Month: March 2021

  • Qonşuları Sumqayıtda intihar edən 18 yaşlı qız haqqında danışıblar – VİDEO

    Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər sakini Könül Misirli özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

    17-ci mikrorayon 45 saylı binada yaşayan Könül Misirli Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb.

    O, ali məktəbə qəbul imtahanında 618 bal yığaraq Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinə daxil olub.

    Könülün qonşuları onun haqqında danışarkən çox tərbiyəli və sakit xarakterli olduğunu bildirib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Koronavirus Çində yayılmayıbmış – ŞOK

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir.

    “Report” zəbər verir ki, “The Wall Street Journal” nəşrinin jurnalistləri yanvar-fevral aylarında Çində koronavirusun mənşəyinin yayılma şərtlərini aydınlaşdırmaqla məşğul olan mütəxəssislər tərəfindən hazırlanmış hesabatla tanış olublar.

    Materialda qeyd edilir ki, mütəxəssislər virusun harda və necə yayılmağa başlaması barədə suala qəti cavab vermirlər.

    “Məruzədə virusun Çindən xaricdə yaranması və sonra ölkəyə bu ölkədə yayılması ehtimalı irəli sürülür. Bu fərziyyə Çin səlahiyyətliləri tərəfindən irəli sürülüb, ABŞ və digər Qərb dövlətlərinin hökumətləri buna qarşı çıxıblar”, – deyə materialda bildirilir.

    Sənəddə qeyd edilir ki, ÜST-ün ekspertləri həmçinin “Çində xəstəxanaların məlumatlarını və 2019-cu ilin dekabrına qədər alınmış qan nümunələrini daha çox diqqətlə öyrənməyi” məsləhət görürlər. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, Çinin heyvanları bəsləmə fermalarında yoxlamalar aparmaq lazımdır. Güman edilir ki, bu, virusun insana harada ötürüldüyünü aydınlaşdırmağa kömək edə bilər.

    Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Hamilələrə verilən bu dərman körpədə – Xərçəng yaradır

    Ginekologiyada 1 əsrdən çoxdur düşüklər əleyhinə istifadə edilən məşhur preparatın gələcəkdə uşaqda xərçəng yaranmasına səbəb olduğu aşkarlanıb.

    Median.Az xəbər verir ki, Texas universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsində bu qənaətə gəliblər.

    Bu inyeksiya hamilələrdə düşük təhlükəsi olduqda və düşüyü saxlamaq və sonsuzluğun müalicəsi zamanı təyin edilir.

    2020-ci ilin oktyabrından FDA bu preparatdan imtinaya çağırıb, çünki onun effektivliyi şübhə altındadır və dölə gələcək zərərli təsiri mümkündür.

  • Beynəlxalq konfransda azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları müzakirə edilib

    Martın 29-da Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycanlılara qarşı soyqırım və vandalizm aktlarına siyasi və hüquqi qiymət verilməsi istiqamətində Avropa məkanında səylərin konsolidasiyası” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.

    Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Avropada fəaliyyət göstərən siyasi ekspertlərin, beynəlxalq jurnalistlərin, media qurumlarının rəhbərlərinin, Azərbaycanın Avropada fəaliyyət göstərən səfirlərinin, tanınmış siyasi xadimlərin və ziyalıların iştirak etdiyi konfransa Milli Məclisin deputatları – Musa Qasımlı, Qənirə Paşayeva və Elman Nəsirov qatılıblar.

    Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələrin və soyqırımların da həkk olunduğunu bildirib. Xüsusən son iki əsrdə erməni millətçilərinin Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri qanlı aksiyaların və soyqırımların miqyasının bilindiyindən daha çox olduğunu vurğulayan Sahil Qasımov Azərbaycan tarixinin müsibətlərlə dolu bu səhifələrinin dünyada və Avropada tanıdılmasının vacibliyinə toxunub.

    Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı ermənilərin Azərbaycanda törətdikləri soyqırım və vandalizm aktlarının Azərbaycanda yaşayan digər bütün xalqlara qarşı da yönəldiyinin, onların xristian əhalini də kütləvi qırğına məruz qoymalarının tarixi mənbələrdə və arxiv materiallarında təsbit olunduğunu bildirib. Deputat ermənilərin soyqırım və vandalizm siyasətini Azərbaycanda yaşayan bütün millətlərin və dini konfessiyaların məsələsi kimi dəyərləndirib.

