Month: February 2021

  • Gənclər bayramlarını Ulu Öndər və Şəhidlərimizi yad etməklə qeyd etdilər – FOTO

    Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 2 fevral – Gənclər Günü bu il də gənclər təşkilatları tərəfindən birlikdə qeyd edilib.

    Gənclər Təşkilatları Milli Şurası, İrəli İctimai Birliyi, Tələbə Gənclər Təşkilatları İttifaqı, Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Baş ofisi, Tələbə və Məzunlar Platformasının nümayəndələri birlikdə Fəxri xiyabanı ziyarət ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi zəfər bu ilki gənclər gününə xüsusi dəyər qatmışdır. Qalib dövlətin gəncləri olaraq Ulu Öndərin məzarı önündə baş əyən gənclər öz həyatı boyu onlara diqqət və qayğısını əsirgəməyən Ümummilli Lider Heydər Əliyevə öz dərin ehtiramlarını nümayiş etdiriblər.

    Daha sonra Şəhidlər xiyabanını ziyarət edən gənclər Vətən müharibəsində Azərbaycanın şanlı zəfər tarixini yazan şəhid qəhrəmanları ehtiram və hörmətlə yad edib, Azərbaycan gəncliyinin daha firavan və güclü dövlətdə yaşaması üçün canlarından keçən vətən övladlarının xatirəsini daim əziz tutacaqlarını və öz gələcək fəaliyyətləri ilə onların ruhlarını şad edəcəklərini vurğulayıblar.

  • Çuğundur barədə aparılan araşdırmalar hamını heyrətə gətirdi

    Tərkibindəki betain çuğundurun qara ciyər üçün çox faydalı olduğunu sübut edir. Çuğundurun tərkibində dəmir və sinkin çox miqdarda olması isə onun əvəzolumaz olduğunun göstəricisidir.

    Betain unikal əvəzedilməz bioloji aktiv maddələrdən ibarətdir.Onun tərkibi sorulması asan olan zülalardan ibarətdir. Bu səbəbdən də bəzi dietoloqlar dieta saxlayanlara ət əvəzinə çuğundur yeməyi məsləhət bilirlər.

    Betainin orqanizmə təsiri çox faydalıdır. O qaraciyər üçün bir növ “tozsoran” rolunu oynayır. Qeyd etmək lazımdır ki, bişmiş qaraciyərin orqanizmə təsiri çiy çuğundur qədərdir. Yəni çuğundur bişirildiyi zaman onun tərkibi dəyişməz olaraq qalır.

  • “Caliber”in Ermənistanın qorxuları barədə təhlili – VİDEO

    Görünən odur ki, hələ ki, ancaq Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan başa düşüb ki, Ermənistan ordusu artıq yoxdur.

    Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən videoda qeyd olunur.

    Təhlildə bildirilir ki, digər terrorçu “elita” isə darmadağın edilmiş ordu ətrafında yallı gedir.

    “Caliber” layihəsinin hazırladığı növbəti süjet N.Paşinyanın “Erablur” xiyabanına ziyarəti, onun erməni KİV nümayəndələri ilə qalmaqalı, Ermənistan prezidentinin İngiltərədə bitmək bilməyən tətili, erməni terrorçuları məsələsi və digər mövzulara həsr edilib.

  • Sabirabadda gizli işlədilən oyun zalında 20 nəfər cərimələndi

    Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kompüter oyunları zalı aşkar olunub.

    Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kompüter oyunları zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

    Qayda pozuntusuna yol vermiş 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunub.

  • “Azəriqaz” sayğacların sərfiyyatı uyğun hesablamadığı ilə bağlı açıqlamaya aydınlıq gətirib

    “Açıqlamada qeyd olunduğu kimi, söhbət istismar müddəti bitmiş qaz sayğaclarından deyil, dövrü dövlət yoxlanışı üçün açılıb götürülən sayğaclardan gedir”.

    Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

    O bildirib ki, mövcud qaydalara görə beş ildən bir əhali-abonent qrupunda məişət qaz sayğacları dövlət yoxlanışı üçün açılaraq götürülür və yerinə yenisi quraşdırılır.

    Qurumun mətbuat katibi ikinci məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, sayğacların ümumiyyətlə istifadəsi müddətində onların iş prinsiplərində qüsurların yaranması mümkündür:

    “Dövlət yoxlanışı zamanı heç də sayğacların hamısı saz vəziyyətdə çıxmır. Onların iş prinsiplərində qüsurların olması təcrübədə də özünü göstərir. Lakin bu heç də sayğacların sərfiyyatı artıq qeydə alması mənasına vermir. Açıqlamada qeyd olunan qüsur sayğacın artıq sərfiyyat qeydə alması anlamına gəlmir”.

  • Mehriban Əliyevadan Gənclər Günü paylaşımı – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gənclər Günü münasibəti ilə paylaşım edib.

    Mehriban Əliyeva fikirlərini “Instagram” hesabında bölüşüb:

    “Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”

    https://www.instagram.com/p/CKyrkwgggOE/?utm_source=ig_embed

  • Bir qrup gəncə Prezident mükafatları verildi – SİYAHI

    Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2021-ci il Gənclər üçün Prezident mükafatları verilib:

    Abbaszadə Orucəli Saleh oğlu

    Abdullayeva Nərgiz Cövdət qızı

    Əhmədov Ramil Bayram oğlu

    İsmayıllı İsmayıl Cəfər oğlu

    Qarayev Atəş İbrahim oğlu

    Qasımov Pərvin Alim oğlu

    Qasımzadə Zəhra İsa qızı

    Qənbərov Nəcəf Bilal oğlu

    Mirzəyeva Səmra Tahir qızı

    Pərdəşünas Fərid Bayram oğlu.

  • Bakıda Qran Prinin keçirilməsi təsdiqləndi

    Paracüdo (görmə məhdudiyyətli cüdoçuların yarışdığı idman növü) üzrə Qran Pri bu il Bakıda keçiriləcək.

    Bu barədə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) qərar çıxarıb.

    Həmin yarış artıq təqvimə salınıb və 24-25 may tarixlərində keçiriləcək. Paralimpiya Oyunlarına lisenziya xalları verən bu yarışa idmançı sayı üzrə qeydiyyat martın 1-dək, atletlərin adlarının göndərilməsi isə aprelin 9-dək davam edəcək. Viza üçün son müraciət tarixi aprelin 30-u təyin olunub.

    Komandalar mayın 20-də Bakıya gələcək. 21-22 mayda idmançılar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində tibbi təsnifatdan keçərək, gözdən əlillik dərəcələri müəyyənləşdiriləcək.

    23 mayda yeddi kişi, altı qadın idmançıların çəkiölçmə mərasimi, 24-25 mayda isə hakimlərin iclası və yarış baş tutacaq. Yarışın açılış mərasimi 24 may saat 16:00-da olacaq.

    26-27 mayda komandalar Bakıda qalıb məşq keçəcəklər. 28 mayda qonaq komandalar Bakını tərk edəcək.

    Qeyd edək ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək yarış ötən ilin 11-12 mayında baş tutmalı olsa da, pandemiya səbəbindən təşkil olunmayıb.

  • В Азербайджане выявлены 159 новых случаев инфицирования коронавирусом, скончались пять человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 159 новых случаев инфицирования коронавирусом, 332 пациента вылечились и были выписаны домой, скончались пять человек.

    Об этом 2 февраля сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 230 455 человек, 3 141 – скончался, 223 807 – вылечились, 3 507 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 419 747 тестов на COVID-19 (за последние 24 часа – 7 713).

  • Azərbaycanda daha beş nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycanda son sutkada koronavirusa 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 230 455 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 223 807 nəfər müalicə olunaraq sağalıb, 3 141 nəfər vəfat edib, aktiv xəstə sayı 3 507 nəfərdir.

    Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb.