Month: March 2021

  • SMS icazə və avtobus qadağası qayıdır? – VİDEO

    “Hazırda sərt karantin tədbirlərinin tətbiq edilməsini məqsədəuyğun hesab etmirəm. Əgər növbəti günlərdə sərtləşdirici tədbirlər görülərsə, bu, SMS icazə sistemi, ictimai nəqliyyatın qadağası, iaşə müəssisələrinin qapadılması və s. barədə qərarlar ola bilər”.

    Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində professor Adil Qeybulla deyib. O bildirib ki, əhali karantin sərtləşməsi ilə bağlı qərarları müsbət qarşılamayacaq:

    “Hazırkı vəziyyətin karantinin sərtləşdirilməsinə əsas vermədiyini düşünürəm Bu rəqəmlər çərçivəsində yoluxma olarsa, hazırkı vəziyyətdə stabil şəkildə davam edə bilərik. Çünki ölkədə həm peyvəndlənmə prosesi aparılır, həm də insanların özündə yoluxduqdan sonra immunitet formalaşıb. Epidemioloji vəziyyət pisləşərsə, artıq situasiyaya uyğun qərarlar veriləcək”.

    A.Qeybulla onu da bildirib ki, maarifləndirici tədbirlərə üstünlük verilməli, qapalı məkanlarda karantin davranış qaydalarına düzgün riayət edilməlidir. Bundan başqa o, ictimai nəqliyyatda ciddi qayda-qanun yaratmağın lazım olduğunu qeyd edib.

  • Torpaq sürüşməsi Astarada sakinləri evsiz qoydu – VİDEO

    Dəniz səviyyəsindən təxminən 650 metr yüksəklikdə yerləşən Şümrüd kəndində ötən il doqquz hektar sahədə torpaq sürüşməsi baş verib. İndi isə həmin ərazidə sürüşmələr hər gün artmaqdadır.

    Baku TV xəbər verir ki, son aylar qeyri-sabit hava şəraiti nəticəsində kənd ərazisindəki sürüşmə daha da aktivləşib. Bir neçə ev qəzalı vəziyyətə düşüb, 150 metr dərinlikdə yarğanlar əmələ gəlib.

    Təhlükəli vəziyyət kənd sakinlərini narahat edir. Sürüşmə böyük ərazini əhatə etdiyindən qarşısını almaq mümkünsüz görünür. Sakinlər kəndin digər ərazisində onlar üçün evlərin tikilməsini xahiş edirlər.

    Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Fəqan Əhmədov bildirdi ki, hələ sürüşmənin ilkin mərhələsində icra aparatı tərəfindən olunan müraciət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirib və burada yaşayan əhalinin təxliyə olunması məsləhət görülüb.

    Qeyd edək ki, Astara Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunan ərazidə yaşayan vətəndaşlar üçün yüngül konstruksiyalı modul tipli fərdi yaşayış evlərinin tikintisi üçün təklif irəli sürülüb və nəticəsi barədə cavab gözlənilir.

    Ətraflı süjeti təqdim edirik:

  • “DOST” mərkəzlərinə yeni səlahiyyətlər verildi – QƏRAR

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə, Sosial Xidmətlər Agentliyinə və “DOST” mərkəzlərinə yeni səlahiyyətlər verilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərarlar imzalayıb. 

    Bundan sonra fövqəladə hallar şəraitində müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülmüş zərərçəkmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən müvafiq işlə təmin ediləcəklər.

    Həmçinin, peşə hazırlığı, yenidən hazırlıq və işə düzəltmə insan alveri qurbanları üçün yardım mərkəzlərinin göndərişi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən həyata keçiriləcək.

    Digər qərardakı dəyişikliyə əsasən, qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sanatoriya-kurort putyovkası ilə (sanatoriya-kurort müalicə yerlərinə gediş-gəliş xərcləri daxil olmaqla) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təmin olunacaqlar.

    Eyni zamanda digər dəyişikliklə şəhid ailəsi statusunun təsdiq edilməsi ilə bağlı vəsiqə ailələrin yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən veriləcək.

    Bundan başqa, kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, işə-götürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən ediləcək.

  • В Баку ожидается метель, температура понизится на 3-5 градусов – ПРЕДУПРЕЖДНИЕ

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов распространила предупреждение в связи с изменением погодных условий.

    В Службе сообщили, что в Баку и на Абшеронском полуострове с утра 12 и до утра 13 марта скорость северо-западного ветра достигнет 15-20 м/с, временами 23-28 м/с, а в некоторых местах полуострова 30-33 м/с. В четверг ожидается дождь, который к полудню 12 марта перейдет в мокрый снег и снег. Во второй половине дня 12 марта ожидается метель, температура воздуха понизится на 3-5 градусов по сравнению с предыдущими днями, а в ночь с 12 на 13 марта составит 0 градусов.

    Начиная с северных и западных районов, с полудня 11 и до утра 13 марта на территории страны ожидается нестабильная погода, временами осадки. Скорость западного ветра составит 15-20 м/с, 12 марта местами 23-28 м/с, с порывами до 30-33 м/с. Температура воздуха по сравнению с предыдущими днями понизится на 5-8 градусов. В горных и предгорных районах есть вероятность образования гололедицы на дорогах.

  • Bakıda çovğun olacaq, temperatur 3-5 dərəcə enəcək – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

    Nazirlikdən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi, martın 11-də arabir yağış yağacağı, 12-də gündüz yağışın sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Martın 12-də günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.

    Martın 11-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

    Qərb küləyi əsəcək, 15-20 m/s, martın 12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

    Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

  • В Шамкире мужчина попал под поезд

    9 марта, около 16:00, в поселке Далляр Шамкирского района под товарный поезд попал Б.Ализаде.

    Об этом сообщает пресс-служба МВД.

    Мужчина, уроженец Гедабейского района, скончался на месте происшествия.

    По данному факту прокуратура Шамкира проводит расследование.

  • Şəmkirdə kişi qatarın altında qalaraq ölüb

    Martın 9-da saat 16 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində yük qatarının yoluna çıxmış Gədəbəy rayon sakini B.Əlizadəni qatar vurub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, o, hadisə yerində ölüb.

    Şəmkir rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Кадры из села Бахтиярлы Губадлинского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Бахтиярлы Губадлинского района.

  • Qubadlının Bəxtiyarlı kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Qubadlı rayonunun Bəxtiyarlı kəndindən görüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • В Баку на берегу моря найдено тело пропавшей женщины

    В Баку найдено тело женщины.

    Как сообщает Report, в январе пропала 38-летняя жительница столицы Севиндж Султанова.

    Ее тело без каких-либо следов насилия было обнаружено на берегу Каспийского моря почти через два месяца.

    По данному факту прокуратура Хатаинского района начала расследование.