Month: March 2021

  • “Qazilərimizi tezliklə normal həyata qaytaracağıq” – İlham Əliyev

    “Görüləcək işlərə qayıtdıqda, mən xüsusilə şəhid ailələrinə göstərilən dəstəyi qeyd etmək istəyirəm. Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili üçün mənzillərin təqdim edilməsi mərasimi də keçirilmişdir. Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Bildirməliyəm ki, beləliklə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin nümayəndələrinə tam şəkildə mənzillər, evlər veriləcəkdir. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər veriləcəkdir”.

    Median.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında deyib.

    Dövlət başçısı bildirib ki, şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir:

    “Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər.

    Eyni zamanda, qazilərimiz də dövlət tərəfindən bütün lazımi müalicə vasitələri ilə təmin edilir, ən müasir protezlər sifariş olunubdur. Müharibə zamanı sağlamlığını itirən qazilərimizi biz tezliklə normal həyata qaytaracağıq. Onu da bildirməliyəm ki, bizə bu məsələdə xaricdən gələn həkimlər də kömək göstərirlər. Bir neçə ölkədən həkimlər artıq Azərbaycana gəlmişlər, əməliyyatlar aparırlar, kömək göstərirlər. Bu xoş missiyaya görə bütün xarici dostlarımıza da təşəkkürümü bildirirəm”.

  • Bakıda 81 yaşlı qocanı avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Belə ki, 1940-cı il təvəllüdlü Eyvazov Edil Əli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona onurğanın bel nahiyəsinin əziyi diaqnozu qoyulub.

  • Gəncədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

    Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

    “Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

    Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).

    Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident: Müstəqilliyimizin 30 illiyini qələbə qazanmış xalq kimi qeyd edəcəyik

    “Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, – necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, – bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev YAP-ın qurultayında yekun nitqində deyib.

    Dövlət başçısı bildirib:

    “Biz bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Mən giriş sözümdə bu məsələ ilə bağlı öz fikirlərimi dedim. Bir daha demək istəyirəm ki, 30 ildən sonra biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır.

    Əlbəttə ki, biz dövlət müstəqilliyini əldə edəndə, – mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirdim, – müstəqilliyimiz şərti xarakter daşıyırdı. Müstəqillikdən dörd ay sonra Ermənistan bizə qarşı Xocalı soyqırımını törətdi. Müstəqillikdən yeddi ay sonra Şuşa və Laçın işğal altına düşdü. Yəni, müstəqilliyimizin ilk illəri faciəvi illər idi və biz müstəqilliyi tamamilə itirə bilərdik. İndi isə – 30 ildən sonra biz ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi bu yubileyi qarşılayırıq. Müharibə ilə bağlı bəzi yerlərdə gedən müzakirələrdən görürəm deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil. Biz, eyni zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Martuni, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişik və bu gün yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bir daha demək istəyirəm ki, bu reallığı biz yaratmışıq – güc hesabına, iradə hesabına, birlik hesabına.

    Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.

    Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.

    Beləliklə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

  • YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI

    Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında partiyanın Veteranlar Şurası yaradılıb.

    “Report” xəbər verir ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

    Veteranlar Şurasının tam tərkibi belədir:

    Arif Rəhimzadə, Sədaqət Qəhrəmanova, Akif Əlizadə, Ədalət Fərəcov, Kərim Kərimov, İsgəndər Quliyev, Sudeyf İmamverdiyev, Əjdər İsmayılov, Vilayət Əliyev, Ramiz Mehdiyev, Dilarə Seyidzadə, Yaqub Mahmudov, Məmməd Nəsirov, Rizvan Cəbiyev, Şahlar Əsgərov, Zahid Xəlilov, Adilə Abbasova, Urxan Ələkbərov, Hüseynbala Mirələmov, Rafiq Məmmədhəsənov, Cəmil Əliyev, Misir Mərdanov, Nurlana Əliyeva, İbrahim Əzizov, Əhliman Əmiraslanov, Maqsud Nəcəfov, Asif Cahangirov, Elbay Qasımzadə, Əli Həsənov, Nizami Xudiyev, Tahir Məmmədov, Xeyrəddin Qoca, Elman Məmmədov, Vahid Novruzov və Tahir Rzayev.

  • BP назначила нового старшего вице-президента

    BP объявила, что глава британского отделения BP и старший вице-президент по Европе Питер Мазер покинет компанию в конце этого года. Его место в мае займет Луиза Кингхэм, возглавляющая Энергетический институт.

