Month: March 2021

  • Nazirliyin vəzifəli şəxsi barəsində cinayət işi açıldı – RƏSMİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialında müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş şəxs barəsində cinayət işi açılıb.

    Bu barədə Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunub.

    Prokurorluq orqanları tərəfindən sui-istifadə hallarına qarşı həyata keçirilən tədbir zamanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon filialında sosial müavinətlərin təyin edilməsi ilə bağlı yol verilmiş qanunsuzluqlara dair daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış istintaq zamanı DSMF-nin Ağcabədi rayon filialının müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Bayramov Fariz Nəriman oğlunun xidməti vəzifəsinin icrası ilə əlaqədar 2018-2020-ci illər ərzində ünvanlı dövlət sosial yardımın təyin olunması prosesində vəzifəsindən sui-istifadə etdiyinə dair şübhələr yaranıb.

    O, köməklik etmək müqabilində ayrı-ayrı rayon sakinlərinin kart hesabına köçürülmüş ödənişlərin ilk bir neçə aylıq məbləğini istəyərək müxtəlif vaxtlarda və yerlərdə nağd şəkildə almasına, həmçinin vətəndaşların bank kartlarını özündə saxlamaqla aylıq köçürülən pul vəsaitlərini nağdlaşdıraraq, ümumilikdə 13 min manat məbləğində vəsaiti rüşvət qismində əldə etməyə cəhd edib. Eyni zamanda F.Bayramovun sosial müavinət təyin etdirəcəyi adı ilə vətəndaşa məxsus xeyli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən qanunsuz hərəkətləri ilə Fariz Bayramov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma – təkrar törədilməklə), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

    Qeyd edək ki, əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sahəsinin mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına qarşı prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlərin görülməsi davam etdirilir.

  • Похоронен военнослужащий, ставший шехидом спустя пять месяцев после ранения

    Тело военнослужащего азербайджанской армии Бабека Джафарова (1991 г.р.), который скончался в госпитале спустя пять месяцев после тяжелого ранения, полученного в боях на ходжавендском направлении в ходе Отечественной войны, было доставлено в его родное село Аликенд Самухского района.

    Как сообщает АПА, шехид был похоронен на кладбище Гараери.

    На похоронах присутствовали руководство Исполнительной власти Самухского района, сотрудники правоохранительных органов, военнослужащие и представители районной общественности.

    Отметим, что Б.Джафаров находился в коме пять месяцев, вчера он скончался. У него остались двое детей.

    Напомним, распоряжением Президента Ильхама Алиева Б.Джафаров награжден медалью “За военные заслуги”.

    Аллах рехмет элесин!

  • Yaralanandan beş ay sonra şəhid olan hərbçimiz dəfn olundu

    Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Cəfərov Babək Maxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb.

    APA-nın məlumatına görə, şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.

    Dəfn mərasimində Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

    Qeyd edək ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan B.Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan B.Cəfərov ötən gün vəfat edib.

    Xatırladaq ki, B.Cəfərov Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

  • Vergi Xidməti məşhur iş adamını məhkəməyə verdi – Xalqlar Dostluğu TM, Şadlıq Evləri, Restoranlar, Tikintilər

    İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Şahinlər” MMC barəsində məhkəmə iddiası qaldırıb.

    Məhkəmənin hazırlıq iclası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə 18 fevral tarixində keçirilib. Məhkəmə baxışı isə mart ayının 3-də baş tutub və növbəti iclas aprel ayının 13-ə təyin edilib.

    Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Şahinlər” MMC hazırda dövlət büdcəsinə böyük həcmdə – 2 milyon 763 min 526 manat 36 qəpik vergi borcu var.
    “Şahinlər” MMC 27.06.1994-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nizami rayonu, Bəhruz Nuriyev, ev 22-də yerləşən MMC-nin nizamnamı kapitalı 30 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Bayramov Elməddin Nəbi oğludur.

    Qeyd edək ki, “Şahinlər” MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunur. Bu barədə məlumat “Nyu Sfera Şirkətlər Qrupu”nun veb-səhifəsində də (nyusfera.com) qeyd olunub.

    “Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.

    İman Quliyevin Azərbaycanda çoxsaylı biznesə sahib olduğu barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yer alıb. “Nyu Sfera Şirkətlər Qrupu”nun Azərbaycanın biznes sahəsində 1992 ci ildən fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, şirkət təmir-tikinti, xidmət, turizm, nəqliyyat və digər sahələrdə müvəffəqiyyət əldə edib. Şirkətlər qrupa “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, “Nyu Sfera Ticarət” MMC, “Nyu Spera Ltd” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı – “Romance Palace-1”, “Romance Palace-2″, “Şərq Saray” və “Yay” restoranı var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur. “Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində “Yeni Zığ Yaşayış Kompleksi” inşa edir.

    İman Quliyevin rəhbərlik etdiyi “Politon” MMC isə Azərbaycanın ən böyük metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin 50%-nə nəzarət edir. Qeyd edək ki, “Baku Steel Company” MMC-nin direktoru Rasim Məmmədov bu yaxınlarda həbs olunub. (Yeniavaz.com)

  • Bərdədə qumbara aşkar edilərək götürüldü

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qumbara aşkar edilərək götürülüb.

    Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında martın 8-də polis əməkdaşları tərəfindən Bərdə rayon sakini F.Məmmədova məxsus Türkmən kəndində yerləşən əvvəllər iaşə obyekti kimi fəaliyyət göstərən tikiliyə baxış keçirilib.

    Baxış keçirilən zaman oradan 1 ədəd RQ-42 markalı əl qumbarası və 1 ədəd partladıcısı aşkar edilərək maddi sübut kimi götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В Азербайджане арестован экс-чиновник

    В Нахчыванской Автономной Республике (НАР) арестован бывший министр образования НАР Мамед Гарибов, передает Unikal.org.

    Сообщается, что он обвиняется в хищении государственных средств в крупном размере.

  • Azərbaycanda daha bir sabiq məmur HƏBS EDİLDİ

    Naxçıvan Muxtar Respublikasında daha bir sabiq məmur həbs edilib.

    MR-nın sabiq Təhsil naziri Məmməd Qəribov saxlanılıb.

    Xəbəri Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib

    Unikal.org-un əldə etdiyi məlumata görə, onun külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham olunduğu bildirilir.

    Bundan öncə Azərbaycan Respublikası Baş Prokurorluğu Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı məlumat yayıb.

  • Заявление МВД о нарушении правил карантина в ресторане представителями шоу-бизнеса

    В Баку по случаю 8 марта – Международного женского дня в нескольких ресторанах были организован вечеринки, в ходе которых были грубо нарушены правила карантина.

    В одном из таких мероприятий приняли участие многие знаменитости.

    Для получения комментария поданному вопросу редакция Oxu.Az связалась с МВД.

    Начальник пресс-службы МВД, полковник полиции Эхсан Захидов заявил, что будет проведено расследование по распространенным в Сети фото и видеокадрам.

    “Не ясно, когда были сделаны эти видеозаписи. Может быть, они старые? Мы проведем расследование”, – сказал Э.Захидов.

    Отметим, что среди нарушивших правила карантина народные артистки Айгюн Кязымова, Бриллиант Дадашова, танцовщица Рена Агамурадова (Ренка), стилист и визажист Нигяр Ибрагимова, Самир Алиев (Самиральдо), Джахад Гаджиев, певица Саида и другие знаменитости.

  • DİN-dən şou əhlinin restoranlarda karantin qaydalarını pozması ilə bağlı AÇIQLAMA

    Ötən gün Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir neçə restoranda əyləncə gecəsi təşkil edilib və karantin qaydaları kobud şəkildə pozulub.

    Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə bir çox məşhurlar iştirak edib.

    Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

    DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan görüntülər barədə araşdırma aparılacaq:

    “Görüntülərin nə zaman qeydə alındığı dəqiq deyil. Bəlkə həmin videolar köhnədir? Yayılan videogörüntülər barədə araşdırma aparacağıq”.

    Qeyd edək ki, fərqli məkanlarda karantin qaydalarını pozanlar arasında – Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev, müğənni Səidə və digər məşhurlar var.

  • Faiq Ağayev 25 il sonra yenidən “Səni əvəz eləmir” dedi – VİDEO

    Xalq artisti Faiq Ağayev 25 il sonra “Səni əvəz eləmir” mahnısına klip çəkib.

    Klip müğənninin “Youtube” kanalında izləyicilərə təqdim edilib.

    Sözləri Xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi isə Gülər Həsənovaya məxsus olan mahnının klipi dinləyicilər tərəfindən bəyənilib.