Month: March 2021

  • Bakıda motosikletlə avtomobil toqquşub

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Rzayev Hüseyn Elvin oğlu xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

  • Koronavirusu bu ölkə yayıbmış -ŞOK

    Çin Ümumdünya Səhiyyə Təşkilatından ABŞ-ın Fort-Detrikdəki hərbi laboratoriyasından və digər ölkələrin oxşar qurumlarından sızan koronavirus versiyasını araşdırmağı tələb edib.

    Median.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin bu günkü gündəlik brifinqdə söyləyib. Fort-Detrik şəhərində (Merilend ştatı) Uolter Rid adına Quru Qoşunlarının Elmi-Araşdırma İnstitutu yerləşir.

    Pentaqon tərəfindən idarə olunur və yoluxucu xəstəliklər daxil olmaqla, biotibbi tədqiqatlar aparır.

  • Sağlam dırnaqlar üçün bu qidaları yeyin

    Tez qırılan, zəif, rəngsiz və gec uzanan dırnaqlar sağlamlıq problemlərinə işarə ola bilər.

    Bədəninizin lazımlı vitamin və mineralları alması dırnaqlarınızın uzanma sürətini artırıb, sağlam bir görünüşə qovuşdurur. Daha sağlam və güclü dırnaqlar üçün vitamin tarazlığına diqqət edilməlidir.

    Median.Az
    bizim.media-a istinadən bildirir ki, daha sağlam və güclü dırnaqlar üçün vitamin tarazlığına diqqət edilməlidir.

    Mərci və lobya

    Mərci və paxlalı bitkilər dəmir və zülal baxımından zəngindir. Dırnaqların təməl ehtiyaclarından biri olan zülal vegetarian olan və ya ətlə çox arası olmayan oxucularımızın tez-tez yeməli olduğu qidalardandır. Yalnız mərci və paxlada deyil, soya kimi qidalarda da bitki mənşəli zülal və dəmir bol miqdarda var.

    Pendir, süd və qatıq

    Süd və süd məhsulları biotin baxımından zəngindir. Pendir, qatıq və süd ilə biotin ehtiyacınızı qarşılaya bilərsiniz. Biotin saç və dırnaq üçün çox lazımlı bir vitamindir.

    Dırnaqlarınızın güclənməsi və sağlam uzanması üçün gündəlik biotin qəbulunun kafi səviyyədə olması vacibdir.

    Toyuq yumurtası

    Toyuq yumurtası da biotin baxımından olduqca zəngindir. Əgər yumurtanı sevirsinizsə, naharlarda yeməyiniz sizə yumurtanın saysız faydasının yanında daha sağlam dırnaqlar da bəxş edə bilər. Kalsium, biotin və zülal ilə dırnaqlarınıza sanki bir sağlamlıq bombası atmış olacaqsınız.

  • Fərhad Əliyevə yüksək vəzifə verildi – TƏYİNAT

    “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.

    İndiyə qədər “STP Alüminium” və “STP-AH” MMC-lərə rəhbərlik edən, Parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.

    STP-nin 4-cü törəmə şirkəti – “STP Metal Structures” MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb(report).

    Qeyd edək ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni təyin olunan direktor Fərhad Əliyev sabiq iqtisadi inkişaf naziridir.

  • BMT Baş Assambleyasının prezidenti Azərbaycana gələcək

    Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti, həmçinin 75-ci sessiyanın sədri olan Volkan Bozkırın bir sıra ölkələrə səfəri planlaşdırılır.

    “Anadolu” agentliyindən verilən məlumata görə, bunu BMT rəsmisinin mətbuat katibi Brenden Varma jurnalistlər üçün təşkil olunmuş brifinq zamanı bəyan edib.

    Onun sözlərinə görə, V.Bozkır Türkiyə, Qətər və Azərbaycana səfər edəcək. Baş Assambleya prezidentinin səfəri 1-12 aprel aralığında baş tutacaq.

    Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, parlament sədri Mustafa Şəntop və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək V.Bozkır, daha sonra Qətərə, oradan da Azərbaycana gələcək.

  • Türkiyədə koronavirusa sutkalıq yoluxma sayı 40 minə yaxınlaşır

    Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 152 ölüm faktı qeydə alınıb.

    “Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 240 012 nəfərin koronavirus testi yoxlanılıb.

    Onlardan 39 302 nəfərin cavabı pozitiv çıxıb. 19 193 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

    Hazırda ölkədə koronavirusa yoluxmuş 2082 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

  • Азербайджан и Грузия обсудили меры по борьбе с пандемией – ФОТО

    Посол Азербайджана в Грузии Фаиг Гулиев встретился с министром по делам вынужденных переселенцев, труда, здравоохранения и социальной защиты этой страны Екатериной Тикарадзе.

    Как передает Report, об этом сообщили в посольстве.

    На встрече были обсуждены различные вопросы повестки дня по развитию сотрудничества между соответствующими структурами Азербайджана и Грузии.

    Стороны также обменялись мнениями о профилактических мерах, принимаемых в обеих странах для предотвращения распространения пандемии COVID-19, а также в связи с вакцинацией населения.

    В ходе обсуждений было отмечено, что взаимные визиты имеют большое значение для дальнейшего развития стратегического партнерства и добрососедских отношений между Азербайджаном и Грузией. На встрече была достигнута договоренность об интенсификации подобных встреч, для более успешной реализации вопросов, стоящих на повестке дня.

  • Турецкий телеканал Haber Global рассказал об обломках ОТРК “Искандер”, обнаруженных в Шуше – ВИДЕО

    Турецкий телеканал Haber Global подготовил сюжет о подтвержденном факте использования армянами ОТРК “Искандер” во время 44-дневной Отечественной войны.

    Отмечается, что данную информацию предоставило Национальное агентство по разминированию территорий Азербайджанской Республики (ANAMA).

    Турецкий телеканал передает, что обломки ракет обнаружены в окрестностях города Шуша.

    В видеоматериале подчеркивается, что выявлены и серийные номера использованных ОТРК “Искандер”.

  • Gürcüstanda azərbaycanlıların soyqırımı günü anılıb – VİDEO

    Tbilisidə Mirzə Fətəli Axundov adına azərbaycanlıların mədəniyyət mərkəzində 31 Mart azərbaycanlıların soyqırımı gününün 103-cü il dönümünə həsr olunan tədbir keçirilib.

    Tədbirdə Azərbaycanın Gürcüstandaki səfirliyinin əməkdaşları, gürcü tarixçilər, professorlar, politoloqlar, ekspertlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    31 Mart soyqırımı gününə həsr olunan sənədli filmin nümayişi olub.

    Mədəniyyət mərkəzinin direktoru Leyla Əliyeva soyqırımının qısa tarixi barədə tədbir iştirakçılarına məlumat verib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Müəllim olmaq arzusunda olan qadın 38 yaşında orta məktəbə getdi

    Uqandanın Budaka əyalətində yaşayan 38 yaşlı, beş uşaq anası qadın müəllim olmaq arzusunu reallaşdırmaq üçün 30 ildən sonra orta məktəbə dərsə gedib.

    NBS TV xəbər verir ki, Harriet Kanyaqo adlı qadının özündən 30 yaş kiçik məktəblilərlə bir sırada dayanması ərtafdakıların marağına səbəb olub.

    38 yaşlı qadın ibtidai sinif müəllimi kimi çalışmaq istədiyini və İngilis dilini öyrənməyə başladığını bildirib.

    H.Kanyaqo azyaşlı uşaqlarının qayğısına qaldığına görə oxumağa vaxt tapmadığını, amma təhsil almağın heç vaxt gec olmadığını söyləyib.