Month: February 2021

  • PSJ koronavirusa görə bazasını bağladı

    Fransa PSJ-si gənclər komandasında koronavirusa yoluxma hallarının qarşısını almaq üçün tədbir görüb.

    “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi bu məqsədlə məşq bazasını bağlayıb.

    Bazanın fevralın 11-dək fəaliyyət göstərməyəcəyi bildirilib. Son qərar təkrar testlərin nəticəsindən sonra veriləcək.

    Qeyd edək ki, PSJ-nin U-17 və U-19 komandalarında koronavirusa 9 yoluxma faktı aşkarlanıb.

  • İşğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib

    Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin əsas məqsədlərindən biri olan həmin ərazilərə əhalinin qayıdışı ilə bağlı konkret vəzifələr müəyyən etmiş və bu istiqamətdə zəruri tapşırıqlar vermişdir.

    İşçi Qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.

    Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan fəaliyyətlərə dair geniş müzakirələr aparılıb.

    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

  • AMEA-da yeni direktor iki şöbə müdirini və elmi katibi vəzifəsindən azad etdi

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun iki əməkdaşı işdən çıxarılıb, daha iki əməkdaşının isə vəzifəsi dəyişdirilib.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

    Belə ki, institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva vəzifəsindən azad edilib. İnstitutun Təhsil şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova isə vəzifəsindən azad edilərək qurumun elmi katibi təyin olunub. Təhsil şöbəsinin müdiri vəzifəsinə institutun əməkdaşı Bahar Qasımlı təyinat alıb.

    Eyni zamanda institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Hələlik qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.

    Qeyd edək ki, ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov vəzifəsindən azad edilib və onun yerinə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb.

  • В Азербайджане повышаются пенсии

    В соответствии с указами главы государства рост социальных выплат продолжился и в начале этого года. Президентская пенсия для семей шехидов повышена на 66,7%, национальных героев страны – на 20%, участников второй мировой войны – на 100%, инвалидов войны, событий 20 января, а также приравненных к ним лиц – более чем на 50%. Учреждена ежемесячная Президентская пенсия (2 000 манатов) для Национальных героев Отечественной войны.

    Об этом на пресс-конференции заявил председатель правления Государственного фонда социальной защиты (ГФСЗ) при Министерстве труда и соцзащиты населения Гималай Мамишов.

    По его словам, очередное повышение охватывает 1 млн 140 тыс. лиц или 93% пенсионеров:

    “Оно будет применено с 01.01.2021 года, граждане получат повышение за январь вместе с февральской пенсией.

    Для роста данных выплат после индексации в этом году будет выделено 441 млн манатов.

    Согласно новому распоряжению Президента, зафиксированный до 1 января 2021 года в страховой части индивидуального счета пенсионный капитал, индексируется в соответствии с ежегодным уровнем потребительских цен и повышается на 2,8%”.

  • Сахиба Гафарова встретилась с послом Грузии в Азербайджане

    Сегодня председатель Милли Меджлиса Сахиба Гафарова встретилась с чрезвычайным и полномочным послом Грузии в Азербайджане Зурабом Патарадзе.

    Об этом сообщили в отделе печати и по связям с общественностью парламента Азербайджана.

    Приветствуя гостя, спикер сказала, что Азербайджан придает большое значение развитию контактов с дружественной и братской Грузией. Было отмечено, что взаимные визиты глав государств подняли наши отношения на уровень стратегического партнерства.

    “Сегодня Азербайджан и Грузия сотрудничают в различных сферах. Подписанные между двумя странами соглашения составляют прочную правовую основу нашего взаимодействия”, – сказала С.Гафарова.

    Посол отметил, что Грузия всегда поддерживала территориальную целостность Азербайджана, не жалела усилий для установления в регионе мира и благополучия. Он сказал, что отношения между нашими народами имеют древнюю историю. По словам Патарадзе, политические отношения на высоком уровне сблизили нас, сотрудничество в экономической, культурной и гуманитарной сферах развивается изо дня в день.

    “Мы намерены повысить интенсивность наших контактов и на парламентском уровне”, – добавил посол.

    Предоставив информацию о деятельности законодательного органа Грузии, гость подчеркнул важность взаимных визитов и встреч депутатов на различных площадках.

    В ходе встречи были обсуждены и другие вопросы, представляющие взаимный интерес.

  • Vaqif Mustafayev “Space” telekanalındakı vəzifəsindən getdi

    Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, “Space” TV-nin prezidenti Vaqif Mustafayev istefa ərizəsi yazaraq kanalı tərk edib.

