Month: January 2021

  • Masazırda gerçəkləşən yubiley

    f“Qarabağ” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib.

    Yubiley Masazır qəsəbəsində – “Sabah”la XIV turun matçında gerçəkləşib. Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

    “Qarabağ” rəqib meydanlarındakı 400-cü görüşdə 182-ci dəfə qalib gəlib. 106 heç-heçəsi olan komanda 112 dəfə meydandan xalsız ayrılıb.

    Qeyd edək ki, “Qarabağ”ın ilk səfəri 1992-ci il mayın 9-na təsadüf edib. Həmin gün ağdamlılar Salyanda “Plastik”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

  • Naxçıvanda bir qrup hərbçiyə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib – FOTO/VİDEO

    Əlahiddə Ümumqoşun Orduda İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Məzunlar adından çıxış edən Elçin Əliyev söz verib ki, Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi, bundan sonra da dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənin müdafiəsində cəsarətlə dayanacaqlar.

    Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlər görülür. Döyüş hazırlığının yüksək səviyyədə olmasının nəticəsidir ki, ərazi bütövlüyümüz uğrunda aparılan Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu da iştirak edərək rəşadətləri ilə tarix yazdılar. General-polkovnik Kərəm Mustafayev kursları başa vuran məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.

    Çıxışların ardından məzunlara rütbə və sertifikatlar təqdim edilib.

    Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb və tribuna önündən təntənəli keçid olub.

  • Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada

    Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Şuşa şəhərinə birgə səfər ediblər.

    Hər iki xadim səfər təəssüratlarını Trend-lə bölüşüb.

    Fərhad Bədəlbəyli bütün Şuşanı gəzdiklərini bildirdi: “Birinci növbədə Polad Bülbüloğlunun evinə getdik. Təbii ki, çox kədərli hislər yaşadıq. Gördüklərimiz bizim üçün xoşagəlməz mənzərə idi. Çünki Şuşa düşmən tapdağı altında idi. Amma bu dəfə azad Şuşaya qalib kimi gəlmişik. Sağ olsun Cənab Prezidentimiz, şəxsən Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə! Mən, Polad müəllim və memar Rizvan Zeynalov bir yerdə gəlib evə baxdıq. Bülbülün Ev muzeyi necə olmalıdır, necə təmir edilməlidir, orada hansı işləri görmək lazımdır kimi planlar quruldu. Bu, çox vacib idi.

    Sonra Şuşada yerləşdirilən güllələnmiş büstlərə baş çəkdik, Üzeyir Hacıbəyov, Xan qızı Natəvan və Bülbülün büstlərini ziyarət etdik. Ondan sonra əlbəttə ki, Cıdır düzündə olduq, gəncliyimizi yada saldıq”.

    Polad Bülbüloğlu da hədsiz duyğulu olduğundan söz tapıb danışmaqda çətinlik çəkdiyini dedi: “Mənim üçün çox xoşbəxt bir gündür. 30 ildir gözlədiyimiz an gəlib çatdı. O qədər duyğuluyam ki, heç söz də tapa bilmirəm deməyə, ona görə ki, atamızın yurduna gəlmişik, onun evinə girmişik… Düzdür, ev pis vəziyyətdədir, divarlar dağılıb, tavan düşmək üzrədir. Bir tərəfdən, evi belə görmək çox ağırdır, o biri tərəfdən də çox böyük qürurdur. Çünki qələbə qazanan bir xalqın nümayəndəsi kimi bu gün öz torpağıma, öz evimə gəlmişəm. Çox şadam ki, hörmətli Prezidentimiz bu anı bizə bəxş edib. Cənab Prezident Şuşaya səfəri zamanı bu evi məhz mənim təmir edəcəyimi söyləmişdi. Və Bu gün mən gəlmişəm. Öncə görüləcək işlərin layihəsi hazırlanacaq və sonra işə başlayacağıq”.

