Month: January 2021

  • Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib

    Prezident İlham Əliyev Eldar Quliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilsin.

  • Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib

    Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Hörmətli Eldar müəllim!

    Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

    Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

    Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır”.

  • Rövnəq Abdullayev İŞDƏN ÇIXARILDI – Yeni RƏHBƏR

    Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib. Lakin Rövnəq Abdullayevin adı həmin siyahıda yoxdur.

    Müşahidə Şurasının sədri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Müşahidə Şurasının üzvləri

    Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

    İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

    Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini

    Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

  • Azərbaycana qardaş İmrxan Xandan acı xəbər gəldi: Ağır vəziyyətdə xəstəxanaya aparıldı

    Azərbaycana əsl qardaş dövlət-Pakistanın Baş naziri İmran Xan seçki öncəsi qatıldığı bir məclisdə pilləkəndən yıxılıb.

    Median.Az xəbər verir ki, O, başından və belindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Azərbaycan xalqını öz dövləti kimi müdafiə edən Pakistan lideri İmran Xana şəfalar diləyirik.//oxu24.com

  • Полад Бюльбюльоглу исполнил известную песню в доме своего отца в Шуше – ВИДЕО

    Чрезвычайный и полномочный посол Азербайджана в России, народный артист Полад Бюльбюльоглу посетил в Шуше дом своего отца, гениального вокалиста, народного артиста СССР Бюльбюля.

    Общественное телевидение (ITV) подготовило сюжет на эту тему.

    П.Бюльбюльоглу исполнил для телеканала свою знаменитую песню Gəl, ey səhər!

  • “Azəriqaz”da “Açıq qapı” günləri keçiriləcək

    “Son vaxtlar əhali abonent qrupunun istifadəsində olan, dövlət yoxlama müddəti çatmış sayğacların əvəz edilməsindən sonra guya yeni quraşdırılan qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşmaqdadır. Hətta bir sıra ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin də bu məqama toxunduğuna rast gəlinir”.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “Report”a daxil olan məlumat qeyd olunub.

    “Bütün bunları nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi gələn həftənin 2 və 4-cü günləri Birliyin Metrologiya Departamentində saat 14:00-dan 17:00-dək “Açıq qapı” günləri elan edir. Media və ictimaiyyət nümayəndələri, abonentlərimiz təbii qaz sayğaclarının yoxlama mərhələlərini əyani şəkildə izləyə bilərlər. “Azəriqaz” İB rəsmiləri isə bütün lazımi açıqlamaları verməyə, ehtimal olunan sualları cavablandırmağa hazırdır” , – deyə məlumatda qeyd olunub.

    Bildirilib ki, təbii qaz ölçü qurğuları (sayğaclar) ölkəyə gətirildikdən sonra “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində mərhələli yoxlamalardan keçir. Bu proses Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarətində olur:

    “Prosedurların icrasından sonra sınağı uğurla başa vuran sayğaclar İnstitut tərəfindən dövlət reyestrinə daxil edilir və bundan sonra istismara (abonentlərin istifadəsinə) verilməsi təsdiqlənir. Bütün sadalanan proseslər Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssislərinin müşahidəsi altında həyata keçirilir. Məlumat üçün qeyd edək ki, hər iki qurumun nümayəndələri “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində daimi fəaliyyət göstərir. Yəni bu qədər ciddi nəzarət və müşahidənin mövcudluğu şəraitində qaz ölçü qurğularının sərfiyyatı çox qeydə alması qeyri-mümkündür. Bəzən yanlış səsləndirilən fikirlər isə ictimaiyyətdə səhv başa düşülür və bu, yekun olaraq 2 milyon 330 minə yaxın əhali abonenti olan bir qurumun işgüzar nüfuzuna xələl gətirir”.

  • Polad Bülbüloğlu Şuşadakı evlərində “Gəl, ey səhər” oxudu – VİDEO

    Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşada, atası, dahi vokal ifaçısı, SSRİ Xalq artisti Bülbülün evində olub.

    İctimai Televiziya bu barədə süjet hazırlayıb.

    P.Bülbüloğlu ata evində televiziya üçün məşhur “Gəl, ey səhər” mahnısını ifa edib.

  • Пашинян: Пришел Байден – Путин может уходить – ВИДЕО

    Премьер-министр Армении Никол Пашинян продолжает обманывать Кремль и лично президента Владимира Путина. Причем делает это как ни в чем не бывало.

    Информация об этом появилась в прокремлевских армянских Telegram-каналах, где отмечается, что в Ереване усиливается антироссийская риторика.

    Сообщается, что Пашинян не скрывает от своих сторонников, что после прихода к власти в США Джозефа Байдена ситуация в регионе будет очень мало зависеть от России.

    Представляем сюжет, подготовленный Baku TV на эту тему:

  • Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” – VİDEO

    Ermənistanın Baş naziri Kremli və şəxsən Putini aldatmağa davam edir. Amma bu dəfə heç nə olmamış kimi davam edir. Loru dildə desək, saman altından su yeridir.

    Bu barədə məlumatlar Kremlin tərəfdarı olan Ermənistan “Telegram” kanallarında yayımlanıb.

    Həmin mənbələr qeyd edir ki, İrəvanda Rusiya əleyhinə siyasət güclənir və şaxələnir.

    Bildirilir ki, Paşinyan tərəfdaşlarından Co Bayden ABŞ-da hakimiyyətə gəldikdən sonra bölgədəki vəziyyətin Rusiyadan çox az asılı olacağını gizlətmir.

    Bu barədə Baku TV-nin hazırladığı süjeti təqdim edirik:

  • Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi – FOTO/VİDEO

    Pizzaxanada 31 ildir kuryer işləyən Robert Petersə bəxşiş əvəzinə maşın hədiyyə edilib.

    REN TV-nin məlumatına görə, hadisə ABŞ-ın İndiana ştatının Tipton şəhərində baş verib.

    Müştərilərindən birinin təşəbbüsü ilə başlayan aksiyada Petersə 19 min dollar dəyərində avtomobil alınıb.