Month: March 2021

  • Sabah 17 dərəcə isti olacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeronda gecə 5-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Martın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Возбуждено уголовное дело против руководства Алтыагаджского национального парка

    В Хызинский районный отдел полиции поступила информация о незаконной вырубке деревьев в Алтыагаджском национальном парке. В результате проведенного расследования данный факт подтвердился.

    В связи с этим было возбуждено уголовное дело по статье 259.2.4. (незаконная вырубка деревьев с причинением ущерба в крупном размере) УК АР.

    В ходе следствия по уголовному делу были выявлены факты коррупции, допущенные директором национального парка Эльбрусом Алиевым и его заместителем Адалятом Алекберовым, которые нашли свое подтверждение.

    Уголовное дело в ближайшее время будет передано в Хызинскую районную прокуратуру.

  • Altıağac Milli Parkının rəhbərliyi barədə cinayət işi başlandı – RƏSMİ

    Altıağac Milli Parkında külli miqdarda qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb.

    Oxu.Az-a bu barədə Xızı Rayon Polis Şöbəsindən məlumat verilib.

    Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinə Altıağac Milli Parkında ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırma aparılıb.

    Aparılan araşdırmalar zamanı fakt öz təsdiqini tapıb.

    Şöbədən verilən məlumata görə, faktla əlaqəli Xızı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.

    Cinayət işinin istintaqı zamanı milli parkın direktoru Elbrus Əliyev və onun müavini Ədalət Ələkbərovun korrupsiya faktları da ortaya çıxıb.

    Adı çəkilən şəxslərin korrupsiya faktları cinayət işinin araşdırılması zamanı təsdiqini tapıb.

  • Həbs olunan general-leytenant Rövşən Əkbərovdan xəbər var

    Bakı Apellyasiya Məhkəməsində ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.

    “Report” xəbər verir ki, hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.

    Qərara əsasən şikayət təmin edilməyib və R.Əkbərov barəsində Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb və o, həbsdə qalıb.

    Qeyd edək ki, Rövşən Əkbərov Ukraynada qətl törətməkdə təqsirləndirilir.

    Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixində Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.

    Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

    2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, təxminən saat 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

    15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Президент Азербайджана наградил Джамиля Алиева – РАСПОРЯЖЕНИЕ

    Президент Ильхам Алиев 30 марта подписал распоряжение о награждении Джамиля Азиз оглу Алиева орденом “За службу Отечеству” 1-й степени за многолетнюю плодотворную деятельность в развитии здравоохранения в Азербайджанской Республике. 

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev Cəmil Əliyevi təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, C.Əliyev Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

  • В Азербайджане за минувшие сутки выявлено свыше 2 тыс. новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 146 новых случаев инфицирования коронавирусом, 838 человек вылечились и были выписаны домой.

    Об этом 30 марта сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 25 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 259 476 человек, 3 538 – скончались, 237 338 – вылечились, 18 600 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 858 773 теста на COVID-19 (за последние 24 часа – 14 099).

  • Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı iki mini ötdü – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 259 476 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3 538 nəfər vəfat edib, aktiv xəstə sayı 18 600 nəfərdir.

    Ölkədə son sutka ərzində 14 099, hazırkı dövrədək isə 2 858 773 test aparılıb.

  • Ильхам Алиев наградил Мазахира Панахова орденом “Шараф”

    Президент Ильхам Алиев 30 марта подписал распоряжение о награждении Мазахира Мухаммед оглу Панахова орденом “Шараф” за многолетнюю плодотворную деятельность в общественно-политической жизни Азербайджанской Республики.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezidentdən Məzahir Pənahovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Məzahir Məhəmməd oğlu Pənahovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, M.Pənahov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.