    P.Bülbüloğlu əlavə etdi ki, bu gün Şuşanın çox gözəl havası vardı. Bir tərəfdə ağabaq qar, bir tərəfdə də gözəl Günəş, açıq səma: “Cıdır düzündən ətrafı seyr edəndə hər şey bizə yuxu kimi gəlirdi. Sanki bir film izləyirdik. Şükürlər olsun ki, artıq bu günü gördük. Ona görə də bu gün son 30 ildə mənim ömrümdə ən əziz, ən xoşbəxt bir gündür. Fürstdən istifadə edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, müharibədə iştirak etmiş bütün hərbçilərimizə minnətdaram. Biz həmişə onlara borclu olacağıq. Azərbaycan xalqı heç vaxt bu qəhrəmanlığı yaddan çıxarmayacaq. Eşq olsun bizim ordumuza, eşq olsun bizim hörmətli Prezidentimizə, Ali Baş Komandanımıza!”.

  • Şahbuz rayonunda zəlzələ olub

    Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.

    Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

  • Salyanda 25 yaşlı kişi intihara cəhd edib

    Salyan rayonunda da 25 yaşlı kişi intihara cəhd edib.

    Hadisə rayonun Xalac kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Rəşad Malik oğlu Həmidov sirkə turşusu içərək özünə qəsd etmək istəyib. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra R.Həmidov ambulator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Врач о влиянии COVID-19 на женское здоровье: В некоторых случаях вирус приводит к снижению либидо

    В настоящее время нет точных данных о том, что COVID-19 влияет на репродуктивное здоровье женщин. Однако, имеющийся опыт показывает, что женщины, переболевшие коронавирусной инфекцией, сталкиваются с рядом проблем.

    Подробнее об этом Media.Az поговорила с врачом, инфекционистом-реаниматологом пандемической больницы Полиной Алиевой.

    “Коронавирусная инфекция наряду с легкими может поражать и другие органы человека. Поскольку этот вирус новый и еще не до конца изученный, мы не можем предоставить точные статистические данные относительно возможных осложнений”, – сказала она.

    П.Алиева отметила, что COVID-19 может привести к таким осложнениям как инсульт, инфаркт, панкреатит, менингоэнцефалит. Это те патологии, с которыми врачи встречались неоднократно, то есть не единичные случаи.

    Что касается репродуктивной системы, то она также страдает от этого вируса. Как нам известно, данный вирус вызывает микротромбоз, что может сказаться на общем снабжении яичников. А это впоследствии может привести к атрофии и соответствующим последствиям, в том числе бесплодию.

    “Это может сказаться на менструальном цикле и репродуктивной функции у женщин. К тому же больные, которые переносили заболевание в тяжелой форме, проходят длительный реабилитационный период и, соответственно, долго страдают от хронической усталости и апатии. Перенесенная коронавирусная инфекция у некоторых пациенток приводит к снижению либидо”, – сказала П.Алиева.

    Медик отметила, что через год-полтора можно будет получить конкретные статистические данные относительно того, какие осложнения вызывает коронавирусная инфекция.

    “Пока же я могу опираться только на собственный опыт. Поэтому советую всем, кто перенес COVID-19 в обязательном порядке проходить полное медобследование”, – заключила Полина Алиева.

  • Həkim virusun qadın səhhətinə təsirindən danışdı

    COVID-19-un qadınların reproduktiv sağlamlığına təsir etdiyinə dair dəqiq bir dəlil yoxdur. Lakin təcrübə göstərir ki, koronavirus infeksiyası keçirmiş qadınlar bir sıra problemlərlə qarşılaşırlar.

    Media.Az bu barədə pandemiya xəstəxanasının həkimi, infeksionist- reanimatoloq Polina Əliyeva ilə ətraflı söhbət edib.

