Month: March 2021

  • Türkiyədə “komendant saatı” tətbiq olunacaq

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə hökumətinin iclası keçirilib.

    “Haber Global”ın məlumatına əsasən, üç saat yarım davam edən toplantıdan sonra dövlət başçısı mətbuata açıqlamalar verib.

    O bildirib ki, ölkədə koronavirusla bağlı vəziyyətin kəskinləşməsi fonunda bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

    “Əlimizdəki məlumatlar və etdiyimiz araşdırmalara əsaslanaraq qəbul etdiyimiz qərarları bu gün xalqımızla paylaşmaq istərdim. Bütün Türkiyə ərazisində hər gün axşam saat 21-dən səhər saat 5-dək küçəyə çıxma qadağası tətbiq olunacaq.

    Qırmızı kateqoriyadan olan bölgələrimizdə şənbə və bazar qadağaları da qüvvədə qalacaq. Ramazan ayı boyunca şənbə-bazar qadağaları bütün ölkəyə şamil olunacaq.

    Restoran və kafelərə tutumunun 50%-i qədər müştəri buraxılacaq. Ramazan ayında isə bu obyektlərin yalnız çatdırılma yolu ilə xidmətinə icazə veriləcək. Kütləvi sahur və iftar süfrələri də qadağan olunacaq”, – deyə Ərdoğan bəyan edib.

  • Делегация ВВС Пакистана находится с визитом в Азербайджане – ФОТО/ВИДЕО

    Сегодня заместитель министра обороны Азербайджанской Республики – командующий Военно-воздушными силами генерал-лейтенант Рамиз Таиров встретился с находящейся с рабочим визитом в Азербайджане делегацией во главе c заместителем командующего ВВС Исламской Республики Пакистан маршалом авиации Амиром Масудом.

    Об этом говорится в информации Министерства обороны.

    Члены делегации посетили Аллею шехидов, возложили венки и цветы к могилам наших сограждан, ставших шехидами в борьбе за независимость и территориальную целостность страны, почтили их память.

    На встрече было выражено удовлетворение развитием азербайджано-пакистанских отношений и уровнем стратегического партнерства.

    Маршал Аамир Масуд поздравил азербайджанский народ с победой в Отечественной войне, пожелал упокоения душам военнослужащих и гражданских лиц, ставших шехидами, а также исцеления раненым.

    Стороны обсудили перспективы развития сотрудничества между ВВС Азербайджана и Пакистана в военной, военно-образовательной и военно-технической сферах, а также другие вопросы, представляющие взаимный интерес.

  • Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir – FOTO/VİDEO

    Martın 29-da Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla anıb.

    Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

    Pakistanlı marşal Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

    Tərəflər Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığının perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Джейхун Байрамов встретился с Мевлютом Чавушоглу

    В рамках своего визита в Таджикистан, 29 марта министр иностранных дел Азербайджана Джейхун Байрамов встретился со своим турецким коллегой Мевлютом Чавушоглу.

    Об этом сообщили в МИД нашей страны.

    Отмечается, что министры обменялись мнениями о текущей ситуации в регионе, а также о работе, проделанной Азербайджаном в процессе постконфликтной реконструкции и восстановления.

    Стороны также обсудили вопросы повестки дня двустороннего сотрудничества и с удовлетворением отметили вступление в силу с первого апреля протокола №1 о внесении изменений в подписанное в Баку соглашение о взаимной отмене визового режима между Азербайджаном и Турцией, подчеркнув, что начиная с этой даты граждане двух стран смогут использовать удостоверения личности при пересечении границы.

    На встрече также были обсуждены другие региональные вопросы, представляющие взаимный интерес.

  • Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində Türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

    Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və 1 aprel tarixindən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokolun qüvvəyə mindiyini və bu tarixdən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklərini məmnunluqla qeyd ediblər.

    Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

  • В Хырдалане покончила с собой 35-летняя женщина

    В Абшеронском районе совершен суицид.

    Как сообщает Report, инцидент зарегистрирован на территории города Хырдалан.

    Так, Эльнара Гасымова (1986 г.р.) повесилась в собственном доме.

    Причины суицида пока не установлены.

    По данному факту проводится расследование.

  • Xırdalanda 35 yaşlı qadın intihar edib

    Abşeron rayonunda intihar hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

    Belə ki, 1986-cı il təvəllüdlü Qasımova Elnarə Şakir qızı yaşadığı evdə özünü asıb.

    İntiharın səbəbləri hələlik bilinmir.

    Faktla bağlı araşdırma aparılır.

  • Ermənistanda Türkiyə bayrağı yandırılıb

    Ermənistanda türk düşmənçiliyi bir daha özünü büruzə verib.

    “Haber Global”ın məlumatına əsasən, ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın jurnalistin Türkiyəni düşmən dövlət olaraq görüb-görməməsilə bağla sualına “Türkiyəyə qarşı münasibətimizi yenidən nəzərdən keçirməliyik” cavabından sonra İrəvanda radikal milliyyətçi “Daşnaksutyun” partiyası tərəfindən etiraz aksiyası təşkil olunub.

    Etirazçılar Türkiyə əleyhinə şüarlar səsləndirib, hətta qardaş ölkənin dövlət bayrağını da yandırıblar.

    Partiya liderləri Təhlükəsizlik Şurasının Türkiyənin İrəvandakı səfirliyinə çevrildiyini, A.Qriqoryanın da özünü türk səfiri kimi apardığını bəyan ediblər. Onlar bildiriblər ki, Türkiyə ilə siyasi mübarizədə silahı yerə qoymaq uğursuzluğa düçar olmaq deməkdir.

  • Эмин Амруллаев: Более половины учителей и технического персонала школ старше 50 лет прошли вакцинацию – ФОТО

    Сегодня в 98,4 % общеобразовательных учреждений организована традиционная форма обучения.

    Об этом в своем Twitter-аккаунте написал министр образования Азербайджана Эмин Амруллаев.

    Он отметил, что посещаемость учащимися уроков составляет около 80 процентов:

    “На сегодняшний день вакцинацию прошли более 50 % учителей и технического персонала старше 50 лет, этот процесс продолжается. Важнейшим фактором для сохранения традиционной формы обучения является соблюдение правил личной гигиены”, – написал министр.

  • Emin Əmrullayev: “Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin yarıdan çoxu peyvənd olunub” – FOTO

    “Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi”.

    Bunu təhsil naziri Emin Əmrullayev öz “Twitter” səhifəsində bildirib.

    O qeyd edib ki, şagird davamiyyəti 80 faizə qədərdir: “Bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir. Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir”.