Month: March 2021

  • Yeni mexanizm: İctimai nəqliyyatda məsafəyə uyğun ödəniş ediləcək – VİDEO

    İctimai nəqliyyatda yeni tarif mexanizminin tətbiq edilməsi gediş haqqı qiymətinin artımı kimi başa düşülməməlidir. Tarifdə dəyişiklik olmazsa, qiymət artımından söz gedə bilməz.

    Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.

    O bildirib ki, bu mexanizmə əsasən, sərnişinlər gediş haqqını gedəcəkləri məsafəyə uyğun ödəyəcəklər:

    “Bəzi xarici ölkələrdə ictimai nəqliyyatda fərqli mexanizm tətbiq edilir. Onlarda sərnişinin ödədiyi gediş haqqı məsafəyə görədir. Bizdə isə bu, belə deyil. Məsələyə obyektiv yanaşsaq, burada ədalətsizliyin olduğunu görərik. İctimai nəqliyyatda belə bir prosesin baş verməsi labüd idi. Pandemiyadan sonra bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də daha təkmilləşdirilmiş və səmərəli mexanizmlər tətbiq olunmalıdır. Bir ictimai nəqliyyatdan istifadə edərək qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişinin eyni məbləği ödəməsi düzgün yanaşma deyil. Bu mexanizmi tarifin və qiymətlərin qalxması kimi düşünməməliyik. Ola bilsin ki, bəzi sərnişinlər əvvəl ödədiyi gediş haqqından bir az daha artıq ödəyəcək. Bir çox sərnişin isə getdiyi yol qədər ödəyəcək”.

    Ekspert onu da qeyd edib ki, bütün ictimai nəqliyyat vasitələri yeni mexanizmə texniki cəhətdən hazır olmalıdır:

    “Hesab edirəm ki, BNA-nın son dövrlər aldığı iri tutumlu avtobuslarda bu sistemlər var. Sərnişin avtobus və ya metroya daxil olanda da, düşəndə də öz kartını oxudacaq və onun gediş məsafəsi avtomatik hesablanaraq kartından çıxılacaq”.

  • İlon Maskın sərvəti bir sutkada fantastik dərəcədə artdı

    “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskın sərvəti rekord sıçrayış edərək bir gündə 25 milyard dollar artıb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    “Bloomberg Billionaires Index”də hazırda İlon Maskın sərvəti 174 milyard dollar olaraq qeyd olunur.

    O, 180 milyard dollar sərvəti olan “Amazon” rəhbəri Ceff Bezosdan sonra ikinci pillədə qərarlaşıb.

    Son sutka ərzində həmçinin Bezosun da sərvəti 5,95 milyard dollar artıb.

  • Rusiyada azərbaycanlı milyonçu saxlanıldı

    Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt-Peterburqda “TD Intertorg” (“Spar” və “Narodnaya semya” mağazalar şəbəkəsi) şirkətinin sabiq rəhbəri Allahverdi Abdulayev saxlanılıb.

    Bu barədə RBK məlumat yayıb.

    Azərbaycanlı iş adamı 8 milyard rublu mənimsəməkdə şübhəli bilinir. A.Abdulayev saxlanılarkən onunla birgə şirkətin hüquqşünası və maliyyə direktoru da olub.

    ///Baku.ws

  • Hökumətin 41 səhmdar cəmiyyəti özəlləşdiriləcək

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.

    Dövlət xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 6 aprel tarixində təşkil ediləcək. Hərraca 65 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 41-i isə səhmdar cəmiyyətidir. 

    Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

    Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

    Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər. 

  • İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    Söhbət zamanı bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

  • Bakıda dəhşətli intiharın pərdəarxası: Biri digərini xilas etmək istəyərkən yıxılıb?

    Bakıda dünən birgə intihar etdikləri deyilən iki şagirddən biri – Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir.

    “Qafqazinfo”nun əməkdaşları bu gün Ə.Səmədovanın ailəsinin Qobu qəsəbəsində yerləşən evində olublar.

    Ailə üzvləri bu gün 17 yaşlı Əfruzu dəfn etməyə hazırlaşırlar, buna görə də onlar hadisə barədə ətraflı danışmağa hazır olmadıqlarını bildiriblər.

    Rəssamlıqla məşğul olan Əfruzun babası qısa söhbət zamanı qeyd edib ki, nəvəsi heç də intihara meyilli olmayıb və bu addımı atmayıb. Babanın sözlərinə görə, sinif yoldaşı Mətanət yıxılarkən Əfruz onu tutmağa çalışıb. Bu zaman Mətanətin ağırlığından nəvəsi də onun arxasınca yıxılıb.

    Əfruz evin yeganə övladı olub.

    Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.