    “Koronavirus infeksiyası, ağciyərlərlə birlikdə insanın digər orqanlarına da təsir edə bilər. Bu virus yeni olduğundan və hələ tam öyrənilmədiyindən mümkün fəsadlarla bağlı dəqiq statistik məlumat verə bilmirik”, – deyə o, bildirib.

    P.Əliyevanın sözlərinə görə, COVID-19 insult, infarkt, pankreatit, meninqoensefalit kimi fəsadlara yol aça bilər. Belə patologiyalarla həkimlər bir neçə dəfə qarşılaşıblar.

    Həkim bildirib ki, virus mikrotromboza səbəb olur, bu isə yumurtalıqların ümumi tədarükünə təsir göstərə bilər. Sözügedən hal sonradan atrofiyaya və sonsuzluq da daxil olmaqla müvafiq nəticələrə səbəb ola bilər.

    “Koronavirusa yoluxma qadınlarda menstrual dövr və reproduktiv funksiyaya təsir edə bilər. Bundan əlavə, ağır xəstəlik keçirmiş xəstələr uzun bir reabilitasiya dövrü keçir və müvafiq olaraq uzun müddət xroniki yorğunluqdan, apatiyadan əziyyət çəkirlər. Bəzi xəstələrdə yoluxma libidonun azalmasına səbəb olur”, – deyə P.Əliyeva bildirib.

    Həkim, bir il – il yarımdan sonra koronavirus infeksiyasının hansı fəsadlara səbəb olduğu barədə xüsusi statistik məlumatlar əldə etmək mümkün olacağını qeyd edib.

    “Hələlik isə yalnız öz təcrübəmə etibar edə bilərəm. Buna görə COVID-19 keçirən hər kəsə mütləq şəkildə tam tibbi müayinədən keçmələrini tövsiyə edirəm”, – deyə Polina Əliyeva sözlərini yekunlaşdırıb.

  • Azərbaycanın I divizion klubu legioner transfer etdi

    Mövsümün ikinci dövrəsinə hazırlığı davam etdirən “Kəpəz” heyətini üç futbolçu ilə gücləndirib.

    I divizion komandası müdafiəçilər – Hikmət Verdiyev, Nika Baçaliaşvili və yarımmüdafiəçi Samir Qurbanovu sıralarına qatıb.

    Bu futbolçularla mövsümün sonuna qədər müqavilə bağlanıb.

    Qeyd edək ki, “Kəpəz” Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Premyer Liqanın sonuncusu “Sabah”la qarşılaşacaq. Bu görüş yanvarın 25-də Masazır qəsəbəsində keçiriləcək.

  • İmişlidə qanunsuz olaraq ov silahı daşıyan şəxslər tutulub

    İmişlidə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarışları zamanı qanunsuz olaraq ov silahı gəzdirən iki şəxs saxlanılıb.

    Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru Madər Quliyev AZƏRTAC-a bildirib ki, rayon ərazisində qanunsuz ov edən şəxslərin aşkarlanması üçün növbəti dəfə əməliyyat tədbirləri yerinə yetirilib.

    Həmin zaman İmişli rayon Muradxanlı-Cəfərli kəndi istiqamətində hərəkətdə olan 11-VX-784 dövlət nömrə nişanlı “VAZ 2106” markalı şübhəli avtomobil saxlanılıb. Araşdırma vaxtı avtomobildə olan şəxslərdən – Qarayev Elşən Həsrət oğlu və Səfərli Fəxri Qalib oğlundan müvafiq icra orqanlarının icazəsi olmadan istifadə etdiyi iki ədəd ov silahı aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Karantin qaydalarını pozan çayxana aşkar edildi – FOTO

    Tərtər rayonunda karantin rejimini pozan çayxana aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Xoruzlu kəndi ərazisində karantin qaydalarına zidd olaraq, müştərilərə yerində xidmət göstərən çayxana aşkar edilib.

    Həmin obyektin icarədarı Elbrus Həziyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.