Month: February 2021

  • Deputat marşrut avtobuslarındakı sıxlıqdan şikayətləndi: Metro açılmalıdır

    Deputat Jalə Əhmədova ictimai nəqliyyatdakı sıxlıq, metropolitenin fəaliyyətinin bərpası məsələsi və son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirib.

    Millət vəkili qeyd edib ki, yoluxmanın azalması ilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi mərhələli şəkildə, getdikcə yumşaldılır.

    Lakin bu yumşalma fonunda insanları yenə də ən çox narahat edən məsələ ictimai nəqliyyat, daha doğrusu metrosuzluq problemidir.

    Deputatın fikrincə, xəttə beynəlxalq standartlara uyğun ən müasir avtobuslar buraxılıb və vətəndaşlarımız bunu yüksək dəyərləndirir. Amma bu avtobuslar sərnişin sıxlığının qarşısının alınmasında acizdir.

    “Avtobuslar, həm də vaxt itkisi deməkdir. Məsələn vətəndaş işə gəlmək üçün “Neftçilər” deyilən ərazidən “Elmlər Akademiyası” tərəfə gəlmək üçün iki saat vaxt itirir. Eynilə də işdən evə qayıdan zaman. Hesab edirəm ki, metropoliten fəaliyyətini bərpa edərsə, bu problemlər aradan qalxacaq və insanlarımız mənzil başına çatmaq üçün nə saatlarla vaxt sərf edəcək, nə də sərnişin sıxlığı yaşayacaq”, – deyə J.Əhmədova əlavə edib.

    O, son zamanlar baş verən intiharlar barədə də danışıb:

    “Ən çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında, qabarıq şəkildə təqdim edilməsində görürəm. Hesab edirəm ki, bu, yolverilməzdir. Bu cür hallar intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər və mediaya bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmasını tövsiyə edərdim”.

  • ФК “Карабах” наказан из-за скандала с формой

    Футбольный клуб “Карабах” оштрафован на 3 000 манатов.

    Решение об этом принял дисциплинарный комитет Ассоциации футбольных федераций Азербайджана (АФФА).

    На проведенном АФФА заседании были обсуждены инциденты, произошедшие во время XVIII тура Премьер-лиги Азербайджана.

    В матче “Сумгайыт” – “Карабах” агдамский клуб был оштрафован из-за нарушения стандартов футбольной формы сербского игрока Уроша Матича.

    На 61-й минуте матча “Кешля” – “Зиря” Димитрис Хантакиас (Греция) получил прямую красную карточку и был удален с поля за “агрессивные действия”. Тем самым он был дисквалифицирован на две игры. А сам клуб “Зиря” – оштрафован на 1 600 манатов.

    Главный тренер “Габалы” Эльмар Бахшиев не будет находиться в технической зоне только в следующем туре из-за удаления со второй желтой карточки в матче “Нефтчи” – “Габала”. Клуб выплатит из-за действий главного тренера штраф в размере 800 манатов.
    “Габалу” оштрафовали еще на 800 манатов – четыре футболиста клуба получили желтую карточку в этом матче.

  • “Qarabağ” forma qalmaqalına görə cəzalandırıldı

    “Qarabağ” klubu üç min manat cərimələnib.

    Bu barədə qərar AFFA-nın İntizam Komitəsi tərəfindən verilib.

    Qurumun keçirdiyi iclasda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.

    “Sumqayıt” – “Qarabağ” oyununda qonaqların serbiyalı futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün (futbolçunun soyadında sonuncu hərf Azərbaycan əlifbasında olduğu kimi yazılmayıb – S.M.) klub üç min manat cərimə olunub.

    “Keşlə” – “Zirə” oyununda matçın 61-ci dəqiqəsində qonaq komandanın yunanıstanlı futbolçusu Dimitrios Xantakias “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün o, iki oyunluq cəzalandırılıb. Zirə qəsəbəsinin təmsilçisi isə buna görə 1600 manat cərimələnib.

    “Neftçi” – “Qəbələ” oyununda bölgə klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün yalnız növbəti turun oyununda texniki zonada olmayacaq. Qəbələ klubu baş məşqçisinə görə 800 manat cərimə ödəyəcək.

    Həmçinin “Qəbələ”nin dörd futbolçusu bu matçda sarı vərəqə ilə cəzalandırıldığı üçün klub daha 800 manat da cərimə olunub.

  • Обнародовано число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 223 новых случая инфицирования коронавирусом, 176 человек вылечились и были выписаны домой.