    Tədbir iştirakçıları azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və vandalizm aktlarına Avropa məkanında siyasi və hüquqi qiymətin verilməsinə nail olmaq üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

    Konfrans iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarını işğal zamanı və işğalda saxladığı 30 ilə yaxın müddətdə həm azərbaycanlılara qarşı, həm də Azərbaycanın maddi-mədəni, tarixi abidələrinə, mədəni nümunələrinə qarşı törətdiyi genosidin miqyasından ürək ağrısı ilə söz açıblar. Onlar Azərbaycanın 44 günlük Vətən müharibəsini zəfərlə sonlandırıb torpaqlarını erməni işğalçılarından azad etməsinin regionda davamlı sülhə və gələcək inkişafa möhkəm zəmin yaratdığını vurğulayıblar. Bu yeni imkanlardan bütün region ölkələrinin tam yararlanması üçün ilk növbədə Ermənistanın revanşist cəhdlərdən, təxribatlardan, ən əsası faşist ideologiyasından əl çəkməsinin vacibliyini qeyd ediblər.

    Konfransda Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov, ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

  • Xarici İşlər naziri ilə AQEM Katibliyinin icraçı direktoru arasında görüş olub – FOTO

    Tacikistana səfəri çərçivəsində Xarici İşlər naziri Ceyhun Bayramovun AQEM Katibliyinin icraçı direktoru Kairat Sarıbay ilə görüşü keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüşdə icraçı direktor Azərbaycanın ilk gündən etibarən AQEM çərçivəsində fəal iştirakını qeyd edərək, bu xüsusda təşəkkürünü ifadə edib. Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolu məmnunluqla qeyd olunub.

    Kairat Sarıbay Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını vurğulayıb.

    Öz növbəsində nazir Ceyhun Bayramov Azərbaycanın ilk gündən AQEM təşəbbüsünü dəstəklədiyini və bura qoşulan ilk dövlətlərdən biri olduğunu qeyd edib, sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb.

    Nazir ölkəmizin nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri çərçivəsində ölkəmizin əlaqələndirici rolunun davam etdiriləcəyini və qarşıdan gələn müddət ərzində bu xüsusda növbəti tədbirin keçiriləciyini bildirib.

    Görüşdə, həmçinin tərəflər digər regional məsələlər ətrafında, xüsusilə də post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

  • Для вакцинированных граждан могут отменить систему SMS-разрешений и прочие ограничения на передвижение

    Ожидается, что в случае ужесточения особого карантинного режима, тем, кто прошел оба этапа вакцинации, будут предоставлены льготы. На них может не распространяться система СМС-разрешений и прочие ограничения на передвижение.

    Об этом АПА сообщили источники в медицинских кругах.

    Согласно информации, резкий рост числа инфицированных требует ужесточения карантинного режима. В этом случае обсуждается, будут ли указанные ограничения распространяться на тех, кто прошел оба этапа вакцинации.

    Отметим, помощник Президента Азербайджана Шахмар Мовсумов некоторое время назад сказал, что обсуждается вопрос о применении льгот по отношению к гражданам, которые полностью прошли вакцинацию.

    Напомним, что в первую очередь в Азербайджане вакцинация осуществлялась в отношении лиц старше 50 лет. Правительство сообщило о том, что в настоящее время могут прививаться люди в возрасте выше 40 лет.

    Вакцинация является бесплатной для граждан. Для этого государство доставило в страну 4 млн доз вакцины CoronaVac производства китайской компании Sinovac Biotech.

  • Vaksin vurduranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər

    Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı gözlənilir.

    Vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.

    Bu barədə APA-ya tibbi mənbələrdən bəlli olub.

    Məlumata görə, koronavirusa yoluxma sayındakı kəskin artımlar yenidən karantin rejiminin sərtləşdirilməsini aktuallaşdırır. Belə vəziyyətdə isə vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir.

    Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu qeyd etmişdi.

    Xatırladaq ki, əvvəlcə Azərbaycanda 50 yaş üzəri şəxslərin vaksinləşmə prosesi başladılıb. Hazırda hökumət 40 yaş üzəri şəxslərin vaksinləşmə prosesindən istifadə edə biləcəyini açıqlayıb.

    Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur. Azərbaycan dövləti bu proses üçün Çinin “Sinovac” şirkətinin istehsalı olan 4 milyon ədəd “CoronaVac” vaksinini ölkəyə gətirib.

  • Pandemiya dövründə mütləq yeyilməli olan 10 MEYVƏ

    Qida mütəxəssisləri pandemiya dövründə istifadəsi mütləq olan 10 meyvənin adını açıqlayıb.

    Median.Az həmin meyvələrin siyahısını təqdim edir.

    Kivi

    Yüksək miqdarda C, K və E vitamininə malik kivi vitamin qəbulunda möhtəşəm alternativ yaradır.

