Month: March 2021

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 8 марта, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 117 449 512.

    За весь период пандемии скончались 2 605 337 человек, выздоровели – 92 964 061

    Больше всего инфицированных в США – 29 696 250. На 2-м месте – Индия (11 229 398), 3-м – Бразилия (11 019 344). В первую пятерку также входят Россия (4 322 776) и Великобритания (4 218 520).

    По числу жертв инфекции и выздоровевших лидируют Соединенные Штаты – 537 838 и 20 336 656соответственно.

    Турция (2 780 417 заболевших) занимает 9-е место, Иран (1 689 692) – 15-е.

    В Армении COVID-19 заболели 174 679 человек, в Грузии – 272 851.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России – 89 094 летальных исхода.

    На сегодня в Азербайджане подтверждены 236 768 случаев инфицирования коронавирусом, 229 718 человек вылечились, 3 241- скончался.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 117 449 512 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 605 337 xəstə ölüb, 92 964 061 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (29 696 250 nəfər), Hindistan (11 229 398 nəfər), Braziliya (11 019 344 nəfər), Rusiya (4 322 776 nəfər) və Böyük Britaniyadır (4 218 520 nəfər).

    Türkiyədə 2 780 417, İranda 1 689 692, Gürcüstanda 272 851, Ermənistanda isə 174 679 nəfərdə koronavirus aşkar edilib.

    Azərbaycanda koronavirusa yoluxan 236 768 nəfərin 3 241-i ölüb, 229 718 nəfər pandemiyaya qalib gəlib.

  • Ayaqlardakı şişkinlik hansı xəstəliyin əlaməti ola bilər?

    Ayaqlardakı şişkinlik qaraciyər serrozu kimi ağır xəstəliyin xəbərçisi ola bilər.

    Bu barədə “Express” nəşri məlumat verib.

    Həkimlərin sözlərinə görə, bu əlamət qaraciyərin normal çalışma cəhdlərindən xəbər verir. Bununla yanaşı, daimi yorğunluq, iştahsızlıq və çəkinin azalması da serrozun əlamətlərindən ola bilər.

    Bəzi serroz xəstələrində ürək bulanma, qusma, qaraciyər nahiyəsində ağrılar, yuxu rejiminin pozulması, dəridə sızanaqlar kimi hallar da qeydə alınır.

  • Təcili Tibbi Yardımda çalışan heç bir işçi bir il ərzində məzuniyyətə getmədi – VİDEO

    “Mart ayında təcili tibbi yardıma edilən çağırışların sayı artıb”.

    Bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

    O bildirib ki, yaz aylarında mövsümi qriplərin sayında artım olduğu üçün vətəndaşlar korona simptomlarından şübhələnir və təcili yardıma müraciət edir:

    “Buna görə, yanvar-fevralla müqayisədə hərarətlə bağlı təcili yardıma müraciətlərin sayı nisbətən artıb. Ümid edirik ki, əvvəlki yüksək yoluxma statistikası bir də geri dönməz. Əgər bu hal yenidən təkrarlanarsa, biz yenə də gücləndirilmiş rejimdə fəaliyyətimizi davam etdirəcəyik. Onsuz da pandemiya başlayandan gücləndirilmiş rejimində çalışırıq və təcili yardım işçilərinin heç biri demək olar ki, bir il ərzində məzuniyyətə çıxmadı”.

    N.Fərzəliyeva onu da qeyd edib ki, vaksin olunan şəxslər tərəfindən də yüngül əks təsirlərlə bağlı təcili yardıma müraciətlər daxil olub:

    “Vaksindən sonra bizə müraciət edən vətəndaşlarımız arasında ağır hala rast gəlmədik. Bəzi əlamətlərlə bağlı çağırışlar oldu və həkimlərimiz onları müayinə etdi. Məlum oldu ki, onların çoxu panika ilə əlaqədardır. Yüngül əlamətlərə görə ilkin tibbi yardım göstərilən cüzi sayda xəstələr də qeydə alındı”.

  • Тяжело раненный в Отечественной войне военнослужащий стал шехидом

    В госпитале скончался военнослужащий Балакишиев Замин Дадаш оглу, получивший тяжелое ранение 5 месяцев назад в ходе Отечественной войны.

    Как передает АПА, несмотря на длительное лечение находившегося в коме З.Балакишиева, спасти его не удалось.

    Шехид будет похоронен 8 марта на кладбище родного села Гаралар Сабирабадского района.

    Отметим, что Замин Балакишиев распоряжением Президента Азербайджана был награжден медалью “За освобождение Лачина”.

