Month: March 2021

  • Şəhid XTQ kapitanının övladı dünyaya gəldi

    Bu gün XTQ-nin şəhid kapitanı, dağ kəşfiyyatçısı Nurlan Mustafayevin oğlu dünyaya gəlib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, şəhidin oğluna atasının adı verilib.

    Qeyd edək ki, Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub.

    O, ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

  • ABŞ-da on iki ştat rəhbərliyi Co Baydenə qarşı vəsatət qaldırdı

    ABŞ-da Missuri də daxil olmaqla 11 ştat rəhbərliyi Prezident Co Baydenin və adminstrasiyasının xalqın sağlamlığı və ətraf mühitin qorunması ilə bağlı fərman imzaladığına görə məhkəməyə müraciət ediblər.

    “Fox News” xəbər verir ki, iddiaçılar federal tənzimləyici orqanların səlahiyyətlərinin genişləndirilməsinin ciddi iqtisadi ziyana səbəb ola biləcəyinə inanırlar.

    Buna görə Arkanzas, Arizona, İndiana, Kanzas, Montana, Nebraska, Ohayo, Oklahoma, Cənubi Karolina, Tennessi və Yutadan olan həmkarları Missuri Baş Prokuroru Erik Şmitt tərəfindən irəli sürülən iddiaya qatılıb.

    İddiaya görə, qərar hakimiyyətdə bölgü prinsipini pozur.

    Bildirilir ki, bu dövlət xərcləri 9,5 trilyon dollar təşkil edir:

    “Əslində bu nəhəng rəqəm federal tənzimləyicilərin gücünün amerikalıların həyatının hər tərəfinə- maşınlarından soyuducu və evlərinə, qida və elektrik enerjisi ödəmələrinə müdaxilə edən böyük genişləndirilməsinə haqq qazandırmaq üçün istifadə ediləcək”, – deyə vəsatətdə bildirilir.

    Bayden vəzifəyə başladığı ilk gün ölkədə istixana qazlarının köklü şəkildə azaldılmasını nəzərdə tutan “Paris İqlim Sazişi” çərçivəsində öhdəliklərə qaytarmağı nəzərdə tutan fərman imzalayıb.

    2018-ci ildə Ağ Evin sahibi olan Donald Tramp “ABŞ iqtisadiyyatının inkişafını ləngidən” müqavilədən çəkilməyə qərar vermişdi.

  • Bakıda mənzildən kişi meyiti tapıldı

    Paytaxtın Sabunçu rayonunda mənzildən kişi meyiti tapılıb.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, nazirliyin 112 – qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Pototskiy Mixail Yevqenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Kakao haqqında bilmədikləriniz. Ən çox da orta yaşdan yuxarı olanlara kakao içmək…

    Kakao öz gözəl dadı ilə yanaşı insanlara enerji və sağlamlıq bəxş edir. Kakao haqqında aşağıdakıları bilirdinizmi?
    * Kakao virus infeksiyaları zamanı xəstəliyin əlamətlərini azaldır.
    * Kakao yaddaşı möhkəmləndirir, diqqətin cəmlənməsinə yardım edir.
    * Kakao beyin qan dövranını yaxşılaşdırır və beyin fəaliyyətini sürətləndirir.
    * Kakao qanda xolesterinin miqdarını azaldır.
    * Tərkibində olan mikroelementlər və sinkin çox olması onu orqanizm üçün çox faydalı edir.
    * Kakaonun tərkibində yağlar, zülallar, karbohidratlar və B qrup vitaminləri var.
    * Kakao orqanizmdə yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir.
    * Kakaonun tərkibində olan epikatexin orqanizmi bir çox təhlükəli xəstəliklərdən qoruyur.
    * ABŞ-da alimlərin araşdırmaları istənilən qədər içilən kakaonun insanda çəki artımına səbəb ola bilməyəcəyini sübut edib.
    * Kakao içmək dəridə təbii melaninin normada qalmasına səbəb olur, buna görə də kakaodan çox istifadə edən adamların dərisində piqment ləkələri əmələ gəlmir.
    Aşağıdakı qaydada kakao dəmləyib içsəniz dadı daha da gözəl, tərkibi isə daha çox faydalı olar.
    Kakao, darçın və mixək qarışımından hazırlanmış içki əsasən də qış aylarında orqanizmi isitməklə soyuqdan qoruyur.

    Kakaonun tərkibində olan maqnium, vitaminlər və antioksidantlar onun orta yaşlı adamlar üçün daha faydalı olduğunu göstərir. Bu səbəblərinə görə həkimlər 40 yaşından yuxarı olan adamlara hər gün kakao, darçın və mixəkdən hazırlanan qarışımı içməyi məsləhət bilir. Çünki, bu qarışım qan dövranını yaxşılşdırır, orqanizmdəki iltihabi prosesləri sağaldır. Qarışım aşağıdakı qaydada hazırlanır:
    * 2 stəkan inək südü
    * ½ xörək qaşığı kakao
    * 1 çay qaşığı darçın
    * ½ cay qaşığı üyüdülmüş mixək
    * ¼ çay qaşığı şəkər tozu ( zövqə görə)
    Hazırlanması:
    Ərzaqlar qazana tökülür və qarışdıra-qarışdıra odun üstündə qaynayana qədər bişirilir. Qaynadıqda isə odun üstündən götürülür və bir az soyuduqdan sonra isti halda içilir.