    Как передает Median.Az со ссылкой на petrolplaza, Питер был главой британского национального и регионального отделения BP по Европе с 2010 года. Он основал подразделение BP по новым регионам, городам и решениям в Великобритании и континентальной Европе. После ухода из компании Питер продолжит исполнять обязанности неисполнительного председателя наблюдательного совета BP Europe.

    «Нам очень повезло иметь такого квалифицированного преемника Питера на этой ключевой роли. Опыт Луизы в государственной политике, антикризисном менеджменте и взаимодействии с заинтересованными сторонами … делает ее идеальной [кандидатурой] для содействия продвижению программы преобразований BP», — сказал Уильям Лин, исполнительный вице-президент компании по регионам, городам и решениям.

    Отметим, что Энергетический институт (Energy Institute, EI) был основан в 2003 году в результате слияния Института нефти (Institute of Oil, основанный в 1913 году). Его членами являются 20 тыс. специалистов и 200 компаний, работающих в различных сферах энергетической промышленности. Головной офис EI расположен в Лондоне.

  • BP neft şirkətində yeni təyinat

    BP şirkətinin Britaniya bölməsinin rəhbəri və Avropa regionu üzrə baş vitse-prezident Piter Mazer (Peter Mather) cari ilin sonunda şirkətdən ayrılacaq.

    “Report” “Petrol Plaza”ya istinadən xəbər verir ki, onun yerinə may ayında 20 ildir Enerji İnstitutuna rəhbərlik edən xanım Luiza Kinqham gətiriləcək.

    2010-cu ildən adıçəkilən vəzifələrdə çalışan P.Mazer son vaxtlar BP-nin Birləşmiş Krallıqda və Avropa qitəsi boyu region və şəhər, habelə çözümlərlə bağlı yeni quruluşunu tərtib edib. O, şirkətdən ayrıldıqdan sonra isə BP Avropa Müşahidə Şürasının qeyri-icraçı sədri vəzifəsində çalışacaq.

    “Bu mühüm vəzifədə Piterin bu qədər səriştəli sələfinın çıxmasında xeyli bəxtimiz gətirdi. Luizanın ictimai siyasətdə, problemlər idarəçiliyində, maraqlı tərəflərlə çalışmaq sahələrindəki təcrübəsi BP-nin yenidən qurulması gündəmi üçün mükəmməl simaya çevirir”, – deyə BP-nin regionlar, şəhərlər, həllər üzrə icraçı vitse-prezidenti Uilyam Lin qeyd edib.

    2003-cü ildə əvvəlki Neft İnstitutu bazasında yaradılmış və qərargahı Londonda yerləşən Enerji İnstitutu (Eİ) enerji sektorunun müxtəlif sahələrində çalışan 20 min eksperti və 200 şirkəti birləşdirir.

  • Rusiyada yanacaq dolu yük qatarının 18 sisterni relsdən çıxdı, 10-u aşdı

    Rusiyanın Xabarovsk vilayətində yanacaqla dolu yük qatarının 18 sisterni relsdən çıxıb.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    “Xabarovsk vilayətinin Uzaq Şərq – Forel dəmir yolunda yanacaq daşıyan 18 sistern relsdən çıxıb. Sisternlərdən 10-u aşıb. Qəza səbəbindən üç sərnişin qatarının hərəkət qrafikində gecikmə baş verib. Yük qatarında cəmi 49 sistern olub. Qəza nəticəsində heç kim xəsarət almayıb”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, qəzanın səbəbləri barədə məlumat verilmir.

  • ABŞ gündəlik vaksinasiya həddini 2 milyon dozaya çatdırdı

    Dünyada COVID-19 pandemiyasının başlanğıcından bu yana ən çox ölüm və yoluxma hallarının qeydə alındığı ABŞ-da gündəlik vaksinasiya həddi artırılaraq iki milyon dozaya çatdırılıb.

    Bu barədə “Hürriyet” məlumat yayıb.

    Qeyd edək ki, sözügedən rəqəm fevral ayının ortalarında 1.3 milyon olub. Çıxışı zamanı ABŞ Prezidenti Co Bayden gündəlik vaksinasiya həddinin 1.5 milyon dozadan daha çox olmasına çalışdıqlarını bildirmişdi.

  • Prezident Tofiq Nağıyevi “Şərəf” ordeni ilə təltif etdi – SƏRƏNCAM

    Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Nağıyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Tofiq Murtuza oğlu Nağıyev “Şərəf” ordeni ilə təltif edilsin.