Month: March 2021

  • Azərbaycan “Eurovision”da neçənci sırada çıxış edəcək?

    Azərbaycan mayın 18-də “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalında 14-cü çıxış edəcək.

    Bu barədə müsabiqənin rəsmi saytında qeyd olunur.

    İlk üç iştirakçı Litva, Sloveniya və Rusiya təmsilçiləri olacaq.

    Birinci yarımfinalda Azərbaycandan başqa 15 ölkə iştirak edəcək.

    “Eurovision-2021”in ikinci yarımfinalı 17 ölkənin təmsilçilərinin iştirakı ilə 20 mayda baş tutacaq.

    Müsabiqənin mayın 22-də keçiriləcək finalında 26 ölkə iştirak edəcək.

    Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə ləğv edilən yarışma Rotterdamda “Ahoy Arena”da keçiriləcək.

    Qeyd edək ki, ölkəmizi “Mata Hari” mahnısı ilə Samirə Əfəndi təmsil edəcək.

  • İrəvandan gəlmə erməni Qarabağda qan saldı: Kütləvi dava, yoxsa qızışan ədavət?

    Qonşuları ilə mehriban yaşamaq ənənəsinə heç zaman sahib olmayan ermənilər, heç öz aralarında da sülh içində yaşamağı bacarmırlar. Bu dəfə Xankəndidə yerləşən “Sofiya” adlı ticarət mərkəzində ermənilər arasında kütləvi dava baş verib.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Hadisə martın 30-da baş verib. Ticarət mərkəzində baş vermiş davada tərəflər bir-birinə bıçaq xəsarətləri yetiriblər. Yaralanan Ermənistanın Ararat vilayət sakini 31 yaşlı A.M, paytaxt İrəvandan gəlmiş 44 yaşlı A.Karapetyan, həmçinin Xankəndi sakini S.Akopyan xəstəxanaya çatdırılıb.

    Polisin verdiyi məlumata əsasən dava S.Akopyan və Ararat sakini A.M-in paytaxtdan gəlmə A.Karapetyanla mübahisə yaranması nəticəsində alovlanıb və başqa bir neçə nəfər də kütləvi davaya qoşulub.

    Görünən odur ki, davanın paytaxtdan gəlmə erməni ilə əyalətdə yaşayan və İrəvandakıların yağ-bal içində yaşadığını zənn edən Ermənistan vətəndaşı, həmçinin Qarabağda yeni reallıqları qəbul edərək yaşamağa qərar vermiş erməni sakin arasında olması da heç də təsadüfi deyil. Bu xalqın öz içində hər zaman bir-birinə paxıllıq hissinin olması bir yana qalsın, heç İrəvan erməniləri də Ermənistanın əyalətlərində yaşayanları və Qarabağda məskunlaşan erməniləri sevməyiblər.

    Bununla bağlı bir çox faktları sadalamaq mümkündür. Hələ Birinci Qarabağ müharibəsindən sonra ermənilərin özlərinin apardıqları çəkilişlərdə Qarabağda yaşayan ermənilərlə Ermənistandakı ermənilər arasındakı ayrı-seçkiliyin mövcudluğunun əks olunduğu, bununla bağlı fikirlərin səsləndirildiyi kadrları tapmaq heç də çətin deyil.

    İndi isə paytaxtdakıların Qarabağdakıları, Qarabağdakıların isə İrəvandakı erməniləri bütün bəla və müsibətlərdə təqsirli bildiyi bir şəraitdə aradakı ədavətin bu tip kiçik münaqişələr şəklində özünü büruzə verməsi tamamilə təbii bir prosesdir.

    Digər maraqlı bir məqam isə Ermənistan vətəndaşlarının buraya sərbəst daxil olmasıdır. Sözügedən faktda adı hallanan üç nəfərdən ikisi Qarabağa Ermənistandan gəlib. Yəni Azərbaycan ərazisinə sülhməramlıların nəzarət etdiyi dəhliz vasitəsilə daxil olublar. Bu baxımdan onların Qarabağ ərazisində olmasının özü də bir çox mübahisələrə açıq olan sual doğurur.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

    Azərbaycan Ordusunun hərbi qulluqçusu İlkin Zöhrabov həlak olub.

    Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hadisə martın 22-də baş verib.

    Faktla bağlı araşdırma aparılır.

    Mərhum Masallı rayonu Ərkivan qəsəbəsində dəfn olunub.

  • Ceyhun Bayramov Əfqanıstan prezidenti ilə görüşdü

    Düşənbədə keçirilən “Asiyanın ürəyi – İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.

    Bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

    Əfqanistan rəhbəri Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edərək, bu zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb.

    Bu xüsusda, cənab Məhəmməd Əşrəf Qəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi təbriklərini çatdırıb.

    Məhəmməd Əşrəf Qəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş dağıntıların miqyasından xəbərdar olduğunu və bunun təəssüf doğurduğunu qeyd edib.

    Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərindən bəhs edərək, yaxın gələcəkdə həyatın bu ərazilərə geri qayıdacağını vurğulayıb.

    Tərəflər Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər.

    ASAN xidmətin Əfqanıstanda fəaliyyətə başlaması və gələcəkdə bu xidmətin daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatları üçün təlimlərin davam etdirilməsi, habelə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

  • BakuBus передано в управление Азербайджанского инвестиционного холдинга – РАСПОРЯЖЕНИЕ

    Президент Ильхам Алиев 30 марта подписал распоряжение о передаче ООО BakuBus в управление Азербайджанскому инвестиционному холдингу.

    Документ опубликован на сайте prezident.az.

    Бакинскому транспортному агентству поручено решить вопросы, вытекающие из настоящего распоряжения.

  • Prezidentdən “BakuBus”la bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətini Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi ilə əlaqədar sərəncam imzalayıb.

    Bununla bağlı prezident.az saytı məlumat yayıb.

    Bakı Nəqliyyat Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Azərbaycanda bankların dollara olan tələbi yenidən kəskin artıb

    Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

    Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

    Hərracda tələb 80,7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

    Qeyd edək ki, bundan əvvəlki hərracda (18 mart) tələb 54,7 milyon ABŞ dolları təşkil edib və tam qarşılanıb.

  • Azərbaycanda bankların dollara olan tələbi yenidən kəskin artıb

    Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

    Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

    Hərracda tələb 80,7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

    Qeyd edək ki, bundan əvvəlki hərracda (18 mart) tələb 54,7 milyon ABŞ dolları təşkil edib və tam qarşılanıb.

  • AQTA-dan fermada heyvanların kütləvi şəkildə tələf olması barədə AÇIQLAMA

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Tərtər rayonunun Seydimli kəndində fermada xırdabuynuzlu heyvanların kütləvi tələf olunması ilə bağlı açıqlama verib.

    AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin “1003 – Çağrı Mərkəzi”nə Tərtər rayon, Seydimli kənd sakini Mədətov Ramiz Cavanşir oğluna məxsus təsərrüfatda heyvanların tələf olması ilə bağlı daxil olmuş məlumat əsasında qurumun mütəxəssisləri tərəfindən aidiyyəti qurumların, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birlikdə həmin təsərrüfatda araşdırma aparılıb:

    “Araşdırma zamanı heyvanlarda tələfat olduğu müəyyən edilib, kliniki müayinələr aparılıb və tələf olmuş heyvanlardan nümunələr götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

    Aparılan laborator müayinələrin nəticələrinə əsasən, nümunələrdə fasiolyoz xəstəliyinin (helmint xəstəliyi) törədicisi aşkar edilib. Təsərrüfatda mütəxəssislər tərəfindən müvafiq baytarlıq tədbirləri yerinə yetirilib və təsərrüfatın sağlamlaşdırılması ilə bağlı lazımi işlər həyata keçirilib”.

    “Hazırda sözügedən təsərrüfatda xırdabuynuzlu heyvanlar arasında tələfatın qarşısı alınıb.
    Agentlik bir daha vətəndaşlara diqqətli olmağı, heyvanlarda rast gəlinən xəstəlik halları barədə dərhal Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir”, – deyə AQTA-dan qeyd edilib.

  • “Azərbaycan Dəmir Yolları”nda Müşahidə Şurası yaradılır – SİYAHI

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirilməsi Prezidentə və Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilib.

    Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Sərəncamla müəyyən edilib ki, Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.

    Cəmiyyətin yenidən təşkili və ləğvi Prezidentin səlahiyyətlərinə aid edilib. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi də Prezidentin səlahiyyətində olacaq.

    Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə isə həvalə edilib ki, Cəmiyyətin nizamnaməsini və strukturunu təsdiqləsin, nizamnamə kapitalının miqdarını müəyyən etsin.

    Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi, Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi də Azərbaycan İnvestiya Holqindinin səlahiyyətində olacaq.

    Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək səlahiyyəti də Holdinqə verilir.

    Prezidentin digər sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

    Sərəncama əsasən, Müşahidə Şurasının sədri vəzifəsinə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev təyin olunub.

    Müşahidə Şurasının sədri

    Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

    Müşahidə Şurasının üzvləri

    Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

    Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

    Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

    Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.