  • Azərbaycan İndoneziyaya humanitar yardım göstərib

    Azərbaycan hökuməti İndoneziyaya 50 min ABŞ dolları məbləğində humanitar yardım göstərib.

    BAKU.WS xəbər verir ki, bu barədəXİN-dən məlumat verilib.

    Bildirilib ki, yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti vasitəsilə baş tutub.

    İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti tərəfindən göstərilmiş humanitar yardıma görə başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarlıq bildirilib.

    Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında Rixter cədvəli üzrə 6,2 bal gücündə baş vermiş zəlzələ 27 nəfərin ölümünə, 600 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın evə ziyan dəyib, 10 yaşayış evi isə tamamilə dağılıb.

  • Koronavirusla bağlı sosial şəbəkədə yalan məlumat yayan 40 nəfər həbs edilib

    Ötən il ölkədə koronavirus infeksiyası ilə bağlı sosial şəbəkələrdə yalan məlumat yayan 100 nəfər müəyyən edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

    Hesabatda bildirilib ki, onlardan 60 nəfər cərimələnib, 40 nəfər isə məhkəmə qərarı ilə inzibati həbs olunub.

    Həmçinin, il ərzində karantin qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratma faktlarına görə 696 cinayət işi başlanıb. Həmin cinayət işləri üzrə 42 nəfər həbs edilib, 4 nəfər polisin nəzarətinə verilib.

  • Macarıstan XİN başçısı Azərbaycana gəlir

    Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycana işgüzar səfər edəcək.

    Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

    Səfər sabah baş tutacaq.

  • Astarada torpaq sürüşməsi baş verib

    Astarada baş vermiş torpaq sürüşməsi 20-yə yaxın ailə üçün təhlükə yaradıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, son aylar qeyri-sabit hava şəraiti nəticəsində rayonun Şümrüd kəndində sürüşmə daha aktiv fazaya keçib. Bir neçə ev qəzalı vəziyyətə düşüb, 150 metr dərinlikdə yarğanlar əmələ gəlib.

    Dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə yerləşən Şümrüd kəndində ötən il 9 hektar sahədə torpaq sürüşməsi baş vermişdi. İndi isə sözügedən ərazidə sürüşmələr hər gün artmaqdadır. Təhlükəli vəziyyət 200-ə yaxın təsərrüfatı olan kənddə yaşayan sakinləri narahat edir. Sürüşmə böyük ərazini əhatə etdiyindən qarşısını almaq mümkünsüz görünür. Dolanışıqları arıçılıq və heyvandarlıqdan çıxan sakinlər kəndin digər ərazisində onlar üçün evlər tikilməsini xahiş edirlər.

    Məsələ ilə bağlı Astara RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Fəqan Əhmədovildirib ki, hələ sürüşmənin ilkin mərhələsində Astara Rayon İcra Hakimiyyəti tərəfindən olunmuş müraciət əsasında Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri əraziyə baxış keçiriblər:

    “Verilən rəyə əsasən, Şümrüd kəndində 9 hektar torpaq sahəsində baş vermiş torpaq sürüşməsinin aktiv fazada olması qeyd olunub. Burada yaşayan əhalinin təxliyə olunması məsləhət görülüb. Burada yerləşən 18 fərdi yaşayış evindən birinin qəzalı vəziyyətdə olduğu bildirilib. Qalan evlərin texniki vəziyyəti qənaətbəxş hesab edilib. Amma hazırda sürüşmə daha da aktivləşib və burada yerləşən torpaq sahələrinin müəyyən hissəsində sürüşmə baş verib. Nəticədə 8 fərdi yaşayış evi üçün təhlükəli vəziyyət yarandığından həmin evlərin sakinləri təxliyə edilib, qohumlarının evlərində yerləşdirilib. Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuş ərazidə burada yaşayan vətəndaşlar üçün yüngül konstruksiyalı modul tipli fərdi yaşayış evlərinin tikintisindən ötrü təklif irəli sürülüb və nəticəsi barədə cavab gözlənilir”.

  • Çempionlar Liqası: Hansı oyun, hansı kanalda?

    Çempionlar Liqasının 1/8 final mərhələsində bu gecə keçiriləcək iki cavab oyununa Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.

    Qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:

    AZƏRBAYCAN

    “CBC Sport”

    00:00.”Yuventus” – “Portu”

    TÜRKİYƏ

    BeIN Sports HD 1

    00:00.”Yuventus” – “Portu”

    BeIN Sports 2

    00:00. “Borussiya” (Dortmund) – “Sevilya”

    RUSİYA

    “Matç TV”

    00:00. “Yuventus” – “Portu”

    “Futbol 1”

    00:00. “Borussiya” – “Sevilya”

    “Futbol 2”

    00:00. “Yuventus” – “Portu”

  • Bakıda intihar edən yeniyetmə qızların kimliyi bilindi

    Bakıda intihar edən iki yeniyetmə qızın kimliyi məlum olub.

    İntihar edənlər Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızıdır.

    Qeyd edilib ki, hər ikisi 2004-cü il təvəllüdlüdür və Qobu qeydiyyatındadır.