Month: January 2021

  • В Азербайджане стартует реализация проекта “Из сокровищницы Низами”

    Дворец Гейдара Алиева начинает реализацию проекта “Из сокровищницы Низами”, посвященного 880-летию со дня рождения гениального поэта и мыслителя Низами Гянджеви и проведению “Года Низами” в Азербайджане.

    Об этом сообщили в пресс-службе дворца.

    Отмечается, что в рамках проекта будут представлены созданные молодыми композиторами современные произведения на слова Низами, музыкальные театрализованные номера из поэмы “Сокровищница тайн”, креативные балетные постановки на основе произведений великого поэта, а также проведены различные конкурсы.

  • Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? – VİDEO

    Son vaxtlar xaricdən verilən onlayn sifarişlərin çatdırılması zamanı gecikmələr adi hal alıb.

    Bir çox vətəndaşımız bu məsələdən şikayət edirlər və onlar gecikmənin əsl səbəbinin nə olduğu ilə maraqlanırlar.

    Məsələ ilə bağlı Baku TV araşdırma edib.

    Ətraflı süjetdə:

  • Лейла Алиева поделилась публикацией по случаю годовщины свадьбы родителей – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева сделала публикацию в своем Instagram-аккаунте по случаю 38-ой годовщины свадьбы Президента Азербайджана Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиевой.

    Она опубликовала их совместное фото, подписав его “38 лет вместе”.

  • Leyla Əliyevadan valideynlərinin evlilik ildönümü ilə bağlı paylaşım – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın evliliklərinin 38-ci ildönümü münasibətilə paylaşım edib.

    Leyla Əliyeva onların bir yerdə fotosunu “38 il birlikdə” başlığı ilə paylaşıb.

  • Заявление Генпрокуратуры о задержании главврача Масаллинской районной больницы

    Сегодня сотрудниками Главного управления по борьбе с коррупцией при Генеральном прокуроре Азербайджана были задержаны главврач Масаллинской районной больницы Джалил Назаров и главный бухгалтер клиники Сатулла Мамедов.

    Как сообщили в пресс-службе генпрокуратуры, позже общественности будет представлена официальная информация в связи с задержанием.

    По сообщению СМИ, они замешаны в финансовых злоупотреблениях.//oxu.az

  • Cəbhədən “sürətli qaçışla” ad qazanmış fərari erməni könüllülər hökumətlə pul davasına çıxdı

    Ermənistanda Qarabağdakı döyüşlərə könüllü şəkildə yollanan əsgərlər Müdafiə Nazirliyi qarşısında etiraza toplanıb.

    “Sputnik” Ermənistan bildirir ki, könüllülər müharibədə iştirak üçün nəzərdə tutulan vəsaitlərin ödənilməməsindən şikayətlənirlər.

    Görünür, Ermənistan hökuməti üçün sözügedən şəxslərin müraciəti heç bir halda maraqlı deyil, çünki elə etirazçıların özlərinin dediklərinə görə, onlara vəsaitin köçürüləcəyi ilə bağlı dəfələrlə vəd verilib. Ermənistan hökumətindən döyüşlərdə iştiraka görə pul almağı gözləyənlərin sayının 2700-dən çox olduğu vurğulanır.

    Erməni əsgərlərin problemi bununla da bitmir, cəbhədə ağır məğlubiyyət fonunda dəhşətli itkilərin yerini doldurmaq istəyən Ermənistan MN döyüş bölgəsinə bir çox hallarda heç bir qeydiyyat olmayan vətəndaşları göndərib. Elə Ermənistan MN qarşısında toplanan etirazçıların özləri də qeyd edirlər ki, heç bir hərbi hissə və ya birləşmədə adları olmayıb.

    Sözügedən fakt Ermənistan ordusunun Müzəffər Azərbaycan Ordusu qarşısında acınacaqlı vəziyyətini bir daha sübut edib. Erməni “könüllü”lər heç bir hazırlıqsız, siyahıya alınma və döyüş tapşırığı olmadan cəbhəyə – ölümə göndərilib.

    Üstəlik müharibə dövründə itkilərinin sayını qat-qat az qələmə verən Ermənistanın, bəlkə də bilərəkdən döyüş bölgəsinə qüvvələri siyahıya almadan göndərdiyini də istisna etmək olmaz. Çünki belə olan halda həmin itkiləri gizlətmək və ya müharibədə iştirak üçün onlara təzminat ödəmək öhdəliyindən yayınmaq olduqca asan olacaq.

    Ancaq hər halda Ermənistan MN-in əsgərlərə döyüşlərdə iştirak üçün pul ödəmək istəməməsinin haqlı tərəfləri də az deyil. Onsuz da ağır iqtisadi vəziyyətdə olan, Qarabağda bu günə qədər mənimsədiyini böyük resurslar əlindən çıxan Ermənistan bir çox hallarda bir güllə belə atmadan Azərbaycan ordusunun qarşısından qaçaraq mövqelərini tərk edən “cəngavər”lərinə niyə pul ödəsin?

    Öz fərarilikləri ilə bütün dünyanın gülüş hədəfinə çevrilən və ikrah doğuran erməni ordusu və “könüllü”lər isə ən yaxşı halda “sürətli qaçışa” görə öz dövlətlərindən pul tələb edə bilər.

    Fərarilikdə ad qazanmış, rüsvayçı məğlubiyyətə düçar olan ordunun ali rəhbərliyi isə bu “möhtəşəm” qaçışa qiymət verəcəkmi, bunu zaman göstərəcək.

  • “Game of Thrones” serialının daha bir prikveli çəkilir

    HBO “Game of Thrones” (“Taxt oyunları”) serialının daha bir prikveli üzərində çalışmağa başlayıb.

    Yeni film Corc Martinin “Tales of Dunk and Egg” (“Dank və Eqq haqqında povest”) novellasına əsaslanıb.

    Bu barədə “Variety” xəbər yayıb.

    Baş qəhrəman – cəngavər Uzun Dank və gənc şahzadə Eyeqon Tarqariendir. Hadisələr “Taxt oyunları”ndan 90 il əvvəl baş verib.

    Bundan əvvəl HBO “Game of Thrones” serialının prikvelinin çəkilişlərinə başlanıldığı barədə elan etmişdi. Bu film isə Tarqarien sülaləsinin tarixinə əsaslanır və “House of the Dragon” (“Əjdaha evi”) adlanır.

    Serialın 2022-ci ildə çıxacağı düşünülür. Onun ədəbi əsası Corc Martinin “Fire and Blood” (“Alov və qan”) kitabı sayılır.

  • Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq

    Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti Qarabağda üç müqavilə sahəsində kəşfiyyat işlərini aparacaq.

    Median.Az trend-ə istinadən məlumat verir ki, şirkət Azərbaycan hökumətinin icazəsi alındıqdan sonra Söyüdlü, Qızılbulaq və Vecnəli sahələrinin potensialını qiymətləndirəcək:

    “Erməni işğalı müddətində hər üç müqavilə sahəsində faydalı qazıntıların qanunsuz hasilatı aparılırdı”.

    Şirkətdən bildiriblər ki, həm mövcud mədənlərin yaxınlığında, həm də müqavilə sahələrindəki geoloji istiqamətlərdə mühüm geoloji-kəşfiyyat potensialı mövcuddur.

  • Baş Prokurorluqdan Masallı Rayon Xəstəxanasının baş həkiminin saxlanılması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

    Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.//oxu.az

    ***

    Masallı rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov saxlanılıb.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, C. Nəzərov bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

    Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir.

    Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

    Qeyd edək ki, C.Nəzərovu saxlanılması ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.

  • Bakıda polis maşını minik avtomobili ilə toqquşub

    Bakıda Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22-də qeydə alınıb.

    Belə ki, Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil “Opel Astra” markalı minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.