Month: February 2021

  • Sovet vaxtı qadağan edilən qorxulu maddə qidalarımızda- Dəhşətli SİRR

    Biz nə yeyiriksə, oyuq. Lakin hər gün süfrəmizdə, menyumuzda sağlam qida daha da azalır.

    Hamı bir xəstəlikdən qorxur: Onkologiya. Amma hər gün də bir misqal onkoloji xəstəlik yaradan kanserogen maddə yeyirik.

    Qidaların, ərzaqların keyfiyyətsizliyi bir tərəfə, tərkibinin qəsdən, sanki bilərəkdən zərərli maddələrlə doldururlar.

    “Medicina.az”xəbər verir ki, Sovet dövründə qida istehsalatında, xüsusən uşaq qidalarında kanserogen maddə olan Qlisidol ciddi qadağa altında idi. Bir çox Avropa ölkələrində də bu maddə qida sənayesində qadağan olunub.

    Məhz onun onkoloji xəstəliklər yaratdığı məlumdur.

    Hazırda isə Rusiya, MDB dövlətləri və Azərbaycanda 60% ərzaq məhsullarının tərkibində qlisidol var.

    Qlisidol hamının əzbər bildiyi texniki palma yağıdır.

    O ucuz başa gəldiyi üçün bütün ərzaq məhsullarına qatılır.

    Xüsusən marketdə qutu və qablaşdırılmış şirniyyat, peçenye, konfetlər, şokolad yağları. Bunları da daha çox uşaqlar, gənclər yeyir.

    Əvvəl Moskvanın bütün şirniyyat konfet fabrikləri kakao yağından istifadə edirdi. İndi kakao yağını ancaq luks məhsullarda istifadə edirlər, onlar da bahalıdır.

    İstənilən tərkibində süd olan elə məhsul yoxdur ki, onda qlisidol olmasın.

    – Dondurma, kremlər, yağlar, hətta kərə yağı, kolbasa, sosis, müxtəlif konservləşdirilmiş məhsullar.
    – Elə bilirsiz, çörəkdə qlisidol yoxdur?
    – Marketlərdə satılan hazır qatlı xəmir qlisidolludur.
    – Pitsalar, kekslər, ruletlər.

    Bunu kim qadağan etməlidir?

    Hər bir ölkəyə ərzaq idxalı və qida məhsulu istehsalına cavabdeh dövlət qurumu.

    Bu qurumlar insanların vergiləri hesabına, dövlət büdcəsi hesabına işləyir və onların borcu milləti təhlükəli kanserogen maddələrdən qorumaqdır.

    Hətta elə dünyaca məşhur qida brendləri var ki, onlar Avropada istesal etdikləri zavodlarda bu maddəni qanunla qadağan edildiyi üçün istifadə edə bilmir. Amma Rusiya və MDB dövlətlərində yerləşən zavodlarda geninə boluna palma yağı istifadə edirlər.

  • DİQQƏT: Bu şəxslərə SMS göndəriləcək

    Vaksinasiya üçün randevunun götürülmə qaydası açıqlanıb.

    Median.Az
    -ın məlumatına görə, bu barədə COVID peyvəndi üçün randevu götürülməsi təlimatında əksini tapıb. Bildirilib ki, “randevu.its.gov.az” saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir.

    “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq edtdikdən sonra mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.

    Təlimatda qeyd edilib ki, vətəndaş qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Məlumata əsasən, gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir.

    “Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir.

    İlk dəfə randevu götürən şəxs ikinci dəfə randevunu dəyişmək istədikdə əvvəlki vaksinasiya randevuları ləğv edilib yenisi ilə əvəz edilir. Seçilən məntəqədə randevu limiti dolan tarix və ya saat aralıqları passiv edilir və seçilməsi mümkün olmayacaq”, – deyə təlimatda bildirilib.

