Month: March 2021

  • Azərbaycanda subsidiyalar yeni əmsallarla ödənildi

    Kənd Təsərrüfatı Nazirliyi 182 min 650 fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib.

    Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məlumatına görə, ümumilikdə 335 min nəfərdən artıq fermer payız əkini etdiyi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan yerləşdirib.

    Fermerlərin əkin bəyanları yoxlandıqca mərhələli şəkildə subsidiya ödənişlərinin qalan hissəsi də köçürülür.

    Bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25 faiz nağdlaşdırıla bilən və 75 faiz nağdsız hissə şəklində ödənilib. Nağdlaşdırıla bilməyən hissə ilə fermerlər gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.

    2021-ci il üçün Subsidiya Şurasının təsdiqlədiyi subsidiya əmsallarındakı yeniliklər ödənilən subsidiyalarda öz əksini tapıb.

  • Dağlıq Qarabağa nə qədər erməni qayıdıb?

    BMT-nin 26 yanvar 2021-ci il tarixli məlumatına əsasən, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladıqları 10 noyabr bəyanatından sonra Ermənistandan Dağlıq Qarabağa təqribən 20 mindən bir qədər çox əhali qayıdıb.

    Rusiya sülhməramlılarının nəzarət etdiyinə baxmayaraq, Dağlıq Qarabağa hələ də şübhəli simaların keçidini nəzərə alsaq, deyə bilərik ki, qayıdanların hamısının yerli əhali, yəni Azərbaycanın erməni vətəndaşları olduğunu güman etmək bir qədər riskli qərar olar. Əlavə etmək də yerinə düşər ki, sülhməramlıların statistikasına görə, geri dönənlərin sayı 50 minin üstündədir.

    Statistika və saymaq üsulları fərqlidir, ancaq bir fakt yəqindir ki, BMT adətən bu kimi hesabatlarda əməkdaşlıq etdiyi yerli rəsmi qurumlardan aldığı rəqəmləri təqdim edir. Reallıqda statistikanın necə aparıldığına dair təfərrüatlı məlumat yoxdur. Ancaq məlum olanı budur ki, belə hallarda rəqəmləri “havadan” götürüb faktiki vəziyyət kimi təqdim etmək də optimal çıxış yolu deyil. Adı türk toponimindən uğursuzcasına oğurlanan və dünyanın heç bir xəritəsində əks olunmayan qondarma “Arsaxın prezident administrasiyasının rəhbəri” Artak Beqlaryan (yəni Bəyləryan) lap uzağa gedərək hazırda Dağlıq Qarabağda 100 min, hətta 120 min əhalinin yaşadığını iddia edir. Bu “əhali”nin hamısı təbii ki, Beqlaryana görə, ermənidir. Harada yaşadıqları da çoxsaylı sualların mövzusudur. Yəni Vətən müharibəsi başlamamışdan öncə Dağlıq Qarabağda 120 min erməni əhalisi yaşayırmış və onların hamısı bir nəfər kimi evlərinə qayıdıblar. Keçmiş separatçı “ombudsman” Beqlaryanın 32 yaşı var, o, 1988-ci ildə Xankəndidə dünyaya göz açanda əmi və dayıları artıq separatçılıq virusuna yoluxmuşdular. Gənc olmasına baxmayaraq, belə görünür ki, Artak saxtalaşdıma “elm”inin bütün incəliklərini əxz etməyə müvəffəq olub.

    Beqlaryan yerli əhalini saydığı zaman Ermənistan paytaxtı Yerevanda da müxalifət öz sayımını aparır. Eks-prezident, əli xalqımızın qanına batmış Robert Koçaryan Rusiya mediasına verdiyi müsahibədə deyib ki, onun hesablamalarına görə, Ermənistan ordusunu yenidən dirçəldib ayaq üstə qoymaq üçün 3 milyard dollar pul lazımdır. Sonra da əlavə edib ki, Rusiya ilə elə əməkdaşlıq forması tapmaq lazımdır ki, ordunu bərpa etməyə müvəffəq olaq. Onun bu sözlərinin tərcüməsi təqribən bu anlama gəlir: Rusiya ilə elə dil tapmalıyıq ki, o 3 milyardı bizə versin. “3 milyard” deyilərkən təbii ki, pulsuz silah-sursat nəzərdə tutulur. Ermənistanın sovet dönəmindən qalmış iqtisadi infrastrukturu bütünlüklə məhz Koçaryanın vaxtında Rusiyaya peşkəş edilmişdi. Proses elə belə də adlanırdı: “Borc əvəzinə mülk”. O vaxt Ermənistan indiki kimi rəzil, zəif, məğlub olmuş, ordusu məhv edilmiş, sistemli böhran şəraitində deyildi. Həmin reallıqda Koçaryan Rusiyaya olan borcu mülkiyyətlə ödəmək məcburiyyətində qalmışdı, indi bunu nələrin hesabına edəcəyi qaranlıq və dumanlı məsələdir.

    Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici KİV-lər üçün təşkil olunan brifinqdə hər iki məsələyə konkret münasibətini bildirdi. Dövlət başçısının sözlərinə görə, Dağlıq Qarabağda Vətən müharibəsinədək maksimum 60 min nəfər yaşayıb. Bu göstərici ciddi operativ-kəşfiyyat tədbirlərinin nəticəsində məlumdur. Ermənilərin 100 mini aşan statistikasının məntiqindən belə çıxır ki, Ermənistan əhalisi dərin iqtisadi sıxıntılardan bezib ölkəni tərk edir, ancaq İrəvandan ayrılan dotasiya hesabına dolanan Dağlıq Qarabağ əhalisi nə qədər var idi, o qədər də qalıb. Bəyəm biz unutmuşuq ki, 28 il ərzində ermənilər Şuşa kimi şəhərə cəmi 3-4 min livanlı, suriyalı və ermənistanlı səfil həyat tərzi sürən şəxslərdən başqa heç kimi məskunlaşdıra bilməmişdi? Elə isə bu 100-120 min haradan çıxdı?

    Koçaryanın hərbi iddialarına gəldikdə isə, tutaq ki, ermənilər bu 3 milyardı orduları üçün tapdılar, məgər biz yerimizdə addımlayacağıq? Koçaryan-Sarqsyan ordusunu məhv edən Azərbaycan hərb maşını daha da təkmilləşəcək, əhalimiz daha da artacaq, iqtisadiyyatımız daha da böyüyəcək!

    Azərbaycan Prezidenti məlum brifinqdə belə bir bəyanat səsləndirdi: “Bu insanları, Azərbaycana fobiyanın, Azərbaycana qarşı bu təbliğatın qurbanlarına çevrilmiş günahsız insanları müalicə etmək lazımdır. Zənnimcə, zaman ən yaxşı təbibdir”. Bu gün Ermənistanda baş verən hadisələr orqanizmin xəstəlikdən müalicəyə reaksiyasını xatırladır. Antivirus orqanizmə yeridilib. Hər şey xəstənin özündən asılıdır. Sağala biləcəkmi?

  • Мужчина осужден за попытку убийства родственника

    В Бакинском суде по тяжким преступлениям завершился процесс по уголовному делу Фазиля Гулиева, обвиняемого в покушении на убийство своего родственника, передает Report.

    На заседании под председательством судьи Тельмана Гусейнова был зачитан приговор, согласно которому мужчине назначено наказание в виде лишения свободы сроком на 11 лет.

    Ф.Гулиев признан виновным по статье 29,120.2.4 (покушение на убийство с особой жестокостью или общеопасным способом) Уголовного кодекса.

    Инцидент произошел в прошлом году в селе Агтала Хачмазского района.

    Местный житель Ф.Гулиев, пришедший домой в нетрезвом состоянии, поспорил со своей женой. Вмешавшийся в разговор шурин Мурад Аллахвердиев (1994 г.р.) попытался успокоить пару. Это еще более разозлило Ф.Гулиева, который выстрелил в родственника из охотничьего ружья.

  • Xaçmazda qaynını güllələyən şəxsə hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qaynını güllələyərək öldürməyə cəhddə təqsirləndirilən Fazil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report” xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

    Hökmə əsasən, F.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

    O, Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

    Qeyd edək ki, hadisə ötən il Xaçmazın Ağtala kəndində baş verib.

    İlkin məlumata görə, evə sərxoş vəziyyətdə gələn kənd sakini F.Quliyev həyat yoldaşı ilə mübahisə edib. Səs-küyə gələn qaynı, 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev onları sakitləşdirmək istəyib. Bundan daha da əsəbiləşən F.Quliyev onu öldürəcəyi ilə hədələyib. O, bir neçə saat sonra ov tüfəngindən atəş açaraq Murad Allahverdiyevə həyat üçün təhlükəli olan xəsarət yetirib.

  • Айгюн Кязымова и Бриллиант Дадашева помирились после многолетней вражды – ВИДЕО

    Многолетней вражде между народными артистками Азербайджана Айгюн Кязымовой и Бриллиант Дадашевой наконец-то положен конец.

