AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.
Median.Az bildirir ki, demokrat.az-ın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. Onun yerinə hələlik təyinat yoxdur.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Median.Az report-a istinadən bildirir ki, nəticədə rayonda “Marojna Elxan” ləqəbi ilə tanınan, 1975-ci il təvəllüdlü Kürdəmir şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Əlimusa oğlu Eminov Xırdapay kəndi ərazisində saxlanılıb.
Ondan ümumilikdə 2,287 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
“Məktəb direktorları və müəllimlər arasında koronavirusdan ölüm halları olub”.
Median.Az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, şagirdlər arasında isə koronavirusdan ölüm halı qeydə alınmayıb.
Nazir qeyd edib ki, fevralın sonu, martın əvvəlində Azərbaycanda fənn olimpiadalarının keçirilməsi nəzərdə tutulur.
Polad Həşimov adına “Şən uşaq bağçası” və ya adi “Uşaq bağçası” kimi reklam lövhələrinə sosial şəbəkələrdə tez tez rast gəlmək olur. Hətta zəng edərək maraqlanan şəxslərə “siz gəlin, biz xidmətlərimiz barədə məlumat verərik”, – deyirlər.
Özəl obyektlərə Milli Qəhrəman General Polad Həşimovun adının qeyri qanuni verilməsi, ailəsinin narazılığı ilə qarşılanıb.
Məktəbəqədər tədris müəssisəsi bir neçə dəfə fəaliyyətlərini dayandıracağını desə də, buna əməl etməyiblər. Ailəsi generalın adının hara, necə gəldi verilməsinə narazıdır.
Generalın bacısı Kəmalə Həşimova deyir ki, qardaşının adına açılan uşaq bağçasına sosial şəbəkələrdə bir neçə dəfə rast gəlib. Özü həmin bağçalardan biri ilə əlaqədə saxlayıb. İşbazların generalın bacısına verdiyi cavab heç də ürəkaçan olmayıb…
Moskvanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) xorvatiyalı yarımmüdafiəçisi Kristian Bistroviç karyerasını Türkiyənin “Kasımpaşa” klubunda davam etdirəcək.
TASS agentliyi xəbər verir ki, bu barədə MOİK klubu məlumat yayıb.
Qeyd olunur ki, 22 yaşlı futbolçu Türkiyə klubunda icarə əsasında çıxış edəcək.
Razılaşmanın mövsümün sonuna qədər qüvvədə olacağı bildirilir.
Rusiyanın “Rosselxoznadzor” qurumu Azərbaycanın 13 müəssisəsinin Rusiyaya pomidor və alma tədarükünə icazə verib.
TASS agentliyi bu barədə “Rosselxoznadzor”un yaydığı məlumata əsasən xəbər verib.
“Yanvarın 25-dən Azərbaycanın altı alma istehsal müəssisəsinə və yeddi pomidor istehsal edən şirkətinə Rusiyaya mallarını ixrac etməyə icazə verilib”, – deyə qurumun açıqlamasında qeyd olunur.