Month: February 2021

  • Ölkəmizdə COVID-19 qolbaqları yoluxmanı azalda bilər – VİDEO

    Dünyanın bir sıra ölkələrində COVID-19 xəstələrinə nəzarət etmək üçün xüsusi qolbaqlardan istifadə edilir. Bizdə isə belə elektron qolbaqlarla bağlı mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər.

    Pandemiya həyatımızda bir çox şeyi dəyişdi. Dünyaya sözün əsl mənasında ciddi məhdudiyyətlər gətirdi. COVID-19-un gətirdiyi qadağalar, yoluxmanın qarşısının alınmasına hesablanıb. Bir çox ölkələrdə bunun üçün xüsusi qolbaqlardan istifadə olunur.

    Bəs bu qolbaqlardan ölkəmizdə istifadə oluna bilər?

    Həkim Adil Qeybulla bildirib ki, epidemioloji vəziyyətə nəzarət, yoluxma zəncirini zamanında qırmaq, infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün uğurlu yollardan biridir.

    “Mütəxəssislər üçüncü dalğadan danışır. Mən hesab edirəm ki, vaksinasiya effektiv aparılarsa, üçüncü dalğanın Azərbaycanda olması gözlənilmir. Əgər effektiv aparılmasa və insanlar anti-vaksin kampaniyasını şiddətləndirsə, əlbəttə, bizdə də üçüncü dalğa baş verə bilər” – deyə, həkim bildirib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Турецко-российский мониторинговый центр не зафиксировал нарушений режима прекращения огня в Карабахе – ФОТО

    Совместный турецко-российский мониторинговый центр, созданный в рамках контроля за прекращением огня в Нагорном Карабахе, продолжает осуществление своей деятельности.

    Об этом говорится в официальном Twitter-аккаунте Министерства национальной обороны Турции.

    В центре, расположенном на площади в четыре гектара, находится 65 жилых и служебных зон. Там совместно несут службу турецкие и российские военнослужащие. В центре, где имеются штаб-квартиры каждой из двух стран, также расположены мечеть и церковь. Его безопасность обеспечивают азербайджанские военные.

    Полковник ВС Турции Али Каракаш сказал в заявлении журналистам, что их главная задача – положить конец вооруженному противостоянию в регионе, следить за соблюдением режима прекращения огня.

    “Центр собирает информацию о том, были ли отмечены случаи подобных нарушений, проверяет их достоверность. При этом регистрируется информация поступающая с беспилотных летательных аппаратов и других источников. После этого проводится расследование и принимаются меры по их предотвращению”, – сказал он.

    Полковник российской армии Михаил Завалкин заявил, что наблюдение ведется с помощью БПЛА 24 часа в сутки, 7 дней в неделю, на сегодняшний день не обнаружено никаких нарушений.

  • Qazaxda ağır qəza: iki nəfər xəsarət alıb – YENİLƏNİB

    Qazax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb mərkəzinin məlumatına görə, Xanlıqlar kənd yolunda qeydə alınan hadisə zamanı iki nəfər, 1985-ci il təvəllüdlü Arifə Qarayeva və hələlik adı məlum olmayan bir nəfər müxtəlif bədən xəsarətləri alıb.

    Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

    ***

    Qazax rayon Xanlıqlar kənd yolunda avtomobil qəzası baş verib.

    “Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Состоялось заседание Рабочей группы по вопросам возвращения населения на освобожденные территории

    Состоялось заседание Рабочей группы Межведомственного центра Координационного штаба по вопросам возвращения населения на освобожденные от оккупации территории Азербайджана.

    Сообщается, что на совещании, посвященном итогам 2020 года, Президент Азербайджанской Республики Ильхам Алиев определил конкретные задачи по возвращению населения на освобожденные территории, что является одной из основных целей восстановления и реконструкции на этих землях. Глава государства также дал необходимые поручения в этом направлении.

    Руководитель Рабочей группы, помощник Президента Азербайджанской Республики – заведующий отделом по территориально-организационным вопросам Администрации Президента Зейнал Нагдалиев подробно проинформировал о работе, осуществляемой в соответствии с исполнением указанных поручений.

    Затем помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации Президента Хикмет Гаджиев, помощник Президента Азербайджанской Республики – заведующий отделом по экономическим вопросам и политике инновационного развития Администрации Президента Шахмар Мовсумов, помощник Первого вице-президента Азербайджана Эмин Гусейнов, министр экологии и природных ресурсов Мухтар Бабаев, министр сельского хозяйства Инам Керимов, председатель Государственного комитета по градостроительству и архитектуре Анар Гулиев, председатель Государственного комитета по делам беженцев и вынужденных переселенцев Ровшан Рзаев и руководители других соответствующих государственных структур провели широкие обсуждения о планируемой деятельности на освобожденных территориях.