    Об этом свидетельствуют распространенные в соцсетях кадры.

    Певицы помирились во время вечеринки, устроенной по случаю Международного женского дня 8 марта в одном из известных ресторанов в Баку.

    На видео Айгюн, исполняя песню Mənə elə baxma (“Не смотри на меня так”), подошла к столику, за которым сидела Бриллиант со своей семьей.

  • İllərdir küsülü olan Aygün və Brilliant barışdı – VİDEO

    Xalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşova arasında illərdir davam edən küsülülük bitib.

    Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

    Belə ki, müğənnilər ötən gecə təşkil edilən əyləncə gecəsində barışıblar.

    Görüntülərdən aydın olur ki, Brilliant Dadaşova ailəsi ilə birlikdə Aygün Kazımovanın çıxış etdiyi məkana gediblər. Aygün “Mənə elə baxma” mahnısını oxuya-oxuya Brilliantın əyləşdiyi masaya yaxınlaşıb. Ətrafdakılar isə Dadaşovanı əyləşdiyi stuldan qaldıraraq Aygünün yanına çəkiblər. Dadaşova ifaçının oğlu Cahadı qucaqlayıb. Daha sonra isə küsülülər barışaraq mahnı sədaları altında rəqs edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanlı professor vaksin olunanlarda təhlükəli xəstəliklərin yaranması iddialarına CAVAB VERDİ

    Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev COVID-19 virusuna qarşı vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə səslənən fikirlərə münasibət bildirib.

    A.Allahverdiyev Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda əvvəllər “COVID-19 virusu yoxdur” deyən insanlar olduğu kimi, vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə fikirlər səsləndirdilər:

    “Amma zaman göstərdi ki, insanlar COVID-19-un mövcud olmaması barədə fikirlərin yalan olduğunu gördükləri kimi, vaksinin təhlükəli xəstəlik yaratması barədə fikirlərin əsassızlığını, ölkəmizdə tətbiq olunan vaksinlərin çox keyfiyyətli və profilaktik tədbir görə bilmək xüsusiyyətinə malik olduğunu gördülər. Buna görə də indi artıq hər bir insan könüllü şəkildə vaksin vurdurmaq istəyir”.

    Vaksin vurdurmaq istəyən insanların sayının getdikcə artdığını deyən A.Allahverdiyev qeyd edib ki, ölkəmizdə istifadə edilən peyvənd inaktivləşdirilmiş, yəni ölmüş viruslardan hazırlanıb.

    Professorun dediyinə görə, vaksinin birinci dozası vurulan zaman orqanizm öldürülmüş virusla tanış olur. İkinci doza vurulan zaman isə orqanizm artıq öldürülmüş virusla tanış olduğu üçün immun hüceyrələr aktiv hərəkətə keçməyə başlayır:

    “Beləliklə, immun sistemi orqanizmə daxil ola biləcək virusdan qorunmaq üçün bütün fəaliyyətini yüksək səviyyədə yerinə yetirmiş olur”.

  • Dünya bazarında neftin qiyməti

    Dünya bazarında neft bahalaşır.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin aprel fyuçersləri 0.72 faiz bahalaşıb və bir barelinin qiyməti 65.52 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin may fyuçersləri isə 0,85 faiz bahalaşıb və bir bareli 68.82 dollara satılıb.

  • Представители азербайджанского шоу-бизнеса нарушили правила карантинного режима – ВИДЕО

    В одном из известных ресторанов Баку 8 марта по случаю Международного женского дня был устроен пышный банкет с участием большого числа знаменитостей.

    Кадры вечеринки распространены в социальных сетях.

    На ней присутствовали народные артистки Айгюн Кязымова, Бриллиант Дадашова, а также танцовщица Рена Агамурадова (Ренка), стилисты и визажисты Нигяр Ибрагимова, Самир Алиев (Самиральдо), Джахад Гаджиев и другие знаменитости.

    Во время торжественного мероприятия не соблюдалась безопасная дистанция, а его участники не использовали средства индивидуальной защиты.

  • Aygün, Brilliant, Renka əyləncə gecəsində: Karantin qaydaları pozuldu – VİDEO

    Bakıda ötən gün restoranların birində karantin qaydaları pozulub.

    Belə ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə bir çox məşhurlar iştirak edib.

    Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurlar iştirak edib.

    Əyləncə zamanı qonaqların sosial məsafəni qorumaması da gözdən qaçmayıb.