Month: February 2021

  • По факту самоубийства военнослужащего возбуждено уголовное дело – ОФИЦИАЛЬНО

    В Сумгайыте возбуждено уголовное дело в связи со смертью азербайджанского военнослужащего.

    Старший помощник военного прокурора республики, глава пресс-службы надзорного ведомства, советник юстиции Фирад Алиев сообщил Oxu.Az, что 30 января военнослужащий N-ской воинской части внутренних войск МВД капитан Алим Мамедов покончил с собой, выстрелив из огнестрельного оружия.

    “На основании поступившей информации сотрудниками Сумгайытской военной прокуратуры был проведен осмотр места происшествия и тела, в качестве вещественных доказательств был изъят ряд предметов, а также выполнены другие процессуальные действия. По данному факту в военной прокуратуре города возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) Уголовного кодекса АР, допрошены свидетели, назначены соответствующие экспертизы”, – отметил Ф.Алиев.

    “В настоящее время расследование продолжается, будут приняты все необходимые меры в соответствии с требованиями законодательства”, – добавил он.

  • Hərbçi özünü güllələdi: Cinayət işi açıldı – RƏSMİ

    Sumqayıtda hərbiçin ölümü ilə bağlı cinayət işi açılıb.

    Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yanvarın 30-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Məmmədov Alim Nazim oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Sumqayıt hərbi prokurorluğuna məlumat daxil olub:

    “Daxil olmuş məlumat əsasında Sumqayıt hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, – deyə o əlavə edib.

  • Məhkumlar koronavirusa qarşı peyvənd ediləcək

    Ədliyyə Nazirliyi sistemində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

    Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

    Onun sözlərinə görə, bu günə qədər koronavirus infeksiyası ilə bağlı ədliyyə sistemində 40 291 test keçirilib:

    “Hazırda ədliyyə sistemində, eləcə də cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları çox azdır, sanitar-epidemioloji vəziyyət nəzarətdədir. Hazırda Ədliyyə Nazirliyinin tibbi heyətinin vaksinasiyası həyata keçirilir”.

    İdarə rəisi qeyd edib ki, vaksinasiya prosesinə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar da cəlb ediləcək:

    “Məhbusların da peyvənd olunması nəzərdə tutulur. Amma hələlik bu prosesin nə vaxt reallaşacağı barədə dəqiq məlumat yoxdur. Ümumiyyətlə, bu proses digər müəssislərdə olduğu kimi, Ədliyyə Nazirliyi sistemində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi cədvəl üzrə aparılır. Cədvələ uyğun olaraq məhkumların da vaksinasiyası həyata keçiriləcək”.

    A.Sabitova bildirib ki, hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhkumların ailə üzvləri ilə görüşünə də icazə verilir:

    “Bu proses xüsusi qaydalar əsasında həyata keçirilir. Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə cəzaçəkmə müəssisələrində məhkumlarla görüş üçün xüsusi şüşə – şəffaf kabinələr yaradılıb və məhkumlar həmin kabinələrdən ailə üzvləri ilə görüşürlər”.

  • Füzuli hava limanına ilk təyyarə nə zaman enəcək? – RƏSMİ

    “2021-ci ilin sonuna kimi Füzuli Beynəlxalq Hava Limanına yoxlama təyyarəsi enəcək”.

    Bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Etibar Hüseynov bildirib.

    Onun sözlərinə görə, bu ilin sonuna kimi Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağını, yönəldici yolu bitirilməsi planlaşdırılır:

    “Uçuş avadanlıqları quraşdırılacaq və 2021-ci ilin sonuna kimi yoxlama təyyarəsi bura enəcək”.
    O qeyd edib ki, ərazilərin minalardan təmizlənməsini sürətləndirmək üçün xaricdən avadanlıq gətirilib:

    “Minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir. Minalardan təmizlənən ərazi boşaldıqca, işlər daha da sürətlənəcək. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 45 metrdir”, -deyə o əlavə edib.

  • Parlamentin iki komissiyası yenidən təşkil edildi

    Milli Məclisin iki komissiyası yenidən təşkil edilib.

    Bununla bağlı məsələ Milli Məclisin iclasında səsə qoyulub.

    Deputatlar Eldar İbrahimov, Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nizami Səfərov İntizam komissiyasının üzvləri kimi təsdiqlənib.

