Month: February 2021

  • Azərbaycanla Türkiyə arasında 11 saziş imzalanıb

    Bu gün Azərbaycanla Türkiyə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.

    Sənədlərə Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Adamları Forumunda imza atılıb.

    Söhbət iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sazişlərdən və niyyət protokollarından gedir. Sənədlərə Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROPO) sədr əvəzi Yusif Abadullayev, eləcə də “CTS Holdinq”, “ASGroup İnvestment”, “Bakı Tekstil Fabriki” kimi biznes sturkturlarının rəhbər şəxsləri imza atıb.

  • Bu şirkətlərdən ev almayın! – PA məlumat yaydı

    2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət edib.

    Bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun dərc olunmuş məqaləsində qeyd olunub.

    Bunlardan “Hermes-S”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Elite City”, “N Turan”, “Pearl Construction”, TFM Smart Project, “Fədək”, NV Construction, “Dönüş-1”, MVVL Verus Praedium, “Azadlıq Residence”, “Pilot-1″, FVS İnşaat, “Rahatlığın məkanı”, “Poleks”, “Park Bayil”, “İnşaat Konstruksiyaları”, “Draft Construction”, “Qlobal-SF”, “Malibo”, “Avrasiya Construction”, “İnkişaf-S”, SKY Residence, “Xəmsə-İnşaat”, “Buta Qroup”, “Cavid 2016”, “Rahat Həyat”, “Qismət-M Construction”, “Archico” MMC-lər, “Sabah Residence”, “Best Construction”, “Regal Residence”, “Orbita”, “Merkuri”, “Pilot İnşaat A”, “Yeni ev-19”, “Məkan”, “EDİF”, “Mahal”, “Teymuroğlu”, “Olympus Park”, “Bəhrə”, “İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olub. Eyni zamanda, vətəndaşlar “Belıy lebed”, “Rahatlığın məkanı”, “Burhan”, “Altes Park”, AAAF yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.

    “İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq”, – S.İsmayılov vurğulayıb.

  • Türkiyə Azərbaycanda qızıl və mis yataqlarının istismarında iştirak edəcək

    “Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrin genişləndirilməsinə imkan yaradır”.

    “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, bu gün keçirilən forumda hər iki tərəfdən sənaye, turizm, nəqliyyat, ticarət sahələrində fəaliyyət göstərən iş adamlarının iştirakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir: “Forum çərçivəsində bir sıra sənədlərin, o cümlədən tekstil sənayesində müqavilənin imzalanması nəzərdə tutulur. İnanıram ki, bu sənədlər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət edəcək”.

    Nazir bildirib ki, Azərbaycanda özəlləşdirmə sahəsində fəaliyyətin aktivləşdirilməsi baş verir: “Bu sahədə dövlət müəssisəsinin türk şirkəti tərəfindən idarə edilməsinə başlanılır. Bununla yanaşı, dağ-mədən sənayesi sahəsində daha bir layihənin imzalanması nəzərdə tutulur. Bu, qızıl və mis yataqlarının istismarını təmin etmək məqsədi daşıyır”.

    Xatırladaq ki, bu ilin yanvar ayında “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

  • Эрдоган и Путин обсудили ситуацию в Карабахе

    Состоялся телефонный разговор президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина, сообщает Haber Global.

    Стороны обсудили возможные шаги по развитию турецко-российских отношений, а также обменялись мнениями по региональным вопросам.

    Во время разговора Эрдоган отметил, что в соответствии с декларацией от 11 января 2021 года, эксперты Турции и РФ могут обсудить с азербайджанскими коллегами улучшение состояния автомобильных и железных дорог в Нагорном Карабахе.

    Турецкий лидер также отметил, что Совместный российско-турецкий мониторинговый центр в Нагорном Карабахе успешно выполняет свою задачу.

    “Турция и Россия должны приложить совместные усилия по всем вопросам для сохранения режима прекращения огня в регионе”, – заявил он.

  • Ərdoğan Putinlə Qarabağı müzakirə etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Türkiyə-Rusiya münasibətlərinin inkişafı üçün atıla biləcək addımların müzakirə olunduğu telefon söhbətində, həmçinin regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

    Telefon söhbətində Ərdoğan Dağlıq Qarabağda 11 yanvar razılaşmasına əsasən quru və dəmiryolu nəqliyyat xətlərinin bərpasında daha faydalı olması üçün Türkiyə və Rusiya mütəxəssislərinin azərbaycanlı həmkarları ilə görüşə biləcəyini qeyd edib.

    Ağdamdakı birgə mərkəzin atəşkəsə nəzarət və yoxlanış vəzifəsini uğurla yerinə yetirdiyini bildirən Türkiyə lideri atəşkəsin qorunması üçün bütün mövzularda ortaq səy göstərilməsinin vacibliyini dilə gətirib.

  • Xırdalan şəhərində “zibilpulu” artırılıb? – AÇIQLAMA

    Abşeron rayonunun Xırdalan şəhərində məişət tullantılarının yığılması və daşınması üçün əhalidən alınan tariflərin artırıldığı barədə məlumat paylaşılıb.

    İqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə qeyd edib ki, artıq şəhərdə adambaşına tələb edilən “zibilpulu” aylıq 50 qəpikdir:

    “Halbuki Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən, adambaşına aylıq 30 qəpik olmalıdır. Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Yığım işini “JEK”lər həyata keçirir. Onların statusu isə Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir”.

    S. Əliyev əlavə edib ki, şəhərdə yaşayan əhalinin sayı barədə dəqiq məlumat yoxdur: “Abşeron RİH məlumatına görə, rayonda ümumilikdə rəsmi olaraq 200 mindən, reallıqda isə 350 mindən çox əhali yaşayır. Adambaşı 20 qəpik artıq yığım ayda ən azı 40 min manat edir. Bu vəsait hara gedir və necə rəsmiləşdirilir? Xırdalan camaatına müraciət edərək bildirmək istəyirəm ki, “zibilə” görə adambaşı 30 qəpikdən artıq pul verməyin”.

    Məsələ barədə Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

    Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib kiçik məişət tullantılarının yığılması və daşınması tariflərinin artırılması ilə bağlı yayılan məlumatın heç bir hüquqi əsası yoxdur:

    “Dövlət tərəfindən müəyyən edilmiş qiymətdir, heç bir artımdan söhbət gedə bilməz. Hazırda zibil pulu adambaşına 30 qəpikdir”.

  • Rusiya XİN-dən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

    Dağlıq Qarabağda atəşkəsin pozulması halları qeydə alınmayıb, vəziyyət stabil olaraq qalır.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    “Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları vəziyyətə nəzarəti həyata keçirir, ərazinin partlayıcı predmetlərdən təmizlənməsi davam edir”, – deyə M.Zaxarova bildirib.

  • Avropa ölkələrində Azərbaycan məhsullarına niyə rast gəlinmir? – RƏSMİ

    “Sahibkarlar xaricə məhsul ixrac edərkən yol və qiymət meyarlarını nəzərə alırlar”.

    Bunu Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyin sədr müşaviri Camal Quliyev deyib.

    Agentliyin rəsmisi bildirib ki, xarici ölkələrdə, xüsusilə də Avropa ölkələrində Azərbaycanda istehsal edilmiş meyvə-tərəvəzə rast gəlinməməsi və ya bu ölkələrə məhsul ixracının baş tutmaması onun keyfiyyət göstəriciləri ilə bağlı deyil:

    “Bunun əsas səbəbi yolun uzaq olması ilə bağlıdır. Adətən bizim sahibkarlar Azərbaycandan uzaq məsafəyə məhsul daşınmasında maraqlı olmurlar. Çünki, biz Rusiya Federasiyası kimi böyük ölkə və bazar ilə qonşuyuq. Təbii ki, bizim tam şəkildə bu bazardan asılı olmağımız düzgün deyil. Bu il müvəqqəti məhdudiyyətlərin tətbiq olunması səbəbindən Avropa İttifaqı ölkələrinə məhsul ixracı, xüsusilə də pomidor məhsullarının ixracı artdı. Bu da onu göstərir ki, həmin ölkələrdə Azərbaycan məhsulları qəbul ediləndir. Burada əsas məsələ yol və qiymətdir. Bu məsələlərin də gələcəkdə tənzimlənməsi gözlənilir”.

    Camal Quliyev qeyd edib ki, hazırda digər müvafiq qurumlar tərəfindən də ixracın genişləndirilməsi ilə bağlı işlər görülür və yaxın gələcəkdə bu tədbirlərin öz nəticəsini verməsinə ümid edilir.

  • В Гейчайском районе произошло убийство

    В прокуратуру Гейчая поступила информация о смерти в центральной районной больнице неизвестного лица, который был доставлен туда с тяжелым ножевым ранением 18 февраля в 12:00.

    Об этом сообщили в надзорном органе.

    Сотрудниками прокуратуры с участием судебно-медицинского эксперта были проведены осмотр места происшествия и тела, другие неотложные следственные действия.

    В результате предварительного расследования установлено, что сегодня в 11:00 перед магазином Əsgəroğlu, расположенным в городе, жителю района Поладу Салехову (1989 г.р.) были нанесены колото-резаные раны одним или несколькими неизвестными лицами.

    Пострадавший был доставлен в больницу, однако, несмотря на оказанную ему необходимую медицинскую помощь, спасти его не удалось.

    По данному факту в прокуратуре района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР, назначены соответствующие экспертизы. В настоящее время сотрудники правоохранительных органов района продолжают проводить интенсивные оперативно-следственные мероприятия по выявлению и привлечению к ответственности одного или нескольких лиц, совершивших преступление.

  • Göyçay sakini qətlə yetirilib

    Fevralın 18-də saat 12 radələrində bıçaq xəsarəti ilə ağır vəziyyətdə olan naməlum şəxsin rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Göyçay rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri icra olunub.

    Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğluna həmin gün saat 11 radələrində şəhərdə yerləşən “Əsgəroğlu” marketin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmiş-deşilmiş xəsarət yetirilib. Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılsa da, lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən vəfat edib.

    Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.