Month: February 2021

  • Bakı metrosunda rəislərin yerləri dəyişdirildi

    “Bakı metropoliteni”ndə dövrü olaraq stansiya rəislərinin iş yerləri dəyişdirilir. QSC sədrinin son əmrinə uyğun olaraq, 26 stansiyadan 23-də belə yerdəyişmələr edilib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

    O bildirib ki, yeni inşa olunmuş və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar:

    “Stansiya rəislərinin yerdəyişməsi “Bakı metropoliteni”ndə mütəmadi həyata keçirilən bir prosesdir. Bu, hərəkətin təşkili baxımından mütəxəssis heyətinin peşəkarlığını daha da yüksəltməsi, daim yeniliklərə meyilli olmasını təmin edir. Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birindən fərqlənir.

    Bunlardan əlavə, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq “Bakı metropoliteni”ndə kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir”.

  • Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb – FOTO

    Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

    Trend-in məlumatına görə, yolda tıxacın yaranmasına səbəb Ceyranbatan qəsəbəsi ərazisindən Bakı istiqamətində olan yolun bağlanması nəticəsində baş verib.

    Saray postundan Bakıya gələn yolun təmirə bağlanmasına görə həmin yolda avtomobillərin hərəkəti qarşı yola istiqamətləndirilib və nəticədə ərazidə avtomobil sıxlığı yaranıb. Hazırda yolda böyük tıxac var.

    Xatırladaq ki, Bakı-Quba yolunda aparılan cari təmir işləri çərçivəsində Bakı-Sumqayıt yolunda hərəkət hissə-hissə məhdudlaşdırılır.








  • DSX-dən əməliyyat: Üç nəfər tutuldu – FOTO

    Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Bildirilib ki, yanvarın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomagis­tral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içə­risində üç nəfərin olduğu yaşıl rəngli “Mercedes” markalı, 10-SU-801 dövlət nöm­rə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

    Yolun kə­na­rında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaç­mağa çalışarkən saxlanılıb.

    1974-cü il təvəllüdlü Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kq 275 qr “metamfetamin” və 5 kq 135 qr “tiryək”) oxşar maddələr aşkar olunaraq götürülub.

    Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avto­mo­bildəki digər şəxslər hadisə yerindən qaçıb, Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində saxlanılıb, müqavimət göstərən avtomobil sürücüsü gömrük əməkdaşlarının xidməti avtomaşınına ziyan vurub.

    Saxlanılan şəxslərin Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Həsən­xa­nov Nəbi Yusif oğlu və 1987-ci il təvəllüdlü Süleymanova Elmira Sabir qızı olmaları, N.Həsənxanovun dəfələrlə müxtəlif cinayət hadisələrinin törədilmə­si­nə, o cümlədən narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəy­yən­ləşdirilib.

    Araşdırma zamanı P.Məlikov və E.Süleymanova törətdikləri cinayət əməlini etiraf edərək, əraziyə narkotik vasitəni götürməyə gəldiklərini bildiriblər.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




  • Füzuli hava limanının tikintisi ilə bağlı son vəziyyət – VİDEO

    Azərbaycan Prezidentinin göstərişi ilə Füzuli rayonunda beynəlxalq hava limanı inşa ediləcək.

    Hava limanının tikintisindəki son vəziyyətlə bağlı AZAL-ın vitse-prezidenti Etibar Hüseynov açıqlama verib.

    Qeyd edək ki, hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılır.

  • Caliber: Джалал Арутюнян дает показания с того света или…? – ВИДЕО

    В Армении возбудили уголовное дело в связи с покушением на Джалала Арутюняна, так называемого “командующего армией обороны” Нагорного Карабаха, уцелевшего после точечного удара ВС Азербайджана.

    Об этом говорится в очередном сюжете YouTube-канала Caliber.

    Хотя Дж.Арутюняна с тех пор никто не видел, но оказывается, то, что осталось от него, уже успело прийти в себя и дать показания.

    Как сообщают армянские СМИ, Дж.Арутюнян изначально был уверен в том, что на него было совершено покушение, и его предали свои же, якобы потому, что о местонахождении “недокомандующего” азербайджанская сторона знать не могла. Он, видите ли, выехал не на своей машине и сам сидел за рулем.

    По имеющимся у Sputnik Армения данным, почувствовав помехи в рации, Арутюнян понял, что приближаются дроны. Вместе с остальными пассажирами он на ходу выпрыгнул из машины.