    Qeyd edək ki, V. Mustafayev kanala 2006-cı ildən rəhbərlik edirdi.

  • В органах прокуратуры состоялись тестовые экзамены по приему на работу – ФОТО

    Сегодня Генеральная прокуратура Азербайджана совместно с Государственным экзаменационным центром (ГЭЦ) организовала тестовые экзамены по приему на работу.

    Как сообщили в Генпрокуратуре, в целях предотвращения распространения пандемии коронавируса они были проведены в соответствии с установленными правилами, в административном здании ГЭЦ в Насиминском районе Баку.

    Экзамены, которые длились около трех часов, были организованы в 10:00 и 15:00 соответственно.

    В качестве наблюдателей в них участвовали представители неправительственных организаций.

    Из 412 подавших заявления лиц, в экзаменах приняли участие 370 человек. 162 кандидата набрали более 70 баллов и получили право участвовать в очередном этапе конкурса – письменном экзамене.

    Результаты опубликованы на сайтах ГЭЦ (www.dim.gov.az) и Генпрокуратуры (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az).

  • Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

    Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclası keçirilib.

    Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin, habelə Vətən müharibəsində iştirak etmiş nazirlik əməkdaşlarının iştirakı ilə keçirilən kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın tam azad edilməsi ili kimi həkk olunub.

    Kollegiya iclasında Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşları barədə məlumat verilib. Bildirilib ki, səfərbərlik çərçivəsində nazirlik sistemində müxtəlif vəzifələrdə çalışan 17 əməkdaş Vətən müharibəsinə qatılıb, ərazi bütövlüyümüzün bərpası uğrunda şərəfli döyüş yolu keçiblər.

    S.Şərifov Azərbaycanın haqq savaşında yüksək vətənpərvərlik göstərən əməkdaşlara öz təşəkkürünü bildirib, onların nazirlik sistemində nizam-intizamlı, bacarıqlı və işgüzar kadrlar olmaqla yanaşı, döyüş meydanında da cəsur əsgər kimi özlərini şərəflə doğrultduqlarını vurğulayıb. Təsadüfi deyil ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 6 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə müxtəlif medallarla təltif olunub. Hətta 1 nəfər – Ağdaş Rayonu üzrə Maliyyə Şöbəsinin əməkdaşı Əlibala Manafov dövlət başçısının sərəncamları ilə 4 medalla təltif olunub.

    2020-ci ilin sosial-iqtisadi yekunlarına gəlincə isə maliyyə naziri bildirib ki, bütün dünya dövlətləri kimi Azərbaycan iqtisadiyyatı da ötən il koronavirus pandemiyası sınağı ilə üzləşib. Qlobal pandemiya, onunla mübarizə məqsədilə tətbiq edilən məhdudiyyətlər, iqtisadi fəallığın zəifləməsi və istehlak tələbinin daralması, neft hasil edən ölkələr tərəfindən hasilatın azaldılması barədə qəbul edilən qərarlar ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Lakin, görülən sistemli və kompleks tədbirlər nəticəsində xarici mənşəli şoklar səbəbindən dünyada baş verən tənəzzülün ölkəmizdə kəskin fazaya keçməsinin qarşısı alınıb.

    Ölkədə yaranmış yeni iqtisadi reallıqlar operativ təhlil edilərək 2020-ci ilin iyul ayında dövlət büdcəsinə yenidən baxılıb, bəzi büdcə gəlirləri üzrə daxilolmalar dəqiqləşdirilib, prioritet kəsb etməyən xərclər ixtisar edilib, bir sıra zəruri sahələrin xərcləri isə artırılıb. Hesabat ilində Prezident İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən ölkənin səhiyyə sisteminin artan tələblərinin qarşılaması, pandemiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsirlərin azaldılması, əhalinin həssas sosial qruplarına və biznesə iqtisadi dəstək tədbirləri, eyni zamanda, Silahlı Qüvvələrimizin müdafiə potensialının gücləndirilməsi və maddi-texniki təminatı ilə bağlı xərclər tam şəkildə maliyyələşdirilib.

    Ötən ilin dövlət büdcəsinin icra vəziyyəti barədə məlumat verən maliyyə nazirinin müavini Azər Bayramov qeyd edib ki, qeyri-əlverişli mühitə və çətinliklərə rəğmən 2020-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib. Belə ki, operativ məlumatlara əsasən 2020-ci ildə icmal büdcənin gəlirləri 24 milyard 463 milyon manat, xərcləri isə 29 milyard 160 milyon manat icra olunub. İcmal büdcədə yaranmış 4 milyard 698 milyon manat kəsir proqnozlaşdırılmış 7 milyard 945 milyon manat kəsirə nisbətən 3 milyard 248 milyon manat və ya 40,9 faiz az olub.

    2020-ci ildə dövlət büdcənin gəlirləri 24 milyard 679 milyon manat və ya 102,3 faiz, xərcləri isə 26 milyard 416 milyon manat və ya 96,1 faiz icra olunub. Dövlət büdcəsinin kəsiri 1 milyard 737 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 3 milyard 368 milyon manat kəsirdən 1 milyard 631 milyon manat və ya 48,4 faiz azdır.

    Qeyd olunub ki, büdcə kəsirinin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icra olunması hesabına yaranıb. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7 milyard 387 milyon manat vəsait təmin edilib ki, bu isə proqnoza qarşı 197 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsi tərəfindən isə dövlət büdcəsinə 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon manat vəsait təmin edilib. Bu isə proqnoza qarşı 108 milyon manat çoxdur. Dövlət Neft Fondunun transferti üzrə daxilolmalar 100 faiz və ya 12 milyard 200 milyon manat həcmində olub.

    Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə dövlət büdcəsinə 596 milyon manat, sair daxilolmalar üzrə 558 milyon manat vəsait daxil olub.

    A.Bayramov bildirib ki, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə 2020-ci il 1 yanvar tarixindən beynəlxalq təcrübəyə uyğun yeni vahid büdcə təsnifatının tətbiqinə başlanılıb. Bundan başqa, ötən il ərzində “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün ölkə ərazisində tətbiq edilməsi başa çatdırılıb, xəzinə əməliyyatlarının bu sistem vasitəsilə aparılmasını təmin etmək məqsədilə respublikanın şəhər və rayonlarında regional xəzinədarlıq idarələri yaradılıb, şəhər və rayonlar üzrə maliyyə orqanlarında xəzinə əməliyyatları və xəzinə əməliyyatlarının uçotu ilə bağlı struktur bölmələrinin funksiyaları yeni yaradılan regional xəzinədarlıq idarələrinə verilib.

    “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin tətbiqi nəticəsində kredit sərəncamçılarının pul vəsaitlərinin son təyinatına çatdırılması sürətləndirilib, büdcə daxilolmalarının ayrı-ayrı büdcə səviyyələri və tədiyyə növləri üzrə uçota alınması tamamilə avtomatlaşdırılıb, xəzinədarlıqda və büdcə təşkilatlarında elektron sənəd dövriyyəsinin daha geniş şəkildə tətbiqinə imkanlar yaradılıb. Sistemin tətbiqi prosesində dövlət büdcəsinin icrası mexanizminə edilən dəyişikliklərin biri də bütün növ bank əməliyyatlarının real vaxt rejimində Dövlət Xəzinədarlığının Mərkəzi Bankında olan vahid xəzinə hesabı vasitəsilə həyata keçirilməsindən, büdcə və büdcədənkənar daxilolmaların mərkəzi xəzinədarlığa birbaşa mədaxil edilməsindən və avtomatik uçota alınmasından ibarət olub.

    Maliyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinin tətbiqinin genişləndirilməsi baxımından ötən il ərzində bir sıra mühüm addımlar atılıb, dövlət büdcəsinin icrasına dair hesabatların elektron sənəd formasında qəbul və emal edilməsinə qərar verilib və 2020-ci ilin 1 aprel tarixindən elektron imza ilə təsdiq edilmiş aylıq, rüblük və ilin əvvəlindən artan yekunla hesabatların elektron sənəd formasında qəbul edilməsinə başlanılıb.

    Həmçinin, “Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi” prioriteti çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24 saat / 7 gün / 365 gün rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən “Ani Ödəniş Sistemi”nin infrastrukturuna inteqrasiya olunub.

    Eyni zamanda, büdcə daxilolmalarının daha operativ emal edilməsi məqsədilə Agentliklə Dövlət Gömrük Komitəsi arasında məlumat mübadiləsini sürətləndirməyə imkan verən əlavə elektron servis istifadəyə verilib.

    Büdcə xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu vurğulayan S.Şərifov nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına dövlət maliyyəsinin xərclənməsində, satınalma qaydalarına əməl edilməsində baş verə biləcək kənarlaşma hallarına qarşı barışmaz mövqe nümayiş etdirmələri, öz səlahiyyətləri çərçivəsində mübarizə aparmaları barədə konkret tapşırıqlar verib. Maliyyə naziri bildirib ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin xərclərə nəzarətin daha da gücləndirilməsi, xüsusilə dövlət xətti ilə alınan mallara ciddi nəzarət olunması ilə bağlı tapşırıqları cari ildə fəaliyyətimizdə əldə rəhbər tutacağımız ən vacib istiqamətlərdən biri olacaq. İlk növbədə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməli, uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, o cümlədən ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri və digər xidmət və alışlar üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər.

