Month: March 2021

  • Roma Papası karantin müddətini “həbs” adlandırdı

    Roma Papası pandemiya dövründə özünü həbsxanadakı kimi hiss etdiyini bildirib.

    TASS xəbər verir ki, Papa Fransisk indi sanki yenidən yaşamağa başladığını qeyd edib.

    Bu barədə dini lider İraqdan qayıdarkən təyyarədə jurnalistlərə danışıb. O, bəyan edib ki, neçə müddətdir inanclı insanlarla ünsiyyət çatışmazlığından əziyyət çəkir.

    “Sanki həbsdə keçirdiyim bir neçə aydan sonra yenidən yaşamağa başlamışam”, deyə Papa İraq səfərini şərh edib.

    O, yaxın zamanlarda Macarıstan, Slovakiya və Livana səfər edəcəyini də açıqlayıb.

  • Maştağada 40 yaşlı piyadanı avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, Maştağa qəsəbəsində 1981-ci il təvəllüdlü Nəsirov Elşən Əfləddin oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona təpə nahiyəsinin əziyi diaqnozu qoyulub.

  • Dörd aydan çox komada qalan Vətən müharibəsi qazisi şəhid olub – FOTO

    Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Cəfərov Babək Maqsud oğlu şəhid olub.

    “Report” xəbər verir ki, o, ötən ilin oktyabr ayının 26-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

    Həkimlərin səylərinə baxmayaraq, Babəkin həyatını xilas etmək mümkün olmayıb.

    Allah rəhmət eləsin!

  • Сегодня в Азербайджане отмечают “Йел чершенбеси”

    Скоро наступит один из самых древних, любимых и веселых праздников в Азербайджане – Новруз байрамы, вобравший в себя традиционные ценности нашего народа.

    30 сентября 2009 года Новруз был включён ЮНЕСКО в Репрезентативный список нематериального культурного наследия человечества, с этого времени 21 марта объявлено как Международный день Новруз.

    Фактически подготовка к празднику Новруз начинается за месяц до самой праздничной даты. Ведь пробуждение природы начинается именно с Новруза, и азербайджанский народ отмечает его очень торжественно и празднично, соблюдая ритуалы и традиции, передает Trend. Согласно народным сказаниям, Новрузу предшествуют четыре вторника (на аз. – “чершенбе ахшамы”, но принято называть “чершенбе”), каждый из которых посвящен пробуждению одной из природных стихий. Так, по вторникам каждой недели отмечаются Су, Од, Йел и Торпаг (или называют Ахыр) чершенбе – соответственно вторники Воды, Огня, Ветра и Земли (или называют Последний, предпраздничный). Пробуждение этих элементов природы предвещает приход пятого, главного элемента, нового светлого дня – Новруза, начала возрождения и полного оживления земли.

    А знаете ли вы, почему до Новруза отмечают именно вторники? Согласно преданию, что нашло отражение и в священных писаниях, Всевышний создал мир за неделю, а само сотворение мира началось именно на второй день. Поэтому в тюркской мифологии вторник считался священным днем.

    Сегодня мы отмечаем “Йел чершенбеси”.

    Еще издревле азербайджанцы торжественно отмечали «Йел чершенбеси». Согласно поверьям, в этот день ветер приводит в движение пробудившиеся до него воду и огонь, раскрывает почки деревьев, весна вступает в свои права. Солнечные лучи прогревают воздух, а в селах начинается подготовка к весенне-полевым работам.

    В народе этот день называют также “Külək oyadan çərşənbə” (“Вторник пробуждения ветров”), или “Küləkli çərşənbə” (“Ветреный вторник”). В древности, хозяйки проветривали дом и выносили проветриться на воздух постель: матрасы, подушки, стеганые одеяла, выбивали ковры, вытряхивали паласы. Жилье словно напитывали чистым воздухом и освежающим дыханием приближающейся весны.

    В это день принято готовить плов на молоке (“südlü plov”) или рассыпчатый плов из булгура. В самом деле, эти блюда не только вкусные, но и такие легкие, “воздушные”, что как нельзя лучше подходят для угощения на праздник “Йель чершенбеси”. И конечно, на столе должно быть обилие сухофруктов и разных десертов из зерна, в частности, “семени халвасы” – халва на соке пророщенных зёрен пшеницы. В этот день на выросшее уже на пядь сямяни завязывают красную ленту.

    Наши предки говорили “Нельзя ругать ветер” (“Yel əsdirəni söyməzlər”), что в те далекие времена было связано с культом ветра, который олицетворял воздух, сопутствующий человека на протяжении всей жизни – от первого до последнего вздоха.

    Согласно поверьям, в день “йель чершенбеси” все четыре ветра: аг-йель, гара-йель, хазри и гилавар вырываются на свободу из “черного кувшина”. Каждый из ветров одет в одежду определенного цвета: aг-йель (белый ветер) – в белую, гара-йель (черный ветер) – в черную, хазри (северный ветер) – в синюю, гилавар (южный ветер) – в красную.

    Олицетворением могучей воздушной стихии считался “Yel Baba”(“Отец ветров”)”, который отражен в фольклоре в виде глубокого старца. Этот мифический старец помогал заблудившимся путникам находить дорогу домой. Для этого он посылал заплутавшим в лесу путникам клубок, который распутывался от его дуновений и ниточкой вел прямо к дому.

    А главным обрядом этого дня, конечно же, являются костры, которые обязательно должны разводить во всех дворах, ведь по древним поверьям огонь уносит с собой все прошлогодние невзгоды. Перепрыгивая через костер, мы как бы передаем огню все беды, напасти и разочарования – символический ритуал очищения перед Новрузом. Ни в коем случае нельзя заливать огонь водой. После того, как костер погаснет, золу собирают и рассыпают по окрестностям, – так мы показываем, что все наши невзгоды развеяны по ветру.

    Кстати, этот день символичен с нашей столицей. Ведь Баку называют “Городом ветров”. Название Баку по разным версиям так же связывают как с огнем, так и с ветром. Атши-Багуан – по одной из версий – это древнее название города, который приблизительно означает – Огни Багуана (так называли Баку зороастрийцы – языческие племена, жившие на Апшеронском полуострове). Более поздние источники говорят о названии Бади – Кюба, означающий с древнеперсидского “Город ветров”, а в дословном переводе – “Удар ветра”. В нашем городе действительно постоянно дуют ветры…

  • Bu gün Yel çərşənbəsidir

    Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

    Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Bu, Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.

    Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

    Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: “Yel əsməyincə yarpaq tərpənməz”, “Yelin zarafatı qovmaqla başlanır”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Yeldən aman diləməzlər”, “Külək kimi hərdən bir yana əsmə”, “Küləkli havada dənizdə çimməzlər”, “Kələknən gələn, küləknən gedər”.

  • Deputat: “Rayonlara gediş-gəlişi bağlamaq doğru deyil”

    “İnsanlar pandemiya ilə bağlı yenidən qapanma olacağından qorxur”.

    Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib.

    O hesab edir ki, əsas hədəf insanların çalışma yerindən uzaqlaşmaması və işləməsi olmalıdır. Deputat bildirib ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək olar.

    “Ancaq rayonlara gediş-gəlişi bağlamaq doğru deyil. Rayonlara gediş-gəliş açıq olmalıdır. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır”, – deyə o təklif edib.

  • Prokurorluq Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi barədə məlumat yaydı – YENİLƏNİB + VİDEO

    Azərbaycan Respublikası Baş Prokurorluğu Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsini təsdiq edib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

    * * * * *

    Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

    Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

    Onu da bildirək ki, Ə.Əhmədovun qardaşı Əvəz Əhmədovun da adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. Ə.Əhmədov H.Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə H.Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracağını söz verib və buna görə də o sərbəst buraxıb.

    İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Məhkəmə hökmünə əsasən, Əvəz Əhmədovun barəsində iki min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

  • Məhkəmə məşhur hotelinin rəhbəri ilə bağlı qərar çıxardı

    Bakı Apellyasiya Məhkəməsində “Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valterin inzibati qaydada cərimələnməsi ilə bağlı şikayətə baxılıb.

    “Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda qərar elan edilib.

    Qərara əsasən, şikayət təmin edilməyib. Qaq Valterin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

    Beş ulduzlu “Hyatt Regency Baku”nun baş direktoru Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür.

  • Gədəbəydə ağır yol qəzası olub, altı nəfər xəsarət alıb

    Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Dəyirmandağ kənd ərazisində qeydə alınıb.

    Belə ki, “VAZ-2107” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər xəsarət alıb.

    Onlardan birinin, 22 yaşlı Aynurə İsmayılovanın xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Digər şəxslərə ilkin tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Как отмечаете, девчонки?

    Finlandiya parlamenti ölkədə koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar 15 regionda restoran və barların fəaliyyətinin üç həftə müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edib.

    Bu barədə TASS məlumat yayıb.

    Məhdudiyyətlərin tətbiq olunacağı restoran və barlar yalnız onlayn sifarişləri qəbul edəcək.

    Xatırladaq ki, Finlandiyada martın 1-də koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbilə fövqəladə vəziyyət elan olunub.