimi soruşdu, yeni xəbərlər barədə məlumat aldı, indi nə işlə məşğul olmağımla maraqlandı. O anda özümü dövlət başçısının yanında dayanan rəsmi nümayəndə heyətinin üzvü kimi yox, müəllimi ilə söhbət edən həmin MDBMİ tələbəsi kimi hiss edirdim”, deyə Y.Andreyev fikrini yekunlaşdırdı.

  • Şəhid ailələri təhsil haqqı ödəməyəcək – VİDEO

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunu şərh edərkən bildirib ki, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunublar.

    Onun sözlərinə görə, bu təminatlar I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə yanaşı, Vətən müharibəsi şəhidlərinin də ailə üzvlərinə şamil edilir.

    M.Quliyev qeyd edib ki, Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

    Baku TV-nin mövzu ilə bağlı süjetini təqdim edirik:

  • “Azəriqaz”: Xırdalanda partlayış ərazisindən yeraltı qaz kəməri keçmir

    “Azəriqaz” İstehsalat Birliyi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb.

    Qurumdan bildirilib ki, ərazidən Birliyin balansında olan hər hansı yeraltı qaz kəməri keçmir.

    Məlumata görə, fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq.

  • Xırdalanda baş vermiş partlayış nəticəsində altı nəfər xəstəxanaya yerləşdirilib

    Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Mehriban Qaralova bildirib ki, ilkin məlumatlara əsasən, Xırdalanda baş vermiş hadisə nəticəsində altı nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Bu barədə TƏBİB Oxu.Az-a məlumat verib.

    Xəstəxanaya yerləşdiriləndən biri uşaqdır.

  • Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək

    2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,7 faiz səviyyəsində qalacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu, 2020-ci illə müqayisədə 1 faiz az olacaq.

    2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5 faizidək azalacağı proqnozlaşdırılır. 2023 və 2024-cü illərdə isə bu göstərici müvafiq olaraq 4,9 və 4,7 faiz təşkil edəcək.

  • Hikmət Hacıyev mətbuat katiblərinə ustad dərsi keçdi

    Ölkə başçısının fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) 2021-ci il üçün nəzərdə tutduğu silsilə tədbirlərin həyata keçirilməsini ADA Universiteti ilə birgə təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlarla başlayıb.

    Universitetin İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak edirlər.

    Seminarlarda məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.

    Seminarda ADA Universitetinin media sahəsi üzrə yerli və xarici tədqiqatçıları ilə yanaşı, biznes sektorunun mütəxəssisləri və ölkənin multimedia platformasının aparıcı üzvləri ilə panel müzakirələr təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev seminar iştirakçıları qarşısında ustad dərsi ilə çıxış edib.

    İnteraktiv müzakirələr zamanı mətbuat xidməti rəhbərləri “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması” kimi mövzularda fikir mübadiləsinə qoşularaq, müasir media mühitindəki çağırışlara yeni həll yolları axtarıblar. Seminar digər mühazirəçilərin çıxışları ilə sabah da davam etdiriləcək.

    Xatırladaq ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb.