Month: March 2021

  • İcazə verilməyən ərazilərdə tikilən evlərlə bağlı AÇIQLAMA

    “Vətəndaşlar tərəfindən icazəsiz mühafizə zonalarında yaşayış və qeyri-yaşayış obyektləri inşa edilib ki, bu da infrastrukturla bağlı müəyyən problemlər yaradır”.

    Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev “Vergilər” sosial-iqtisadi onlayn qəzetə müsahibəsində məlumat verib.

    Strateji obyektlərin mühafizə zonalarında yerləşən torpaqlarda tikilən fərdi evlərlə bağlı məsələyə aydınlıq gətirən Ş.Abdullayev bildirib ki, bununla əlaqədar Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə “Gərginliyi 1000 voltadək və 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalar”ı təsdiq edilib:

    “Qaydalara əsasən, mühafizə zonaları gərginliyi 20 kv-a qədər olan elektrik şəbəkəsindən 10 metr, 35 kv-lıq 15 metr, 110 kv-lıq 20 metr, 150 kv-lıq 25 metr, 220 kv-lıq 25 metr, 330-500 kv-lıq 30 metr müəyyən edilib. Nazirlər Kabinetinin müvafiq qərarları ilə su mühafizə zonalarının, istismar olunan ixrac boru kəmərlərinin, qaz təchizatı xətlərinin, dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğularının, avtomobil və dəmiryollarının, Xəzər dənizinin və digər kommunikasiya xətlərinin mühafizə zonaları müəyyən edilib. Qanunvericiliklə bu mühafizə zonalarında tikinti işləri icazə əsasında aparılır.

    Əmlak Məsələləri Dövlət Xidməti bu məsələlərlə bağlı geniş maarifləndirmə işləri aparır. İnfrastruktur obyektlərinə problem yaratmayan, lakin qanunsuz inşa edilmiş tikililərin bir hissəsi ilə bağlı rayon icra hakimiyyətlərində yaradılmış komissiyalar tərəfindən inventarlaşma işləri aparılıb”.

  • “Azəriqaz”: “Bir qrup abonentin qaz təchizatında fasilə olacaq”

    Gün ərzində təbii qazdan üç qanunsuz istifadə halı aşkarlanıb.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, “Təmiz Qaz” QSC ilə birgə aparılan yoxlamalar zamanı Sabunçu rayonu, “Maştağa-2” qaz paylayıcı stansiyadan qidalanan iki qaz xəttində üç yerdə təbii qazdan qeyri-qanuni istifadə faktları aşkarlanıb.

    Qaz xətlərinə qeyri-qanuni müdaxilə etməklə Müharibə və əmək əlilləri üçün pansionatın normal rejimdə qaz almasına maneçilik yaradılıb.

    Birliyin Bakı Regional Qazın Satışı Departamenti aşkarlanan hallarla bağlı müvafiq prosedurların icrasını nəzarətə götürüb. Qeyri-qanuni xətlərin ləğv edilməsi zamanı Müharibə və əmək əlilləri üçün pansionatın qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb.

    Qeyd edilib ki, təmir müddətində həmin xətdən qaz alan bir qrup abonentin də qaz təchizatında fasilə olacaq. Bərpa işlərinin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.

  • Nazirlər Kabineti: Şuşanın su təchizatı bərpa edilib

    Cəbrayıl rayonu ərazisində İran İslam Respublikası ilə həmsərhəd Araz çayı üzərində tikilmiş ümumi sututumu 1.6 mlrd kubmetr olan Xudafərin su anbarının idarə olunmasında Azərbaycanın iştirakı təmin olunub. Nəticədə təxminən 250 min hektar torpaq sahəsinin su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına və elektrik enerjisi istehsalına şərait yaranacaq.

    Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında deyilir.

    Hesabatda qeyd olunub ki, Daşaltı kəndinin içməli su təchizatı sistemində baş vermiş qəzalar aradan qaldırılıb, təmir-bərpa işlərindən sonra Şuşa şəhərinə içməli suyun verilişi təmin olunub, dayanıqlı su təchizatının təşkili və Kiçik Kirs mənbəyindən asılılığın aradan qaldırılması üçün zəruri tədbirlər görülərək şəhərin içməli su təminatını həyata keçirən Zarıslı mənbəyinin məhsuldarlığı artırılıb.

  • Elektron siqaretlərin aksiz dərəcələri 5 dəfə artırıldı

    Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri 20 manatdan 100 manata qaldırılıb.

    “Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Bununla yanaşı, Azərbaycanda qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi təklif olunaraq hər kiloqrama görə 30 manat müəyyən edilib.

    Qeyd edək ki, indiyədək qəlyan üçün tütünlər aksiz vergisindən azad idi.

  • Azərbaycanda buğdanın idxalı və satışı üç il vergidən azad edildi

    Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad edildi.

    “Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Vergidən azadetmə 2024-ci ilədək davam edəcək.

    Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

    Digər bir dəyişikliklə isə kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

    Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilmişdi.

  • Ötən il Azərbaycanda neçə xəstəyə böyrək köçürülüb? – RƏSMİ

    Ötən il Azərbaycanda 18 xəstəyə böyrək köçürülüb.

    Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yazılıb.

    Bildirilib ki, daha 14 xəstənin əməliyyat vaxtı təyin edilib.

    Bildirilib ki, Azərbaycanda 689 süni böyrək cihazı ilə təchiz edilən 45 hemodializ mərkəzi mövcuddur.

  • Azərbaycanda hava ilə bağlı erkən xəbərdarlıq sistemi yaradılır

    Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinə adaptasiya çərçivəsində təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan parnik qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir.

    Qeyd olunan saziş, həmçinin ölkələrin iqlim dəyişmələrinin təsirlərinə adaptasiyası məsələlərini əhatə edir. O cümlədən, Sendal çərçivə proqramında 2030-cu ilədək ölkələrdə təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sisteminin yaradılmasının zəruriliyi göstərilir.

    Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın “BARON” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb. Bununla da İqlim Dəyişmələri üzrə Tərəflərin 26-cı Konfransı ərəfəsində Azərbaycan konvensiyanın prinsiplərinə öz sadiqliyini növbəti dəfə təsdiq edib.

    Ümumiyyətlə Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb. Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb.

    Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir. Belə sistemlərdən ikisi Şamaxı və Göygöl rayonlarında 9 mart 2021-ci il tarixində istifadəyə verilib. Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Zoltan Szalai, “Spesosnasheniya” şirkətinin rəhbəri Aliya Nurakişeva iştirak edib.

  • Ötən il Azərbaycanda neçə xəstəyə böyrək köçürülüb? – RƏSMİ

    Ötən il Azərbaycanda 18 xəstəyə böyrək köçürülüb.

    Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yazılıb.

    Bildirilib ki, daha 14 xəstənin əməliyyat vaxtı təyin edilib.

    Bildirilib ki, Azərbaycanda 689 süni böyrək cihazı ilə təchiz edilən 45 hemodializ mərkəzi mövcuddur.

  • Обнародовано число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 297 новых случаев инфицирования коронавирусом, 126 человек вылечились и были выписаны домой.

    Об этом 9 марта сообщает оперативный штаб при Кабинете министров.

    За истекший день от COVID-19 скончались еще три пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 237 260 человек, 3 250 из них скончались, 229 915 – вылечились, 4 095 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведен 2 663 151 тест на COVID-19 (за последние 24 часа – 5 152).

  • Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artıb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 297 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 237 260 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 229 915 nəfər müalicə olunaraq sağalıb, 3 250 nəfər vəfat edib, aktiv xəstə sayı 4095 nəfərdir.

    Ölkədə son sutka ərzində 5152, hazırkı dövrədək isə 2 663 151 test aparılıb.

    Qeyd edək ki, ötən sutka aparılan testlər zamanı 195 nəfərin nəticələri pozitiv çıxmışdı.