    Напомним, что Координационный штаб, созданный Распоряжением Президента Азербайджанской Республики от 24 ноября 2020 года, возглавляет руководитель Администрации Президента Самир Нуриев.

  • Bakıda 16 yaşlı yeniyetməni avtomobil vurdu

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, Nəsimi metrosunun yaxınlığında 2005-ci il təvəllüdlü Xudaverdiyev Sadiq Nicat oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Yeniyetmə həkim nəzarətinə götürülüb.

  • Dünyada koronavirus qurbanlarının sayı 2,3 milyonu ötüb

    Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 2 300 187 nəfərə çatıb.

    “Report” pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, indiyədək dünyada koronavirus infeksiyasına 105 629 479 insan yoluxub. Eyni zamanda, 77 318 350 nəfər COVID-19 xəstəliyindən sağalıb, 26 milyona yaxın xəstənin müalicəsi davam edir.

    Saytın son məlumatına əsasən, bu günədək COVID-19 səbəbindən ən çox ölüm halı ABŞ-da qeydə alınıb – 467 552 nəfər. Sonrakı yerləri Braziliya (229 097 nəfər), Meksika (169 922 nəfər), Hindistan (154 954 nəfər) və Böyük Britaniya (11 264) tutur.

    Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

  • Ağstafada avtomobil maneə çırpılıb, sürücü xəsarət alıb

    Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Ağstafa rayon sakini, 25 yaşlı Turqut Abbasovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb.

    Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Швейцарии после прививки от коронавируса умерли шесть человек

    Швейцарское агентство по терапевтической продукции Swissmedic получило 63 уведомления о побочных явлениях после вакцинации от коронавируса, в шести случаях были зарегистрированы смертельные исходы после проведения прививки.

    Как передает Median.Az, об этом говорится в опубликованном в пятницу на сайте правительства Швейцарии сообщении.

    “По состоянию на 4 февраля агентство Swissmedic проанализировало в общей сложности 63 заявления о предположительно нежелательных последствиях, имеющих отношение к вакцинации от COVID-19 в Швейцарии”, – отмечается в сообщении. Большинство этих уведомлений (37, или 59%) “расцениваются как несерьезные”. Это, в частности, головная боль, болевые ощущения в месте прививки, повышение температуры и озноб.

    К “серьезным” специалисты отнесли остальные 26 случаев (41%), среди которых – трудности с дыханием, аллергические реакции и боли в суставах, а также шесть случаев смерти вакцинированных.

  • İsveçrədə koronavirus peyvəndi vurduran altı nəfər ölüb

    İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 63 nəfər özünü narahat hiss edib, altı nəfər isə vəfat edib.

    “Report”un məlumatına görə, bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.

    Agentliyə daxil olan müraciətlərin əksəriyyəti ciddi hesab olunmayıb. Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər.

    Qeyd edək ki, İsveçrədə kütləvi peyvəndlənmə 2020-ci ilin 23 dekabr tarixindən başlayıb. Hələ ki, “Pfizer / BioNTech” peyvəndi istifadə olunur.

  • Təhsil müəssisələrində narkotik vasitə istifadəsinə dair AÇIQLAMA

    Respublika ərazisində orta və ali təhsil müəssisələrində narkotik vasitələrin istifadəsi ilə bağlı heç bir məlumat yoxdur.

    Bu barədə DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    Onun sözlərinə görə, Azərbaycanda narkotik vasitələrin orta və ali təhsil müəssisələrində istifadəsi ilə bağlı heç bir məlumat qeydə alınmayıb:

    “Bu kimi məsələlərlə bağlı mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi üzrə polis orqanları, eləcə də məktəblilər, azyaşlılarla işləyən profilaktik şöbələr, bölmələr məşğul olur. Harada şübhə var, orada müvafiq yoxlamalar aparılır.

    Azərbaycan bu sahədə təkcə MDB ölkələri arasında deyil, digər Avropa ölkələrindən də xeyli irəlidədir. Çünki respublikamızın orta və ali təhsil müəssisələrində narkotik vasitələrlə bağlı və ya hansısa şagirdin, tələbənin narkotik vasitə istifadəçisi olması ilə bağlı məlumat yoxdur. Bütün hallarda belə bir şübhə olduğu təqdirdə bu barədə dərhal polis, Daxili İşlər Orqanlarına məlumat verilməsi vacibdir”.

    O bildirib ki, bu istiqamətdə dövlət proqramı da mövcuddur:

    “Vəziyyətin nəzarətdə saxlanılması, narkotik vasitələrdən istifadənin, aludəçiliyin yaranmaması üçün bütün tədbirlər həyata keçirilir. Bu istiqamətdə bütün hallar dərindən araşdırılır”.