Month: March 2021

  • Övladlığa götürmək istəyənlərə dair yaş tələbləri AÇIQLANDI

    Övladlığa götürmək istəyən şəxsə dair yaş tələbləri məlum olub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

    Bildirilib ki, ögey ata və ana, habelə yaxın qohumlar istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri üçün aşağı yaş həddi 25-dir.

    Nikahda olmayanlar üçün aşağı yaş həddi 30, nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

  • “Azəriqaz” SMS bildirişlərinin göndərilməsinə start verdi

    Abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlanılıb.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, təxminən bir ay əvvəl start verilən yeni proqramlaşdırma işləri müvəffəqiyyətlə tamamlanıb.

    Mart ayının 9-dan etibarən bir gün ərzində Bakı şəhəri və Abşeron yarımadasını əhatə etməklə 12 inzibati rayon üzrə SMS bildirişlər birliyin abonent bazasında mövcud olan mobil telefon nömrələrinə göndərilib. Ümumilikdə 61 mindən çox abonenti əhatə edən SMS bildirişlər beş milyon manata yaxın debitor borcun yığımını əhatə edir.

    Ən çox SMS bildirişi Abşeron rayonu üzrə 10 970 abonent alıb.

    Məlumata görə, SMS bildirişlərin göndərilməsi “Azəriqaz” İstehsalat Birliyi üçün də yeni bir təşəbbüs olduğundan bəzi xırda çatışmazlıqlar ola bilər. Bir sutka ərzində 10-a yaxın belə müraciət daxil olub. Əsasən bu müraciətlər bəzi abonentlərin bazadakı mövcud mobil nömrələrinin daha sonra digər şəxslərə satılması və ya bağışlanmasından irəli gələn məsələləri əhatə edir. Əlavə edilib ki, bu halda da çətinliklər tez bir zamanda araşdırılaraq aradan qaldırılır.

    Qeyd edək ki, bundan sonrakı mərhələdə proqram təminatı təkmilləşdirilməklə, SMS bildirişlərin göndərilməsinin ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.

  • Sahibə Qafarova Səudiyyə Ərəbistanının səfiri ilə görüşdü

    Martın 10-da Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Sədr Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib.

    “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin iyulunda bu ölkəyə rəsmi səfərindən sonra əlaqələrimiz daha da inkişaf edib. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri çərçivəsində keçirilən görüşlər və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib”.

    Sədr deyib ki, xalqlarımızın mənafeyinə cavab verən bu münasibətlər parlamentlər səviyyəsində də davam etdirilir.

    “Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının mövcudluğu, deputatlarımızın müxtəlif səviyyəli tədbirlərdə görüşləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmlidir. Spiker hər iki ölkə deputatlarının bir sıra beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlığını qeyd edib.

    Sədr Azərbaycanın apardığı Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini xatırladaraq, Səudiyyə Ərəbistanının müxtəlif beynəlxalq təşkilatlarda davamlı olaraq ölkəmizi dəstəklədiyini, işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığını deyib.

    Spiker Xocalı faciəsi ilə əlaqədar 2015-ci ildə Səudiyyə Ərəbistanı parlamentində keçirilmiş tədbiri yüksək qiymətləndirərək ölkəmizə göstərilən bu diqqəti dost münasibəti kimi dəyərləndirib.

    Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə iki ölkə arasında yüksək səviyyəli bir sıra görüşlərin iştirakçısı olduğunu söyləyib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin əlaqələrimizin inkişafına verdiyi əhəmiyyəti yüksək qiymətləndirib. Qeyd edib ki, ölkələrimiz arasında həyatın müxtəlif sahələrinə aid imzalanmış sənədlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.

    Parlamentlər səviyyəsində əlaqələrin inkişafında dostluq qruplarının rolunu vurğulayan səfir deputatların mütəmadi görüşlərinin əhəmiyyətli olduğunu söyləyib.

    Qonaq 44 günlük Vətən müharibəsi dövründə ölkəsinin burada cərəyan edən hadisələri daim diqqətdə saxladığını, Azərbaycanın müvafiq qurumları ilə təmasda olduqlarını deyib. Erməni işğalından azad olunmuş ərazilərə səfər etdiyini, dağıdılmış binaları öz gözləri ilə gördüyünü, sökülmüş məsciddə namaz qıldığını söyləyib. Bildirilib ki, Səudiyyə Ərəbistanında Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədi ilə bir sıra tədbirlər təşkil olunur, bu haqda məlumatlar kütləvi informasiya vasitələrində geniş yayılır.

    Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • В Азербайджане за минувшие сутки COVID-19 заразились свыше 500 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 515 новых случаев инфицирования коронавирусом, 201 человек вылечился и был выписан домой.

    Об этом 10 марта сообщает оперативный штаб при Кабинете министров.

    За истекший день от COVID-19 скончались еще семь пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 237 775 человек, 3 257 из них скончались, 230 116 – вылечились, 4 402 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 671 613 тестов на COVID-19 (за последние 24 часа – 8 462).

  • Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçdi – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4402 nəfərdir.

    Ölkədə son sutka ərzində 8 462, hazırkı dövrədək isə 2 671 613 test aparılıb.

    Qeyd edək ki, ötən sutka aparılan testlər zamanı 297 nəfərin nəticələri pozitiv çıxmışdı.

  • “Bandotdel” əməliyyat keçirdi: Silahlı şəxs tutuldu

    Ağcabədi rayonunda keçmiş məhkum silahla saxlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Belə ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininə əvvəllər məhkum olunmuş Ağcabədi rayonunda yaşayan Qorxmaz Quluzadənin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı evə baxış zamanı bir ədəd “Kalaşnikov” tipli avtomat, bir ədəd “Makarov” markalı tapança, həmin silahlara məxsus ümumilikdə 26 ədəd patron və iki ədəd sandıqça aşkar olunaraq götürülüb.

    Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qorxmaz Quluzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

  • Bəzi dərsliklərdə nöqsanlar aşkarlandı – RƏSMİ

    Dövlət İmtahan Mərkəzində respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif “Русский язык”, “Литература” və “Fizika” dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.

    DİM-dən verilən məlumata görə, martın 10-da fənlər üzrə işçi qrupları tərəfindən dərsliklər məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.

    Müzakirələr nəticəsində dərsliklərlə bağlı qeyd və təkliflər bildirilib.

    Fənlər üzrə işçi qrupları tərəfindən dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.

  • Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

    Bakı ərazisində günün birinci və ikinci yarısında, eləcə də gecə saatlarında küçələrdə hərəkətdə olan avtomobil sürücülərinin lüzumsuz səs siqnallarından istifadəsi halları artıb. Bu, yolverilməzdir.

    Bu sözləri açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    O bildirib ki, paytaxtın intensiv hərəkət müşahidə edilən küçələrində günün pik saatlarında səsgücləndiricilərdən, müxtəlif avazlı səs siqnallarından ehtiyac olmadığı təqdirdə istifadə etmək qadağandır:

    “Yollarda yolun hərəkətini tənzimləyən yol nişanları qoyulub. Ayrıca Yol hərəkəti haqqında Qanuna, eləcə də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə qeyd olunub ki, həmin səs siqnallarının nəqliyyat vasitəsinə quraşdırılması və istifadəsi qadağandır. Bu, məhkəmə predmeti hesab olunuraq müsadirə edilir və sürücü qanunun tələblərinə müvafiq qaydada cərimə olunur.

    Yol hərəkəti haqqında Qanunun tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız iki halda mümkündür: yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə və yaşayış məntəqələrindən kənarda qarşıda hərəkət edən sürücülərə xəbərdarlıq etmək niyyətilə. Bununla bağlı sürücülərin nəzərinə çatdırırıq ki, lüzumsuz yerə, işıqforun qırmızı işığında, nəqliyyatın sıx olduğu küçə və prospektlərdə səs siqnallarından istifadə etməsinlər. Ətrafda yaşayış məntəqələri var və bu, insanları narahat edir”.

    “Əks təqdirdə bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə oluna bilərlər. Bir daha sürücülərdən xahiş edirik ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər”, – deyə Vaqif Əsədov qeyd edib.

  • Azərbaycan Ordusu 100-dək tank və 10 min nəfərlə təlimlərə başlayır – RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

    Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

    Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

  • В Азербайджане стоимость проезда на общественном транспорте будет зависеть от расстояния – ВИДЕО

    Внедрение нового тарифного механизма в сфере общественного транспорта в Азербайджане не следует понимать как увеличение стоимости проезда. Если нет изменений в тарифе, то не может быть речи о повышении цены.

    Об этом в эфире передачи Nə baş verir? (“Что происходит?”) на телеканале ARB24 заявил эксперт по транспорту Ясин Мустафаев.

    По его словам, новый механизм предусматривает оплату пассажирами стоимости проезда в соответствии с преодоленным расстоянием.

    “Он применяется в некоторых зарубежных странах. Если подойти к вопросу объективно, то увидим, что здесь существует определенная несправедливость. И внедрение нового механизма неизбежно. Это неправильно, когда пассажирам, которые ездят на общественном транспорте на разные расстояния, приходится платить одну и ту же сумму. Новый механизм не должен рассматриваться, как повышение тарифов или стоимости проездов. Возможно, некоторые пассажиры будут платить немного больше, но за пройденный путь”, – сказал Я.Мустафаев.

    Эксперт также отметил, что все общественные транспортные средства должны быть технически готовы к внедрению нового механизма.

    “Считаю, что в автобусах большой вместимости, закупленных недавно Бакинским транспортным агентством, эти системы есть. Пассажир будет предъявлять свою проездную карту при посадке и выходе из автобуса или метро, что позволит автоматически рассчитать расстояние и списать необходимую сумму”, – сказал он.