    Milli Məclisin Hesablayıcı Komissiyasına isə Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Sevinc Hüseynova, Eldar Quliyev, Sədaqət Vəliyeva, Mixail Zabelin daxildir.

  • Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanıldı

    Sumqayıt şəhərində nəqliyyat infrastrukturu yenilənir. Marşrut xətlərində fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verən nəqliyyatla əvəzlənir.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 200-dən çox müasir tələblərə cavab verən avtobuslar verilib:

    “Sumqayıt şəhərində ictimai nəqliyyat sistemində daha bir yeniliyin tətbiqinə başlanılıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti və “Paşa Bank”ın birgə layihəsi olaraq, şəhər nəqliyyatında nağdsız ödəniş sisteminə keçilir.

    İctimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunur. Artıq avtobuslarda xüsusi quraşdırılmış cihaza bank kartları ilə təmassız ödəniş imkanı yaradılır. Sərnişinlər kontaktsız işarəsi olan bütün bank, əmək haqqı, pensiya və təqaüd kartları ilə ictimai nəqliyyatda ödəniş edə bilərlər.

    Kartı olmayan şəxslər isə yalnız Sumqayıt nəqliyyatında keçərli olan kartları əldə edə, balansı isə e-Manat və “MilliÖn” ödəmə terminalları vasitəsilə artıra bilərlər”.

    Kartla nağdsız ödəniş sistemi il ərzində bütün marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunacağı da qeyd edilib.

  • Депутат Милли Меджлиса предложил упразднить Тарифный совет

    На заседании Милли Меджлиса Азербайджана 1 февраля депутат Тахир Керимли раскритиковал Тарифный совет.

    Он считает, что кто-то пытается обесценить победу, одержанную в войне.

    “Невозможно предсказать решения Тарифного совета, как невозможно предсказать и землетрясение… Какое он имеет право поднимать тарифы?! Мы должны либо упразднить совет, либо принимать решение о ценах под контролем Милли Меджлиса. Я выражаю свою озабоченность. Так нельзя”, – заявил Т. Керимли.

  • Tarif Şurası ləğv edilsin – SƏRT TƏNQİD

    Milli Məclisin iclasında deputat Tahir Kərimli Tarif Şurasını tənqid edib.

    Onun fikrincə, kimlərsə müharibədə əldə etdiyimiz qələbəni gözdən salmağa çalışır:

    “Zəlzələni də əvvəldən bilmək olmur, Tarif Şurasının qərarını da… İnsanlar içinə çıxmadan Tarif Şurası hansı hüquqla qiyməti qaldırır?! Təcili Tarif Şurasını ya ləğv etməliyik, ya da qiymətlərlə bağlı məsələyə Milli Məclisin nəzarəti ilə qərar verməliyik. Mən narahatlığımı ifadə edirəm. Belə olmaz”,- deyə T.Kərimli əlavə edib.

  • Тела 14 азербайджанцев, скончавшихся за рубежом в 2020 году, доставлены на родину

    В 2020 году за рубежом скончались 14 азербайджанцев, сообщил Госкомитет по работе с диаспорой.

    Их тела при непосредственном участии структуры были доставлены на родину и переданы семьям.

    Госкомитет, а также ряд диаспорских организаций взял на себя необходимые расходы по захоронению на родине наших соотечественников, скончавшихся в США, на Кубе, в Польше, Бельгии, Франции и России в результате самоубийства, убийства, утопления, отравления газом, коронавирусной инфекций и других заболеваний.

  • Xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşi Vətənə gətirildi

    2020-ci ildə 14 azərbaycanlı xaricdə vəfat edib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, onların nəşinin ölkəyə gətirilərək ailələrinə təhvil verilməsində yaxından iştirak edib.

    Amerika Birləşmiş Ştatları, Kuba, Polşa, Belçika, Fransa və Rusiyada ölən soydaşlarımızın vətəndə torpağa tapşırılması üçün dövlət komitəsi, eləcə də bir çox diaspor təşkilatları lazım olan vəsaiti ödəməyi də öz üzərinə götürüb.

    Qeyd edək ki, xaricdə dünyasını dəyişən azərbaycanlıların ölüm səbəbləri intihar, qətlə yetirilmə, suda və qazdan boğulma, koronavirus infeksiyası, eləcə də digər xəstəliklər olub.