Month: February 2021

  • Həkəri çayından yaranan elektrik – VİDEO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir neçə gün öncə Güləbird su elektrik stansiyasının açılışını edib.

    Həkəri çayının sahilində yerləşən Güləbird su elektrik stansiyası 8 meqavat gücə malikdir. Bu elektrik stansiyasının tikilməsi ilə yeddi min nəfər əhalinin elektrik enejisinə olan təlabatı tam ödənəcək.

    Xüsusilə də Laçın rayonunun cənub hissəsində, Qubadlı rayonunun Xanlıq kəndində və digər enerji bloklarının təminində bu su elektrik stansiyası mühüm rol oynayacaq.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Азербайджанский дзюдоист Давуд Мамедсой завоевал золотую медаль в турнире “Большого шлема”

    Азербайджанский дзюдоист Давуд Мамедсой завоевал золотую медаль в турнире “Большого шлема” в столице Израиля Тель-Авиве.

    Как сообщает oxu.az, в весовой категории 60 кг он в финале одолел грузинского дзюдоиста Темура Нозадзе.

    Отметим, турнир является лицензионным для участия в Олимпиаде.

  • İnstitut direktoru: “Kürün ekosisteminin məhv olma təhlükəsi yaranıb”

    AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Qlobal iqlim dəyişmələri planetimizin əsas çağırışı kimi, onların Azərbaycan ərazisində təzahürləri” mövzusunda keçirilən ümumrespublika elmi seminarında məruzə ilə çıxış edib.

    Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutun direktoru, akademik Akif Əlizadə son illərdə dünya miqyasında müşahidə olunan iqlim dəyişmələrinin təzahürlərinin Azərbaycandan da yan keçmədiyini bildirib, bu istiqamətdə ölkə alimlərinin apardıqları tədqiqat işlərini xatırladıb, tədqiqat işləri arasında akademik Ramiz Məmmədovun tədqiqatlarının xüsusilə seçildiyini qeyd edib və məruzə üçün sözü ona verib.

    Akademik “Qlobal iqlim dəyişmələri – planetimizin əsas çağırışı, Azərbaycan ərazisində təzahürləri” mövzusunda etdiyi məruzədə Azərbaycan ərazisində iqlim tədqiqatlarını, iqlim dəyişmələrinin nəzəri əsaslarını, proqnoz modellərini, Dövlətlərarası Ekspertlər Qrupunun təklif etdiyi model və ssenarilər əsasında Azərbaycan üçün alınmış nəticələri, Azərbaycan ərazisində müşahidə olunan iqlim parametrləri (havanın temperaturu, yağıntılar, buxarlanma, küləklərin istiqaməti və surəti, günəş radiasiya və s.) haqqında məlumatları, iqlim dəyişmələrinin Azərbaycan ərazisində insan sağlamlığına və kənd təsərrüfatına, eləcə də Xəzər dənizinin səviyyəsinə təsirini araşdırılıb.

    Öncə iqlimin nə olduğunu açıqlayan məruzəçi onun atmosfer-quru-okean sisteminin statistik ansamblının bir neçə on il üçün ortalaşmış vəziyyəti olduğunu, mütəxəssislərin axırıncı razılaşmasına görə iqlim dedikdə atmosfer parametrlərinin (temperatura, yağıntı və s.) son 30 il üçün ortalaşmış qiymətlərinin nəzərdə tutulduğunu, iqlim dəyişməsinin Yerin bütün geosferlərinin bir-biri və kosmosla qarşılıqlı təsirinin inteqral əksi olduğunu diqqətə çatdırıb, İqlimin Dəyişməsi üzrə Hökumətlərası Ekspertlər Qrupunun aldığı son nəticələrə görə iqlimin qızmasının Yer planeti üçün hansı təhlükələr yarada biləcəyini xüsusi vurğulayıb.

    Coğrafiya İnstitutunda iqlim dəyişmələri üzrə aparılmış tədqiqatların xülasə və nəticələrinin araşdırıldığını bildirən müəssisə rəhbəri göstərib ki, bütün ölkə ərazisi üçün temperatur artmasının orta qiyməti planet üzrə orta qiymətə yaxındır (1,0 °C). Bu artmalar ərazi boyunca bərabər paylanmayıb (0,2-dən 1,5 °С-dək) və buna səbəb Azərbaycanın dağlıq ölkəsi olması, nisbətən kiçik ərazidə oroqrafiyanın -28,0-dan 4466 metrə qədər dəyişməsi, nəticədə ölkə ərazisində 8 müxtəlif iqlim zonasının yaranmasıdır. Bütün müşahidə dövründə temperatur artımı Kür-Araz düzənliyində (0,4-0,9 °С), Qazax-Gəncə zonasında (0,6-1,1 °С), Böyük Qafqazın Cənub yamacında (0,5-0,8 °С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 °С) və şimal (0,4-0,6 °С) yamaclarında müşahidə olunmudur. Abşeron yarımadası istisna olmaqla bütün ölkə ərazisində yağıntının miqdarı 10-15% azalıb.

    R.Məmmədov bildirib ki, ümumilikdə götürdükdə respublika ərazisində ekstremal hidrometeoroloji hadisələrin sayı çoxalıb, ən böhran vəziyyət Kür çayında müşahidə olunub, çayın su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhv olma təhlükəsi yaranıb.

    İqlim dəyişmələrinin Xəzər dənizinə təsiri ayrıca araşdırılıb, günəş fəallığı ilə dənizin səviyyəsinin dəyişməsi arasındakı səbəb-nəticə əlaqələri tədqiq olunmuş və bu əsasda səviyyə dəyişmələrinin uzunmüddətli proqnozu verilib, yaxın gələcəkdə səviyyənin kəskin dəyişmə ehtimalının çox az olacağı proqnozlaşdırılıb.

