Month: March 2021

  • Bakıda dəhşətli intihar: İki yeniyetmə qız özlərini binadan atdı

    Bakıda dəhşətli hadisə baş verib.

    APA-nın xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, doqquzmərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

    İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

    Hazırda ölənlərin kimliyi araşdırılır.

  • Deputat: Üzdəniraq feministlər Azərbaycanın ailə dəyərlərini dağıtmaq istəyirlər

    Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli İstanbul Konvensiyasının yolverilməz olduğunu bildirib.

    T.Kərimli Azərbaycanda İstanbul Konvensiyasının tərəfdarı olan feministləri üzdəniraq adlandırıb: “Onlar Azərbaycanın ailə dəyərlərini dağıtmaq istəyirlər. Fikir verin, İndoneziyanı misal gətirmirlər, İndoneziyada ana familiyası əsas götürülür, qadına çox böyük dəyər verilir. Amma bunlar Qərbə üz tuturlar, çünki orada məsələ fərqlidir.

    İstanbul Konvensiyası qadın və kişiyə sosial varlıq kimi baxır. Bu isə yanlışdır. Onda belə çıxır ki, iki kişi bir-biri ilə evlənə bilər”.

  • Alimentin dövlət tərəfindən ödənilməsi təklif edilir

    Ombudsman alimentin dövlət tərəfindən ödənilməsini təklif edib.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

    Təklif edilib ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə dövlət tərəfindən ödənilməsi üzrə mexanizm yaradılsın.

    Bunun üçün Aliment Fondunun yaradılması təklif edilib.

  • Yataqların istismarı ilə bağlı komissiya yaradılır – RƏSMİ

    “2021-ci ildən etibarən yer təki sahələrinin hərrac vasitəsilə istismara verilməsi gözlənilir”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.

    Onun sözlərinə görə, il ərzində mərhələli şəkildə bütün yataqlar hərrac vasitəsilə istismara veriləcək:

    “İlk hərraca çıxarılan yatağımız Göygöldə yerləşən gil yatağıdır. Qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi, ETSN, Fövqəladə Hallar Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət hərrac komissiyası yaradılır. Hərracda qalib gələn şəxs yer təki istismarında hüquq qazanır”, – deyə sədr qeyd edir.

    S.Qurbanov əlavə edib ki, hərracın keçirilmə hüquqları Agentliyin səlahiyyətindədir:

    “Hərracda iştirak etmək istəyən şəxslərlə bağlı müəyyən tələblər var, həmin tələblərə cavab verməyən şəxslər hərracda iştirak edə bilməz”.

  • В Барде молодой человек подозревает семью возлюбленной в покушении на его жизнь

    Житель Баку Алиахад Эйвазов (1996 г.р.) госпитализирован в Бардинскую больницу с тяжелыми ожогами, передает АПА.

    Мужчина утверждает, что его пытались поджечь близкие возлюбленной.

    Пострадавшему была оказана первая помощь, после чего его перевели в больницу в Баку.

    По данному факту возбуждено уголовное дело, проводится расследование.

  • 25 yaşlı gənc sevdiyi qızın ailəsi tərəfindən yandırıldı – İDDİA

    Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.

    APA-nın xəbərinə görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

    Ə.Eyvazov ilkin ifadəsində sevdiyi qızın ailəsi tərəfdən yandırıldığını bildirib.

    Zərərçəkənə ilkin yardım göstərilib, ailəsi müalicəni davam etdirmək üçün onu Bakı şəhərinə aparıb.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • Azərbaycanda avtomobilinin üzərinə daş parçaları düşən sürücünün bəxti gətirdi – VİDEO

    Son günlər müşahidə edilən küləkli hava şəraiti zamanı binanın üzərindən qopan daş parçaları park halında olan avtomobilin üzərinə düşüb.

    Görüntülər sosial şəbəkədə yayımlanıb.

    “Mercedes” markalı avtomobilin sürücüsü işlək vəziyyətdə olan maşının sükanı arxasına oturub. Avtomobili sürmək istəyən zaman daş parçaları nəqliyyat vasitəsinin üzərinə düşüb.

    Daş parçalarından biri hətta avtomobilin lyukunu qıraraq salona daxil olub. Sürücü xoşbəxtlikdən xəsarət almayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Возбуждено уголовное дело по факту смерти женщины, которую задавила упавшая металлоконструкция

    Возбуждено уголовное дело по факту смерти женщины, которую задавила упавшая металлоконструкция, сообщили в прокуратуре Насиминского района.

    Отмечается, что в надзорный орган поступила информация о том, что 7 марта около 12:00 на улице Пушкина, 1 скончалась одна женщина.

    “Сотрудники прокуратуры с участием судмедэксперта провели осмотр места происшествия и тела, выполнили другие необходимые процессуальные действия.

    В ходе предварительного расследования было установлено, что Шафаг Наметова (1987 г.р.) погибла в результате падения на нее металлоконструкции.

    По данному факту в прокуратуре Насиминского района возбуждено уголовное дело по статье 314.2 (халатность, повлекшая по неосторожности смерть потерпевшего или иные тяжкие последствия) УК АР.

    В настоящее время продолжаются необходимые следственные действия”, – говорится в сообщении прокуратуры.

  • Bakıda başına dəmir lövhə düşən qadının ölməsi ilə bağlı cinayət işi başlandı

    Bakıda başına dəmir lövhəsi düşməsi nəticəsində qadının ölməsi ilə bağlı cinayət işi başlanıb.

    Bununla bağlı Nəsimi rayon prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, martın 7-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 1 ünvanında bir nəfər qadının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:

    “Məlumat əsasında, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.

    Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.

  • Из дома-музея Яшара Нури похищены его личные вещи

    Похищены личные вещи покойного народного артиста Яшара Нури из дачи актера в Новханы, сообщает Report.

    Согласно информации, из организованного в одной из комнат дачи дома-музея похищены очки, мобильный телефон и др. принадлежавшие актеру личные вещи.

    Правоохранительные органы были проинформированы по данному факту.

    Супруга Я.Нури Рагима ханым сказала, что не хочет комментировать произошедшее.

    Отметим, Яшар Нури скончался в 2012 году.