Month: March 2021

  • Hondanın Azərbaycana gəlişi niyə yubanır? – AÇIQLAMA

    “Keysuke Honda ilə bağlı transfer məsələsi 90 faiz həll olunub. Yalnız həll olunmalı xırda detallar qalıb”.

    Bunu Oxu.Az-a “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev deyib.

    “Neftçi” rəsmisi 34 yaşlı Yaponiya millisinin, Rusiyanın ÇSKA və İtaliyanın “Milan” klublarının sabiq futbolçusu Hondanın Azərbaycana gəlişinin yubanma səbəbini izah edib:

    “Azərbaycana daxil ola bilməsi üçün lazımi orqana viza üçün müraciət etmişik. Pandemiya ilə əlaqədar olaraq vizanın verilmə şərtləri dəyişib. Hazırda sənədin alınması üçün cavab gözləyirik. Viza alındıqdan sonra futbolçu Bakıya gələcək, tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq”.

    Qeyd edək ki, Keysuke Honda həm də Kamboca millisinin iki baş məşqçisindən biridir. Lakin Rüstəm Allahverdiyev bildirib ki, bağlanılacaq müqavilədə onun millidən çıxması ilə bağlı bənd yoxdur. Hücuma meyilli mərkəz yarımmüdafiəçisi “Neftçi” ilə mayın sonunadək müqavilə bağlayacaq.

  • Проводятся ремонтные работы в двух школах Баку, оставшихся без крыш из-за сильного ветра

    Устраняются последствия сильного ветра в Баку, сорвавшего крыши зданий общеобразовательных школ №№278 и 319.

    Об этом сообщает Управление образования города Баку.

    Начались ремонтные и восстановительные работы.

    Принимаются соответствующие меры по обеспечению беспрепятственного и безопасного процесса обучения.

  • Güclü külək nəticəsində dam örtükləri uçan məktəblərlə bağlı RƏSMİ AÇIQLAMA

    Güclü külək nəticəsində paytaxtdakı 278 və 319 nömrəli tam orta məktəblərin dam örtüklərində yaranmış fəsadlar aradan qaldırılır.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Hər iki məktəbin dam örtüyündə təmir, bərpa və gücləndirmə işlərinə başlanılıb.

    Tədrisə mane olmamaq və kontingentin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Belə ki, təmir işləri aparılan hissədə uyğun məsafədə hərəkətin məhdudlaşdırılması məqsədilə xüsusi lentlər çəkilib, müvafiq nəzarət tədbirləri gücləndirilib.

    Həmçinin həyətində ağacların aşması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunan məktəblərdə də küləyin törətdiyi fəsadlar aradan qaldırılır.

  • Səidə Sultanın əyləncə gecəsi: Daha bir restoranda karantin qaydaları kobud şəkildə pozuldu – VİDEO

    Ötən gün Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə daha bir əyləncə gecəsi təşkil edilərək karantin qaydaları kobud şəkildə pozulub.

    Belə ki, restoranların birində səhnə alan Səidə Sultan həm də burada doğum gününü qeyd edib.

    Görüntülərdən aydın olur ki, əyləncə zamanı karantin qaydaları kobud şəkildə pozulub, sosial məsafə qaydalarına əməl edilməyib.

  • Состоятся очередные полуфиналы республиканского этапа предметных олимпиад

    10 марта состоятся полуфиналы республиканского этапа олимпиад по азербайджанскому языку и литературе, истории, географии, математике, физике, химии и биологии.

    Об этом сообщает Министерство образования Азербайджана.

    Регистрация на этот этап осуществлялась в электронном порядке на сайте https://www.olimpiada.edu.az/.

    Полуфиналы будут организованы в соответствии с санитарными требованиями в связи с пандемией.

    Напомним, целью организации олимпиад является выявление одаренных детей, повышение интереса учащихся к соответствующим предметам, создание условий для демонстрации ими своих знаний и навыков на основе принципов здоровой конкуренции.

  • Respublika fənn olimpiadalarının yarımfinal turu davam edir

    Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu davam edir.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Belə ki, martın 10-da Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsilə elektron formada həyata keçirilib. Olimpiadaların yarımfinal turu mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil ediləcək.

    Xatırladaq ki, ötən gün dörd mərkəzdə keçirilən informatika üzrə respublika fənn olimpiadasının yarımfinal turunda 160 şagird iştirak edib.

    Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılmasından ibarətdir.

  • Обнародовано число вакцинированных в Азербайджане

    Обнародовано число граждан, получивших прививку от коронавирусной инфекции в Азербайджане.

    8 марта в стране было вакцинировано 3 483 человека, сообщает оперативный штаб при Кабинете министров.

    До сих пор в процессе иммунизации в нашей стране приняли участие 411 496 граждан.

    Вакцинация успешно продолжается во всех районах республики.

  • Azərbaycanda vaksin olunanların sayı AÇIQLANDI

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, martın 8-i ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 3 483 nəfər vaksinasiya olunub.

    Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 411 496 nəfər peyvəndlənmə prosesində iştirak edib.

    Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

  • Депутат Милли Меджлиса раскритиковал повышение цен

    На заседании Милли Меджлиса депутат Али Масимли раскритиковал повышение цен в Азербайджане.

    По его словам, монополисты каждый день под разными предлогами поднимают цены.

    “Сейчас канун Новруза. Монополисты хотят к празднику немного повысить цены”, – добавил парламентарий.

    Он отметил, что монополии в Азербайджане должен быть положен конец, а экономические свободы расширены.

  • Deputat qiymət artımını tənqid etdi


    Milli Məclisin iclasında deputat Əli Məsimli Azərbaycanda qiymət artımından danışıb.

    Ə.Məsimli bildirib ki, monopolistlər müxtəlif bəhanələrlə qiymətləri hər gün artırırlar.

    “İndi Novruz bayramı ərəfəsidir. Monopolistlər isə istəyir ki, qiymətləri bayrama görə bir az da qaldırsınlar”, – deyə Ə.Məsimli əlavə edib.

    O qeyd edib ki, Azərbaycanda monopoliyaya son qoyulmalıdır və iqtisadi azadlıqlar genişləndirilməlidir.