    Об этом 23 февраля сообщает оперативный штаб при Кабинете министров.

    За истекший день от COVID-19 скончались еще два пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 233 424 человека, 3 204 из них скончались, 228 012 – вылечились, 2 208 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведен 2 563 101 тест на COVID-19 (за последние 24 часа – 8 043).

  • Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 200-ü keçdi – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 233 424 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3204 nəfər vəfat edib, aktiv xəstə sayı 2208 nəfərdir.

    Ölkədə son sutka ərzində 8043, hazırkı dövrədək isə 2 563 101 test aparılıb.

  • Deputatlar narkotik vasitələr və psixotrop maddələrlə bağlı sənədi üçüncü oxunuşda təsdiqlədi

    Dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitələrin, psixotrop maddələrin siyahısı genişləndirilir.

    Bununla bağlı müvafiq layihələr parlamentin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    Belə ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanunlara dəyişiklik təklif olunur.

    Dəyişikliyə zərurət yaradan amillərdən biri budur ki, beynəlxalq konvensiyalarla dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitələrin, psixotrop maddələrin siyahısına yeniləri əlavə olunub.

    Lakin bu, Azərbaycanın müvafiq qanunlarına öz əksini tapmayıb.

    Bundan əlavə, Azərbaycan ərazisində yeni növ narkotik və psixotrop maddələrin dövriyyəsi halları aşkarlanır.

    Qanun layihəsinə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qeyd edilən qanunlara daxil edilir.

    Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq.

    Sənəd səsə qoyularaq qəbul edilib.

  • İsmayıllıda ikimərtəbəli ev yandı

    İsmayıllı rayonunun Qalacıq kəndində ümumi sahəsi 220 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Азербайджане повышается пенсионный возраст женщин

    С 1 июля 2021 года пенсионный возраст женщин в Азербайджане будет вновь повышен.

    Об этом сказал начальник отдела пенсионной политики и контроля за индивидуальным учетом Министерства труда и социальной защиты населения Эльнур Аббасов.

    “Пенсионный возраст для мужчин составляет 65 лет, для женщин – 62 года. В июле этого года возрастной порог для женщин снова будет повышен на шесть месяцев”, – сказал представитель ведомства.

    По его словам, поэтапное повышение пенсионного возраста осуществляется с 2017 года.

  • Azərbaycanda qadınların pensiya yaşı artırılır – Tarix açıqlandı

    “2021-ci il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov bildirib.

    O qeyd edib ki, pensiyada yaş həddinin mərhələli şəkildə artırılması 2017-ci ildən həyata keçirilir:

    “Kişilər üçün pensiya yaşı 65-dir və bu proses tamamlanıb. Hazırda qadınların pensiya yaşı 62 yaşdır. Bu proses də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyul ayında qadınlar üçün pensiya yaşı yenidən altı ay artırılacaq”.

  • Avtomobillərdə pərdə və plyonkaların çəkilməsi, həmçinin avtoxuliqanlıq haqqında qanun dəyişdi

    Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    Layihələrin məqsədi yol hərəkəti və təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsidir.

    Təklif olunur ki, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılsın. Belə ki, Dövlət Yol Polisi əməkdaşları bu məlumatları bort-kompüterlər vasitəsilə yoxlayacaqlar.

    Layihədə qeyd edilir ki, sürücü eyni inzibati xətanın gün ərzində törədilməsinə görə inzibati məsuliyyətə cəlb oluna bilməz.

    Digər vacib məqam isə kiçik yol-nəqliyyat hadisələri ilə bağlı icraatın sadələşdirilməsi ilə bağlıdır. Belə ki, yalnız kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik təklif edilir.

    Əgər tərəflər arasında qarşılıqlı razılıq olarsa və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi aydın olarsa, sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

    İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə, o cümlədən hüquq mühafizə orqanları və sürücülər arasında fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir.

    Layihəyə əsasən sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:

    Aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə, avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda.

    Digər məsələ isə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlıdır.

    Bu məsələ ilə bağlı müxtəlif qurumlar fərqli qərarlar qəbul edirdi. Hətta bəzi hallarda hansı şüşəyə hansı dərəcədə plyonkanın çəkilməsi də fərqli şərhlərə səbəb olurdu, çünki bu cür qərarların hüquqi əsası yox idi. İndi isə təklif edilən dəyişiklikdə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin, yəni pərdə, jalüz və plyonkaların çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur.

    Layihələr səsə qoyularaq qəbul edilib.