Month: March 2021

  • Qalmaqallı peyvəndin adı dəyişdirildi

    Avropadakı vəziyyətdən sonra bir çox ölkədə tədarükü dayandırılan “AstraZeneca” peyvəndinin adı dəyişdirilib.

    İsveç Sağlamlıq Məhsulları Agentliyinin saytında qeyd edilən məlumata görə, onun yeni adı “Vaxzervia” olacaq.

    Qeyd olunur ki, ad dəyişikliyindən sonra dərmanın tərkibində heç bir dəyişiklik olmayacaq. Həmçinin, yeni məhsulun etiketlənməsi və qablaşdırılması fərqli ola bilər.

    Sözügedən peyvəndin istifadəsini dayandıran son ölkə Kanada olub. Orada dərman artıq 55 yaşdan yuxarı insanların vaksinasiyası üçün istifadə olunmayacaq.

    Kanadalı mütəxəssislərin fikrincə, “AstraZeneca” ilə vaksinasiya olunanlarda tromboz ehtimalı 100 000-də 1-dir. Əvvəl hesab edirdilər ki, bu təsir milyon insandan birində müşahidə olunur.

    Qeyd edək ki, bəzi Avropa ölkələri peyvənd edilən xəstələrdə tromboz aşkarlanmasından sonra “AstraZeneca”dan istifadəni dayandırıb və ya birbaşa qadağan edib.

    Eyni zamanda, dərman istehsalçıları onun təhlükəsiz olmasında israrlıdır.

  • Polis karantin rejimi ilə əlaqədar Ağdaş və Şəkidə reydlər keçirib – FOTO

    Şəki və Ağdaşda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti reydlər keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları şəhərdaxili marşrut avtobuslarında, mağazalarda, açıq ictimai məkanlarda, eləcə də digər qapalı obyektlərdə keçirdikləri reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, karantin qaydalarına riayət etmələrinin vacibliyini onların diqqətinə çatdırıblar. Gündəlik olaraq həyata keçirilən nəzarət-profilaktik tədbirlərdə əsas məqsədin onların maarifləndirilməsi, sağlamlıqlarının və təhlükəsizliyinin qorunması olduğunu bildiriblər.

    Reydlər zamanı ictimai nəqliyyatda, mağazalarda qaydaların pozulması hallarına rast gəlinib. Belə ki, bəzi sürücü və sərnişinlərin, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, kassaların önündə sosial məsafənin gözlənilmədiyi aşkarlanıb.

    Aparılan izahedici söhbətlərdən, edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq qaydaları pozmaqda davam edən şəxslər barəsində isə qanunvericiliyə uyğun tədbir görülüb.

  • Bakıda avtomobil yeniyetməni vuraraq xəsarət yetirdi

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Zabrat qəsəbəsində 2006-cı il təvəllüdlü Bağırov Nihat Elçin oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sol dizin əziyi diaqnozu qoyulub.

  • Mədə həkimləri hansı qidaları yemir – İmtina SİYAHISI

    Qastroenteroloq həkimlər mədə-bağırsaq xəstələrinə müalicə üçün mütləq dərmanla yanaşı, pəhriz və bəzi qidalardan imtina tövsiyəsi də yazır. Əslində həzm sisteminin müalicəsi elə qidalanmadan asılıdır.

    Bəs mədə həkimləri özləri nə yeyir?

    Median.Az xəbər qastroeteroloq menyusunu təqdim edir.

    1.Tərkibində konservant olan ərzaq və məhsullardan uzaqqdır. Qəbul etdiyiniz məhsulların üzərində mütləq KONSERVANTSIZ sözü yazılmalıdır.

    2.Paketlənmiş, uzun müddət qalan şirniyyat, biskvit almıram – açıq satılan peçenye olar. Amma paketdə olan şirniyyat nə böyüyə, nə uşaqlara məsləhətdir.

    3.Kolbasa-sosis olmaz. Bujenina, dil ətini soyuq qəlyanaltı kimi alıram.

    4.Şirəli, rəngli içkilər, paketdə meyvə suları almıram – onlarda qatqı var.

    5.Marketlərdə gözəgəlimli, iri, GMO – dəyişikliyə uğramış meyvə – tərəvəz almıram – bu məhsulları bazardan almaq lazımdır. Meyvə tərərəvəzin asanlıqla çürüyəni xeyirlidir.

    6.Süd məhsullarının yalnız təzəsi, konservantsız olanı – istər xama, istər süd yemək məsləhətdir.

    7.Hisə verilmiş (kopçenniy) məhsullar olmaz.

    8.Şorabalardan imkan olduqca uzaq durun – yalnız malakansayağı qoyulmuş kələm yaxşıdır. Onu xəstələrə də tövsiyyə edirəm, bir şərtlə ki, tərkibində essensiya olmasın. Marketlərdə qablarda uzun müddət qalan turşu-şoraba qəti şəkildə yeyilməməlidir.

    9.Konfet, şirniyyat, şokoladın tərkibinə baxmaq lazımdır.

    10.Toyuq, ət, balıq məhsulları yalnız bazardan və təzə kəsilmiş olmalıdır.

    İnsanlara 100% “bunu yemə, onu yemə” qadağasını da qoymaq olmur. Amma düşüncəli insan istəsə bu qədər çeşid içindən bir az normal tərkibdə olan ərzaqlar seçə bilər. Xüsusən GMO və konservantlardan uzaq dayanmaq lazımdır.

