Month: March 2021

  • Rektor Elmar Qasımov YAP-ın İdarə Heyətinə seçildi

    Məlum olduğu kimi, bu gün keçirilən hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında Partiyanın yeni İdarə Heyəti formalaşıb.

    Yeni İdarə Heyətinə seçilənlərdən biri də Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur.

    E.Qasımov 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür.

  • Мехрибан Алиева назначена первым заместителем председателя ПЕА

    Распоряжением Президента Азербайджана Ильхама Алиева, Первый вице-президент Мехрибан Алиева назначена первым заместителем председателя партии “Ени Азербайджан” (ПЕА).

    Об этом сообщили в пресс-службе ПЕА.

    Заместитель премьер-министра Али Ахмедов и глава Государственного комитета по статистике Таир Будагов назначены заместителями руководителя партии.

    Т.Будагов также возглавит центральный аппарат ПЕА.

    Отметим, что 5 марта состоялся VII съезд партии. Председателем правления ПЕА является Президент Ильхам Алиев.

  • Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edildi

    Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə yeni müavinlər təyin edilib.

    Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident Mehriban Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.

    Əli Əhmədov və Tahir Budaqov partiya sədrinin müavinləri təyin olunub.

    T.Budaqov həm də partiyanın Mərkəzi Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, bu gün YAP-ın VII qurultayı keçirilib.

  • Elçin Quliyev Pakistanın Baş Qərargah rəisini qəbul etdi

    Martın 5-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

    Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaş­lığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən mühari­bəsində qaza­nılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu barədə məlumat verilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda haqq işində Pakistanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi vurğulanıb.

    Görüşdə regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

    Tərəflər qarşılıqlı əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulanıb.

  • İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi

    Mən bu gün bir daha o vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının veteranlar şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

    Prezident kimi hər zaman “91-lər”in fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən dövlətimziin başçısı deyib: “Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başlandı”.

    Yeni Azərbaycan Partiyasının Sədri qeyd edib ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. “Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın, bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər. Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, – deyə Prezident vurğulayıb.

  • Ekspert: “Ekoloji təmiz avtomobillərin gömrük rüsumu azaldılacaq” – VİDEO

    Yaxın zamanlarda ekoloji təmiz avtomobillərin gömrük rüsumu azaldıla bilər.

    Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə müsahibəsində nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

    Ekspert bildirib ki, rüsumların azaldılması “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən tətbiq edilə bilər:
    “Bu gün vətəndaşlar ilk növbədə ekoloji təmiz avtomobilləri almağa can atır. Bəzi vətəndaşlar isə maddi imkanı çatmadığı üçün bu avtomobillərdən imtina edir.

    Hesab edirəm ki, vətəndaşlarımız ekologiyaya zərər verməyən, qənaətcil avtomobillərə üstünlük verirsə, hökumət də buna dəstək olmalı və stimullaşdırıcı addımlar atmalıdır. Bu addımlar ondan ibarət olmalıdır ki, belə avtomobil alanlara banklar avtokreditləşmədə güzəşt etməli, sığorta qiymətləri və gömrük rüsumları azaldılmalıdır. Bu güzəştlərə gedilməsi üçün dövlət proqramı da var.

    Proqramda qeyd edilib ki, 2019-2023-cü illər ərzində bu məsələlər həll edilməli və ölkəyə ekoloji təmiz avtomobillərin gətirilməsi stimullaşdırılmalıdır. Biz də bu proqrama əsaslanaraq deyə bilərik ki, ekoloji təmiz avtomobillərin gömrük rüsumu endirilsin”.

  • Кадры из села Тагыбейли Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Тагыбейли Агдамского района.

  • Ağdamın Tağıbəyli kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Prezident: “AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü”

    Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzəcə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter alıb.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

    Dövlətimizin başçısı deyib: “Hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər siyasi çəkişmələr. Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. O günləri, o ayları təsəvvür etmək üçün bax bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümidsizlik, total cəmiyyətdə hökm sürən apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu, idi o vaxt Azərbaycan – gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?!”

    Prezident xatırladıb ki, torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi.

    “Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, onlar elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər”, – deyə Prezident İlham Əliyev əlavə edib.

  • Вилаят Эйвазов принял председателя Объединенного комитета начальников штабов Пакистана

    Министр внутренних дел генерал-полковник Вилаят Эйвазов 5 марта принял делегацию во главе с председателем Объединенного комитета начальников штабов Исламской Республики Пакистан генералом Надимом Разой.

    Об этом сообщили в пресс-службе министерства.

    Отметив, что связи между двумя государствами, являющимися стратегическими союзниками, имеют богатую историю, глава МВД подчеркнул, что Президент Ильхам Алиев всегда придавал особое значение дальнейшему их расширению. В.Эйвазов подчеркнул, что Пакистан, являющийся дружественной и братской страной, всегда однозначно поддерживает позицию Азербайджана на международной арене и в рамках региональных организаций.

    Подчеркнув, что в результате политической воли глав государств во всех сферах наблюдается развитие и прогресс, министр В.Эйвазов выразил удовлетворение наличием тесных связей между министерствами внутренних дел двух дружественных стран, совместных усилий в борьбе с транснациональной организованной преступностью, в частности с незаконным оборотом наркотиков, нелегальной миграцией и торговлей людьми, обменом оперативной информации на основе подписанных международно-правовых документов. Он выразил уверенность, что взаимные визиты внесут свой вклад в дальнейшее углубление сотрудничества.

    Поблагодарив за теплый прием, Н.Раза подчеркнул, что дружественные, братские отношения между нашими государствами и народами действительно имеют глубокие корни.

    На встрече был обсужден ряд других вопросов, представляющих интерес для обеих сторон.