Month: March 2021

  • Zelenski illik gəlir deklarasiyasını açıqladı

    Ukrayna prezidenti Vladimir Zelenski və ailə üzvlərinin 2020-ci ildə əldə etdiyi gəlir 815 000 ABŞ dolları təşkil edib.

    Median.Az xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi tərəfindən dərc olunan gəlir deklarasiyasında deyilir.

    Qeyd olunub ki, Kiyev yaxınlığındakı İvankoviçi kəndindəki əmlak və torpaq satışından Zelenski ailəsi 13 470 600 qrivna (təxminən 485 000 ABŞ dollar) alıb. 2020-ci ildə Ukrayna prezidentinin maaşı isə 336 000 qrivna (12 000 ABŞ dolları) təşkil edib.

    Dövlət başçısı ayrıca 4 633 832 qrivna (165 000 ABŞ dolları) məbləğində qonorar (müəllif hüquqları üzrə – Red) əldə etdiyini açıqlayıb.

    Zelenski ailəsinin 2020-ci ildə Ukrayna ərazisindəki əmlak icarəsindən qazancı 2 673 730 qrivna (95 000 ABŞ dolları) təşkil edib. Ayrıca, prezidentin ailəsi, depozitlər və daxili dövlət istiqrazları üzrə yığılan faizlər hesabına 442 109 qrivna (15 000 ABŞ dolları) məbləğində vəsait qazanıb.

    Ukrayna prezidenti çox sayda ticarət markasının sahibi olmaqda davam edir. Belə ki, onun 2020-ci ildə Ukraynada 13, xaricdə isə iki ticarət markası qeydə alınıb.

    2020-ci il ərzində Zelenski ailəsi büdcəyə 65 min ABŞ dolları məbləğində vergi ödəyib. Zelenskinin əvvəlki bəyannaməsinə görə, 2019-cu ildə ailəsinin gəliri, daşınmaz əmlakın satışından və icarəsindən əldə olunan gəlirlər də daxil olmaqla, 1,059 milyon ABŞ dolları təşkil edib.

  • Bu restoranlar cərimələndi – SİYAHI

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

    AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 30 mart 2021-ci il tarixində ölkə üzrə 457 ictimai iaşə obyektində 768 monitorinq keçirilib. Monitorinqlər zamanı 27 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

    1. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 69d ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanlı Səməndər Habil oğluna məxsus kafe;

    2. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 5 (Keşlə bazarına gedən yolun sağında) ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşfiq Rəfael oğluna məxsus “Sərin” restoranı;

    3. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 20A, mənzil 22 ünvanında yerləşən, fiziki şəxs Mirzəcanova Günay Mirbağır qızına məxsus kafe;

    4. Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən, fiziki şəxs Mustafayev Nizami Ərşad oğluna məxsus kafe;

    5. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, fiziki şəxs Abbasov Şahin Vəliyulla oğluna məxsus dönər evi;

    6. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən, fiziki şəxs Allahverdiyev Nəsimi Eldar oğluna məxsus restoran;

    7. Bakı şəhəri, Suraxanı rayonu, İlqar Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Əliyev Elşən Aydın oğluna məxsus kafe;

    8. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində yerləşən,‎ fiziki şəxs Şəfiyeva Qonça Əşrəf qızına məxsus dönər evi;

    9. Bakı şəhəri, Binəqədi ‎rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən, fiziki şəxs Quliyeva Günay Tahir qızına məxsus kafe;

    10. Bakı şəhəri, Nizami ‎rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən, hüquqi şəxs “Xudafərin-54” firmasına məxsus restoran;

    11. Bakı şəhəri, Nizami ‎rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən, fiziki şəxs İsmayılov Elfaq Mirəli oğluna məxsus “Troya” çay evi;

    12. Bakı şəhəri, Nizami ‎rayonunda yerləşən, fiziki şəxs Ağayev Rusif Aydın oğluna məxsus “Neon” restoranı;

    13. Bakı şəhəri, Nizami ‎rayonu, Şərifli küçəsi, ev 2524, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Şərifov Vüsal Asif oğluna məxsus çay evi;

    14. Bakı şəhəri, Nəsimi ‎rayonu, Asif Məhərrəmov küçəsi 35A ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Mehmana məxsus “Mamei” kafesi;

    15. Bakı şəhəri, Yasamal ‎rayonu, Şərifzadə küçəsi 174 ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Fəxrəddin qızına məxsus “Kolorit” kafesi;

    16. Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi 55‎ ünvanında yerləşən, fiziki şəxs Qulaməliyev Emin Gündüz oğluna məxsus kafe;