  • Oğlan valideynlərinə VACİB xəbər – Əsgərliklə bağlı SƏRƏNCAM

    Azərbaycanda 2021-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.

    Median.Az xəbər verir, bu barədə anews.az-a Dövlət Xidmətindən məlumat verilib.

    Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

    Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

    Prezident İlham Əliyevin 2021-ci il martın 2-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

  • Bakıda gənc naməlum şəxs tərəfindən bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Binə qəsəbəsində 1992-ci il təvəllüdlü Əzizov Sahil Məhəmməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

  • Əhali üçün vacib məlumat açıqlandı: Aprelin 1-dən etibarən…

    Türkiyənin Azərbaycandkı səfirliyi aprelin 1-dən etibarən Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı məqamları açıqlayıb.

    Oxu24.com -un xəbərinə görə, bu barədə səfirliyin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

    Bildirilib ki, 10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb və məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

    Bu protokolun qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsi ilə digərinin ölkəsinə 90 gün müdətlik vizasız turistik səyahət edə biləcək.

    “Şəxsiyyət vəsiqəsi ilə səyahət zamanı Azərbaycan vətəndaşlarının Türkiyəyə girişində, Türkiyə vətəndaşları isə Türkiyəni tərk edərkən onlara iki dildə “Giriş-Çıxış Forması” veriləcək ki, bu Fomada giriş-çıxış ştampları qeyd olunacaq.

    Bildirilib ki, 10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb və məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

    Səfirlik bildirib ki, Azərbaycana yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edən Türkiyə vətəndaşları şəxsiyyət vəsiqələrini itirdiyi təqdirdə geri qayıtmaq üçün lazım olan müvəqqəti pasporta müraciət edərkən fotoşəkil və şəxsiyyət vəsiqəsinin nömrəsi olan başqa bir sənəd təqdim etməlidir.
    “Yeni nəsil şəxsiyyət vəsiqəsindən səyahət sənədi olaraq yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səyahətlərdə istifadə etmək mümkündür. Üçüncü ölkələrdən Türkiyəyə və ya Azərbaycana gələrkən pasport istifadəsi məcburidir.

    Yaşayış icazəsi müraciəti zamanı yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə edilə bilməz. Türkiyədə və ya Azərbaycanda 90 gündən çox qalmaq istəyən vətəndaşlar qalmaq istədikləri müddətdən 60 gün daha çox etibarlılıq müddəti olan pasportlarla qalmaq icazəsi üçün müraciət edə bilərlər.
    Azərbaycana daxil olan bütün xarici vətəndaşlar bu ölkədə on beş gündən çox qalmaq niyyətində olduqları təqdirdə, Dövlət Miqrasiya Xidmətinə (//eservice.migration.gov.az/) ünvan barədə məlumat verməlidir. Azərbaycanda 15 gündən çox qalacaq Türkiyə vətəndaşları da bu tələbi vaxtında yerinə yetirməlidir.

    Səfirlik açıqlamasında vurğulayıb ki, COVID-19 epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun 2021-ci ilə qədər uzadılıb. Xüsusi karantin rejiminin qüvvədə olduğu dövrdə yalnız Azərbaycanda yaşamaq üçün icazəsi olan və ya yaxın qohumu (valideyn, arvad, övladı) Azərbaycan vətəndaşı olan xarici vətəndaşların Azərbaycana girişinə icazə verilir. Bu sahəyə daxil olmayan xarici vətəndaşlar Azərbaycana gəlməzdən əvvəl Azərbaycan Nazirlər Kabinetindən ölkəyə giriş icazəsi almalıdır.

  • Məşhur aparıcı koronavirusa yoluxub – FOTO

    Məşhur aparıcı Günay Yelmarqızı koronavirusa yoluxub.

    O, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib.

    Aparıcı bildirib ki, özünü qorumağa çalışsa da, o da bu virusdan qaça bilməyib.

  • Миллионеру Багдасарову отрезало голову поездом метро в Москве

    Крупный российский предприниматель, основатель и председатель совета директоров компании “Алсико” Валерий Багдасаров погиб под поездом метро в Москве. Трагедия случилась еще 21 марта, однако личность погибшего стала известна только сейчас, сообщает day.az со ссылкой на КП.

    Инцидент произошел на станции метро “Дмитровская”: 72-летний бизнесмен оказался на рельсах в момент прибытия поезда. Сотрудники станции бросились на помощь мужчине, машинист состава применил экстренное торможение, однако было уже слишком поздно, спасти Багдасарова не удалось.

    “Когда экстренным службам удалось забраться под состав, они обнаружили тело скончавшегося 72-летнего бизнесмена Валерия Багдасарова. Мужчине буквально отрубило голову колесами поезда. Шансов выжить в таких обстоятельствах у него не было. Тело погибшего мужчины подняли с путей и доставили в судебный морг”, – цитирует KP.RU источник в правоохранительных органах.

    Сейчас сотрудники полиции проводят проверку по факту происшествия, пытаясь выяснить, что делал миллионер, основатель крупной компании в метро, и при каких обстоятельствах оказался на рельсах.

  • Bakıda 51 yaşlı qadını avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, “NZS” adlanan ərazidə 1970-ci il təvəllüdlü Süleymanova Ətravə İbrahim qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.