39 yaşlı Zlatan İbrahimoviç tezliklə İsveç millisinə qayıdacaq.
“FotbollDirekt” xəbər verir ki, Z.İbrahimoviç DÇ-2022-nin seçmə oyunlarında milli komandaya kömək etmək üçün yığmaya dəvət olunacaq.
Xatırladaq ki, Z.İbrahimoviç İsveç millisinin heyətində sonuncu dəfə 22 iyun 2016-cı ildə Belçikaya qarşı oyunda forma geyinib.
Month: March 2021
-
39 yaşlı İbrahimoviç İsveç millisinə qayıdır
-
Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq əməlləri törətmiş şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevral və mart aylarında Tərtər rayonu ərazisində avtomobillərdən oğurluq edilməsi barədə RPŞ-yə məlumatlar daxil olub.
Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Ruslan Bayramlı saxlanılıb. Araşdırmalarla onun avtomobillərdən oğurluq edərək vətəndaşlara 300 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Bundan əlavə keçirilmiş digər əməliyyat tədbirləri ilə daha bir oğurluq əməli törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışda olan Tərtər rayon sakini İsmayıl Məmmədli tutularaq aidiyyəti üzrə təhvil verilib.
-
Ötən il edilən oğurluqların üstü açıldı
Lənkəranda ötən il edilən oğurluqların üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il baş vermiş iki oğurluq faktının açılması təmin edilib.Belə ki, rayonun Gərmətük qəsəbəsində yerləşən iki yaşayış evindən ümumilikdə 3440 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyalarını oğurlayan şəxsin Lənkəran rayon sakini, yaşayış evindən oğurluq etdiyinə görə saxlanılmış Mirhüseyn Hacızadənin olduğu müəyyən edilib.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
-
Agentlikdən xəbərdarlıq: Dalğanın hündürlüyü 7,5 metrə çata bilər
Dövlət Dəniz Agentliyi hava ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.Məlumatda bildirilir ki, martın 7-də Xəzər akvatoriyasında gün ərzində şimal-qərb küləyi 19-24 m/s, arabir 27-32 m/s, açıq dənizdə isə arabir 35-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-4 metrə, sonrakı inkişafda isə 5,5-7,5 metrə çatacağı proqnazlaşdırılır.
Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.
Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə üç dildə Azərbaycan, rus, ingilis dillərində navtex və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırılıb.
Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.
-
Azərbaycanda bu avtomobillər bahalaşacaq
Gömrük Komitəsinin təklifi qəbul ediləcəyi təqdirdə ölkəmizdə olan istehsal tarixi 5 ildən artıq olan avtomobillərin dəyəri yüksələcək.
2021-ci ilin martın 4-də Gömrük Komitəsində keçirilən mətbuat konfransında komitə sədri Səfər Mehdiyev bildirib ki, Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.S.Mehdiyev söyləyib ki, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin idxalına üstünlük verilməsidir. Komitə sədrinin sözlərinə görə burada söhbət istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun.
Bu təkliflərin qəbul ediləcəyi təqdirdə Azərbaycanda avtomobil bazarında hansı dəyişikliklər baş verə bilər?
Gömrük komitəsinin sədrinin bildirdiyi kimi istehsal tarixindən 5 ildən çox keçən avtomobillərin idxalı qadağan edilərsə və ya onların idxalına tətbiq edilən rüsum və vergilər kəskin şəkildə artırılarsa, Azərbaycanda olan köhnə avtomobillərin dəyərində 15-20 faiz artım baş verəcək. Çünki avtomobil sahibi olmaq istəyənlərin imkanları orta hesabla 18-20 min manatlıq avtomobillərin alınmasına çatır. Bu imkanla xaricdən daha çox 2005-2012-ci ilə qədər olan avtomobilləri idxal etmək mümkündür. İstehsal tarixi 5 il və daha yeni olan, orta keyfiyyətli avtomobilləri idxal etmək üçün ən azı 30 min manat tələb olunur. Deməli, təklif edilən qaydalar qüvvəyə minərsə, idxal edilən avtomobillərin sayı kəskin azalacaq və avtomobil sahibi olmaq istəyənlərin çoxu daxili bazara yönələcək.
Daxili bazarda olan avtomobillərin böyük hissəsi köhnə avtomobillərdir. Minik avtomobillərinin təxminən 80 faizinin istehsal tarixi 10 ildən artıqdır. 2014-cü ildə bu göstərici 62 faiz idi. Altı il ərzində onların xüsusi çəkisi 18 faiz bəndi artıb. Belə davam edərsə, 2025-ci ildə istehsalından 10 il keçən avtomobillərin payı 90 faizə çatacaq.
İstehsal tarixi 5 il və daha az olan avtomobillərin payı isə 4,2 faizdir. 2014-cü ildə onların payı 17 faiz idi.
Dinamika göstərir ki, Azərbaycanın avtomobil parkının köhnəlməsi sürətlə gedir və xaricdən əsasən köhnə avtomobillər gətirilir.