    17. Bakı şəhəri, Nərimanov ‎rayonu, Xoyski prospektində yerləşən, hüquqi şəxs “McDonald`s Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə məxsus restoran;

    18. Bakı şəhəri, Yasamal ‎rayonu, B. Səfəroğlu küçəsində yerləşən, fiziki şəxs Məmmədov Ağaxan İxtiyar oğluna məxsus “Samovar” restoranı;

    19. Bakı şəhəri, Yasamal ‎rayonu, Zahid Xəlilov küçəsi, ev 43 ünvaninda yerləşən, fiziki şəxs Nəsibov Yunis Sərdar oğluna məxsus “Trio Pub” kafesi;

    20. Bakı şəhəri, Yasamal ‎rayonu, Həsən bəy Zərdabi prospekti, ev 70 ünvanında yerləşən, fiziki şəxs Zakirli Zaur Zakir oğluna məxsus “Karona” kafesi;

    21. Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksi ünvanında yerləşən, fiziki şəxs Rəsulov Məmməd Seyfulla oğluna məxsus “Aristokrat” çay evi;

    22. Bakı şəhəri, Kral Hüseyn küçəsi 52 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Emil İsmayıl oğluna məxsus “Nine Hotel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

    23. İmişli şəhəri, M. Əzizbəyov küçəsində yerləşən, fiziki şəxs Abbaslı Rüfət Loğman oğluna məxsus kafe;

    24. İmişli şəhəri, pambıq zavodu ərazisində yerləşən, fiziki şəxs Əliyev Bəhruz Süleyman oğluna məxsus kafe;

    25. İsmayıllı rayonu, Topçu kəndində yerləşən, fiziki şəxs Cəbiyev Vasif Oktay oğluna məxsus çay evi;

    26. Qazax rayonu, Nəriman Nərimanov qəsəbəsində yerləşən, fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğluna məxsus kafe;

    27. Gəncə şəhəri, Şah İsmayıl Xətai ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Əliyev Vüsal Mətləb oğluna məxsus çay evi;

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.//ölkə.az

  • Азербайджанцы мира почтили память жертв геноцида 31 марта – ФОТО

    Госкомитет по работе с диаспорой провел международную конференцию на тему “Доведение до сведения мировой общественности реалий 31 марта – Геноцида азербайджанцев”.

    Как сообщили в ведомстве, в мероприятии приняли участие более 150 наших соотечественников из 48 стран мира.

    На конференции был продемонстрирован видеоролик о тех трагических событиях.

    Затем состоялись выступления председателя Госкомитета по работе с диаспорой Фуада Мурадова, зампреда Милли Меджлиса, доктора исторических наук, профессора Фезаила Ибрагимли, декана юридического факультета Бакинского государственного университета, доктора юридических наук, профессора Амира Алиева.

    Также было проведено обсуждение с нашими соотечественниками, проживающими за рубежом, по поводу ряда важных вопросов с точки зрения деятельности диаспоры.

  • Bakının mərkəzi küçələrində parklanma qadağan edildi

    Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtın yarış trekinə düşən mərkəzi küçələrində bu gecədən tikinti-quraşdırma işlərinə başlayacaq.

    Median.Az
    xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Şirkəti məlumat yayıb.

    Bildirilib ki, Puşkin və Xaqani küçələrinin kəsişməsi arasındakı ərazidən Bülbül prospekti istiqamətində olan yolun üzərində beton bloklar formasında təhlükəsizlik baryerlər quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin aparılması saat 22:00-dan səhər saat 06:00-dək planlaşdırılıb. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahiş olunur ki, avtomobillərini həmin saatlarda Xəqani küçəsində park etməkdən çəkinsinlər. Əks halda, qeyd olunan ərazidə park edilmiş avtomobillər başqa yerə çəkiləcək.

    Həmçinin, yolun qeyd olunan hissələrindəki təmir-tikinti işlərini nəzərə alaraq, gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən avtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamaları xahiş olunur.

    Ümumilikdə yarış trekinin tikinti-quraşdırma işləri 2021-ci ilin iyununadək davam edəcək. “Formula 1” trekinin Puşkin və Xaqani küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində olan əraziyədək bölümündə tikinti işlərinin aprelin 15-dək yekunlaşacağı gözlənilir. Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.

    Bakı Şəhər Halqası ƏŞ müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyir.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda keçiriləcək.

  • Gürcüstana turist səfərləri kəskin azalıb

    Bu ilin fevral ayında Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı illik müqayisədə 89,5 % azalıb.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının aylıq hesabatında bildirilib.