  • Cəbhədən qayıdan cərrahdan dəhşət saçan açıqlamalar – VİDEO

    Vətən Müharibəsində xüsusi xidmətləri olan, az itki verməyimiz üçün gecə-gündüz çalışan bir zümrə, görünməyən qəhrəmanlarımız var. Onların bir qismi əsgər kimi döyüşlərə qatılıb, daha böyük bir qismi isə arxa cəbhədə yaralı əsgərlərimizin həyatını xilas etmək üçün var gücləri ilə çalışıblar, neçə-neçə qəhrəmanlarımıza yenidən həyat bəxş ediblər. Vətən Müharibəsində təkcə hərbi həkimlərimiz çalışmadı, həm də dövlət xəstəxanalarında, özəl tibb müəssisələrində çalışan peşəkar həkimlərimiz könüllü olaraq, heç bir təmana güdmədən yaralanmış əsgərlərə istər döyüş bölgəsində, istərsə də paytaxtda xidmət etdilər.

    “Medicina.az” saytı bu böyük zəfərdə payı olan, öz əməliyyat alətləri, respetləri ilə vətənə xidmət edən həkimlərimizi cəmiyyətə tanıtmaq üçün yeni layihəyə start verir.

    Bundan sonra oxucularımız “Ağxalatlı döyüşçülər” layihəsində bu səhiyyə işçilərini yaxından tanıyacaq.
    Layihənin ilk qonağı, tanınmış ortoped-travmatoloq, Bakı Sağlamlıq Mərkəzinin həkimi Sənan Aşırovdur.

    Onun Vətən Müharibəsində etdiyi əməliyyatlar, gördüyü hadisələr, ümumiyyətlə həkimlərin bu prosesdə iştirakı ilə bağlı dediklərini videofarmatda  təqdim edirik:

    Bundan sonra oxucularımız “Ağxalatlı döyüşçülər” layihəsində bu səhiyyə işçilərini yaxından tanıyacaq.

     

  • Navalnı 3,5 il müddətinə həbs edildi

    Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib.

    Median.Az TASS agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarına müvafiq olaraq Aleksey Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

    Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu cəza real həbslə əvəzlənib.

    Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

    Navalnı qardaşları “2008-ci ildən 2013-cü ilə qədər fırıldaqçılıq yolu ilə “İv Roşe Vostok” şirkətinin 26,7 milyon məbləğində pulunu, eləcə də “Mnoqoprofilnaya proesesinqovaya kompaniya” firmasının 4,4 milyon rubl məbləğində pulunu qarət ediblər.

    Aleksey Navalnı Almaniyadan Rusiya qayıtdıqdan sonra yanvarın 17-də Federal Penitensiar Xidməti tərəfindən saxlanılmışdı.

  • Bakıda avtomobili saxta nömrəylə idarə edən sürücü həbs olunub

    Bakıda polisin qanuni əmrinə tabe olmayan sürücü həbs edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Samux rayon sakini,1983-cü il təvəllüdlü Kamil Mirsayad oğlu Muradov idarə etdiyi “Khazar” markalı avtomobilin üzərinə Litva Respublikasına məxsus saxta dövlət qeydiyyatı nişanını təhkim edərək fevralın 1-də paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti qaydasını pozub.

    Sürücü ərazidə xidmət aparan polis əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa başlayıb. Polis əməkdaşları sürücünü dayandırdıqdan sonra K.Muradov mübahisə etməyə başlayıb.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, saxlanılan sürücü ərazi aidiyyəti üzrə 9-cu polis bölməsinə gətirilib və barəsində toplanılmış materiallar Səbail Rayon Məhkəməsinə göndərilib. K.Muradov fevralın 2-də məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib və nəqliyyat vasitəsini idarəetmə hüququ 1 ilədək məhdudlaşdırılıb.

  • Təhsil Nazirliyi COVİD-19-a yoluxan şagirdlərin sayını açıqladı – FOTO

    Təhsil Nazirliyi ötən sutka ərzində ümumtəhsil müəssisələrində COVİD-19-a yoluxma ilə bağlı məlumat yayıb.

    Bildirilib ki, 1 fevral 2021-ci il tarixində hərarəti 37 dərəcədən yuxarı olmuş şagirdlərin sayı beş nəfər olub, eyni hərarət göstəricisi işçi heyət arasında qeydə alınıb.

