Month: March 2021

  • Bakıda polis atəş açdı: Yaralanan var

    Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

    Məlumatda deyilir:

    “2021-ci il mart ayının 29-da saat 23:40 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş Vüsal Səmədov idarə etdiyi “Saipa” markalı avtomobillə paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb. Bu zaman hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərməklə idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarının xidməti istifadəsində olan iki avtomobilə vuraraq, hadisə yerindən qaçmağa cəhd göstərib.

    Polis əməkdaşları tərəfindən qanunsuz əməllərin qarşısını almaq məqsədi ilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Vüsal Səmədovun hakimiyyət nümayəndələrinə itaətsizlik göstərməsinə davam etməsi səbəbindən, polis əməkdaşları xidməti silahdan havaya xəbərdarlıq atəşi açdıqdan sonra həmin avtomobilin təkərinə və arxa qapısına atəş açaraq avtomobilin dayandırılmasına nail olublar.

    Sürücü Vüsal Səmədov və sərnişinlər – əvvəllər dəfələrlə məhkum olunmuş Abid İsmayılov və Əmrah Əhmədov saxlanılıb.

    Avtomobilə keçirilən baxış zamanı satış məqsədi ilə saxlanılan narkotik vasitə hesab edilən 26 bükümdə heroin və metamfetomin aşkar olunaraq götürülüb.

    Hadisə nəticəsində polis əməkdaşlarının xidməti avtomobillərinə ciddi ziyan dəymiş, şübhəli şəxs qismində saxlanılan Əmrah Əhmədov güllə yarası alaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

    Faktla bağlı Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3 (külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

    İş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla, istintaqın aparılması prokurorluq orqanlarına həvalə edilib”.

  • Koronavirus xəstəsi şəhər ərazisində saxlanılıb

    Qaxda evi tərk edən koronavirus xəstəsi saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Əlibəyli kənd sakini Canaşvili Vaxtanqinin koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. C.Vaxtanqi idarə etdiyi VAZ-2107 markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

    Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

  • Bakıda internetdə tanış olduğu qızın evinə gedən kişi gözlənilməz hadisə ilə qarşılaşdı

    Bakıda internetdə tanış olduğu qızla görüşə gedən şəxsin maşınını, telefonunu və pullarını əlindən alıblar.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsində baş verib.

    Şəhər sakini, 1976-cı il təvəllüdlü X.Məmmədov tanış olduğu İlahə adlı qadının gecə saat 1 radələrində Masazır qəsəbəsində yaşadığı evə gedib. Orada naməlum şəxs onun qoluna bıçaqla xəsarət yetirərək “Mercedes” markalı avtomobilini, mobil telefonunu və 300 manat pulunu alıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Araşdırmalarla həmin şəxsin Ağdam rayon sakini, əvvəllər xuliqanlıq və narkotik daşınmasına görə məhkumluq həyatı yaşamış 1985-ci il təvəllüdlü Qorxmaz Nəsirov olduğu müəyyən edilib.

    Onun həmçinin, avtomobil qaçırdığı üçün Ağcabədi polisi tərəfindən axtarışda olduğu məlum olub. Q.Nəsirov X.Məmmədovdan aldığı avtomobilin nömrəsini çıxarıb, nəqliyyat vasitəsinə 10-CZ-044 dövlət qeydiyyat nişanını bağlayaraq maşını idarə edirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Keçmiş əri tərəfindən döyülən qadının şikayətinə baxılmır? – AÇIQLAMA

    Gəncə şəhər sakini Ləman Namazova keçmiş əri tərəfindən döyüldüyünü və şikayətinə baxılmadığını bildirib.

    O, bu barədə sosial şəbəkələrdə məlumat verib.

    Daxili İşlər Nazirliyi L.Namazovanın keçmiş həyat yoldaşı tərəfindən döyülməsi ilə əlaqədar şikayətinə baxılmaması barədə iddialara aydınlıq gətirib.

    DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Gəncə şəhər sakini L.Namazova ötən ilin dekabr ayında Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) müraciət edərək keçmiş həyat yoldaşı İlham Verdiyev tərəfindən döyülməsi barədə məlumat verib:

    “Müraciət ilə bağlı RPİ-nin əməkdaşları tərəfindən qanuna müvafiq tədbirlər görülərək araşdırmalar aparılıb və Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılaraq baxılması üçün Gəncə ŞBP-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

    Araşdırmalar zamanı İlham Verdiyevin daha bir cinayət əməli aşkar edilib. Belə ki,o, CM-nin 157-ci maddəsi (Mənzil toxunulmazlığını pozma) ilə təqsirli bilinib və sözügedən maddənin prokurorluğun səlahiyyətində olduğu üçün toplanan material Gəncə şəhər Prokurorluğuna göndərilib”.

    “Hazırda prokurorluqda cinayət işinin istintaqı yekunlaşaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. Tezliklə vətəndaşın şikayəti barədə məhkəmədə qanunamüvafiq qərar qəbul ediləcək”, – deyə E.Qasımov qeyd edib.

  • Paytaxtda 3 məktəbdə ənənəvi dərslər bərpa olunub

    Martın 30-da paytaxtdakı 102, 248 nömrəli tam orta məktəblərdə və 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

    Qeyd edək ki, 102 və 248 nömrəli tam orta məktəblərdə, 246 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVİD-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

    Onu da qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

    Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

    Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlığına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

  • В Товузе задержаны подозреваемые в краже драгоценностей

    Сотрудники Товузского районного отдела полиции по подозрению в краже из дома жительницы села Денюк-Гырыглы ювелирных украшений общей стоимостью 25 тыс. манатов задержали Аслана Гулиева и его несовершеннолетнего родственника.

    Об этом сообщили в гянджинской региональной группе пресс-службы МВД.

    В ходе расследования было установлено, что задержанные совершили кражу по заранее составленному плану, а затем продали похищенные драгоценности в Товузе, Гедабее, Шамкире, Гяндже и Баку. Вырученные от продажи деньги они поделили между собой.

    По данному факту ведется расследование.

  • Tovuzda oğurluq edən şəxslər ələ keçdilər

    Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Dönük-Qırıqlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

    Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 25 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

    Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, rayonun Ağacqala kənd sakini Aslan Quliyev və zərərçəkinin yetkinlik yaşına çatmayan qohumu saxlanılıb.

    Araşdırma zamanı məlub olub ki, saxlanılan şəxslər əvvəlcədən planlaşdıraraq oğurluq cinayətini törədib, daha sonra oğurladıqları qızıl-zinət əşyalarını Tovuz, Gədəbəy, Şəmkir, Gəncə və Bakı şəhərlərində müəyyən məbləğə sataraq aralarında bölüşdürüblər. Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

  • Жестокое обращение с бездомными животными в Гяндже – ВИДЕО

    В социальной сети распространились видеокадры, на которых запечатлено бесчеловечное обращение с бездомными животными в Гяндже.

    Сообщается, что водитель Фирудин Садыгов регулярно так жестоко поступает с уличными собаками.

    В Исполнительной власти города Гянджи сообщили, что в настоящее время данный факт расследуется.

  • Gəncədə küçə heyvanlarına qarşı qəddarlıq – VİDEO

    Gəncədə küçə heyvanlarına qarşı qəddarlıq edilib.

    Bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.

    İddiaya görə, 90-HS-369 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Firudin Sadıqov mütəmadi olaraq küçə itlərinə qarşı amansızlıq edir.

    Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda yayılan videogörüntülərlə bağlı məsələ araşdırılır.

  • В МВД произведено новое назначение

    В органах внутренних дел Азербайджана произведено очередное назначение.

    Приказом главы МВД генерал-полковника Вилаята Эйвазова майор Вагиф Алиев назначен начальником следственного отдела Низаминского РУП Главного управления полиции города Гянджи.

    Ранее он работал в Мингячевирском РОП.