    2020-ci il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı aparılan nəzarət tədbirlərindən danışan Kollegiyanın sədri bildirib ki, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

    Kollegiya iclasında qeyd olunub ki, artıq Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamına əsasən 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə sonrakı üç il üçün büdcə xərclərinin tərtibi prosesinə start verilib. Funksional təsnifatının “təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi” pilot bölmələrini əhatə edən ortamüddətli xərclər çərçivəsi sənədinin layihəsinin hazırlanmasına, göndəriləcək müvafiq təlimat məktubuna əsasən sifarişlərin qəbuluna başlanılacaq. Ötən ildən fərqli olaraq cari ildə pilot bölmələr üzrə proqram və tədbirlərin icrasının monitorinqi aparılacaqdır.

    Maliyyə naziri qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun, vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib, hazırda geniş imkanlara malik yeni büdcə proqnozlaşdırma proqramının tətbiqi ilə bağlı son tamamlanma işlərinin aparıldığını qeyd edib.

    2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin cari il üçün qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayan Kollegiyanın sədri Samir Şərifov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə artıq icrasına başlanılmış bərpa-yenidənqurma və quruculuq işlərinin aparılması, iqtisadiyyatın artım tempinin bərpa edilməsi, iqtisadi fəallığa təkan verilməsi, koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, o cümlədən peyvəndləmə prosesinin başa çatdırılması, post-pandemiya dövründə də ölkə iqtisadiyyatının canlandırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən proqramların, iqtisadi və sosial dəstək tədbirlərinin maliyyə təminatının yaradılmasıdır.

    Bununla əlaqədar 2021-ci ildə kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi qərara alınıb, dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb ki, bu tədbirlər hesabına da ölkədə həm iqtisadi fəallığın təşviqi, həm də Qarabağın yenidən qurulması və ölkə iqtisadiyyatına re-inteqrasiyasının təmin edilməsi maliyyələşdiriləcək.

    İclasda 2020-ci il ərzində mühasibat uçotu sahəsində görülmüş işlər barədə məruzə dinlənilib, mühasibat uçotu sahəsində beynəlxalq standartların tətbiqi və qanunvericilik aktlarının həmin standartlara uyğunlaşdırılması məqsədilə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi, bəzilərinin yenidən hazırlanması və təsdiq olunması, habelə qüvvədə olan qanunvericilik aktlarının icrası ilə əlaqədar işlərin ardıcıl şəkildə davam etdirildiyi bildirilib. Qeyd olunub ki, Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində “Kiçik sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” və “Orta və iri sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” mövzuları üzrə təlim modulları və materialları internet saytları və sosial şəbəkələr vasitəsilə yayılaraq, uçot işçilərinə və mühasiblərə çatdırılıb.

    Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

  • Улучшены условия службы сотрудников полиции Кельбаджарского района – ФОТО

    После освобождения от оккупации Кельбаджарского района Азербайджана сотрудники районного отдела полиции находятся на месте постоянной дислокации.

    Как сообщили в пресс-службе МВД, в этом горном районе полицейские несут службу вместе с военнослужащими внутренних войск министерства.

    Личный состав, дислоцированный на территории района, обеспечивает соблюдение правил безопасности, а также пропуск лиц, пребывающих по специальному разрешению.

    В соответствии с указаниями руководства МВД, осуществлены определенные работы, направленные на улучшение условий службы сотрудников полиции.

    В дежурной части и служебных помещениях установлено необходимое телекоммуникационное оборудование.

    Принимая во внимание сложный рельеф местности, патрульно-постовая служба обеспечена маневренными автомобилями с типом кузова пикап.

    На территории созданы четыре полевых пункта, там установлены информационные табло.

  • Samux sakinləri silahla tutuldu

    Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Nəbiağalı qəsəbə sakinləri İsgəndər Məmmədovdan 16 kalibrli müvafiq sənədləri olmayan tək lüləli, istifadəyə yararlı “TOZ” markalı tüfəng, Qurban Məmmədovdan isə bir ədəd 16 kalibrli, tək lüləli tüfəng aşkar edilərək götürülüb.

    Hazırda faktlarla bağlı RPŞ-nın Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.