    Ziyarətçilərin 88,5 %-ni turistlər təşkil edib ki, onların da sayında ötən ilin eyni dövrünə nisbətdə 86,1 % azalma qeydə alınıb.

    Sənədə əsasən, ötən ay region ölkələri arasında Azərbaycan (-95,8 %), Ermənistan (-89,9 %) və Rusiyadan (-94,4%) yollanan ziyarətçilərin sayında kəskin azalma müşahidə olunub.

  • В мире за сутки выявили более 509 тыс. заразившихся коронавирусом

    Число подтвержденных случаев заражения новым коронавирусом в мире превысило 127,87 млн, увеличившись за сутки более чем на 509 тыс.

    Как передает Report, согласно опубликованным в среду данным Всемирной организации здравоохранения (ВОЗ), число летальных исходов возросло более чем на 8,8 тыс., превысив 2,79 млн.

    По состоянию на 15:46 мск 31 марта в ВОЗ поступили сведения о 127 877 462 инфицированных и 2 796 561 умершем. Число заразившихся увеличилось на 509 746, умерших – на 8 855.

    Статистика ВОЗ учитывает только официально подтвержденные сведения о случаях заражения и смерти, предоставляемые государствами.

    Более 45% случаев инфицирования, сообщения о которых поступили в ВОЗ за минувшие сутки, приходится на Европу (230 467), на втором месте – Северная и Южная Америка (149 102), на третьем – Юго-Восточная Азия (63 837).

    Больше всего подтвержденных случаев заражения зарегистрировано в США – 30 030 084. Далее следуют Бразилия (12 573 615), Индия (12 149 335), Россия (4 545 095), Франция (4 510 740), Великобритания (4 341 740), Италия (3 561 012), Турция (3 277 880), Испания (3 270 825), Германия (2 808 873), Колумбия (2 389 779) и Аргентина (2 322 611).

  • ÜST pandemiya ilə bağlı son statistikanı açıqladı

    Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 509 mindən çox artıb.

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

    Məlumata əsasən, ötən sutka ərzində 509 746 nəfər yeni koronavirusa yoluxub, 8 855 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 877 462, ölənlərin isə 2 796 561 nəfərə çatıb.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

  • Azərbaycan Gürcüstanla pandemiya ilə mübarizə tədbirlərini müzakirə edib – FOTO

    Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə Gürüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze arasında görüş keçirilib.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan səfirliyindən bildirilib.

    Görüşdə Azərbaycan və Gürcüstanın aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün gündəlikdə olan məsələlər müzakirə olunub.

    Tərəflər həmçinin COVID-19 pandemiyasının qarşısının alınması ilə bağlı hər iki ölkədə aparılan qabaqlayıcı tədbirlər, o cümlədən əhalinin vaksinasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.

    Müzakirələr zamanı Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Görüşdə gündəlikdə duran məsələlərin icrası ilə bağlı görüşlərin bundan sonra daha sıx keçirilməsi barədə razılıq əldə olunub.

  • Onlarla insanın ölümünə səbəb olan təyyarənin səs yazısı tapıldı

    İndoneziyanın 2021-ci ilin yanvarında Yava dənizində qəzaya uğrayan “Sriwijaya Air” şirkətinə məxsus təyyarəsinin səs yazısı tapılıb.

    “Reuters” bu barədə ölkənin Nəqliyyat Nazirliyinin açıqlamasına istinadla xəbər yayır.

    Hələlik bu barədə əlavə məlumat verilmir.

    Qeyd edək ki, Cakartadan Pantianaka uçan təyyarənin göyərtəsində 62 nəfər olub. Təyyarə 3.3 min metr yüksəkliyə qalxdıqdan dərhal sonra Seribu arxipelaqında dənizə düşüb.

  • Şuşada “İskəndər” raketinin qalıqlarının tapılması xəbəri Türkiyə telekanalında – VİDEO

    Türkiyənin “Haber Global” telekanalı II Qarabağ müharibəsində Ermənistanın “İskəndər” operativ taktiki raket kompleksindən istifadəsi faktının təsdiqlənməsi ilə bağlı süjet hazırlayıb.

    Süjetdə məsələ ilə əlaqədar açıqlamanın Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən verilməsi diqqətə çatdırılır.

    Həmçinin, raketlərin qalıqlarının Şuşa şəhəri yaxınlığında aşkar olunması bildirilir.

    Bununla yanaşı, “Haber Global”ın videomaterialında atılan raketlərin seriya nömrələrinin əldə olunması da vurğulanır.