    Выражаем свои соболезнования!

  • Vətən müharibəsində ağır yaralanan əsgər beş ay sonra şəhid olub

    Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu beş ay sonra hospitalda vəfat edib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

    Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

    Allah rəhmət eləsin!

  • Röya ilk dəfə anası ilə şəklini paylaşdı: “Bu arzuma çatmışam” – FOTO

    Xalq artisti Röya sosial şəbəkədə anası ilə fotolarını paylaşıb.

    Fotonun paylaşılma səbəbi 8 Mart Beynəlxalq Qadınlar Günüdür.

    Röya fotonu belə şərh edib:

    “Mən ilk dəfədir, anamla şəklimi paylaşıram. Anam Azərbaycan Dillər Universitetinin məzunudur, ingilis dili müəllimidir. Gözümüzü açandan o həm çalışıb, həm də bizə baxıb, böyüdüb.

    İngilis dili müəllimi olmasına baxmayaraq, günün ikinci yarısı məni, yaxud bacımı götürüb təmizləyəcəyi evlərə gedərdi. Həmin insanların paltarlarını gətirib yuyub, ütüləyib geri aparardıq. Yəni, anam bütün bu əziyyətləri keçmiş bir qadındır.

    Demək istəyirəm ki, artıq 10 yaşım olanda onunla işləyib pul qazanırdım. Beşmərtəbəli binada yaşayırdıq, birinci mərtəbədən beşinciyə kimi qonşularımıza biskvit satırdım. Anamın rəfiqəsinin dükanı var idi, şirniyyatları o gətizdirirdi. Bu işi də anama həvalə etmişdi ki, satıb pul qazansın. O vaxtdan söz verdim ki, ana, səni o qədər xoşbəxt edəcəyəm ki, heç kəsə möhtac qalmayasan, öz evin olacaq, kirayədə qalmayacaqsan. Demişdim ki, anama qulluq edəcəklər, onunla maraqlanacaqlar. Və bu arzuma çatmışam!

    Anam kimi yüzlərlə belə zəhmətkeş xanım var. Bütün qadınlara arzularının çin olmasını diləyirəm. Qız övladları daim analarının yanında olsun, onlar üçün yaşasın. Heç bir çətinlikdən qorxmayın, problemin həllini intiharda görməyin! Hər birimiz ağır günlər keçirmişik. Amma arzular insanı məqsədinə qədər aparır. Arzularınız tükənməsin!

    Anamın simasında bütün anaları, qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm!”



  • Сегодня 8 Марта – Международный женский день

    Сегодня во всем мире отмечается Международный женский день.

    Клара Цеткин в 1910 году на II Международной социалистической женской конференции, проходившей в Копенгагене 27 августа в рамках VIII конгресса Второго интернационала, предложила учредить Международный женский день.

    Исторически праздник появился как день солидарности трудящихся женщин в борьбе за равенство прав и эмансипацию. Во многих странах мира 8 марта отмечается как день трудящихся женщин.

    В 1911 году первый Международный женский день отмечался в Германии, Австрии, Дании и Швейцарии, с 1913 года праздник начали отмечать в России.

    В Азербайджане этот день регулярно начали отмечать с 1917 года.

    В 1998 году в Азербайджане был создан Государственный комитет по проблемам семьи, женщин и детей Азербайджана. Азербайджан представлен в бюро по делам женщин Совета Европы, а также является полноправным членом комиссии ООН по делам женщин.

    С 1995 года Азербайджан присоединился к Международной конвенции о ликвидации всех форм дискриминации в отношении женщин.

    8 марта – Международный женский день – в Азербайджане объявлен нерабочим днем.

  • Dünya Beynəlxalq Qadınlar Gününü qeyd edir

    Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür.

    1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 Martın Dünya Qadınlar Günü kimi qeyd edilməsini təklif edib.

    1977-ci ildə BMT bu günü Qadın Günü kimi rəsmiləşdirib.

    Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ölkə qadınlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

  • Badamdarda sürüşmənin səbəbi açıqlandı – RƏSMİ

    Bu gün səhər saatlarında Bakının Səbail rayonu, Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verib.

    “Report” xəbər veriri ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji Kəşfiyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov sürüşmə sahəsinə baxış keçirildiyini bildirib.

    “Baxış zamanı məlum olub ki, yanvarın 28-də ərazidə baş verən sürüşmə nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillərdən, əsasən də, son zamanlar atmofser yağıntıllarının təsirindən yerinin dəyişməsi qeydə alınıb. Quruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə olaraq dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir”, – o qeyd edib.