    Məruzənin sonunda akademik iqlimin istiləşməsinin Azərbaycan Respublikası əhalisinin sağlamlığına təsirinə dair aparılmış tədqiqiatların nəticələrini təqdim edib.

  • Göyçay sakini qətlə yetirilib – YENİLƏNİB

    Fevralın 18-i saat 12 radələrində bıçaq xəsarəti ilə ağır vəziyyətdə olan naməlum şəxsin rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Göyçay Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

    Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğluna həmin gün saat 11 radələrində şəhərdə yerləşən “Əsgəroğlu” marketin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmiş-deşilmiş xəsarət yetirilib, zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən vəfat edib.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.

    Hazırda cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

  • İlon Mask öz kriptovalyutasını yaradacaq – FOTO

    İlon Mask “Twitter” sosial şəbəkəsindəki yazışması ilə “MarsCoin” adlı kriptovalyutanın 31 dəfə bahalaşmasına səbəb olub.

    “Kommersant” nəşrinin məlumatına görə, şəbəkə istifadəçiləri iş adamına öz şəxsi kriptovalyutasını yaratmağı təklif ediblər. O, bu təklifi böyük məmnunluqla qəbul edib. Daha sonra kriptovalyutanın adı ilə bağlı müzakirələr başlayıb. Kimisi ona yeni rəqəmsal valyutanı “ElonCoin”, kimisi isə “MarsCoin” adlandırmağı təklif edib. Mask isə “Bu çox ehtimal ki “MarsCoin” olacaq”, – deyə bildirib.

    Məsələ burasındadır ki, bu adda kriptovalyuta artıq mövcuddur. Lakin görünür milyonçu onun varlığından bixəbərdir.

    “Tesla” və “SpaceX” kimi şirkətlərin sahibinin açıqlamasından sonra “MarsCoin” kriptovalyutası sürətlə dəyər qazanmağa başlayıb. Beləliklə də, Mask öz tviti ilə bilmədən “MarsCoin”in 31 dəfə bahalaşmasına səbəb olub.

  • В Норвегии обнаружили новый штамм коронавируса

    Новая мутация коронавируса, получившая название B.1.525, обнаружена в Норвегии.

    Об этом сообщила телекомпания NRK, передает Median.Az со ссылкой на ТАСС.

    За прошедшие сутки в стране зафиксировано около 10 случаев заражения этим штаммом, который до этого нашли у порядка 30 человек в Великобритании и Дании, а также в США.

    “Мы пока не знаем о том, является ли он более заразным, но такое может быть”, – сказала директор департамента норвежского института здравоохранения Лине Вольд.

    По словам медиков, у нового штамма есть сходство с британской и южноафриканской мутациями коронавируса. К настоящему моменту в стране зарегистрировано уже более 700 случаев заражения британским и южноафриканским штаммами.

    Вольд отметила, что новую мутацию будут, как и остальные, держать под наблюдением и пока рано говорить, была ли она завезена в страну из-за рубежа. Она добавила, что постоянное выявление новых вариантов коронавируса является естественным, поскольку вирусу в процессе его жизни свойственно мутировать.

  • Azərbaycan idmançısı “Böyük Dəbilqə”də çempion oldu

    İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ilk günündə Azərbaycan idmançısı qızıl medal qazanıb.

    Olimpiadaya reytinq xalları qazanadıran yarışın ilk günündə Azərbaycan millisinin yeddi üzvündən yalnız Davud Məmmədsoy tatamiyə çıxıb.

    60 kq çəki dərəcəsində yarışan idmançımız finalda Gürcüstan cüdoçusu Temur Nozadzeni ippona salaraq çempion tituluna yiyələnib.

  • Hərbi prokuror: “Müharibədə 9 094 erməni hərbçisi yaralanıb, ölənlərin sayı məlum deyil”

    “İkinci Qarabağ müharibəsində ölən erməni həbçilərinin 3 389-nun meyiti identifikasiya olunub”.

    Bunu Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan prokurorluq orqanlarının fevralın 18-də keçirilən müşavirəsində bildirib.

    Onun sözlərinə görə, 2020-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən ölən hərbçilərin yekun sayı hələ məlum deyil: “Hərbçilərin, mülki şəxslərin meyitlərinin axtarışı davam edir. 2020-ci ildə 3 389 hərbçinin meyiti identifikasiya olunub”.

    Hərbi prokuror deyib ki, 44 günlük müharibədə Ermənistanın 9 094 hərbçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. V.Arutyunyanın sözlərinə görə, 2020-ci ildə Ermənistanın hərbi hissələrində 3 016 cinayət qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 3 dəfə (ötən il 929 cinayət qeydə alınıb) çoxdur. O vurğulayıb ki, 3 016 cinayətin 55 faizi amansızlıq və xüsusi amansızlıqla törədilib.

    Müşavirədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan da iştirak edib.

  • Bakının mərkəzi küçələrində tıxac yaranıb: Avtobuslar gecikir

    Hazırda şəhərin əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, sıxlıq əksər istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların orta hərəkət sürətinin azalmasına və intervalın gecikməsinə səbəb olub.

  • Cəlilabadda direktor vəfat etdi – FOTO

    Cəlilabad rayonunda məktəb direktoru vəfat edib.

    Bu barədə Cəlilabad Rayon Təhsil Şöbəsi məlumat yayıb.

    Bildirilib ki, bu gün rayonun Maşlıq kənd tam orta məktəbinin direktoru Nəsirov İsrəfil Məmməd oğlu vəfat edib.