Month: February 2021

  • Prokurorluqda qazinin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır

    Daşkəsən rayonunda Vətən müharibəsi iştirakçısı, 1990-cı il təvəllüdlü Fərman Həsənovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

    “Report”un məlumatına görə, hazırda Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, hadisə Daşkəsənin Pirverdilər kəndində baş verib. Kənd sakini F.Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

    Xatırladaq ki, əsgər F.Həsənov Vətən müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

  • Bu günə qədər 200 mindən artıq vətəndaşa vaksin vurulub – RƏSMİ

    COVID-19 xəstəliyi əleyhinə vaksin strategiyasına əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin peyvəndlənməsi həyata keçirilir.

    Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

    Belə ki, fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib.

    “Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik”, – deyə məlumatda qeyd edilib.

    Xatırladaq ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

  • Депутат Милли Меджлиса назначен членом Судебно-правового совета

    На состоявшемся 23 февраля пленарном заседании Милли Меджлиса Азербайджана был вынесен на обсуждение документ “О назначении Низами Абдулла оглу Сафарова членом Судебно-правового совета АР”.

    После обсуждений депутаты одобрили данное назначение.

    Председателем Судебно-правового совета является министр юстиции Фикрет Мамедов.

  • Milli Məclis Məhkəmə-Hüquq Şurasına üzv təyin etdi

    Milli Məclisin iclasında Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilməsi məsələsinə baxılıb.

    Deputat Nizami Səfərov səsvermə ilə Şuranın üzvü təyin olunub.

    O, bu vəzifədə Milli Məclisin digər deputatı Ziyafət Əsgərovu əvəzləyib.

  • Депутат раскритиковал оперштаб, предложив разрешить организацию свадеб

    Депутат Милли Меджлиса (парламента) Азербайджана Фазиль Мустафа на пленарном заседании выступил с критикой в адрес оперативного штаба при Кабинете министров, передает Oxu.Az.

    Он осудил отсутствие каких-либо решений по восстановлению работы спортивных залов и организации свадебных церемоний.

    Депутат предложил открыть спортзалы, а свадебные торжества проводить в соответствии с правилами карантинного режима.

    “Мы не раз поднимали здесь данный вопрос, но безрезультатно. Почему оперштаб не интересуется, как живут люди? Ведь сегодня в стране существуют достаточно серьезные демографические проблемы”, – сказал Ф.Мустафа.

  • Milli Məclisdə operativ qərargah tənqid edildi: “Toylar keçirilməlidir”

    Milli Məclisin iclasında deputat Fazil Mustafa Nazirlər Kabineti yanında operativ qərargahı tənqid edib.

    F.Mustafa idman zallarının açılması və toyların keçirilməsi ilə bağlı qərarların olmamasından şikayətlənib.

    Deputat qeyd edib ki, idman zalları açılmalı, toy mərasimləri isə tənzimləmələrlə keçirilməlidir.

    “Biz burada məsələ qaldırırıq, heç kim reaksiya vermir, maraqlanmır. Bu nə deməkdir? Niyə maraqlanmırlar ki, xalq necə yaşayır? Bu gün ölkədə ciddi demoqrafik problemlər də mövcuddur”, – deyə F.Mustafa söyləyib.

  • Какие газовые счетчики могут использоваться повторно?

    На территории Азербайджана используются газовые счетчики, которые отвечают требованиям государственных стандартов и имеют сертификат соответствия.

    Об этом сообщили в Государственной службе по антимонопольному надзору и контролю за потребительским рынком при Министерстве экономики.

    В связи с тем, что распространившаяся в последнее время информация о замене газовых смарт-счетчиков на механические вызвала у потребителей беспокойство, сообщается, что перед установкой каждый счетчик проверяется на соответствие метрологическим правилам и нормам подведомственным госслужбе Азербайджанским институтом метрологии, тип проверенных счетчиков подтверждается и вносится в госреестр.

    “Согласно требованиям действующих правил и стандартов, эксплуатируемые промышленные газовые приборы должны проходить периодическую поверку раз в три года, а бытовые счетчики – раз в пять лет. Согласно этим срокам представителями “Азеригаза” счетчики демонтируются и передаются в департамент метрологии ПО. Для обеспечения бесперебойной подачи газа демонтированный прибор заменяется другим. В результате периодического проведения поверки технически непригодные счетчики выводятся из эксплуатации, это также дает возможность точно определить объем потребления и предотвратить потери. Измерительные приборы, исправность которых подтверждена в ходе поверки, могут быть использованы повторно”, – отметили в госслужбе.

  • Hansı qaz sayğacları yenidən istifadə edilə bilər?

    Ölkə ərazisində dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz sayğaclarından istifadə edilir.

    Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məlumat verilib.

    Son zamanlar smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəz edilməsi ilə bağlı yayılan məlumatların istehlakçılarda narahatlığa səbəb olması ilə bağlı bildirilib ki, quraşdırılmamışdan əvvəl hər bir sayğacın metroloji qayda və normalara uyğunluğu dövlət xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılır və yoxlamadan keçirilən sayğacların tipi təsdiq olunaraq dövlət reyestrinə daxil edilir:

    “Mövcud qayda və standartların tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları üç ildə bir dəfə, məişət qaz sayğacları isə beş ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, birliyin Metrologiya Departamentinə təqdim edilir. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırılır.

    Sayğacların dövri yoxlanması texniki cəhətdən yararsız sayğacların istismardan kənarlaşdırılmasını təmin edir, eyni zamanda istehlakın həcmini dəqiq müəyyən etməyə və itkilərin qarşısını almağa imkan yaradır. Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər”.

  • Стало известно, где будет похоронен Ялчын Рзазаде

    Народный артист Ялчын Рзазаде будет похоронен сегодня в Лянкяране.

    Об этом oxu.az сообщили члены его семьи.

    Тело народного артиста будет отправлено в район сегодня примерно в 12:00.

    Я.Рзазаде родился 31 декабря 1946 года в Лянкяранском районе.

    В 1963 году поступил на актерский факультет Азербайджанского государственного института культуры и искусств, который окончил в 1967 году. В 1968 году поступил в Азербайджанскую государственную консерваторию имени У.Гаджибекова, окончил ее в 1973 году. В 1979 году ему было присвоено звание заслуженного артиста, а в 2000 году – народного артиста.

  • Yalçın Rzazadənin dəfn olunacağı yer müəyyənləşdi

    Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn olunacağı yer açıqlanıb.

    Bu barədə oxu.az-a ailəsindən məlumat verilib.

    O, bu gün Lənkəranda dəfn olunacaq. Mərhumun nəşi bu gün saat 12:00 radələrində Lənkərana yola salınacaq.

    Y.Rzazadə fevralın 22-də vəfat edib.

    O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib. 1968-ci ildə Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.