    Кроме того, в армянских СМИ ходят слухи о том, что Дж.Арутюнян был не согласен с некоторыми решениями военно-политческого руководства и по этой причине мог быть слит азербайджанской разведке.

  • “Caliber”: “Cəlal Arutyunyan o dünyadan ifadə verir, yoxsa? – VİDEO

    Nə qədər gülünc görünsə də, Ermənistanda Cəlal Arutyunyana sui-qəsdlə bağlı cinayət işi qaldırılıb.

    Bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında yayımlanan növbəti videoda bəhs edilib.

    44 günlük müharibənin gedişində ordumuzun dəqiq zərbəsi ilə məhv edilən Qarabağdakı separatçı, qondarma rejimin “müdafiə naziri” C.Arutyunyanı həmin vaxtdan heç kim görməsə də, artıq ermənilər onun qalıqlarının açıqlama verdiyini də iddia edirlər.

    Videoda həmçinin Cəlal Arutyunyanın ordumuzun zərbəsindən guya “möcüzəli şəkildə” qurtulması hind filmlərinin fantastik səhnələri ilə göstərilir.

    Daha ətraflı videoda:

  • Sabah milli parklara giriş pulsuz olacaq

    Ümumdünya Su-Bataqlıq Günü ilə əlaqədar fevralın 2-də Şirvan, Qızılağac və Ağgöl milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcək.

    Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

    O qeyd edib ki, Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi var və qışlama dövründə həmin ərazilərə 100 minlərlə müxtəlif növ quş toplaşır.

    “Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində Su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən 2 fevral tarixi Ümumdünya Su-Bataqlıq Günü kimi qeyd olunur. Azərbaycanın Ağgöl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib”.

    Xidmət rəsmisi quşları müşahidə etmək və təbiətin füsunkar gözəlliklərini görmək istəyənləri milli parklarımıza səyahət etməyə dəvət edib.

  • Rusiyada varlıların sərvəti artdı: Azərbaycanlı milyarder səkkizinci sıradadır

    Rusiyanın ən zənginlərinin ümumi sərvəti 2021-ci ilin yanvarında 1,37 milyard ABŞ dolları artıb.

    “RİA Novosti” bu barədə “Bloomberg Billionaires Index”ə (BBI) əsasən hesabat yayıb.

    “Nornikel”in əsas sahiblərindən biri olan Vladimir Potaninin kapitalı 704 milyon dollar artıb.

    “Novatek”in ortaq sahibi Leonid Mixelson reytinqdə ikinci yeri tutsa da, sərvəti 403 milyon dollar azalıb.

    NLMK benefisiarı Vladimir Lisin bir ayda sərvətinə 358 milyon dollar qatıb.

    “Severstal”ın əsas sahibi Aleksey Mordaşov 994 milyon dollar itirib. Beşinci yeri isə sərvəti 69 milyon dollar azalan Alişer Usmanov (“Metalloinvest”, “Megafon”) tutub.

    Roman Abramoviç (Evraz) sərvətini 126 milyon artırıb.

    “EuroChem”in və SUEK-in benefisiarı olan Andrey Melniçenko sərvətinə 25,4 milyon dollar əlavə edib.

    Səkkizinci yerdə var-dövlətinə 672 milyon əlavə edən “Lukoil”in ortaq sahibi Vahid Ələkbərovdur.

    Rusiya milyarderləri ümumi sərvəti keçən il aprel-iyul aylarında 20 faiz (467,6 milyard dollara qədər) artıb. Onların sayı ötən il ərzində iki faiz çoxalıb (102 nəfərə qədər).

  • Şamaxıda vətəndaşdan odlu silah aşkarlandı

    Şamaxı sakinindən odlu silah götürülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızmeydan kənd sakini S.Sədullayevdə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 19 ədəd patron aşkarlanıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • DYP sürücülərə müraciət etdi

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

    Müraciətdə deyilir:

    “Bu gündən etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması, həmçinin bir çox xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunması yollarda, küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olub.

    Bunları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi xahiş edir ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar.

    Eyni zamanda piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə azyaşlı uşaqları nəzarətsiz qoymamağı, ictimai nəqliyyat vasitələrindən istifadə edən şəxslərə sosial ara məsafəsi saxlamaqla tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyi tövsiyə edirik”.