Ölkəmizə idxal edilən avtomobillərə istehsal tarixinə görə məhdudiyyətin tətbiq edilməsi təcrübəsindən ilk dəfə 2014-cü ildə istifadə olunub. Həmin qərara əsasən istehsal tarixi 2005-ci ildən qabaq olan avtomobillər idxal edilə bilməz. Bu qərar qəbul ediləndə ölkəmizə idxal edilən avtomobillərdən ən köhnələri 9 ilin avtomobilləri idi. Hazırda isə ən köhnə avtomobillər 16 ilin avtomobilləridir.
Onu da əlavə edək ki, bu təklifin ortaya atılmasını zəruri edən əsas səbəb heç də ekoloji amillər deyil. Əsas səbəb xarici ticarət saldosunun kiçilməsi fonunda avtomobillərin idxalına çəkilən xərcin ildən-ilə artmasıdır. Avtomobil idxalına 2016-cı ildə 252 milyon dollar, 2017-ci ildə 422 milyon dollar xərcləndiyi halda, 2020-ci ildə 648 milyon dollar xərclənib. Bu dinamika avtomobil idxalına ildən-ilə daha çox vəsaitin xərcləndiyini göstərir.
Hökumətin bu təklifində əsas məqsədi xaricə valyuta axınının zəiflədilməsidir. Əgər artan dinamikanın qarşısı alınmasa, avtomobil idxalına çəkilən xərc 2012-2013-cü illərdə olduğu kimi 1 milyard dollar səviyyəsinə yüksələcək.
Həmin illərdə Azərbaycanın xarici ticarətində 12-14 milyard dollar profisit olduğundan bu qədər valyutanın xaricə çıxması ciddi problem sayılmırdı. Amma xarici ticarətdə profisit 2019-cu ildə 5,9 milyard dollar, 2020-ci ildə 3 milyard dollar olduğundan avtmobil idxalına bu qədər valyutanın xərclənməsinə seyrçi qalmaq düzgün deyil. /Sfera.az
-
“Oba” marketdə nöqsanlar aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük savxozu, Əli İsazadə küçəsi ilə Yeni Hövsan yolunun kəsişməsində fəaliyyət göstərən, “Oba Market” MMC-yə məxsus “Oba” marketdə yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı marketdə sertifikatlaşdırılmadan İran İslam Respublikasından ölkəmizə gətirilən müxtəlif çeşidli süd məhsulları, balıq məhsulları, süfrə duzu, qənnadı məmulatları və müxtəlif növdə hazırlanmış giləmeyvəli alkoqolsuz içkilərin satıldığı, istifadə müddəti ötmüş, istehsal tarixi və son istifadə tarixi qeyd edilməyən pendirin satışa çıxarıldığı, kolbasa məhsulunun üzərində yararlılıq müddətindən artıq müddətin qeyd edildiyi aşkarlanıb.Eyni zamanda müəssisədə temperatur rejiminə riayət edilmədiyi, məhsulların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, qida məhsullarının qeyri-qida və istehlaka yararsız məhsullarla eyni sahədə saxlanıldığı, müxtəlif çəkilərdə qablaşdırılmış məhsulların üzərindəki istehsal tarixi, saxlama müddəti və digər məlumatların dəyişdirildiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
-
DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara – Xəbərdarlıq
Bakıda bir qrup qadının 8 Mart Beynəlxalq Qadınlar günündə yürüş keçirmək istəməsi ilə bağlı məlumatlar yayılıb.
Yürüşün paytaxtın Fəvvarələr meydanından başlayaraq Azad qadın heykəlinə kimi keçirilməsi, “8 marş – Haqlarımız uğrunda!” şüarının səsləndirilməsi nəzərdə tutulub.Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyaya icazə verilmir:
“Xüsusən xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır. Əgər bu istiqamətdə hər hansı addım atılarsa, polis bunun qarşısını alacaq”.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti də yürüşün keçirilməsinə razılıq verməyib.
///Qafqazinfo
-
Karxanada başına daş düşən fəhlə öldü
Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
“Report” xəbər verir ki, hadisə bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanalarının birində baş verib.Daş karxanasında fəhləlik edən Cəlilabad rayon Uzuntəpə kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ariz Bəhramxan oğlu iş vaxtı başına daş düşməsi nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
-
Обнародовано число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки – ФОТО
В Азербайджане за минувшие сутки выявлены 353 новых случая инфицирования коронавирусом, 149 человек вылечились и были выписаны домой.
Об этом 6 марта сообщает оперативный штаб при Кабинете министров.За истекший день от COVID-19 скончались еще три пациента.
До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 236 365 человек, 3 238 из них скончались, 229 591 – вылечился, 3 336 – находятся в активной фазе лечения в больницах особого режима.
В республике на сегодня проведены 2 645 206 тестов на COVID-19 (за последние 24 часа – 9 436).

-
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.Azərbaycanda indiyədək ümumilikdə 236 365 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 nəfərdir.
Ölkədə son sutka ərzində 9 436, hazırkı dövrədək isə 2 645 206 test aparılıb.
