Month: March 2021

  • Polşada aeroportda koronavirus xəstələrini itlər aşkarlayacaq

    Polşa COVID-19 daşıyıcılarını müəyyənləşdirmək üçün xidməti itlərdən istifadə etməyi planlaşdırır.

    Mk.ru bu barədə ölkə mətbuatında yer alan məlumatlara əsasən xəbər yayır.

    Bildirilir ki, heyvanlar biomaterialların köməyi ilə koronavirusu olan insanları xəstəliyi keçirən, yoluxmayan və ya peyvənd edilməyənlərdən qoxlayaraq fərqləndirməyi öyrənəcəklər.

    İtlərin ilk qrupu labradorlardan və bir ingilis koker-spanielldən təşkil edilib. Onlar səkkiz həftəlik kurs keçəcək və hava limanlarında çalışacaqlar.

  • В Баку автомобиль сбил 92-летнюю женщину

    В Ясамальском районе столицы в результате ДТП на улице Акима Аббасова пострадала пожилая женщина, сообщает АПА.

    Легковой автомобиль сбил Халиду Аллахъярову (1929 г.р.).

    Пострадавшая была госпитализирована, ей оказана первая помощь. Состояние Х.Аллахъяровой оценивается как стабильное.

    По данному факту ведется расследование.

  • Bakıda 92 yaşlı qadını maşın vurdu

    Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı yaşlı qadın xəsarət alıb.

    APA xəbər verir ki, qəza Akim Abbasov küçəsində baş verib.

    1929-cu il təvəllüdlü Allahyarova Xalidə Səftər qızı yolu piyadaların keçidi üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

    Yaralı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti nisbətən yüngüldür.

    Fakt araşdırılır.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 10 марта, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 118 161 819.

    Суточный прирост составил 412 019.

    За весь период пандемии скончались 2 622 136 человек, выздоровели – 93 846 272.

    Больше всего инфицированных в США – 29 801 506. На 2-м месте – Индия (11 262 707), 3-м – Бразилия (11 125 017). В первую пятерку также входят Россия (4 342 474) и Великобритания (4 228 998).

    По числу жертв инфекции и выздоровевших лидируют Соединенные Штаты – 540 574 и
    20 549 678 соответственно.

    Турция (2 807 387 заболевших) занимает 9-е место, Иран (1 706 559) – 15-е.

    В Армении COVID-19 заболели 175 198 человек, в Грузии – 273 137.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России – 89 809 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 237 260 случаев инфицирования коронавирусом, 229 915 человек вылечились, 3 250 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 118 161 819 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 622 136 xəstə ölüb, 93 846 272 nəfər sağalıb.

    Avropada 35 375 044, Şimali Amerikada 34 227 476, Asiyada 25 715 585, Cənubi Amerikada 18 779 624, Afrikada isə 4 011 465 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (29 801 506 nəfər), Hindistan (11 262 707 nəfər), Braziliya (11 125 017), Rusiya (4 342 474 nəfər) və Böyük Britaniyadır (4 228 998 nəfər).

    Türkiyədə 2 807 387, İranda 1 706 559, Gürcüstanda 273 137, Ermənistanda isə 175 198 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (89 809 nəfər), İranda (60 867 nəfər) və Türkiyədədir (29 160 nəfər).

    Azərbaycanda koronavirusa yoluxan 237 260 nəfərin 3 250-si ölüb, 229 915-i sağalıb.

  • Aİ yeni koronavirus sertifikatlarının təqdim ediləcəyi vaxtı açıqladı

    Avropa İttifaqı (Aİ) may ayından etibarən yeni koronavirus sertifikatlar təqdim edə bilər.

    RT-nin məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Tomaş Petrijek məlumat verib.

    Bundan əvvəl, Avropa Komissiyası vaksinasiya barədə sertifikatın Avropa İttifaqına təhlükəsiz səyahəti təmin etmək üçün yaradıldığını bildirib.

    Sənədin yaradılması üçün ən azı üç ay lazımdır.

    Həmçinin ÜST peyvənd sertifikatları üçün təlimatlar hazırlamaq niyyətindədir.

  • Koronavirus vaksini ilə bağlı diqqət çəkən araşdırma

    Koronavirusa qarşı “Pfizer/BioNTech” vaksininin COVID-19-un “Braziliya ştamı”na (P.1) təsiri müəyyənləşib.

    “New England Journal of Medicine”də bu barədə araşdırma dərc edilib.

    İki özəl tibb şirkətinin və Texas Universitetinin alimləri P.1 mutasiyası ilə eyni sünbül zülalı mutasiyaları olan virus versiyasını istehsal ediblər.

    “Pfizer” peyvəndi olan insanlardan alınan qan nümunələrində laboratoriyada istehsal olunan virus test olunub.

    Sünbül zülalı virusun insan hüceyrələrinə daxil olmaq üçün istifadə olunan bir hissəsi olaraq bilinsə də, əksər peyvəndlər virusun bu tərəfini hədəf alır.

    Araşdırma zamanı məlum olub ki, qandakı antikorlar test virusunu təsirsiz hala gətirə bilir.

  • Sevgilisi tərəfindən yandırılan oğlanın anası danışdı – TƏFƏRRÜAT + VİDEO

    Bərdə rayonunda sevgilisi tərəfindən yandırılan oğlandan xəbər var.

    1996-cı il təvəllüdlü Əliəhəd Eyvazovun üzərinə kimyəvi maye tökülərək yandırılması ilə bağlı zərərçəkənin anası Sevil Eyvazova Baku TV-yə danışıb.

    S.Eyvazova bildirib ki, oğlu bərdəli qızla 2-3 il olar ki sevgili olub:

    “Mən özüm də Bərdədə qızgilin ailəsində olmuşam. Onlara da bildirmişəm ki, mənim oğlum subaydır ona dul qız ala bilmərəm. O qızın 34 yaşı var. Neçə ildir mənim oğlumdan istifadə edir. Son hadisə zamanı da oğlumu qızın atası çağırdı ki, gəl kişi kimi söhbət edək. Oğlum söhbət zamanı bildirib ki, artıq hər şey qutarıb. Qızın atası da deyib ki, gəl gedək bizə, bunu qızıma de. Əliəhədi aparıb başına bu oyunu açıblar”.

    S.Eyvazova iddia edir ki, oğlunu balta ilə öldürmək istəyiblər.

    Ətraflı süjeti təqdim edirik:

  • Sənədsiz evlərin inventarlaşdırılması aparılır

    Azərbaycanda sənədsiz yaşayış evlərinin inventarlaşdırılması həyata keçirilir.

    Bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

    Sənəddə qeyd edilib ki, ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib. Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.

    Hesabatda nəzərə çatdırılır ki, hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. Eyni zamanda yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.

    Sənəddə qeyd edilib ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.

  • Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Poladov Əbdüləli Zakir oğlu xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının əziyi diaqnozu qoyulub.