    Eyni zamanda, virusa yoluxmuş şagirdlərin sayı dörd, işçi heyətin sayı isə bir nəfər olub.

  • Minaaxtaranlarımız Türkiyədə xüsusi təlimlərə qatılıblar – FOTO

    Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərlik şəxsi heyəti Türkiyədə təşkil olunan Xüsusi Mina Axtarış və Təmizləmə kursuna qatılıb.

    Türkiyənin Müdafiə Nazirliyindən verilən xəbərə görə, sözügedən kurslar İzmir şəhərində 3-29 yanvar aralığında təşkil olunub. İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığındakı kursu müvəffəqiyyətlə bitirən əsgərlərimiz artıq İzmirdən Azərbaycana yola salınıb.

    Qeyd edək ki, hazırda Azərbaycan və Türkiyə minaaxtaranları işğaldan azad olunmuş ərazilərin mina və əl istehsalı partlayıcı maddələrdən təmizləməsi işlərini birlikdə həyata keçirirlər.

    Azərbaycan Ordusuna bu işdə dəstək məqsədilə bölgəyə göndərilən Türkiyə Quru Qoşunları Komandanlığının şəxsi heyəti minaaxtaranlarımıza yardım etməklə yanaşı, onlara təlim də keçir.

  • BŞTİ rəhbərliyi gənc müəllimlərlə onlayn görüş keçirib – FOTO

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2 Fevral – Gənclər Günü münasibətilə ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə onlayn görüşü keçirilib.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Bildirilib ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

    BŞTİ-nin müdiri Mehriban Vəliyeva gənc müəllimləri təbrik edərək, 2 Fevral – Gənclər Gününün tarixindən bəhs edib. Bildirib ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub, ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər.

    M.Vəliyeva ümummilli lider tərəfindən əsası qoyulan siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.
    İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.

    Daha sonra görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə BŞTİ rəhbərliyinə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də təhsilin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

    Görüşdə Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

  • Bakıda 29,7 milyard manatlıq məhsul və xidmət istehsal olunub

    2020-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 29,7 milyard manat təşkil edib.

    Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azdır.

    Sənaye məhsulunun 74,6 faizi mədənçıxarma, 22,5 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

    Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,7 faiz təşkil edib.

    İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2021-ci il vəziyyətinə 343,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

    Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 91,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

  • Kənd Təsərrüfatı Nazirliyi onlayn müşavirə keçirib – FOTO

    Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında çəltik istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onlayn müşavirədə Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və sahibkarlar iştirak edib.
    Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sektorun bütün sahələri kimi çəltikçilik də yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” üzrə qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.

    Bildirilib ki, aqrar sahənin inkişafı, o cümlədən çəltik istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda 2020-ci ildə çəltik əkinləri üçün müəyyən edilmiş 1.4 əmsal üzrə hər hektar üçün 280 manat əkin subsidiyası ödənilir. Görülən tədbirlər nəticəsində 2020-ci ildə çəltik istehsalında yüksək məhsuldarlığa nail olunub.

    Müşavirədə çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, ölkəmizdə çəltikçiliyə göstərilən dövlət dəstəyi barədə danışılıb.

    Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacibliyi vurğulanıb.

    Bu il çəltik istehsalına hazırlıq və qarşıda duran vəzifələr, bu sahənin inkişafı, hədəflər və perspektivlərin müzakirə edildiyi müşavirədə keyfiyyətli çəltik istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, mineral gübrələrdən səmərəli istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi, əkin üçün yararlı torpaq sahələrinin cəlb edilməsi, texnika ilə təminatın yüksəldilməsinin vacibliyi vurğulanıb.

    Müşavirədə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi, informasiya məsləhət xidmətinin aparılması, təlimlərin keçirilməsi, istehlakçılar arasında yerli çəltik sortlarının üstünlüklərinin təbliğ olunması, o cümlədən çəltiyin tədarükü və satışı ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

    Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.