    Heyva

    Şişkinlik və orqanizmin su toplamasına qarşı mükəmməl təbii dərman effekti verən heyva bol şəkildə C vitamininə malikdir. Heyva immun sistemini qüvvətləndirərək allergik reaksiyaların qarşısını almağa yardımçı olur.

    Balqabaq

    İstər şirniyyatda, istərsə şorbalarda istifadə edə biləcəyiniz təbiət möcüzəsi olan balqabaq alfa və betokeratin mövzusunda bənzərsizdir. Hüceyrələri yeniləyir.

    Qreypfrut

    Ən ləzzətli və ən faydalı dövrü noyabrda olan qreyfurt ən aşağı kalori miqdarına sahib qidalardandır. Pəhriz saxlayanlar üçün bu dövrdə xüsusi tövsiyə olunur.

    Naringi

    C vitamini ilə bol olan naringi immunitetin möhkəmlənməsinə yardımçı olur.

    Əncir

    Təzə, quru və ya mürəbbə formasında istifadə etdiyimiz əncir tarixin ən qədim meyvələrindəndir.

    Nar

    Təzə sıxılmış suyuna daha çox üstünlük verilən nazir viruslara qarşı qalxan rolunu oynayır.

    Alma

    Antioksidant deposu olan almanın qabığı ilə istifadəsi tövsiyə edilir.

    Armud

    Yüksək xolestrol problemi ilə mübarizə aparan insanların bir nömrəli təbii yardımçısı olan armud həm də şirniyyat istəyini sıfıra endirir.

    Xurma

    Dünyanın ən faydalı və şəfalı meyvələrindən hesab olunan xurma 55% A vitamini, 6 qram fiber, 30% maqnezium və sadəcə 118 kaloriyə malikdir.

  • Bakıda dəhşət! BIÇAĞI SİNƏSİNƏ SANCDILAR

    Bakıda dəhşət! BIÇAĞI SİNƏSİNƏ SANCDILAR

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Oxu24.com-un məumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Binə qəsəbəsində 1992-ci il təvəllüdlü Əzizov Sahil Məhəmməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    

  • Üçüncü dalğa başlayıb, sərt karantin olmalıdır, əgər vəziyyət pisləşərsə… – Professor ELAN ETDİ

    “Virus mutasiya etməkdə davam edir. Hər bir mutogen forma yeni xassə alır. Son mutagen formalar, o cümlədən Britaniya ştammı və digərləri də var ki, onların hamısı bütün ölkələrdə yüksək səviyyədə araşdırılmır. Müəyyən məlumatlara görə, koronavirusun 200-dən çox mutasiyaya uğrayan ştammları var. Onların bəziləri tamamilə zəif, bəziləri isə kifayət qədər aqressiv, yoluxuculuq potensialı yüksəkdir”.

    Median.Az xəbər verir ki, Bu sözləri publika.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

    O bildirib ki, xəstəliyin ayrı-ayrı adamlarda müxtəlif cür keçməsinin səbəblərindən biri də məhz virusun hazırda yoluxuculuq qabiliyyətinin yüksək olmasıdır: “Buna görə də ayrı-ayrı ölkələrdə yoluxma sayının artması, ölüm göstəricilərinin çoxalması qeyd olunur. Bütün ölkələr İngiltərə kimi araşdırma aparmır. Güman ki, başqa ölkələrdə də virusun mutasiya etmiş növləri var. Bu cür ştammlar böyük yoluxuculuq potensialına malikdir. Virusda mutasiya getdikcə, onun tərkibində amin turşularının yeri dəyişdikcə yeni xassələr alır və ya zəifləyir, ya da güclənir və s. Bu ştammların isə yoluxuculuq qabiliyyəti yüksəlib, onun letallıq qabiliyyəti də nisbətən artıb. Ona görə də biz hazırda başqa mənzərə görürük”.

    Həkim qeyd edib ki, karantin qaydalarını nisbətən sərtləşdirib, təmasları azaldıb, vaksinasiyanı intensivləşdirmək lazımdır: “Vətəndaşlarda immunizasiya səviyyəsi 70-75 faiz olduğu zaman kollektiv immunitetin formalaşmasından danışıla bilər. COVAX platforması bizə ikili standartlarla yanaşdı və vaksin verilmədi. Azərbaycan öz resursları, Türkiyənin vasitəçiliyi ilə bu vaksini əldə edə bildi. Gürcüstana ikinci hissə vaksin verilir, bizə isə ödənişi etməyimizə baxmayaraq, vaksin verilməyib. Bu, ədalətsizlikdir. Lakin bütün bunlara baxmayaraq, Cənubi Qafqazda vətəndaşlarımızı immunizasiya edən ilk ölkə ola bilmişik”.