  • Ильхам Алиев наградил Бейляра Эюбова – РАСПОРЯЖЕНИЕ

    10 марта Ильхам Алиев подписал распоряжение о награждении Бейляра Эюбова орденом “Шараф” за эффективную деятельность в Службе безопасности Президента Азербайджана, профессиональное выполнение служебного долга.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevdən Bəylər Eyyubovla bağlı SƏRƏNCAM

    Azərbaycan Prezidenti İlham Əliyev Bəylər Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov təltif edilib.

  • Azərbaycanın Xalq rəssamı vəfat edib

    Azərbaycanın Xalq rəssamı dünyasını dəyişib.

    “Report”un məlumata görə, Mirnadir Zeynalov 79 yaşında vəfat edib.

    Qeyd edək ki, Mirnadir Mirəli oğlu Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində anadan olub. 1963-сü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib.

    Mirnadir Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlardandır. O, 1976-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. Hindistanda yaradıcılıq ezamiyyətində olan rəssamın 1985-1987-ci illərdə bu ölkəyə həsr olunmuş iki fərdi sərgisi keçirilib. M.Zeynalovun Hindistan mövzulu əsərləri arasında “Çay kənarı”, “Hind məbədi”, “Hind həyəti” və s. mənzərələri, habelə “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” və digər portretləri maraq doğurur.

    Fırça ustasının əsərlərində Abşeronun sərt təbiəti, mənzərələri mühüm yer tutur. Yaradıcılığının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayan rəssam realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretlərini çəkib. Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri də aparıcı mövqeyə malikdir.

    M.Zeynalov Hindistan, Şri-Lanka, İran, İraq, Misir, İtaliya, Malta və s. ölkələrə səyahət edib, xalqların qədim inancları və ənənəvi simvolları ilə tanış olub. Gördüklərini yeni yaradıcılıq üslubunda, özünəməxsus şəkildə təqdim edə bilib.

    Gürcüstan, ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Bolqarıstan və s. ölkələrdə baş tutan sərgilərdə iştirak edən sənətkar bir sıra beynəlxalq incəsənət layihələrində də təmsil olunub. O, Londonda təqdimatı olan “Bakıya uçuş. Azərbaycanın müasir incəsənəti” (“Fly to Baku. Contemporary art from Azerbaijan”) beynəlxalq layihəsinin fəxri iştirakçısı olub. Sənətkarın əsərlərinin də yer aldığı bu səyyar sərgi (2012-2013) Heydər Əliyev Mərkəzi (Bakı), İncəsənət Tarixi Muzeyi (Vyana, Avstriya), XXI əsr Müasir İncəsənət Muzeyi (Roma, İtaliya), “MeCollektor Room” Qalereyası (Berlin, Almaniya) və s. sənət ocaqlarında nümayiş olunub.

    M.Zeynalov SSRİ İncəsənət Akademiyasının diplom və medallarına layiq görülüb. Rəssam 1989-cu ildə Bakıda keçirilən “Xəzəryanı ölkələrin rəssamlarının bienallesi”ndə bürünc medalla mükafatlandırılıb, “Təsviri sənətdə nar obrazı” beynəlxalq müsabiqəsində qalib olub.

    M.Zeynalovun əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya Bədii Fondunda və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə “Sotbis” (London) hərracına da çıxarılıb.

    Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Yeni Era” Dünya Sənət Akademiyasının həqiqi üzvü olan tanınmış fırça ustası 1992-ci ildə respublikanın Əməkdar rəssamı, 2006-cı ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü olub.

  • В Азербайджане восстановят систему SMS-разрешений и запрет на работу автобусов? – ВИДЕО

    Азербайджанский профессор Адиль Гейбулла считает нецелесообразным в настоящее время ужесточать карантинные меры в стране.

    Об этом он заявил в эфире передачи Nə baş verir? (“Что происходит?”) на телеканале ARB24.

    “Но если все же в ближайшие дни будет принято такое решение, то вполне возможно восстановление системы SMS-разрешений, запрета на работу общественного транспорта, закрытие предприятий общепита и тому подобное”, – добавил А.Гейбулла.

    Также он отметил, что население республики не воспримет решение о принятии жестких мер с одобрением.

    “Думаю, что текущая ситуация не дает оснований для ужесточения карантинного режима. Если суточные показатели инфицирования будут сохраняться, то ситуация останется стабильной. Так как в стране проводится вакцинация, а у переболевших людей уже сформировался иммунитет. В случае ухудшения эпидемической ситуации, естественно, будут приниматься соответствующие решения”, – сказал профессор.

    А.Гейбулла также призвал уделять пристальное внимание просветительским мероприятиям и правильно соблюдать правила карантинного режима в закрытых помещениях.

    Кроме того, отметил он, необходимо установить более строгие правила поведения в общественном транспорте.