Month: January 2021

  • DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

    DİN-dən verilən məlumata görə, sosial şəbəkələrdə, xüsusən “Instagram” platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

    “Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələr sifarişçiyə təqdim olunmur.

    Virtual məkanda yüksək əməkhaqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər “xidmət” göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq, həmin səhifələri bağlayırlar.

    Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu “xidmət”lərindən çox təəssüf ki, istifadə edənlər də var”.

    Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur:

    “Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

    Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu “polisazerbaycan” adlı səhifələrinə yazaraq, dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər”.

  • TƏBİB-dən tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına CAVAB

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.

    TƏBİB-dən “Report”a bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

    “Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, – qurumdan qeyd olunub.

    Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.

  • Antisanitar vəziyyətdə olan ət satış mağazası bağlandı

    Ağstafa rayonunda qanunvericiliyin tələblərini pozan ət satışı məntəqəsi aşkarlanıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, fiziki şəxs Salahov Zaur Kaloğlan oğluna məxsus ət satışı mağazasına baxış keçirilib.

    Baxış zamanı mağazada tavanın tamlığının pozulduğu, ətlərin saxlanılması üçün temperatur rejiminə əməl olunmadığı, eyni zamanda baytarlıq-sanitariya və texniki normativ sənədlərin tələblərinə əməl olumadığı müəyyən olunub. Məlum olub ki, mağazada sanitar qovşaq, mərkəzləşdirilmiş kanalizasiya və su təminatı sistemi mövcud deyil, havalandırma sistemi quraşdırılmayıb.

    Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Ət satışı məntəqəsinin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

  • Ağdaşda ZİL yandı

    Ağdaşda yük avtomobili yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Qolqəti kəndində qeydə alınıb.

    Belə ki, ZİL markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • GÜRCÜSTAN SƏRHƏDİ AÇIR? -RƏSMİ

    “Qonşu ölkələrlə quru sərhədlərin açılması koronavirusun Gürcüstana daxil edilməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili “Rustavi 2” telekanalının efirində deyib.

    M.Tskitişvili qeyd edib ki, aviadaşımalar zamanı infeksiyaya nəzarət imkanları daha genişdir.

    Xatırladaq ki, Gürcüstan fevralın 1-dən etibarən bütün istiqamətlər üzrə aviareysləri bərpa edəcək.

  • Fransada istifadə olunan peyvəndin 130-dan çox əlavə təsiri aşkarlanıb

    Fransada “Pfizer” və “BioNTech” dərmanının ən az 135 əlavə təsiri aşkar edilib.

    “RİA Novosti” xəbər verir ki, peyvənddən sonra doqquz nəfər yaşlı şəxs ölüb, ancaq peyvəndlə ölüm arasında əlaqə müəyyən olunmayıb.

    135 arzuolunmaz əlavə təsirin əksəriyyətinin gözlənilən və ya qeyri-ciddi nəticələrlə əlaqəli olduğu qeyd edilir.

    Xüsusilə peyvənd olunanlarda yüksək hərarət, baş ağrısı və ürək bulanması müşahidə olunur.

    Bildirilir ki, ümumilikdə, dördü taxikardiya olmaqla, 31 ciddi əlavə təsir qeydə alınıb.

  • Bill Qeyts COVID-19 əleyhinə peyvənd vurdurdu

    “Microsoft” şirkətinin banisi Bill Qeyts koronavirusa qarşı peyvənd vurdurub.

    65 yaşlı milyarder və xeyriyyəçi bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

    O, birinci dozanı aldığını qeyd edib və COVID-19 peyvəndinin yaradıcılarına təşəkkür edib.

    Xatırladaq ki, “Microsoft”un qurucusu öz müsahibələrində dəfələrlə qeyd edib ki, yalnız kütləvi vaksinləmə koronavirus infeksiyasının yayılmasına və xəstəliyə dünya miqyasında son qoymağa imkan verəcək.

  • Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”

    “Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir”.
    Median.Az bildirir ki, bunları Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

    Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir: “Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür.

    Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”.

  • Задержан директор Центра гигиены и эпидемиологии Сальянского района – ОФИЦИАЛЬНО

    Сегодня сотрудниками Главного управления по борьбе с коррупцией при Генеральном прокуроре Азербайджана был задержан директор Центра гигиены и эпидемиологии Сальянского района Интигам Абышов.

    Как сообщили Oxu.Az в пресс-службе генпрокуратуры, позже общественности будет представлена официальная информация в связи с задержанием.

  • Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru da saxlanıldı – RƏSMİ

    Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

    Baş Prokurorluğun Mətbuat xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.